Məhkəmə qərarları › İş №2-1(112)-4481/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4481/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4481/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 41; ixtisası: ali təhsil; iş yeri: işləmir) və onun vəkili X9 (Ünvanı: Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi ev 26, mənzil 2; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Arbitrium” Vəkil Bürosu, vəkil), 3-cü şəxs “xxxx” MMC-nin nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Heydər Əliyev küçəsi 127, ev 11; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Səbail rayon bələdiyyəsinə 3-cü şəxslər - X10 və “xxxx” MMC qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Səbail rayon bələdiyyəsinə qarşı (3-cü şəxs X10) Bakı şəhəri X13 şossesi 12 ünvanında yerləşən 12 sot torpaq sahəsinin X5 alqı-satqı qaydasında sənədləşdirilməsi barədə 229 sayı, 27.12 2006-cı il tarixli qərarının və həmin qərarın hüquqi nəticəsi olan X2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, X6 torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün nəzərdə tutulmuş yolun qarşısında ayrılmışdır. Nəticədə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxışı məhdudlaşdırılmışdır. İş üzrə xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Səbail Bələdiyyəsi, Səlyan şossesi 12 ünvanında yerləşən 12 sot torpaq sahəsinin X2 adına alqısatqı qaydasında sənədləşdirilməsi barədə 229 saylı xx.xx.2006-cı il tarixli qərarın etibarsız hesab edilməsi edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Səbail şossesi 12 ünvanında yerləşən 12 sot torpaq sahəsinin X3 adına alqı-satqı qaydasında sənədləşdirilməsi barədə 229 saylı, xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Məhkəmə zamanı iddiaçı öz izahatında bildirmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün yol ayrılmışdır, lakin 2020-ci ilin aprel ayında 3-cü şəxs tərəfindən həmin yolun qarşısında olan torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması əsas gətirilərək yolun qarşısı kəsilmişdir. Həmin vaxta kimi iddiaçı mübahisə predmeti olan qərardaddan məlumatlı olmamış və xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün ayrılmış yoldan sərbəst istifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, iddiaçı mübahisələndirilən qərardan 2020-ci ilin aprel ayında məlumatlı olduğundan və xx.xx.2020-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, iddia müddətini ötürməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh və 3-cü şəxslər tərəfindən müddətlə bağlı yuxarıda göstərilənlər mübahisləndirilməmiş və qeyd edilənləri təkzib edən hər hansı əlavə sübut təqdim edilməmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********15 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli, **********16 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli, **********17 reyestr, ********** qeydiyyat nömrəli, 08 12.2016-cı il tarixli, **********18 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli **********19 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışlara əsasən Bakı şəhəri Səbail rayonu, Səlyan şossesi 12 ünvanında yerləşən torpaq sahələri iddiaçının (İddiaçı) xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün yol daşınmaz əmlakın dövlət reyestrindəki ərazinin kadastrına uyğun olaraq şimal hissədən müəyyən edilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən, Səlyan şossesi 12 ünvanında X2 adına 0.12 ha torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsi barədə 229 sayı, xx.xx.2006-cı il tarixli qərar qəbul etmiş və həmin torpaq sahəsinə dair alqı-satqı aktı tərtib olunmuşdur. Qeyd edilən sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X7in adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin inzibati aktı- 229 sayı, xx.xx.2006-cı il tarixli qərarı qanunsuz qəbul edilmişdir və o ləğv edilməlidir. Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən 229 sayı, xx.xx.2006-cı il tarixli qərarla X2 adına 0.12 ha torpaq sahəsinin sənədləşdirilməsi onun maraqlarına toxunaraq xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış yolunu kəsmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 229 sayı, xx.xx.2006-cı il tarixli qərarı iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran qanunsuz əlverişsiz (yükləyici) inzibati aktdır. “İnzibati icraat haqqında” Qanununun 2.0.11-ci maddədinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt hesab edilir. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Digər tərəfdən Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən 229 sayı, xx.xx.2006-cı il tarixli qərarla X2 adına ayrılmış 0.12 ha torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx.xx.2001-ci il tarixli qanuna uyğun olaraq sənədləşdirilməmişdir. Belə ki, qeyd edilən tarixdə bələdiyyələr tərəfindən torpaq sahələrinin vətəndaşlara ayrılması torpaq sahəsinin ayrılmasına dair müvafiq inzibati akt, torpaq sahəsinin alqı-satqı aktı (üzərində bələdiyyənin və aidiyyəti torpaq şöbəsinin möhürü), torpaq sahəsinin alınmasına dair müvafiq ödəniş qəbzi, ayrılmış torpaq sahəsinin plan ölçüsü ilə sənədləşdirilirdi. Daha sonra keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilməsi zərurəti var idi. Göründüyü kimi, Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən 229 sayı, xx.xx.2006-cı il tarixli qərarla X2 adına ayrılmış 0.12 ha torpaq sahəsi həmin dövrün qanunvericilik aktlarına uyğun sənədləşdirilməmiş, eyni zamanda torpaqayırma sənədlərinin üzərində səlahiyyətli şəxsin imzaları qoyulmamışdır. “İnzibati İcraat haqqında” qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibatı akt qanunsuz sayılır. Həmin Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibatı Prossesual Məcəlləsinin 2 2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndırmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və 3-cü şəxs X10 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs “xxxx” MMC-nin nümayəndəsi, eyni zamanda vəkili iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli **********58 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq Heybatov Nail Zöhrab oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən torpaq sahələrinə dair RX 0967833, 0969037, ******* və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və bununla bağlı qeydiyyatların aparılmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini Heybatov Nail Zöhrab oğluna satmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Heybatov Nail Zöhrab oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X8 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini Heybatov Nail Zöhrab oğluna satmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Heybatov Nail Zöhrab oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X15 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini Heybatov Nail Zöhrab oğluna satmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Heybatov Nail Zöhrab oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X12 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini Heybatov Nail Zöhrab oğluna satmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Heybatov Nail Zöhrab oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli **********065 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq X2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Səbail Bələdiyyəsinin “Səbail rayonu ərazisində olan 1200 kv.m. torpaq sahəsinin vət. Y.İ.Bağırovanın adına sənədləşdirilməsi barədə” 229 nömrəli xx.xx.2006-cı il tarixli Qərarına əsasən Səbail rayonu, Salyan şossesi, 12 ünvanda yerləşən Bələdiyyə ərazisinə məxsus 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş X4 oğlunun adına sənədləşdirilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il qeydiyyat tarixli Çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi “xxxx” MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli **********61 nömrəli məktubla mütəxəssis rəyi məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, yerində müayinə zamanı müəyyən edilmişdir ki, X6 torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün nəzərdə tutulmuş yolun qarşısında ayrılmışdır. Nəticədə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxışı məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş Mütəxəssis rəyində göstərilmişdir: “Mübahisələndırılən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə, verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). -Naturada müəyyən edilmiş koordinatlara əsasən hazırlanmış sxemlərdən göründüyü kimi iddia edilən yol reyestr nömrəsi **********81 olan çıxarışın koordinatları ilə üst-üstə düşür. İş üzrə verilmiş sorğulara cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi məlumatında bildirmişdir: -1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən sözügedən torpaq sahəsi Səbail Bələdiyyəsinin xx.xx.2006-cı ıl tarixli 229 saylı qərarına əsasən **********81 reyestr nömrəsi ilə X4 adına qeydiyyatdan keçmişdir, hal-hazırda “xxxx” MMC-nin mülkiyyətindədir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatında bildirilir: -koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi baza məlumatlarına əsasən Bakı şəhəri Səbail bələdiyyəsinin 229 saylı xx.xx.2006-cı il tarixli qərarından əvvəl və hal-hazırda dövlət mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşir.” Göründüyü kimi, Bakı şəhəri Səbail bələdiyyəsinin 229 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin həmin qərardadın əvvəl və hal-hazırda dövlət mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Səbail Rayon Bələdiyyəsi tərəfindən mübahisələndirilən qərar müvafiq maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 33cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 5-ci bəndinə əsasən ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Şəhər və bələdiyyə avtomobil yollarının torpaq sahələri, ümumi istifadədə olan yaşıllıqlar və su sahələri ara məsafələri kimi istifadə olunur. Tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin sərhədindəki hər iki tərəfdən becərilə bilən torpaq zolağında isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Həmin Qaydaların 6-cı bəndinə əsasən ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, yəni torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması, həmçinin həmin torpaq sahəsi ayrılarkən digər torpaq sahələri ilə qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsinin gözlənilməməsi və nəticədə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxışı məhdudlaşdırılması iş materialları ilə öz təsdiqini tapdığından, mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail şossesi 12 ünvanında yerləşən 12 sot torpaq sahəsinin X3 adına alqı-satqı qaydasında sənədləşdirilməsi barədə Səbail Rayon Bələdiyyəsinin 229 saylı, xx.xx.2006-cı il tarixli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Səbail şossesi 12 ünvanında yerləşən 12 sot torpaq sahəsinin X3 adına alqı-satqı qaydasında sənədləşdirilməsi barədə Səbail Rayon Bələdiyyəsinin 229 saylı, xx.xx.2006-cı il tarixli qərarı ləğv edilir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar