Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4483/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə qarşı «iddiaçının müsahibə üzrə arzuladığı inzibati vəzifəyə uyğun olmağı haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının müsahibədə cavabının düzgün qiymətləndirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə xx xxxxxxx 2019-cu il taruxdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixdə Dövlət X5 Dövlət X6 X2 müdiri vəzifəsinə Cavabdeh tərəfindən keçirilən ümumi müsahibədə iştirak etmiş və ona komissiya tərəfindən 14 bal verilmişdir. O, həmin nəticə ilə razılaşmamışdır. O, şikayətlə Cavabdehnə müraciət etmişdir. Oradan bildirilmişdir ki, qanunvericiliyə əsasən dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyasının vəzifənin aid olduğu dövlət orqanı tərəfindən yaradıldığını nəzərə alaraq, komissiyanın tərkibinə həmin dövlət orqanının nümayəndəsinin cəlb edilməsi mütləqdir. Müsahibə komissiyasının qeyd edilən tərkibdə yaradılmasının məqsədi müsahibə prosesində şəffaflığın, obyektivliyin, qərarvermədə bərabərliyin təmin edilməsindən ibarətdir. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və məhkəməyə şikayət verə bilərlər. Belə ki, namizəd müsahibənin nəticəsindən narazı olduqda müsahibəsində iştirak etdiyi vəzifənin aid olduğu dövlət orqanının yanında yaradılmış Apellyasiya Şurasına müraciət edə bilər. Şikayət əsasında Şura tərəfindən namizədin müsahibə sənədləri, həmçinin onunla aparılmış müsahibənin video yazılışı araşdırılır və müvafiq qərar qəbul edilir. Qeyd olunanlar nəzərə alınaraq, müsahibənin nəticəsindən narazılıq olduğu halda, Apellyasiya Şurasına və Apellyasiya Şurasının qərarından məhkəməyə müraciət oluna bilər. İddiaçı təbii ki, ilk öncə AR Kənd Təsərrüfatı Nazirliyinin nəznində fəaliyyət göstərən Apellyasiya Şurasına yazılı müraciət etmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən müsahibə video çəkilişə qeyd edilmişdir. Təəssüflər olsun ki, Apellyasiya Şurasında şikayət araşdırılarkən onun iştirakı təmin edilməmiş və yenidən həmin görüntülərə baxılaraq ilkin qərar qüvvədə qalmışdır. Şikayətindən sonra Apellyasiya Şurasında araşdırmanın nəticəsi olaraq ona nazir müavininin imzası ilə xx xxxxxx 2019-cu il tarixli 02/24-08-271 №-li məktubla cavab verilmişdir. Məktubun arxasında icraçı olaraq adı qeyd olunan şəxs (İ.Süleymanov) onu ilk müsahibədə sorğu-sual edən komissiyanın 3 üzvündən biri idi. Hesab edilir ki, bu kobud qanun pozuntusudur. Yəni onun apellyasiaya şikayətinin araşdırılmasını ilkin qərarı qəbul etmiş şəxsə həvale etmək absurddur. Bundan sonra o (iddiaçı), AR Kənd Təsərrüfatı nazirinə Apellyasiya Şurasının qərarından şikayət etmişdir. Təəssüflər olsun ki, bu şikayətə cavab yenə də nazir müavini tərəfindən verilmişdir. Bundan sonra o, Apellyasiya Şurasının qərarının ləğv edilməsi tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(086)-2013/2019 saylı x xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdeh AR X1rşı ilkin inzibati aktı mübahisələndirilməli olduğu halda o, AR Kənd Təsərrüfatı Nazirliyinin Apellyasiya Şurasının onun şikayəti ilə bağlı qəbul edilmiş qərarın (ilkin inzibati akt dəyişdirmədən qüvvədə saxladığı qərarı) ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən də, o, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, şikayəti onun iştirakı ilə video görüntü izlənilməklə yenidən araşdırılmalıdır. Göstərilənlərə əsaslanaraq, Cavabdeh onun şikayəti ilə bağlı qəbul edilmiş qərarının ləğv edilməsi və həqiqi balının (qiymətinin) ona verilməsi barədə qərar qəbul edəlməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati- İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə (Şirvan İnzibati Məhkəməsi) əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, “iddiaçının xx xxxxxx 2018-ci il tarixli müsahibə üzrə arzuladığı inzibati vəzifəyə uyğun olmağı haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsinin qəbul etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçılə iddia ərizəsində mübahisələndirilən AR Kənd Təsərrüfatı Nazirliyində vakant olan Laçın Dövlət X6 rəhbərinin müavini – Maliyyə-təsərrüfat sektorunun müdiri vəzifəsi üzrə x xxxxxxx 2018-cı il tarixdə elan edilmiş umumı müsahibə üzrə xx xxxxxx 2018-ci il tarixdə müsahibə keçirilmişdir. «Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Dövlət qulluğuna dair qanunvericiliyə əsasən Cavabdeh və AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçılə müsahibənin ədalətli, şəffaf və operativ keçirilməsi təmin edilmişdir. Belə kı, İddiaçılə müsahibənin keçirilməsi məqsədilə AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən üç nəfərdən ibarət tərkibdə (Nazirliyin bir nümayəndəsi, Dövlət İmtahan Mərkəzinin bir nümayəndəsi və bir müstəqil ekspert daxıl edilməklə) müsahibə komissiyası yaradılmış, müsahibənin videoçəki işi aparılmışdır. İddiaçılə müsahibə vəzifənin qulluq funksiyalarına dair, eyni zamanda, vəzifə üzrə tərtib edilmiş və Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilmiş müsahibə proqramları çərçivəsində suallar verilməklə aparılmışdır. İddiaçı müsahibədə vəzifə üzrə zəruri nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığını və ümumi dünyagörüşünü nümayiş etdirə bilməmişdir. Müsahibə zamanı İddiaçı cavabları iddia etdiyi vakant vəzifənin tutulması üçün zəruri olan və adıçəkilən Qaydanın 5.2-ci bəndində müəyyən edilmiş meyarlar üzrə (namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vakant vəzifə üçün zəruri olan keyfiyyətləri) Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri və müstəqil ekspert tərəfindən qiymətləndirilmiş və o, qanunvericiliyə uyğun olaraq müsahibədən müvəffəqiyyətlə keçmək üçün tələb edilən 16 baldan 14 bal toplayaraq iddia etdiyi vəzifəyə uyğun hesab edilməmişdir. «Dövlət qulluğu haqqında» AR Qanununun 29-1-ci maddəsinə əsasən namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və məhkəməyə şikayət verə bilərlər. “«Dövlət qulluğu haqqında» AR Qanununda dəyişikliklər edilməsi barədə” AR 2017-ci il 31 may tarixli 69.3-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli 1474 nömrəli Fərmanına əsasən həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum dedikdə, mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuraları nəzərdə tutulur. İddiaçı müsahibə nəticəsi ilə razılaşmayaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq AR Kənd Təsərrüfatı Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir. Adıçəkilən Nazirliyin Dövlət İmtahan Mərkəzinə ünvanladığı x xxxxxx 2019-cu il tarixli 03/24-08-30 nömrəli məktubla İddiaçılə keçirilmiş müsahibənin videoçəkılişınin təqdim edilməsi xahiş edilmişdir. Dövlət İmtahan Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 04/xx-xx/0068 nömrəli məktubu ilə müvafiq videoçəkiliş və yekun protokol, bal cədvəlləri, kadr uçotu vərəqəsinin surətləri Nazirliyə təqdim edilmişdir. Apellyasiya Şurasının xx xxxxxx 2019-cu il tarixli 1 nömrəli iclas protokoluna əsasən, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və müsahibə komissiyasının verdiyi nəticənin saxlanılması məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı xx xxxxxx 2018-ci il tarixli müsahibə üzrə iddia etdiyi inzibati vəzifəyə uyğun olmağına dair inzibatı aktın qəbulu barədə tələbi əsassız hesab edilir. İddiaçı 2018 – 2019-cu illərdə dövlət orqanlarında mövcud vakant vəzifələrin tutulması üzrə elan edilmiş 8 ümumi müsahibədə iştirak etmiş və heç bir halda iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilməmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan iclas protokolundan görünür ki, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənləri təsdiqləmiş və iddianı müdafiə etdiyini bildirmişdir. İş materiallarında olan iclas protokolundan görünür ki, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqləmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadaan baxılmasını mümkün saydı. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə, 3 nəfərdən ibarət tərkibdə yaradılır. Həmin Qanunun 29.8-ci maddəsinə əsasən müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Həmin Qanunun 29.10-cu maddəsinə görə müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir. Həmin Qanunun 29-1-ci maddəsinə əsasən namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası»nın 1.2-ci bəndinə görə müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Qaydanın 5.1-ci bəndinə görə müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı müsahibə komissiyasının üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır. Qaydanın 5.2-ci bəndinə görə müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir: (5.2.1) bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri; (5.2.2) peşə hazırlığı – namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri; (5.2.3) ümumi dünyagörüşü – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri; (5.2.4) vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçının arzuladığı vəzifə dövlət qulluğu vəzifəsinə aiddir və həmin vəzifəyə qəbulu qanunvercilik müvafiq müsabiqə, yəni test imtahanı keçirilməsi və müsahibə aparılması ilə nəzərdə tutur. Tərəflər arasında hazırkı mübahisə iddiaçının iştirak etdiyi müsahibə üzrə müvafiq komissiyanın ona münasbətdə qiymətləndirməsi ilə bağlıdır. Yuxarıda sadalanan qanunvericilik aktlarının tələbləri belə deməyə əsas verir ki, iddiaçının dövlət qulluğu vəzifəsinə qəbul üzrə müsahibədə qiymətləndirilməsi aidiyyəti orqan kimi hazırkı Cavabdeh diskresion səlahiyyətlərinə aiddir. Belə olan halda, hazırkı inzibati mübahisə üzrə məhkəmə İPM-in 74-cü maddəssinə əsasən cavabdehin qərarının diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını da yoxlayıb qiymət verməlidir. Məhkəmə iş üzrə tərəflərin dəlil və arqumentləri məcmusunda gəldiyi nəticə ondan ibarətdir ki, cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya həmin səlahiyyətin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu ilə bağlı hazırkı məhkəmə icraatında hər hansı xüsusat müəyyən edilmir. Odur ki, Cavabdeh iddiaçının dövlət qulluğuna qəbulunda müsahibənin nəticələri üzrə onun arzuladığı inzibati aktın – qərarın qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə qarşı «iddiaçının xx xxxxxx 2018-ci il tarixli müsahibə üzrə arzuladığı inzibati vəzifəyə uyğun olmağı haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə qarşı «iddiaçının xx xxxxxx 2018-ci il tarixli müsahibə üzrə arzuladığı inzibati vəzifəyə uyğun olmağı haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4483/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4483/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver