Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4478/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 Fondunun iddiaçının barəsində yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 №-li qərarın ləğv edilməsi, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə anadan oluşdur. xx.xx.2022-ci il tarixində 65 yaşı tamam olmuş, həmin tarixdən də ona yaşa görə 180 manat məbləğində sosial müavinət təyin olunmuşdur. 25 il əmək fəaliyyəti təcrübəsinə malikdir. Əmək kitabçasını itirmiş, bu səbəbdən də arxiv arayışı verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin istehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzi tərəfindən verilən xx.xx.2021-ci il tarixli **********36 №-li Arxiv arayışından da müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu (keçmiş Şaumyan rayonu) Qarışıq Ticarətinin (QT): xx.xx.1973-cü il tarixli əmri ilə 174 №-li əmri ilə 17 04.1973-cü ildən 2 aylıq istehsalat təcrübəsi müddətinə 220 №-li mağazada kiçik satıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1973-cü il tarixli 361 №-li əmri ilə 90 №-li mağazanın kiçik satıcısı praktikantı vəzifəsinə, xx.xx.1973-cü il tarixdən ştat təcrübəsini bitirəndən sonra daimi kiçik satıcı keçirilmişdir. Bakı şəhəri keçmiş Şaumyan (indiki Xətai) rayonu Yeyinti Ticarətinin (YT) (keçmiş QT-nin bazasında) xx.xx.1976-cı il tarixli 274 №-li əmri ilə 40 №-li mağazanın satıcısı, xx.xx.1976-cı il tarixdən Sovet Ordusu sıralarına çağırışla əlaqədar Azərbaycan SSR ƏQM-nin 3-cı maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixli 224 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən həmin mağazada böyük satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1979-cu il tarixli 224 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən həmin mağazada böyük satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixli 100 №-li əmri ilə xx.xx.1989-cu il tarixdən həmin mağazada 2-ci dərəcəli satıcı keçirilmişdir. Bakı şəhəri Xətai (keçmiş Şaumyan) rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİ) (keçmiş YT-nin bazasında), xx.xx.1995-ci il tarixli 24 №-li əmri ilə 40 №-li mağazada müvəqqəti olaraq müdir vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixli 61 №-li əmri ilə xx.xx.1997-ci il tarixdən həmin mağazada 1-ci dərəcəli satıcı keçirilmişdir. Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı Şəhəri Xətai rayonu Tİİİ ləğv edilərək, onun arxiv sənədləri DƏK-in İstehsalat və Təsərrüfat” İdarəsinə (İTİ) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazriliyi Yaradılmışdır. DƏN-in xx.xx.1999-cu ıl tarixli 01 №-li əmri ilə İTİ ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №-li əmri ilə onun bazasında Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) Dövlət Əmlakı Nazirliyinin TXMOFƏM-nin xx.xx.2001-ci il tarixli 351k №-li əmri ilə Bakı şəhərinin Xətai rayonunda yerləşən 40 №-li mağazanın satıcısı xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (mülkiyyətçisi dəyişdiyi üçün) işdən azad edilmişdir. 65 yaşı tamam olandan sonra ilk dəfə “DOST” mərkəzinə müraciət edərək, ona ünvanlanan xx.xx.2022-ci il tarixli ********** №-li cavaba əsasən təqdim olunan sığorta arayışına əsasən 23 il 27 gün sığorta stajının olması hesablanmışdır. Əlavə olaraq da iddiaçıya bildirilmişdir ki əlavə sənəd təqdim edəcəyi halda 25 illik sğorta stajı tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın 4.1.5-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət illəri sığorta stajına hesablandığı üçün xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövrün də sığorta stajına hesablanması üçün “DOST” mərkəzinə təqdim etmişdir. Sənədləri təqdim edən zaman iddiaçıdan 11.08 2022- ci il tarixində ********** №-li qərar geri istənilmiş, iddiaçı da onda olan digər sənədlərlə birlikdə "DOST” mərkəzinə təqdim etmişdir. İkinci müraciətinə cavab olaraq isə DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 №-li cavabına əsasən iddiaçıya 21 il 6 ay sığorta stajının olması bildirilir. 2022ci ilin avqust ayında etdiyi müraciətə əsasən mənə 23 il 27 gün sığorta stajı hesablanıb. 2 illik hərbi xidmətimi təsdiq edən sənədləri təqdim etdikdən sonra isə iddiaçıya 21 il 6 ay sığorta stajı hesablanmışdır. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının barəsində sğorta stajının hesablanması ilə bağlı 2 dənə fərqli qərarı var. Birinci müraciətində 23 il 27 gün sğorta stajının olduğu üçün və üzərinə 2 illik hərbi xidmət müddətimidə gələndə 25 illik sğorta stajı tam olurdu. Lakin DSMF ikinci qərarda ona 21 il 6 ay sığorta stajı hesablamışdır. Həmçinin səbəbini bilmədən xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixininədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş Xətai Rayonu Ticarət və ictimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəlində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək adında (Mansurov Mirağa) uyğunsuzluq aşkarlandığını bildirib. İddiaçı bildirir ki, barəsində nədənsə birinci qərar qəbul edilən zaman araşdırma zərurəti yaranmamış, lakin hərbi xidmətilə bağlı iki illik sığorta stajını təsdiq edən sənəd təqdim edəndən sonra yaranmışdır. Barəsində sığorta stajının hesablanması ilə bağlı verilən ikici qərar tamamilə ədalətsizdir. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilən arxiv arayışında qeyd olunan məlumatlar tamamilə düzgün qeyd olunub. Həmçinin yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli qərarda qeyd olunduğu Mansurov Mirağa adının isə onunla heç bir əlaqəsi yoxdur. İddiaçı bildirir ki, onun yaşa görə əmək pensiyası təyin olunması üçün zəruri olan 25 illik sığorta stajı tam olur. DSMF-nin onun barəsində verdiyi qərarla razı deyildir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasını əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, filiala təqdim edilmiş arxiv arayışında mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş Xətai rayonu Ticarət və İctimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəllərində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək İddiaçı adında (Mansurov Mirağa) uyğunsuzluq aşkarlanıb. Eyni zamanda sözügedən müəssisənin xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əməkhaqqı cədvəllərində İddiaçı adına rast gəlinməyib. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2022-ci il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən hazırkı dövrədək iddiaçıya münasibətdə pensiya kapitalı aşkar edilməmişdir. İddiaçı arxiv arayışına və hərbi biletinə əsasən mübahisəsiz sığorta stajı 21 il 6 ay 25 gün mübahisələndirilən sığorta stajı isə 6 il 2 ay təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə asaslı şübhələr mövcuddur: Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi xx.xx.2022ci il tarixli **********2 nömrəli monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş Xətai rayonu Ticarət və İctimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəllərində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək İddiaçı adında (Mansurov Mirağa) uyğunsuzluq aşkarlanmışdır. Eyni zamanda, Xətai rayonu Ticarət və İctimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəllərində xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək İddiaçı adı qeyd olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır.Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının arxiv arayışında mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İddiaçı xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini ddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək imtina edilmişdir. -AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -H3 №3329726 hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -İnzibati icraat materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********36 №-li arxiv arayışından görünür ki, arayış xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən Bakı şəhəri Xətai rayonu (keçmiş Şaumyan rayonu) Qarışıq Ticarətinin (QT): xx.xx.1973-cü il tarixli əmri ilə 174 №-li əmri ilə 17 04.1973-cü ildən 2 aylıq istehsalat təcrübəsi müddətinə 220 №-li mağazada kiçik satıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1973-cü il tarixli 361 №-li əmri ilə 90 №-li mağazanın kiçik satıcısı praktikantı vəzifəsinə, xx.xx.1973-cü il tarixdən ştat təcrübəsini bitirəndən sonra daimi kiçik satıcı keçirilmişdir. Bakı şəhəri keçmiş Şaumyan (indiki Xətai) rayonu Yeyinti Ticarətinin (YT) (keçmiş QT-nin bazasında) xx.xx.1976-cı il tarixli 274 №-li əmri ilə 40 №-li mağazanın satıcısı, xx.xx.1976-cı il tarixdən Sovet Ordusu sıralarına çağırışla əlaqədar Azərbaycan SSR ƏQM-nin 3-cı maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixli 224 №-li əmri ilə xx.xx.1979-cu il tatixdən həmin mağazada böyük satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1979-cu il tarixli 224 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən həmin mağazada böyük Satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixli 100 №-li əmri ilə xx.xx.1989-cu il tarixdən həmin mağazada 2-ci dərəcəli satıcı keçirilmişdir. Bakı şəhəri Xətai (keçmiş Şaumyan) rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİ) (keçmiş YT-nin bazasında), xx.xx.1995-ci il tarixli 24 №-li əmri ilə 40 №-li mağazada müvəqqəti olaraq müdir vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixli 61 №-li əmri ilə xx.xx.1997-ci il tarixdən həmin mağazada 1-ci dərəcəli satıcı keçirilmişdir. Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı Şəhəri Xətai rayonu Tİİİ ləğv edilərək, onun arxiv sənədləri DƏK-in İstehsalat və Təsərrüfat” İdarəsinə (İTİ) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazriliyi Yaradılmışdır. DƏN-in xx.xx.1999-cu ıl tarixli 01 №-li əmri ilə İTİ ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №-li əmri ilə onun bazasında Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) Dövlət Əmlakı Nazirliyinin TXMOFƏM-nin xx.xx.2001-ci il tarixli 351 k №-li əmri ilə Bakı şəhərinin Xətai rayonunda yerləşən 40 №-li mağazanın satıcısı xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (mülkiyyətçisi dəyişdiyi üçün) işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzi tərəfindən verilən xx.xx.2021-ci il tarixli **********37 №li Arxiv arayışından görünür ki, arayış xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuş və Bakı şəhəri Xətai rayonu keçmiş Yeyinti Ticarətinin 40 №li mağazasında müdir və 1-ci dərəcəli satıcı işləmiş İddiaçı ondan ötrü verilmişdir ki, o, 1990-1993-cü illər üzrə 199726,97 rubl, 1994-1998-ci illər üzrə 1188928-00 manat əmək haqqı almışdır. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş: -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin sənədlərinin arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən İddiaçı barədə axtarışın aparılmasının imkan xaricində olduğu bildirilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” X7 tərəfindən İddiaçı əmək fəaliyyəti ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməsi ilə bağlı 15 may 2023-cü il tarixli məktubu ilə İddiaçı aid mərkəzi arxivdə mövcud olan kadr əmrləri və əmək haqqı hesablama cədvəlləri məhkəməyə göndərilmişdir. Məktubda eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hüquqi varisi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən Xidmətin tabeliyində olan X2 və Kordinasiya Mərkəzi X7idir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi tərəfindən verilən 30 aprel 2001-ci il tarixli 35K №li əmrdən görünür ki, Xətai rayonunda yerləşən aşağıda adları çəkilən obyektlərin işçiləri xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən (mülkiyyətçi dəyişdiyi üçün) işdən azad edilmişdir. İddiaçı adı (vəzifəsi- satıcı) qeyd olunan əmrin 12-ci sırasında qeyd edilmişdir. -Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “İddiaçı xx.xx.2022ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, arxiv arayışının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 21 il 6 ay 25 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, X4 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən arxiv arayışında qeyd olunan Xətai rayonu Ticarət və İctimai İaşə İdarəsinin arxivində saxlanılan əmək haqqı cədvəllərində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək vətəndaşın adında uyğunsuzluq olduğundan, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək vətəndaşın adına rast gəlinmədiyindən qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 21 il 6 ay 25 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 6.600,25 manat təşkil edir: (21 +(6+25/30gün)/12ay)x306 manat=6600,25. Həmçinin xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 6.600,25 manat pensiya kapitalının xx.xx.2022ci il tarixinə indeksləşdirilmiş məbləği 17.538,60 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az olduğu əsas gətirilmişdir. Cavabdeh iddiaçının xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrləri sığorta stajına daxil etməmişdir. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçı mübahisə açmasa belə, məhkəmə araşdırması ilə iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının da toplanmadığı müəyyən edilmişdir. İşin yeganə mübahisəli məqamı iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş Xətai rayonu Ticarət və İctimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəllərində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək İddiaçı adında uyğunsuzluq aşkarlanması (Mansurov Mirağa) və sözügedən müəssisənin xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əməkhaqqı cədvəllərində İddiaçı adına rast gəlinmədiyi əsası ilə işlədiyi dövrü sığorta stajına hesablamamışdır. Cavabdeh iddiaçının 21 il, 6 ay, 25 gün ümumi sığorta stajının olduğu qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarından: Bənd 117 “q”. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, istinad edilən qanunvericilik aktlarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir. Hazırkı halda iş materialları ilə iddiaçının cavabdehin mübahisələndirdiyi xx.xx.1995-xx.xx.1998-ci illərdə Bakı şəhəri Xətai rayonu keçmiş Yeyinti Ticarətinin 40 №li mağazasında işləməsi faktı müəssisənin hüquqi varisi olan Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən təqdim edilmiş arxiv arayışlarına və müvafiq əmrlərə əsasən müəyyən edilmiş, həmin dövrlər üzrə iddiaçıya əmək haqqı ödənilməsi təsdiq edilmişdir. Məhkəmə arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmamasına dair, o cümlədən iddiaçının işlədiyi 40 nömrəli mağazada Mansurov Mirağa adlı şəxsin işləməsi barədə mötəbər sübut təqdim edilmədiyini nəzərə alaraq əmək haqqı cədvəllərinin bəzilərində iddiaçının adının “Mirağa” kimi qeyd edilməsinin iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması ilə nəticələnməli olmayan texniki səhv kimi qəbul edir və qeyd olunan dövr üzrə 3 il, 9 ay 1 gün müddətin iddiaçının ümumi iş stajına daxil edilməli olması qənaətinə gəlir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (21 il 6 ay 25 gün) ilə iddiaçının mübahisəli xx.xx.1995-xx.xx.1998-ci illərdəki əmək fəaliyyəti dövrü toplandıqda iddiaçının qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur (21 il, 6 ay, 25 gün + 3 il, 9 ay, 25 gün = 25 il, 3 ay, 26 gün). Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1998-ci ildən xx.xx.2001-ci il tarixlərdəki stajı nəzərə alınmasa belə, 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi ilə bağlı cavabdehin imtinası qanuni sayıla bilməz. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4478/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4478/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver