Məhkəmə qərarları › İş №2-1(112)-4468/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4468/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4468/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakimi Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs X8) qarşı “yaşayış yeri üzrə qeydiyyatın bərpası” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə özü və azyaşlı uşağı X6 ünvan 1i rayonu, Kaveroçkin küçəsi, ev 21 ünvanında yerləşən 89 saylı mənzil üzrə qeydiyyatlarının bərpa edilməsi və onların şəxsiyyət vəsiqələrinin aktiv edilməsi öhdəliyinin Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirr. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin cavabdeh tərəfindən təmin olunduğundan iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarındn görünür ki, iddiaçı X8 xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3, X2, İddiaçı, X1, X4 və X7 ünvan 1i rayonu, Kaveroçkin küçəsi, ev 21 ünvanında yerləşən 89 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9694/2021 saylı qərarı ilə iddia qismən təmin olunmuş, xx.xx.1987-ci il təvəllüdlü X9, xx.xx.1944-cü il təvəllüdlü X2, xx.xx.1952-ci il təvəllüdlü X1, xx.xx.1980-ci il təvəllüdlü X4 və xx.xx.1979-cu il təvəllüdlü X7 ünvan 1i rayonu, Kaveroçkin küçəsi, ev 21 ünvanında yerləşən 89 saylı mənzil üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Nəsimi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/28507 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 1i rayonu, Kaveroçkin küçəsi, ev 21 ünvanında yerləşən 89 saylı mənzil ünvanından Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9694/2021 saylı qərarı əsasında qeydiyyatdan çıxarılmışdır. İddiaçı mübahisəli ünvana qeydiyyatının bərpa edilməsi ilə bağlı iddia üzrə məhkəmə icraatı gedişində məhkəmənin cavabdeh orqana müvafiq sorğular verilmiş və nəticə etibarı ilə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunmuşdur ki: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 1i rayonu, Mixail Kaveroçkin küçəsi, ev 21, mənzil 89 ünvanında qeydiyyatdadır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.2021-ci il təvəllüdlü X10 ünvan 1i rayonu, Mixail Kaveroçkin küçəsi, ev 21, mənzil 89 ünvanında qeydiyyatdadır. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə hazırkı halda inzibati iş üzrə iddiaçının arzuladığı hüquqi nəticə əldə edildiyindən, yəni iddiaçı və yetkinlik yaşına çatamayan övladının cavabdeh orqan tərəfindən mübahisəli ünvana qeydiyyatı bərpa edildiyindən cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs X8) qarşı “yaşayış yeri üzrə qeydiyyatın bərpası” tələbinə dair 2- 1(112)-4468/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar