Məhkəmə qərarları › İş №2-1(112)-4473/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4473/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4473/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Fariz oğlunun Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı yəni, xx.xx.2020-ci il tarixdən (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1978-xx.xx.1981-ci illərdə peşə məktəbində təhsil almış, xx.xx.1980ci ildə Bakı metropolitenində lokomotivlərin təmiri üzrə çilingər vəzifəsinə qəbul olunmuş, xx.xx.1981-xx.xx.1983-cü illərdə Sovet ordu sıralarında xidmət etmiş, xx.xx.1983-cü ildən Azərbaycan Dəmir Yollarında vaqon bələdçisi yanında təcrübəçisi kimi qəbul olunmuş, xx.xx.1984-xx.xx.1984-cü illərdə vaqon bələdçisi vəzifəsində işləmiş, xx.xx.1984-cü il tarixdə Bakı metropolitenində lokomotiv təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə elektrik qatarların maşınistin köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildən hal-hazıradək elektrik qatarların (seksiyalarının) maşınisti kimi işləyir. xx.xx.2020-ci il tarixdə 57 yaşının tamam oldugu xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 29 il 8 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən 21 il, 9 ay, 14 gün Bakı Metropoliteni QSC-də elektrik qatarının maşınist köməkçisi və maşınisti kimi işlədiyi vəzifə xüsusilə zərərli və ağır iş şəraitində iş hesab olunduğundan, iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********1 №-li məktubu ilə ərizəsinə imtina verilmişdir. İmtina məktubunda qeyd olunur ki təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-də işlədiyi qatar maşinistinin köməkçisi, xx.xx.1988xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2014-cü il tarixdən bu günədək qatar maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verəni istehsalatların, peşəklərin, vəzifələrin və göstəricilərin, siyahısı”nın Metropolitençilər (21.5) bölməsində nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən verilmiş bu imtina məktubu tamamilə qanunun tələbinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərili və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısında iddiaçının işlədiyi peşə (iş) nəqliyyat -XXVİİİ bölməyə aid edilməklə (kod 23001000-Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadaları) aşağıda qeyd olunan kodlarla göstərilmişdir: 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri, xx.xx.1988-ci il tarixdən bu günə kimi iddiaçı metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinisti vəzifəsində işləyir. 23001000 – 16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri - xx.xx.1985-ci - xx.xx.1988-ci il tarixədək iddiaçı metropolitendə zərərli iş şəraiti ilə istismar sexində elektrik qatarının maşinist köməkçisi vəzifəsində işləmişdir. Qanununverici yerin üstündə olan elektrik qatarlarını yerin altında (metropolitendə) hərəkət edən elektrik qatarlarını nəqliyyat hesab etdiyinə görə, metropolitendə həmin qatarların maşinistlərini (maşinist köməkçilərini) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın 2-ci siyahısında 23000000 Nəqliyyat bölümündə 23001000-14241 və 23001000-14409; -23001000-16887 kodları ilə qeydə almışdır. Cavabdeh isə göründüyü kimi əsassız olaraq bunu qəbul etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat (21) Metropolitenlər (21.5) bəndində: - hidroqaldırıcıların maşinistləri; - zumif aqreqatlarının maşinistləri; - daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; - geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; - dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); - bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); -qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, "xxxx" QSC-də işlədiyi aşağıdakı dövrlər:

1. xx.xx.1985 - xx.xx.1988-ci il tarixlərdə - qatar maşinistinin köməkçisi vəzifəsində: 2. xx.xx.1988- xx.xx.2014-cü il tarixlərdə və xx.xx.2014-cü il tarixlərdən bugünədək - qatar maşinisti vəzifəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”mn Metropolitenlər (21.5) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, iddiaçının ümumi iş stajının müddəti 25 ildən çox olması işin mübahisələndirilməyən halıdır. Güzəştli iş stajının müddəti isə qanunvericiliklə tələb olunan 12 il 06 aydan az olduğundan (ümumiyyətlə mövcud deyildir), ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - İddiaçıya məxsus 814614 saylı diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər Bakı şəhəri 2 №-li orta texniki peşə məktəbində təhsil almışdır. - İddiaçıya məxsus HЗ seriyalı, 278765 saylı hərbi biletin surətindən aydın olur ki, o, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus xx.xx.1981-ci ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər Bakı şəhəri 2 №-li orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1981xx.xx.1981-ci illərdə AACəfərov adına Azərbaycan Dəmir Yolu Biləcəri Lokomotiv deposunda lokomotivlərin baxışı və təmiri üzrə TBM-nə 1 dərəcəli çilingər (Əmr №970 xx.xx.1981), xx.xx.1983-cü il tarixdə dəmir yolu qatarlarına bələdçi praktikantı (Əmr № 695 xx.xx.1983-cü il), xx.xx.1984-xx.xx.1984-cü illərdə qatarda bələdçi (Əmr №40 xx.xx.1984), xx.xx.1984-cü il tarixdən avadanlıq sexinə texniki baxış məntəqəsi lokomativlərin təmiri üzrə 2-ci dərəcəli çilingər (Əmr №506/ok xx.xx.1984), xx.xx.1985-ci il tarixdən hərəkət qatarı tərkibinə baxış və təmir üzrə 3 dərəcəli çilingər (170/ok 18.04.85,) xx.xx.1985-ci il tarixdən istismar sahəsində elektrik qatarına maşinist köməkçisi (ağır əmək şəraiti) (Əmr № 193/ok 13.05.85), xx.xx.1988-ci il tarixdən istismar sexində elektrik qatarına maşinist köməkçisi (ağır əmək şəraiti 36 saat iş həftəsi) (Əmr №503/ok 17.11.88), xx.xx.1990-cı il tarixdən 3-cü sinif maşinist, xx.xx.1999-cu 2-ci sinif maşinist (Əmr № 84/ok 15.04.99), xx.xx.1999-cu il tarixdən Əməyin ödənişinin vahid tarif cədvəlinin tətbiqi ilə əlaqədar olaraq 9-cu dərəcə verilmiş (Əmr № 144/ok xx.xx.1999), xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" QSC-nin Depolar üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti (əmr NK-79 xx.xx.2014-cü il tarixli), xx.xx.2017-ci il tarixindən X1 üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti (Əmr №790A-173, xx.xx.2017) peşələrində işləyir (yeraltı, 16% xüsusi zərərli iş şəraiti ilə). - Cavabdehin xx.xx.2021-ci il tarixli **********1 saylı imtina məktubu ilə bildirilmişdir ki, 19 noyabr 2021-ci il tarixli ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-də işlədiyi qatar maşinisti köməkçisi, xx.xx.1988-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2014-cü il tarixindən bügünədək qatar maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metropolitenlər (21.5) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 40N-10/3-1436 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək V.Lenin adına Bakı Metropoliteninin Qatarların hərəkət xidmətinin istismar sahəsində qatar maşinistinin köməkçisi peşəsində işləmişdir (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). xx.xx.1988-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək istismar sahəsində qatar maşinisti peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" QSCnin Depolar üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən X1 üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). Ağır və zərərli əmək şəraitində əmək stajı 36 il 05 ay 28 gün (otuz altı il beş ay iyirmi səkkiz gün) (xx.xx.2021-ci il tarixinə) təşkil edir, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16% (on altı) məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir. QEYD: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi və həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodlarını təqdim edirik: 23000000 XXVİİİ. Nəqliyyat - 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; - 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; - 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. Eyni zamanda elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənən “yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraiti iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nda da adları keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 48 saylı Qərarına əsasən V.Lenin adına Bakı Metropoliteni "Bakı Metropoliteni”, Qatarların hərəkət xidməti “N.Nərimanov” adına elektrik deposu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SCnin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.” - "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 40N-10/3-501 saylı məktubu ilə məhkəmə sorgusuna əsasən bildirilmişdir ki, iddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək V.Lenin adına Bakı Metropoliteninin Qatarların hərəkət xidmətinin texniki baxış məntəqələrinə lokomotivlərin təmiri və baxışı üzrə çilingər, xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək qatar maşinistinin köməkçisi (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə) peşələrində, xx.xx.1988-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinisti (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə) peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" QSC-nin Depolar üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə) peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən bu günədək X1 üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə) peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 48 saylı Qərarına əsasən V.Lenin adına Bakı Metropoliteni "xxxx", Qatarların hərəkət xidməti “N.Nərimanov” adına elektrik deposu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SCnin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi, onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixil 12 saylı qərarına qədər qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi. Həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodları təqdim edilmişdir: 23000000 XXVİİİ. Nəqliyyat - 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; - 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; - 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. Eyni zamanda elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənən “yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraiti iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nda da adları keçmişdir. Əlavə olaraq iddiaçının ağır və xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 36 il 11 ay 11 gün (otuz altı il on bir ay on bir gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16% məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23000000 Nəqliyyat bölümündə 23001000-14241, 23001000-14409 və 23001000-16887 kodları ilə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçiləri vəzifələri qeydə almışdır. Cavabdeh isə göründüyü kimi əsassız olaraq bunu qəbul etmir. Cavabdehin mövqeyinə görə yerin altında (metropolitenin tunelində) hərəkət edən elektrik qatarı yerin üstündə hərəkət edən elektrik qatarla eynilik təşkil etmir. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırkı işin faktiki hallarından göründüyü kimi iddiaçı 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək toplamış, onun 57 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuş, cavabdeh pensiya təyinatı orqanı isə iddiaçının xx.xx.1985 - xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində qatar maşinistinin köməkçisi, xx.xx.1988-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-də işlədiyi qatar maşinisti vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metropolitenlər (21.5) bölməsində nəzərdə tutulmaması kimi formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür: xx.xx.1978-xx.xx.1981-ci illərdə (2 il 10 ay 16 gün) Bakı şəhəri 2 №-li orta texniki peşə məktəbində təhsil almışdır; xx.xx.1981-xx.xx.1981-ci illərdə (01 ay 09 gün) lokomativlərin baxışı və təmiri üzrə TBM-nə 1 dərəcəli çilingər; xx.xx.1981-xx.xx.1983-cü illərdə (2 il 6 gün) SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir; xx.xx.1983-xx.xx.1984-cü illərdə (1 ay 3 gün) dəmir yolu qatarlarına bələdçi praktikantı; xx.xx.1984-xx.xx.1984-cü il tarixə qədər (10 ay 20 gün) qatarda müstəqil olaraq bələdçi, xx.xx.1984-xx.xx.1985-ci illərdə (3 ay 25 gün) avadanlıq sexində texniki baxış məntəqəsi lokomativlərin təmiri üzrə 2-ci dərəcəli çilingər; xx.xx.1985-xx.xx.1985-ci illərdə (1 ay 4 gün) hərəkət qatarı tərkibində baxış və təmir üzrə 3 dərəcəli çilingər; xx.xx.1985-xx.xx.1988-ci illərdə (3 il 06 ay 5 gün) istismar sahəsində elektrik qatarına maşinist köməkçisi; xx.xx.1988-xx.xx.1990-cı illərdə (1 il 08 ay 09 gün) istismar sexində elektrik qatarına maşinist köməkçisi; xx.xx.1990-xx.xx.2006-cı illərdə (15 il 05 ay 06 gün) qatar maşinisti peşələrində işləmişdir. Beləliklə də iddiaçı 26 il 11 ay 28 gün ümumi əmək stajı toplamışdır. İddiaçı həmçinin xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il taridək elektrik qatarlarında maşinist köməkçisi, qatar maşinisti peşələrində işləməklə 26 il 11 ay 28 gün güzəştli iş stajını toplamışıdr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat bölməsində **********241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri; 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri öz əksini tapmışdır. Cavabdeh qurum imtinasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metropolitenlər bəndində müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələrin güzəştli iş stajının mövcudluğunu, qatar maşinistləri və maşinist köməkçilərinə aid olmadığını bildirir. İddiaçının güzəştli iş stajının mövcud olmamasına dair cavabdeh qurumun dəlilini məhkəmə əsassız hesab edir və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2899/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarına uyğundur. Həmin qərarda qeyd edilir: “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər; elektrik qatarlarının seksiyalarının maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qərarında göstərmişdir ki, adı çəkilən siyahıda metropoliten qatarlarının maşinistləri vəzifəsi zərərli iş kimi göstərilməməsi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmamasına əsas verə bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işlərdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilər istifadə edirlər. Metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda iddiaçının Bakı Metroplitenində elektrik qatar maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 06 ay xüsusi iş stajını topladığı təsdiq olunur...” Avropa İnsan haqları Məhkəməsi öz presedent hüququna əsasən: Məhkəmə müəyyən edib ki, 14-cü maddə üzrə məsələnin meydana çıxması üçün nisbətən oxşar vəziyyətlərdə olan şəxslərlə fərqli rəftar edilməlidir. Bu cür fərqli rəftar obyektiv və ağlabatan əsasa malik deyilsə, başqa sözlə, qanuni məqsəd daşımırsa və ya tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, ayrı-seçkilik sayılır. İştirakçı dövlətlər digər analoji vəziyyətlərdə mövcud fərqlərin fərqli rəftara haqq qazandırıb-qazandırmadığını və nə dərəcədə haqq qazandırdığını qiymətləndirərkən müəyyən dərəcədə sərbəstliyə malikdirlər (Burden Birləşmiş Krallığa qarşı [BP], ərizə № 13378/05, 60-cı bənd, AİHM 2008). Konvensiyanın 14-cü maddəsinin məqsədləri üçün rəftar fərqi “obyektiv və ağlabatan əsaslara malik olmadıqda”, yəni “qanuni məqsəd” güdmürsə və ya istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, ayrı-seçkilik xarakteri daşıyır (Molla Sali işi § 135). Əhəmiyyətli bir məsələ, ərizəçinin sözügedən sosial sığorta sxemindən faydalanmasının onun pensiya hüquqlarının mahiyyətinin pozulması ilə nəticələnən şəkildə pozulub-pozulmamasıdır (bax: Domalewski, yuxarıda adı çəkilən; Kjartan Asmundsson § 39; Wieczorek, yuxarıda göstərilən, § 57; Rasmussen, § 75; Valkov və başqaları §§ 91 və 97; Maggio və başqaları § 63; və Stefanetti və başqaları § 55). Xüsusilə, Məhkəmə təkrar edir ki, rəftardakı hər bir fərq Konvensiyanın 14-cü maddəsinin pozulması demək deyil. Yalnız müəyyən edilə bilən xüsusiyyətə və ya “statusa” (“əlamətə”) əsaslanan rəftardakı fərqlər 14-cü maddənin mənasında ayrı-seçkiliyə səbəb ola bilər (Molla Sali v. Greece [GC], no. 20452/14, § 134, 19 December 2018); İqtisadi və ya sosial strategiyanın ümumi tədbirlərinə gəldikdə, adətən Konvensiyaya uyğun olaraq dövlətə geniş qiymətləndirmə sərbəstliyinə icazə verilir. Öz cəmiyyətləri və onun ehtiyacları haqqında bilavasitə məlumatlarına görə, milli hakimiyyət orqanları sosial və ya iqtisadi əsaslarla ictimai maraqlara uyğun olanı qiymətləndirmək üçün prinsipcə beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər və Məhkəmə qanunverici orqanın siyasət seçiminə “açıq-aşkar ağlabatan əsassız” deyilsə hörmətlə yanaşacaq. Daha ümumi dillə desək, Məhkəmə belə hesab etmişdir ki, Konvensiyanın müddəaları Razılığa gələn Dövlətlərə qanunvericilik tədbirləri vasitəsilə müəyyən kateqoriya və ya şəxslər qrupuna digərlərindən fərqli münasibət göstərən ümumi siyasət sxemlərini tətbiq etməyə mane olmur, bu şərtlə ki, qanunla müəyyən edilmiş kateqoriya və ya qrupun hüquqlarına müdaxilə Konvensiyaya əsasən əsaslandırıla bilər (bax: Andrejeva Latviyaya qarşı [GC], № 55707/00, § 83, AİHM 2009 və JD və A Birləşmiş Krallıqa qarşı, n. 32949/17 və 34614/17, § 88, 24 oktyabr 2019-cu il və orada göstərilən hallar). Beləliklə, məhkəmə müəyyən edir ki, metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Odur ki, iddiaçının vəziyyəti yerüstü qatarların maşinistinin və köməkçilərinin vəziyyətinə oxşardır. Qeyd edilən hallar işəgötürən ("xxxx" QSC) tərəfindən verilmiş müvafiq arayışlarla da təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftarın (güzəştli şərtlələ pensiya təyinatından imtinanın) obyektiv və ağlabatan əsasları mövcud deyildir, iddiaçının vəziyyətinə mütənasib olmamaqla qanunvericinin qarşıya qoyduğu məqsədə uyğun deyil. Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar