Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-447/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan N ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi XN (ünvan 2 ünvanında qeydiyyatda olan), 3-cü şəxsin nümayəndəsi X2 (ünvan 3 ünvanında qeydiyyatda olan) iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə (üçüncü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi olmaqla) qarşı xidmət illərinin yenidən hesablanması və yeni məlumat vərəqinin vərəqinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək İddiaçı 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda ezamiyyətdə olduğu müddətin xidmət illərinə aid edilməklə staj dövrünə hesablanması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki İddiaçı 2000-ci ildən N saylı hərbi hissədə tağım komandiri vəzifəsindən baş leytenant rütbəsində təqaüdə çıxmışdır. Bu zaman onun stajı hesablanarkən xidmət illəri dövründə 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994cü il tarixədək Füzuli rayonunda ezamiyyətdə olduğu müddət nəzərə alınmamışdır. İddia ərizəsinə əlavə etdiyim N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N8 №-li əmrindən çıxarışdan görünür ki, cins itlərin yetişdirilməsi məntəqəsinin rəisi leytenant İddiaçı 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda olmuş və 20 yanvar N994-cü il tarixdən xidməti ezamiyyətdən gəlmiş hesab edilsin. Həmçinin iddia ərizəsinə əlavə etdiyi 23 dekabr N993-cü il tarixli N025 №-li ezmiyyət vərəqəsinin surətindən görünür ki, 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994- cü il tarixədək Füzuli rayonuna ezam olunmuşdur. Beləliklə, xidmət illərinə hesablanmayan 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda olduğu ezamiyyət müddətinin stajında nəzərə alınması üçün həmin sənədlərlə cavabdehə müraciət edilmiş, cavabdeh inzibati orqan isə xx.xx.20N9-cu il tarixli məktubla müraciətin təmin edilməsindən sənədlər tam olmadığına görə imtina etmişdir. İşə yenidən baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda olduğu ezamiyyət günlərinin N gün 3 günə nisbətən güzəştli günlərlə hesablanaraq yeni məlumat vərəqinin göndərilməsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda ezamiyyətdə olduğu müddət xidmət illərinə aid edilməklə staj dövrünə hesablanılması” tələbinə dair iddiası əsassız və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 63N nömrəli Qərarının və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 2000-ci il tarixdə N saylı hərbi hissədə taqım komandiri vəzifəsindən, baş leytenant rütbəsi ilə təqaüdə çıxmış, bu zaman onun stajı hesablanarkən xidmət illəri dövründə 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda ezamiyyətdə olduğu müddət nəzərə alınmamış, bununla bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etmiş, cavabdeh isə sənədləri tam olmadığından imtina etmişdir. İddiaçının ərizəsini əsassız hesab edir və aşağıda göstərilən səbəblərə görə iddia təmin olunmamalıdır. Belə ki, Daxili Qoşunların arxivindən verilmiş 805 nömrəli xx.xx.20N9-cu il tarixli arxiv arayış və müvafiq əmrlərdən çıxarışlardan məlum olur ki, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N999-cu il tarixədək Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmişdir. Onun xidməti xx.xx.N999-cu il tarixə qədər təqvimlə N3 il, 06 ay, 06 gün, güzəştlə 2N il, N0 ay, N7 gün təşkil etmişdir. Xidmət etdiyi müddətdə döyüş zonasında olan bütün ezamiyyət müddətləri nəzərə alınmış, güzəştli xidmət illərinə əlavə olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair izahat verərək bildirdi ki, ilkin hesablama vərəqi onlar tərəfindən tərtib edilmişdir. Lakin iddiaçının təqaüdünün yenidən hesablanması ilə əlaqədar olaraq şəxsi işində xidmət illəri ilə bağlı hər hansı bir təsdiqedici sənəd olmadığına görə müraciətin təmin edilməsindən imtina edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayhəndəsi iddia tələbinin təmin edilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, işdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Arxivi tərəfindən verilmiş 26 dekabr 20N9-cu il tarixli 805 saylı Arxiv arayışında aşağıdakılar qeyd olunmuşdur: Arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də baş leytenant İddiaçı Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: Daxili Qoşunların komandanının xx.xx.N992-ci il tarixli N83 №-li ş/h üzrə əmrilə Füzuli RHK-dan ehtiyatdan çağırılmış hesab edilərək 0N sentyabr N992-ci il tarixdən “gizir” hərbi rütbəsi verilməklə N saylı hərbi hissədə 4-cü atıcı bölüyü komandirinin müavini vəzifəsinə təyin edilmişdir (N saylı hərbi hissənin sənədləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində saxlanıldığı üçün sayı qeyd olunan hərbi hissədə xidməti ilə bağlı hər hansı məlumatın verilməsi mümkün deyil); Daxili Qoşunların komandanının xx.xx.N992-ci il tarixli NN9 №-li n/h üzrə əmrilə 02 noyabr N992-ci il tarixdən Ağdam şəhərinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir (ezamiyyətdən qayıtması barədə əmr aşkar olunmadı); Daxili Qoşunların komandanının xx.xx.N993-cü il tarixli N4 №-li ş/h üzrə əmrilə N saylı hərbi hissədə 4-cü bölüyün komandir müavini vəzifəsindən azad edilib, Daxili Qoşunların komandanının sərəncamında saxlanılmışdır; Daxili Qoşunların komandanının xx.xx.N993-cü il tarixli N25 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 3N №-li əmrilə 0N fevral N993-cü il tarixdən Daxili Qoşunların komandanının sərəncamından azad edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, xidməti itlərin yetişdirilməsi məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 3N №-li əmrilə Silahlı Qüvvələrdə zabit heyətinin hərbi xidmətkeçmə Əsasnaməsinə uyğun olaraq növbəti “leytenant” hərbi rütbəsi verilmişdir; Daxili Qoşunların komandanının xx.xx.N993-cü il tarixli 57N №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 239 №-li əmrilə ştat dəyişiklikləri ilə əlaqədar 0N oktyabr N993-cü il tarixdən xidməti itlərin yetişdirilməsi məntəqəsinin rəisi vəzifəsindən azad edilib, cins itlərin yetişdirilməsi məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 255 №-li əmrilə N3 noyabr N993-cü il tarixdən Beyləqan rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü ii tarixli 280 №-li əmrilə NN dekabr N993-cü il tarixdən Beyləqan rayonundan xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N8 №-li əmrilə 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda xidməti ezamiyyətdə olmuş və 20 yanvar N994-cü il tarixdə gəlmiş hesab edilmişdir; Daxili Qoşunların komandanının xx.xx.N994-cü il tarixli 69 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 225 №-li əmrilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 03 noyabr N992-ci il tarixli qanununa əsasən N8-ci maddənin “D” bəndilə (xidməti uyğunsuzluğa görə) 0N sentyabr N994-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Silahlı Qüvvələrə ehtiyyata buraxılaraq qeydiyyata durmaq üçün Əzizbəyov RHK-mn sərəncamına göndərilmişdir; Daxili Qoşunların komandanının xx.xx.N997-ci il tarixli 68 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 2N5 №-li əmrilə Silahlı Qüvvələrdə zabit heyətinin xidmətkeçmə Əsasnaməsinə uyğun olaraq Əzizbəyov RHK-dan ehtiyatdan çağırılmış hesab edilərək həqiqi hərbi xidmətə qəbul edilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 9-cu bölüyün 3-cü taqım komandiri vəzifəsinə təyin edilmişdir; N2.N saylı hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli N26 №-li əmrilə Silahlı Qüvvələrdə zabit heyətinin hərbi xidmətkeçmə Əsasnaməsinə uyğun olaraq növbəti “baş leytenant” hərbi rütbəsi verilmişdir; Daxili Qoşunların komandanının xx.xx.N998-ci il tarixli 96 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N999-cu il tarixli 6 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 03 oktyabr N997-ci il tarixli qanununa müvafiq olaraq N56-cı maddənin “E” bəndilə (xidməti uyğunsuzluğa görə) 3-cü əməliyyat taborunda 9-cu bölüyün 3-cü taqım komandiri vəzifəsindən azad edilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla Silahlı Qüvvələrə ehtiyyata buraxılıb, qeydiyyata durmaq üçün Bakı şəhəri Əzizbəyov RHK-nın sərəncamına göndərilmişdir; Daxili Qoşunların komandanının xx.xx.2000-ci il tarixli 72 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 3N3 №-li əmrilə xidmət ili 06 yanvar N999-cu il tarixə təqvimlə - N3 il, 06 ay, 06 gün; güzəştlə - 2N il, N0 ay, N7 gün təşkil etmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.N960-cı il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə tərəfindən verilmiş məlumat vərəqinin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 832 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit qismində həqiqi hərbi xidmət etmiş, N960-cı il təvəllüdlü İddiaçı ehtiyata buraxıldıqdan sonra xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsi tərəfindən hərbi qeydiyyata alınmış və xx.xx.20N5-ci ildə ehtiyatda olmanın son yaş həddinə görə istefaya verilərək hərbi qeydiyyatdan çıxarılıb arxiv qeydiyyatına alındığı, Azərbaycan Respublikası DİN Daxili Qoşunları Baş Kadrlar İdarəsinin xx.xx.20N9-cu il tarixli N3-N5-658 №-li məktubuna əsasən İddiaçıun arxiv qeydiyyatında olan şəxsi işi SHXÇDX-nin Xəzər rayon idarəsinin xx.xx.20N9-cu il tarixli müvafiq müşayiət məktubu ilə DİN DQ-nin Baş İdarəsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının barəsində N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N8 saylı əmrindən çıxarışın və 23 dekabr N993cü il tarixli, N025 saylı ezamiyyət vərəqəsinin göndərilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, N3- 2/345 saylı məktubunda “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında istifadə olunan sənədlərin saxlanılma yeri və müddətləri haqqında Siyahı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq qərarına əsasən ezamiyyət vərəqələrinin saxlanılma müddəti bir il olduğundan 23 dekabr N993-cü il tarixli, N025 nömrəli ezamiyyət bileti müvafiq qaydada məhv edildiyi bildirilmişdir. Məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N8 №li Nizami hissə üzrə Əmrindən Çıxarışdan görünür ki, cins itlərin yetişdirilməsi məntəqəsinin rəisi leytnant İddiaçı 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü ilədək Füzuli rayonunda olmuş və 20 yanvar N994-cü il tarixində gəlmiş hesab edilmişdir. (xx.xx.N993-cü il tarixli N025 №li DQBİ-dən verilmiş ezamiyyət vəsiqəsi) Məhkəmə araşdırması zamanı həmçinin iddiaçıya məxsus şəxsi işin təsdiq edilmiş surəti məhkəməyə daxil olmuşdur. Tədqiq olunmuş pensiya işinin hesablama vərəqindən görünür ki, iddiaçıya xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə tağım komandiri vəzifəsindən baş leytenant rütbəsində təqaüdə çıxmışdır və ona N3 il, 06 ay, 04 gün güzəştli, 2N il NN ay 23 gün ümumi xidmət illəri hesablanmışdır. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların komandanının xx.xx.N998-ci il tarixli 96 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N999-cu il tarixli 6 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 03 oktyabr N997-ci il tarixli qanununa müvafiq olaraq N56-cı maddənin “E” bəndilə (xidməti uyğunsuzluğa görə) 3-cü əməliyyat taborunda 9-cu bölüyün 3-cü taqım komandiri vəzifəsindən azad edilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla Silahlı Qüvvələrə ehtiyyata buraxılmış, qeydiyyata durmaq üçün Bakı şəhəri Əzizbəyov RHK-nın sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş N6 sentyabr 2008-ci il tarixli, 27472 №li məlumat vərəqəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin məlumat vərəqində İddiaçı 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda ezamiyyədə olduğu xidməti üzrə dövr N günü 3 gün kimi nəzərə alınmalı olduğu halda, həmin dövr üzrə xidmət illəri tam olaraq həmin qaydada hesablanmamışdır. Hazırda iddiaçı xidmət illərinin 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda olduğu ezamiyyət günlərinin N (bir) günü 3 (üç) gün kimi güzəştli günlərlə hesablanaraq yeni məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilməsini istəyir. İddiaçı bununla bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli, xx-xx/4445-2593R saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, iddiaçının təqaüdünün yenidən hesablanması ilə əlaqədar şəxsi işində xidmət illəri ilə bağlı təsdiqedici sənədlərin tam olmadığına görə qaldırdığı məsələnin həlli ilə əlaqədar müvafiq köməkliyin göstərilməsinin imkan xaricində olduğu qeyd edilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək olan dövrdə Füzuli rayonunda xidmətini davam etdirilməsi ezamiyyə vərəqələri və müvafiq əmrlərlər əsasında təsdiq edildiyindən, hesab edir ki, həmin müddət xidmət illərinə əlavə edilməklə tam olaraq N (bir) gün 3 (üç) gün kimi hesablanmalıdır. “Hərbi qulluqçuların və hərbi xidmətdən buraxılmış şəxslərin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 3N mart N992-ci il tarixli, 633 saylı Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara pul vəsaiti üçqat məbləğdə ödənilməsi və xidmət müddətinin bir gününün üç gün hesab edilməsi barədə müddəası və həmçinin iddiaçının 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək olan dövrdə Füzuli rayonunda xidmətini davam etdirilməsi barədə ezamiyyə vərəqələri və müvafiq əmrlərlər əsasında təsdiq edildiyindən hərbi xidmətin bir günü üç gün kimi sayılmalıdır. Məhkəmə araşdırması zamanı İddiaçı 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda xidmət keçdiyi dövrün cavabdeh tərəfindən hesablanmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2004-cü il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydaları”nın N-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının 200N-ci il 29 iyun tarixli N68-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə və daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra - əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır. Həmin Qaydaların 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 noyabr 2006-cı il tarixli N84- İİİQD nömrəli Qanununun və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının 6-cı bəndinə müvafiq olaraq xx.xx.2007-ci il tarixdən qüvvəyə minmiş və hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı polis əməkdaşı olduğundan və mövcud qanunvericiliyə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, vəzifəsində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablandığından, həmçinin iddiaçının 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək olan dövrdə Füzuli rayonunda xidmətini davam etdirilməsi ezamiyyə vərəqələri və müvafiq əmrlərlər əsasında təsdiq edildiyindən, cavabdehin imtinası əsassız və qanunsuz hesab edilməli və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.N-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda olduğu ezamiyyət günlərinin N gün 3 günə nisbətən güzəştli günlərlə hesablanaraq yeni məlumat vərəqinin göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı 23 dekabr N993-cü il tarixdən 20 yanvar N994-cü il tarixədək Füzuli rayonunda olduğu ezamiyyət günlərinin N gün 3 günə nisbətən güzəştli günlərlə hesablanaraq yeni məlumat vərəqinin göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-447/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-447/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver