Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4475/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi (əri) X7 (Naxçıvan şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldıraraq “21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 21.12.2017-ci il tarixindən 21.12.2020-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək üşaqlara verilən sosial müavinət təyin edilib və ödənilib. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinə aktına əsasən iddiaçıya 12.04.2021-ci il tarixindən 23.08.2025-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinətin müəyyən edilmişdir. Müdafiə Fonduna müraciət edib sağlamlıq imkanın məhdud olması ilə əlaqədar olaraq X4 12.04.2021-ci il tarixdən 23.08.2025-ci il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və qeyd edilən tarixdən X1 sisteminin Sosial Ödənişlər altsistemində proaktiv olaraq təyin edilmişdir. 12.04.2021-ci il tarixdən 23.08.2025-ci il tarixədək iddiaçının övladına qulluğa görə 50 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Qanuna görə əgər təkrar xəstəliklə əlaqədar olaraq məhdudluq təsdiq olunubsa əvvəlki 6 ay qabaq ödənilməmiş sosial müavinət və qulluğa görə 50 manat Prezident təqaüdü Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmənin sərəncamına əsasən təqdim etdiyi etirazında cavabdeh göstərmişdir ki, İddiaçı oğlu Əliyev Əliəkbərin 2015-ci il tarixdən 21.12.2020-ci il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Həmin tarixədək sağlamlıq imkanlarının məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət və ona qulluğa görə anası İddiaçı Prezident təqaüdü təyin edilmişdir. Sağlamlıq imkanlarının məhdudluğu müddəti 21.12.2020-ci il tarixdə bitmiş və təyin olunan sosial müavinətin və təqaüdün ödənişi dayandırılmışdır. Daha sonra 12.04.2021-ci il tarixdə Əliyev Əliəkbərin sağlamlıq imkanlarının məhdudluğu bərpa edilərək sosial müavinət və ona qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı ödənilməmiş aylar üzrə sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi barədə 03.11.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 1 saylı Bakı DOST Mərkəzi vasitəsilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Mərkəzi filialın 22.11.2021-ci il tarixli **********0 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Əliyev Əliəkbərin əlillik dərəcəsi 12.04.2021-ci il tarixdə müəyyən edildiyi üçün sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgün təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinə aktına əsasən Əliyev Əliəkbərin 12.04.2021-ci il tarixdən 23.08.2025-ci il tarixədək sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. 21.12.2020-ci il tarixdən 12.04.2021-ci il tarixədək isə Ə.Əliyevin sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı məlumat qeyd olunmamışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 02.07.2021-ci il tarixli 356 nömrəli Qanunu ilə 3.3.1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu dəyişiklik 25 iyul 2021-ci il tarixindən qüvvəyə minmişdir. X3 əlilliyi 12.04.2021-ci il tarixində müəyyən olunduğu üçün sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgün təyin edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun müəyyən edilmədiyi dövrlər üzrə isə sosial müavinətin və təqaüdün ödənilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində ******** və 12597380 nömrəli şəxsiyyət vəsiqələrinin, cavabdehin 18.11.2021-ci və 22.11.2021-ci il tarixli imtina məktubların, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin X5 11.04.2008-ci il tarixli epikrizin və Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 12.04.2021-ci il tarixli məlumatın surətləri və yaşayış yeri üzrə qeydiyyat haqqında ******* və ******* nömrəli arayışları məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin X5 tərtib etdiyi 11.04.2008-ci il tarixli epikrizə əsasən, 23.08.2007-ci il təvəllüdlü Əliyev Əliəkbər 25.03.2008-ci il tarixdə xəstəxanaya daxil olmuş, 11.04.2008-ci il tarixdə evə yazılmış və ona “Spinal meninqomiolosele” diaqnozu qoyulmuşdur. 26.03.2008-ci il tarixdə “Spinal meninqomioloselenin ləğvi” əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra nevroloji statusunda müsbət dinamikanın olması və yaşayış yerində nevropatoloqun müşahidəsinə yazılması qeyd olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 12.04.2021-ci il tarixli məlumatına əsasən, 23.08.2007-ci il təvəllüdlü X8 müayinədən keçmiş və ona “Spina bifida [onurğa kanalının tam bağlanmaması], Spinal meninqomieloselenin cərrahi ləğvindən sonraki vəziyyət. Spina bifida. Çanaq orqanlarının disfunksiyası (qeyri-iradi sidik və nəcis ifrazı); Yanaşı xəstəliklər N31.2 Sidik kisəsinin başqa rubrikalarda təsnif olunmayan neyrogen zərifliyi, Neyrogen sidik kisəsi, spinal forma (adaptasiyasız). Yanaşı xəstəliklər J35.0 Xroniki tonzillit. Yanaşı xəstəliklər E66.9 Dəqiqləşdirilməmiş piylənmə. Yanaşı xəstəliklər N39.4 Qeyri-iradi sidik ifrazının digər dəqiqləşdirilmiş formaları, Xroniki sidik saxlamamazlığı. Yanaşı xəstəliklər N30.9 Dəqiqləşdirilməmiş sistit, Xroniki sistit. Yanaşı xəstəliklər Çəpgözlüyün digər formaları” diaqnozu qoyulmuşdur. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti – “23.08.2025”, əlillik səbəbi isə - “Sağlamlıq imkanları məhdud uşaqlar” kimi göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan: 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının 21.12.2015-ci il tarixli məlumatına əsasən, 23.08.2007-ci il təvəllüdlü X8 ilkin müayinədən keçmiş və ona “Spina bifida spinal meninqomieloselenin cərrahi ləğvindən sonraki vəziyyət. Çanaq orqanlarının disfunksiyası” diaqnozu qoyulmuşdur. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarı “2.1. Altı aydan iki ilə qədər müddətə: =˃ cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar” kimi qeyd olunmuşdur. İddiaçı 30.12.2015-ci il tarixdə xəstə uşağa görə müavinətin təyin edilməsini xahiş etmiş və ona Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 573 nömrəli qərarı ilə 08.01.2015-ci il tarixdən 01.01.2018-ci il tarixədək 67 manat məbləğində müavinət təyin olunmuşdur. Sosial müavinətin dəyişdirilməsi haqqında şöbənin 01.02.2016-cı il tarixli sərəncamına əsasən İddiaçı 01.02.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək xəstə uşağa 74 manat məbləğində müavinət təyin olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 21.12.2017-ci il tarixli məlumatına əsasən, 23.08.2007-ci il təvəllüdlü X8 müayinədən keçmiş və ona “Spina bifida spinal meninqomieloselenin cərrahi ləğvindən sonraki vəziyyət. Çanaq orqanlarının disfunksiyası” diaqnozu qoyulmuşdur. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti – “21.12.2020”, əlillik səbəbi isə - “Sağlamlıq imkanları məhdud uşaqlar” kimi göstərilmişdir. Sosial müavinətin dəyişdirilməsi haqqında şöbənin 22.12.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı 01.01.2018-ci il tarixdən 01.01.2020-ci il tarixədək xəstə uşağa 74 manat məbləğində müavinət təyin olunmuşdur. Sosial müavinətin dəyişdirilməsi haqqında şöbənin 01.03.2018-ci il tarixli sərəncamına əsasən İddiaçı 01.03.2018-ci il tarixdən 01.01.2020-ci il tarixədək xəstə uşağa 82 manat məbləğində müavinət təyin olunmuşdur. İddiaçı 29.07.2019-cu il tarixdə sağlamlıq imkanları məhdud uşağa qulluğa görə Prezident təqaüdün təyin edilməsini xahiş etmiş və ona Müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun 03.08.2019-cu il tarixli, 580584 nömrəli qərarı ilə 01.04.2019-cu il tarixdən 31.12.2020-ci il tarixədək 50 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. İddiaçı 03.11.2021-ci il tarixli ərizələri ilə cavabdehə müraciət edərək, almadığı ayların sosial müavinətinin və sağlamlıq imkanları məhdud ovladına baxmaq üçün təqaüdün təyin olunub ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 643 nömrəli “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanının 1-ci bəndinə əsasən “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 50 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. İşin faktiki hallarına əsasən, iddiaçının 23.08.2007-ci il təvəllüdlü oğlu X6 2008-ci ildə “spinal meninqomiosele” diaqnozu qoyulmuş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarına əsasən 2015-ci ildən 21.12.2020-ci il tarixədək onun həmin xəstəliklə bağlı sağlamlıq imkanları məhdud uşaq olması səbəbi ilə əlillik müəyyən edilmiş, İddiaçı cavabdeh tərəfindən sosial müavinət və təqaüd təyin olunmuş və ödənilmişdir. Sonuncu müayinəyə görə 12.04.2021-ci ildən 23.08.2025-ci ilədək eyni diaqnoz ilə bağlı iddiaçının övladına əlillik “ 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olması” səbəbi ilə müəyyən edilmişdir. 21.12.2020-ci il tarixdən 12.04.2021-ci il tarixədək Ə.Əliyevin sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı məlumat qeyd olunmadığından cavabdeh müvafiq müavinət və təqaud ödəməkdən imtina edir. Halbuki “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 02.07.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3.3-1-ci maddə əlavə edilmişdir: “3..3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” Cavabdeh 21.12.2020-ci il tarixdən 12.04.2021-ci il tarixədək olan müddət üçün iddiaçıya müavinət və təqaüd ödəməkdən imtinasını yuxarıda göstərilən qanun normasının iddiaçının övladına əlilliyi müəyyən edildikdən (12.04.2021-ci il tarixindən)sonra qüvvəyə minməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə hesab edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 02.07.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul edilməlidir və göstərilən qanun norması iddiaçıya münasibətdə şamil edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci madəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, 21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4475/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4475/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver