Məhkəmə qərarları › İş №2-1(112)-448/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-448/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-448/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı2 Əliabbas qızının (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi 63) və İddiaçı5 (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi 63) iştirakı ilə, İddiaçı4 vəkili X1 (Ünvanı: Bakı şəhəri, 8MKR, H.Hüseynov küçəsi, 11A, 154; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 11 saylı vəkil bürosunun vəkili) iştirakları ilə, iddiaçılar - İddiaçı1, İddiaçı2 Əliabbas qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı10, cavabdeh - Bakı şəhəri Cavabdehnə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Əliabbas qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı İddiaçı1, İddiaçı2 Əliabbas qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X6, İddiaçı8, İddiaçı9, İddiaçı10 yetkinlik yaşına çatmamış uşaqları -2017-ci ildə anadan olmuş X5, 2003-cü ildə anadan olmuş X2, 2010-cü ildə anadan olmuş X7, 2013-cü ildə anadan olmuş X8 ilə birlikdə ünvan 1 ünvana şəxsiyyət vəsiqələrinin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında “İddiaçı7 və 2017-ci il təvəllüdlü X3 iddiaçı siyahısından çıxararaq, iddiaçılar İddiaçı1, İddiaçı2 Əliabbas qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı10 yetkinlik yaşına çatmamış uşaqlarını-2003cü ildə anadan olmuş X2, 2010-cü ildə anadan olmuş X7, 2013-cü ildə anadan olmuş X8 ilə birlikdə ünvan 2 ünvana qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi” barədə iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddiaçı X4 Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi əsasında iddiaçıların yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, İ Hacıyev küçəsi, 63 nömrəli evdən çıxarılmaları barədə 2-1(81)- 2251/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qərar qəbul etmişdir. Hal-hazırda qanuni güvvəyə minmiş həmin qərar əsasında Cavabdeh onları M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi ünvanda yerləşən 63 N-li evdən qeydiyyatdan çıxarmışdır. Qətnamə bununla əsaslandırmışdır ki, iddiaçı X9 ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evin mülkiyyətçisidir, 3-cü şəxslər mübahisəli evdə qeydiyyatda olsalar da, onlar o ünvanda yaşamırlar. Onların qeydiyyatı 63 N-li evdə deyil, Rəsul-zadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 63A N-li evdədir. Onların Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi ünvanda 63 evdə yaşadıqları və pasport qeydiyyatına alınmaları Bakı şəhəri Binəqədi rayon İH-nin Başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsinin xx.xx.2019-cü il tarixli 3458 N-li arayışı ilə təsdiq edilir. Bununla əlaqədar onlar yetkinlik yaşına çatmamış uşaqları -2003-cü ildə anadan olmuş X2, 2010-cü ildə anadan olmuş X7, 2013-cü ildə anadan olmuş X8 anadan olmuş X11 ilə birlikdə ünvan 1 ünvana şəxsiyyət vəsiqələri verilməsi xahişi ilə Bakı şəhəri Cavabdehnə müraciət etmişik. Lakin, Bakı şəhəri Cavabdeh 059-42191 C Nəli, xx.xx.2019-cü il tarixli məktubula qanunda tələb olunan sənədləri təqdim edilməməsinə istinad edərək vəsiqələrin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar və İddiaçı4 vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İPM-in 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli 055-20919 nömrəli məktubla məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2251/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qərarı iləiddiaçı X4 Bakı şəhəri Cavabdehnə qarşı iddiası təmin edilərək hazırkı iş üzrə iddiaçıların və digər şəxslərin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 63 ünvanda yerləşən yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları qərara alınmışdır. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsinin 14-18/173 nömrəli xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi (keçmiş Məmmədyarov), Döngə 1, ev 63 ünvanı və ünvan 9 ünvanlarda yerləşən evlərdir. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş ünvan 11 ünvanına dair ev kitabının təsdiq edilmiş surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Əliabbas qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı10 ünvan 11 ünvanında qeydiyyatdadırlar. Qeyd edilən ev kitabının 11-ci “Daxili işlər orqanının qeydi.” Qrafasında iddiaçıların mübahisə predmeti olan ünvana hansı tarixdə qeydiyyata alınmalarına dair qeydlər edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. Aşağıdakı əsaslara görə məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçıların hüquqlarını pozur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Sözügedən Qanunun 9-cu maddəsinə əsasən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyinin) məlumatına əsasən yasayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Həmin qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin 14-cü maddəsinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar ünvan 1 ünvanda uzun müddətdir yaşadıqlarından, onların yaşadıqları yer üzrə qeydiyyata alınması zəruri olduğundan və başqa yaşayış yerləri olmadığından (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti yoxdur), həmçinin qanunvericiliyə uyğun olaraq evə dair müvafiq sənədlər mövcud olduğundan(vətəndaşların qeydiyyata alınması üçün əsas olanBakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş və ünvan 11 ünvanına dair ev kitabının təsdiq edilmiş surəti), onların yaşadıqları ünvana qeydiyyata alınmalarından imtina olunması qanuni sayılmamalı və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 Əliabbas qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı10 yetkinlik yaşına çatmamış uşaqlarını-2003-cü ildə anadan olmuş X2, 2010-cü ildə anadan olmuş X7, 2013-cü ildə anadan olmuş X8 ilə birlikdə ünvan 2 ünvana qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Əliabbas qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı10 yetkinlik yaşına çatmamış uşaqlarını-2003-cü ildə anadan olmuş X2, 2010-cu ildə anadan olmuş X7, 2013-cü ildə anadan olmuş X8 ilə birlikdə ünvan 2 ünvana qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar