Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-447/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs "xxxx" ASC işə cəlb edilməklə “kompensasiya alacaq şəxslərin siyahısına salınma və kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı 3-cü şəxs "xxxx" ASC işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi (məlumatların düzəliş edilməsi) və Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu iltarilxi, ********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq kompensasiyanın ona ödənilməsini təmin edən təbirlər görülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və öz vəzifə borclarını düzgün yerinə yetirməyib, onu və xalqın kasıb-ləyaqətli insanlarını saatlarla qapılarda gözlətdiklərinə, aldatdıqlarına və vəzifə səlahiyyətlərini aşdıqlarına görə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının bəzi işçilərinin intizam məsuliyyətinə cəlb edilərək vəzifədən çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-447/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış 4992NF nömrəli, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən, ayda hissə-hissə qaytarmaq şərtilə ona illik 24 % ödəmək şərtilə 36 ay müddətinə şəxsi istehlak məqsədilə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. O, kredit götürdükdən sonra xx.xx.2015-ci ildə 185 ABŞ dolları, xx.xx.2015-ci ildə 185 ABŞ dolları, xx.xx.2015-ci ildə 185 ABŞ dolları, xx.xx.2015-ci ildə 185 ABŞ dolları olmaqla, ikinci devalvasiya baş verən ana qədər ümumilikdə 740 ABŞ dolları məbləğində Banka ödəniş etmiş, qalan borcu isə devalvasiyadan sonra hissə-hissə Banka tam ödəmişdir. Bu ödənişləri təsdiq edən kredit müqaviləsi üzrə hesabdan çıxarışı iddia ərizəsinə əlavə edir. xx.xx.2015-ci il tarixdə İİ devalvasiya baş vermişdir. Etdiyi ödənişlər nəzərə alınarsa devalvasiya baş verən günədək onun Banka olan əsas qalıq borcu 10000 ABŞ dollarından az olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə imzaladığı Fərmanının 1.2-ci bəndinə əsasən, 2015-ci ilin fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi borca münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0.35 ABŞ dolları) kimi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, onun krediti sözügedən Fərmanın təsiri altına düşmüş və dövlət büdcəsi vəsaiti hesabına ona kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Lakin, Fərmanın icrası üçün nəzərdə tutulan müddətin keçməsinə baxmayaraq onun adı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompensasiya veriləcək şəxslərin adları olan sistemdə yerləşdirilməmişdir. Bunun səbəblərinin aydınlaşdırılması üçün xx.xx.2029-cu il tarixdə Palataya elektron müraciət etmişdir. Bundan bir ay sonra bu sualla əlaqədar "xxxx" ASC-nin “Dostluq” filialında fəaliyyət göstərən “Problemli kreditlərlə” məşğul olan Elşən adlı şəxsin qəbulunda olub sənədləri ona təqdim etmişdir. O, kreditlər üzrə kompensasiya hesablanması üçün Palatanın müvafiq saytına daxil olaraq onun müraciətini yoxlayıb, gözləyin deyib, cavab verilməmişdir. Bundan sonra Palatanın apelyasiya komissiyasına müraciət etmiş, ordan da ona gözlə cavabı verilmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına 15 avqust 2019-cu il tarixdə bu məsələlərlə əlaqədar yazılı ərizə göndərmiş, bir müddət sonra elektron cavab verərək bildirmişlər ki, onun məsələsi araşdırılır, aydınlaşdırıldıqdan sonra ona müvafiq cavab veriləcəkdir. Bu haqsızlıqların, süründürməçiliyin aradan qaldırılması məqsədilə 25 avqust 2019-cu il tarixində Prezident Administrasiyasının rəhbərinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı müraciət etmişdir. Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası əsaslı tədbir görmək əvəzinə ona 05 sentyabr 2019-cu il tarixli, ********** nömrəli məktub göndərərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanını xatırladaraq oradan misallar göstəmiş, onların elektron saytlarını izləməyini tövsiyə etmişdir. Lakin, Palatanın 02 oktyabr 2019-cu il tarixli, 26792 nömrəli qərarı ilə onun müraciətinə baxılmasının nəticəsi ilə bağlı bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra, o, "xxxx" ASC-yə müraciət edərək, Palatanın Qərarında qeyd edilən halların səbəbinə aydınlıq gətirilməsini xahiş etmişdir. Bank tərəfindən ona verilmiş 22 oktyabr 2019-cu il tarixli arayışlarda göstərilmişdir ki, Bankın “Nərimanov” Filialı tərəfindən ona, xx.xx.2015-ci il tarixində 4992NF nömrəli “Kredit müqaviləsinə” əsasən, 4700 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Ayrılmış kredit məbləği üzrə kredit borcu tam ödənilmiş və heç bir öhdəliyi qalmamışdır. Lakin, texniki səbəblərdən irəli gələrək qeyd olunan kredit Azərbaycan Kredit Bürosunun çıxarışında mövcud olmamışdır. Adi hesablama nəticəsində aydın olur ki, ikinci devalvasiya baş verən anadək onun 10000 ABŞ dollarından az qalıq borcu olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən onun adının kompensasiya verilməsi nəzərdə tutulan şəxslərin siyahısına salınmasından imtina edilməsi əsassızdır, bununla bağlı müvafiq inzibati aktın qəbul edilmsəi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin 9MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Palatanın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində Palataya vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Hazırda məhkəməyə təqdim edilmiş, ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və hesabdan çıxarışdan aydın olur ki, sözügedən kredit üzrə sonuncunun ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 4.327,43 ABŞ dolları əsas kredit borcu ödənilməmiş qalmışdır. Beləliklə, sözügedən kredit müqaviləsinin həqiqətən də ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təkzibedilməz şəkildə təsdiq olunarsa, o zaman Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla, sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2596.45 manat məbləğində kompensiya məbləğinin hesablanmasına etiraz edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı münasibətə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-447/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia “Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının bəzi işçilərinin intizam məsuliyyətinə cəlb edilərək vəzifədən çıxarılmaları barədə qərar qəbul edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qalan hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 20 avqust 2015-ci il tarixli, 4992 NF nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən illik 24 % dərəcəsi ilə 36 ay müddətinə X2 4700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturrizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit reyestrinin və müvafiq kedit təşkilarltarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının "xxxx" ASC-dən götürdüyü kredit məbləği işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında kredit müqaviləsinin əsli və "xxxx" ASC tərəfindən təsdiq edilmiş hesabdan çıxarış mövcuddur. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının 20 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4700 ABŞ dolları məbləğində kredit götürməsi iş materialları ilə öz təsdiqini tapdığından və həmçinin iddiaçının götürdüyü kredit Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi və ona kompensasiyanın ödənilməsini təmin edən təbirlər görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-447/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-447/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver