Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4483/2023 05.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X2 oglunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12.ha bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq mülkiyyət hüququnu təsdiq edən çıxarışın təqdim edilməsi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Şəhəri Xalq Deputatları Şurasının İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 saylı qərarı ilə Ləhiş massivində 81 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin siyahısına daxil edilmiş və ona 81 nömrəli BTK nəzdində Ləhiş qəsəbəsində 0,12 hektar torpaq sahəsi ayrılmışdır. Bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina verilərək bildirilmişdir ki, sözügedən bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmiş və 81 nömrəli BTK nəzdində Ləhiş qəsəbəsində 0,12 hektar torpaq sahəsinin ona ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiaçıya yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının iddia tələbi ilə məhkəməyədək cavabdehə bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən, habelə məhkəmə tərəfindən bununla bağlı onlara hüquqi yardım göstərilməsinə baxmayaraq sübut təqdim edilmədiyindən məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin etirazında bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti olmamışdır. Belə ki, İddiaçı İdarəyə müraciəti bağ sahəsinə dair məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı olmuşdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada iddiaçıya xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********33 nömrəli, xx.xx.2022-ci il tarixli bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə məktubunda bildirilmişdir ki, onun Bakı şəhəri, Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən bağ sahəsi barədə məlumat və sənəd surətinin təqdim edilməsinə dair müraciətinə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinfn xx.xx.1989-cu il tarixli, 6/249 nömrəli qərarı ilə Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 81 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı göstərilmişdir, lakin bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Eyni zamanda bildirilmişdir kı, 81 nömrəli ВТК nəzdində İddiaçı adına Ləhiş qəsəbəsində 0.12 hektar torpaq sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar olunmamışdır. Nəzərə alınması xahiş edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********23 nömrəli, xx.xx.2022-ci il tarixli, bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə məktubunda bildirilmişdir ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsi barədə məlumat və sənəd surətinin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 6/249 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 81 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı göstərilmişdir, lakin bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, 81 nömrəli BTK nəzdində İddiaçı adına Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, bağ sahəsinin nömrəsi barədə məlumat verildiyi təqdirdə sorğusuna yenidən baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından məlum olur ki, iddiaçının bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması barədə iddia tələbi ilə məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən, habelə məhkəmə tərəfindən bununla bağlı ona hüquqi yardım göstərilməsinə baxmayaraq sübut təqdim edilmədiyindən onun hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı məhkəməyədək cavabdeh orqana Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsi barədə məlumat və sənəd surətinin təqdim edilməsi barədə ərizə ilə müraciət etmişdir. Başqa sözlə, iddia edilən bağ sahəsinə dair çıxarışın verilməsi barədə İdarəyə hər hansı müraciəti daxil olmamışdır. Nümayəndə izahatının sonunda iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia edilən bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması barədə iddiaya o vaxt mahiyyəti üzrə baxıla bilər ki, bu barədə məhkəməyədək aidiyyəti orqana müraciət edilməklə ərizə təmin edilməsin və ya müraciətə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavab verilməmiş olsun. Odur ki, işin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, iddia etdiyi bağ sahəsinə sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4483/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4483/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver