Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4479/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi Əhmədli Sevin Vahid qızının (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas, məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Gəncəliyev Zakir Abdulqədir oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı Gəncəliyev Zakir Abdulqədir oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020ci il tarixindən etibarən aldığı təqaüdün yenidən hesablanaraq çatışmayan hissəsinin ona verilməsinin təmin edilməsi, təqaüdünün hesablanması zamanı hesablanmamış 7 ilin nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdən 1 nömrəli Yeni Bakı Broyler” fabrikinin 3 nömrəli briqadasına briqadir vəzifəsinə işə gəbul olunmuş və xx.xx.1999-cu il tarixdə işdən azad olunmuşdur. İddiaçı orada işlədiyi zaman “1 nömrəli Yeni Bakı Broyler” fabriki “xxxx” ASC-yə çevrilmişdir. Ona pensiya təyin edilən zaman həmin dövr cavabdeh tərəfindən nəzərə alınmamışdır.Cavabdeh bunun onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək işlədiyi dövr haqqında məlumat əldə edə bilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçı xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək məcburi dövlət sığorta haqqları ödədiyi üçün vətəndaşa avtomatik 25 il staj hesablanmışdır. İddiaçının tələb etdiyi xx.xx.1992-xx.xx.1999-cu ilədək olan müddət sığorta stajına daxil edilsə belə iddiaçının pensiyasında artım olmayacaqdır. Belə ki, hesablama nəticəsində aydın olur ki, 2006-cı ilədək vətəndaşın sosial sığorta stajı 32 il qəbul olunsa belə, şəxsin pensiyasında heç bir artım olmur və buna görə də iddiaçının iddiası mümkünsüz hesab edilməlidir. Həmçinin iddia ərizəsində qeyd edilmiş “xxxx” ASC-nin adı “1 N-li Yeni Bakı Broyler” fabriki deyil, “Azərquşsənaye dövlət şirkəti, 1 nömrəli Bakı Broyler Quşçuluq fabriki olmuşdur.Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi S.Əhmədli iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Məhkəmə iddia ərizəsini və təqdim edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: İddiaçıya məxsus olan xx.xx.1974-ci il tarixdə açılmış əmək kitabçasına əsasən İddiaçı Abdulqadir oğlu xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək 13 nömrəli TQİ-də 1-ci dərəcəli fəhlə, xx.xx.1975-ci ildən xx.xx.1984-cü ilədək Azərbaycan SSR Dövlət Tikinti Baş idarəsində müfəttiş, xx.xx.1984-ci ildən xx.xx.1986-ci ilədək Azərbaşquşçuluqsənayesində İİ qaydada Abşeron reproduktorda 3-cü dərəcəli çilingər, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Yerli Bakı Broyler fabrikində sənaye sürüsü zonasında 1 N-li briqadada briqadir, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək Abşeron rayon daxili işlər şöbəsi yanında İdarədənkənar Mühafizə şöbəsində gözətçi, xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilədək 1 nömrəli Yeni Bakı Broyler (“xxxx”) müəssisəsində müxtəlif vəzifələrdə işləmişdir, xx.xx.2000-ci ildən Üzeyir-2” Kiçik Müəssisəsində gözətçi işində işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 200 manat məbləğində avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək iddiaçının işlədiyi “xxxx” ASC tərəfindən social sığorta haqları ödənilməsi və fəaliyyəti barədə məlumat əldə etmək mümkün olmadığından həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən “Bakı-Broyler-1 ASC (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin əsasında yaradılmışdır və onun hüquqi varisidir. Əlavə olaraq bildirilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestı məlumatlarında 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin 1988- 1999-cu illər ərzində fəaliyyətinin olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən əmək pensiyası təyin edilən zaman onun əmək kitabçasında göstərilən xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək işlədiyi dövr nəzərə alınmamışdır, iddiaçı bununla bağlı cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı (xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək) əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən isə iddiaçıdan həmin əmək kitabçasının mötəbərliyini təsdiq edən əlavə sənəd və ya məlumat tələb edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibiqaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini vəəmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsivəödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə də göstərilmişdir: “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1.Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cıil tarixədəksığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi işstajı;.. Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmişməlumatlaraəsasən müəyyən edilir:3.2.1.əmək kitabçası; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək əmək fəaliyyəti barədə əmək kitabçasında olan qeyd “Bakı- Broyler- 1” ATSC –nin möhürü ilə təsdiq edilmişdir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə belə bir müəssisənin xx.xx.1998-ci ildən 1 saylı Bakı Broyler Quşçuluq fabrikinin əsasında yaradılması və onun hüquqi varisi olması təsdiqlənir. Cavabdehin iddiaçının tələb etdiyi 7 il iş stajının nəzərə alınmasının iddiaçının əmək pensiyasının artımına səbəb olmayacağı ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı(bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsindəqeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət(1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla)və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Göründüyü kimi vətəndaşların əmək kitabaçasında göstərilən bütün iş stajlarının pensiya təyin edilən zaman nəzərə alınmasını tələb etmək hüququ vardır və bu hüququn həyata keçirilməsi həmin iş stajının nəzərə alınması ilə əmək pensiyasının məbləğinin artıb-artmamasından asılı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);. Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçı Gəncəliyev Zakir Abdulqədir oğlunun xx.xx.2020-ci il tarixindən etibarən aldığı pensiyanın yenidən hesablanaraq çatışmayan hissəsinin ona verilməsinin təmin edilməsi, pensiya təyin edilərkən nəzərə alınmamış 7 ilin (xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək olan dövrün) pensiyanın hesablanması zamanı nəzərə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Gəncəliyev Zakir Abdulqədir oğlunun xx.xx.2020-ci il tarixindən etibarən aldığı pensiyanın yenidən hesablanaraq çatışmayan hissəsinin ona verilməsinin təmin edilməsi, pensiya təyin edilərkən nəzərə alınmamış 7 ilin (xx.xx.1992-ci ildən xx.xx.1999cu ilədək olan dövrün) pensiyanın hesablanması zamanı nəzərə alınması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Binəqədi rayon şöbəsi) üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4479/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4479/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver