Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4469/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, X1, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2rşı “56250 (əlli altı min iki yüz əlli) manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2rşı “56250 (əlli altı min iki yüz əlli) manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" X10 ilə İddiaçı arasında müxtəlif dövrlərdə bağlanmış mülki-hüquqi (Podrat) müqavilələrinə əsasən xidməti vəzifələrinin icrası ilə əlaqədar ona müəyyən məbləğdə ödəniş müəyyən edilmişdir. İddiaçı baş konstuktor kimi çalışdığı şöbənin iş planına uyğun olaraq müvafiq işləri yerinə yetirmişdir. Belə ki, 2008-ci ilin X11 əsasən sözügedən məmulatın yaradılması planlaşdırılmışdı. Bu məmulatın layihəsi mülki-hüquqi müqavilə əsasında xidməti funksiyalarını həyata keçirən baş konstruktor İddiaçı və Tədqiqatkonstruktor Şöbəsinin rəisi X3 rəhbərliyi altında müvafiq şöbələr tərəfindən aparılmışdır. Xidməti vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar məmulatda edilmiş yenilik, “Kabelli əlaqə kanallarının geofiziki məmulatın ötürülmə üsulu” adlı ixtira ilə əlaqədar Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən (Azərbaycan Respublikasının “Patent haqqında” 10 iyun 1997-ci il 312-İQ Qanununa əsasən) i 20100078 nömrəli xx.xx.2010-cu il tarixli Patent verilmişdir. Patentin sahibi X5 Birliyinin (indiki Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti) "xxxx" X10, müəllifləri ilə X8 və İddiaçıdir. Patentdən göründüyü kimi, Azərbaycan Respublikasınının Konstitusiyasının 30cu maddəsinin və “Patent” haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmamışdır. “Patent” haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə yeni yaradılan ixtira, faydalı model və sənaye nümunəsi ilə əlaqədar münasibətlər müqavilə ilə tənzimlənir. Göründüyü kimi, yeni yaradılan ixtira barəsində patentin sahibi "xxxx" X10 ilə müəlliflərdən biri İddiaçı arasında müqavilə bağlanmamışdır. Belə bir müqavilə bağlanmadığına görə "xxxx" X4 iddiaçıya müəyyən məbləğdə mükafat ödənilməsi öhdəliyi də mövcud deyildir. “Patent” haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 7- ci bəndinə əsasən "xxxx" X10 X11 uyğun olaraq ölkənin müdafiə qabiliyyətinin artırılmasına xidmət edəcək müdafiə təyinatlı məmulatın istehsalına görə nəzərdə tutulandan çox iqtisadi səmərə əldə etmədiyinə görə məlum olur ki, ixtiranın yaradılmasına görə müəllifə əlavə haqq və mükafat yalnız müqavilə əsasında və orada müəyyən edilmiş şərtlərə uyğun olaraq həyata keçirilə bilər. İddiaçi İddiaçı məhkəməyə təqdim etdiyi “mükafatın hesablanması vərəqi” onun özü tərəfindən tərtib edilmişdir. Burada qeyd edilən statistik rəqəmlər qeyri-dəqiqdir. Bu sənədin heç bir hüquqi əsası mövcud deyil və mötəbər sübut hesab edilə bilməz. V.N. Lisyakov daha əvvəl də 23 may 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə mükafat alınması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 1858/2012 saylı 18 sentyabr 2012-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş i 20100078 nömrəli xx.xx.2010-cu il tarixli Patentə görə müəllif kimi ona 50 000,00 (əlli min) manat mükafat verilməsi tələbi rədd edilmişdir. İddiaçı apellyasıya şikayəti əsasında 17 yanvar 2013-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası tərəfindən işə yenidən baxılmış, apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2012-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. “Patent” haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə görə patentlə bağlı mübahisələrə inzibatı qaydada və məhkəmədə baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-375/2013 saylı 02 may 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki-hüquqi müqavilə üzrə irəli gələn mübahisələrin həll edilməsində cavabdeh qismində inzibati orqan hesab edilməyən "xxxx" X10 qoyulmuşdur. Bu qurum hazırkı mübahisə üzrə Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu ilə inzibatı orqanın müəyyən edilmiş xüsusiyyətlərinə malik deyil və inzibati orqan hesab edilmir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə iş üzrə iddia mümkün sayılmamışdır. Cavabdeh məhkəməyə 17 fevral 2023-cü il tarixli vəsatətlə müraciət edərək bildirmişdir ki, “Patent” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən sifarişçinin tələblərinə əsasən dövlətin milli təhlükəsizliyi ilə bağlı olan xüsusi elmi- tədqiqat və ya layihə konstruktor işlərini yerinə yetirilməsi ilə əlaqədar yaradılan ixtira, faydalı model və sənaye nümunələrinə dair münasibətlər meydana çıxdığı hallarda “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları tətbiq olunur. Məhkəməyə təqdim olunan sənədlərdə qeyd edilmiş məlumatlar “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunun 5.2.1-ci, 5.2.4-cü və 5.2.5-ci maddələrinin tələblərinə uyğun olaraq dövlət sirri təşkil edən məlumatlar siyahısına daxildir. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 5-ci hissəsinə görə məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edirsə, işə qapalı iclasda baxılmasına icazə verilir. Təqdim olunan sənədlərin mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 17.3-cü maddəsini rəhbər tutaraq iş üzrə məhkəmə iclasının qapalı keçirilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iddiaçıya hüquqi yardım edərək cavabdeh qismində göstərilən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığını və qeyd olunan tələblə bağlı səmərəli hüquq müdafiə vasitəsi kimi müvafiq tələblə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, "xxxx" X10 Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərənCavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturuna daxil olan müəssisədir. "xxxx" X10 X11 əsasən ölkənin müdafiə qabiliyyətinin artırılması üçün müdafiə təyinatlı məmulatların yaradılması və istehsalını həyata keçirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir və inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Bununla bağlı iddiaçıya hüquqi yardım edilərək cavabdeh qismində göstərilən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı və qeyd olunan tələblə bağlı səmərəli hüquq müdafiə vasitəsi kimi müvafiq tələblə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 365-İİQ saylı, 30 sentyabr 2002-ci il tarixli Qanununun 11.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada və tələblə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-4469/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4469/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver