Məhkəmə qərarları › İş №2-1(112)-4484/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4484/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4484/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiаçının vəkili və nümayəndəsi Rüstəmov Yavər Mirov oğlunun (Ağdam rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünаs, vəkil), cavabdehin vəkili Novruzov Dünyamin Məmmədəli oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirаkı ilə, iddiаçı İddiaçı Məhəmməd oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qаrşı «pensiyanın yenidən hesablanaraq ödənilməsi bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Məhəmməd oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunu ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklər nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmağı ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birtərəflik pul müavinərinin, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləğinin, yəni əmək haqqındakı sonrakı artırmaların cəmi hesablanaraq əmək haqqının 80%-i miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, bundan başqa 2018-ci ilin mart ayında prokurorluq işçilərinin əmək haqqının 10% miqdarında artırılması ilə əlaqədar ona təyin edilmiş pensiyanın düzgün hesablanması, (yəni 182,53 manat məbləğində artırılması) və eləcə də, 2009-cu ilin dekabr ayından başlayaraq Ə.M.Məmmədova təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, xx.xx.1992-ci ildən xx.xx.2009-cu ilədək prokurorluq orqanlarında xidmət etmişdir,xidmətinə xitam verildikdən sonra xx.xx.2009-cu ildə DSMF-nin Bərdə rayon şöbəsi tərəfindən ona aylıq əmək haqqının 80% miqdarında yaşa görə pensiya təyin edilimişdir. Əmək pensiyası iddiaçının seçdiyi 1992-1997-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq müstəntiqi, Ağdam rayon prokurorunun köməkçisi, böyük köməkçisi və müavini vəzifəsində işləyərkən beş il ərzində ona ödənilmiş orta aylıq əmək haqqından hesablanmışdır. Pensiya hesablanarkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Belə ki, qanunvericiliyin ümumi prinsiplərinə əsasən prokurorluq işçilərinin əmək pensiyasına əmək haqqındakı artımlar şamil edilir. 2018-ci ilin mart ayında prokurorluq işçilərinin orta aylıq əmək haqqı 10% miqdarında artırılmışdır. Həmin artıma qədər onun əmək pensiyasının məbləği 1941,98 manat, artımdan sonra isə 2073 manat olmuşdur. Sadə hesablama ilə əslində 10% artımla onun pensiyası 194,98 manat artaraq 2135,98 manat olmalı idi. Lakin cəmi 131,20 manat artırılaraq 2073 manata çatdırılmışdır. Prokurorluq işçilərinin əmək haqqında baş vermiş artımların hesablanaraq ona təyin olunmuş pensiyaya əlavə edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə xx.xx.2019-cu ildə ərizə ilə müraciət etmiş, lakin pensiyasına qeyd olunan əlavələrin edilməsindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı, prokurorluq orqanlarında 17 il 6 ay iş stajına malik olmuş və ona xx.xx.2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının öz arzusu ilə,1992-1997-ci illərdə aldığı vəzifə maaşı və aldığı maddi yardımlar nəzərə alınmışdır. xx.xx.2014-cü il tarixdən etibarən iddiaçının aldığı pensiya məbləği 1941,98 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixdən prokurorluq işçilərinin aylıq vəzifə maaşlarının 10% artırılması ilə əlaqədar iddiaçıdakı artırma aşağıdakı kimi hesablanmışdır: artımdan sonrakı əmək haqqı (2655,65 manat) məbləğindən artımdan əvvəlki əmək haqqı (2427,48 manat) məbləği çıxılıb, əldə edilən məbləğin (228,17 manat) 57,5% miqdarında (131,2 manat) əmək pensiyasına artım hesablanmışdır.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsindəki məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi D.Novruzov məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi qismən əsаslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, iddiaçıya dekabr 2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsində fəaliyyət göstərən Komissiyada iddiaçının pensiyasının məbləğinə yenidən baxılmış və təyin edilmiş 2073,17 məbləğdə pensiyanın məbləğinin düzgünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının Baş prokurorluğunun xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, müvafiq qanunvericiliyə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətı verilir. Prokurorluq əməkdaşlarına Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 qat əmək haqqı həcmində maddi yardım verilmişdir. Azərbaycan Respublikası Baş prokurorluğunun xx.xx.2013-cu il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı oktyabr 1992-dekabr 1992-ci il dövründə Azərbaycan Respublikası Baş prokurorluğunun istintaq idarəsinin müstəntiqi, xx.xx.1992-06.1994-cü ilə kimi Ağdam rayon prokurorunun köməkçisi, xx.xx.1994-cü ildə həmin rayon prokurorunun böyük köməkçisi, xx.xx.1996-09.1997-ci ilə kimi həmin rayon prokurorunun müavini vəzifəsində işləmişdir, 01.19xx-xx.1997-ci ilə kimi işləyərkən kiçik ədliyyə müşaviri rütbə dərəcəsində olmuş, 200% əmək haqqı (vəzifə maaşı, 45% xidmət illərinə görə əlavə haqq) almış, illər üzrə aşağıdakı kimi mükafatlar almışdır: 1992-ci ilin dekabr ayında 200% vəzifə maaşı həcmində; 1993-cü ilin mart ayında 200%, may ayında 100%, dekabr ayında 200% vəzifə maaşı həcmində; 1994-cü ilin may ayında 100%, dekabr ayında 100% vəzifə maaşı həcmində; 1995-ci ilin may ayında 100%, noyabr ayında 200% vəzifə maaşı həcmində; 1996-cı ilin mart ayında 200%, may ayında 100%, dekabr ayında 100% vəzifə maaşı həcmində; 1997-ci ilin mart ayında 100%, aprel ayında 100% vəzifə maaş həcmində. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən iddiaçıya ilk dəfə pensiya təyin edilməsi haqqında qərarın arxa tərəfində aparılmış hesablamaya əsasən iddiaçıya təyin edilən pensiya məbləği 1502,60 manat təşkil etmişdir, xx.xx.2013-cü ildə pensiya məbləği artırılaraq 1712,74 manat müəyyən edilmişdir, həmin pensiyanın tərkib hissısi 1446,8 manat orta aylıq əmək haqqından, qulluq stajına görə 337 manatdan, 223,13 manat mükafatdan, 134 manat rütbəyə görə əlavədən ibarət olmuşdur, pensiya işində olan nömrəsiz, tarixsiz məktuba əsasən iddiaçıya xx.xx.2009-cu ildən 17 il 6 ay prokurorluq orqanlarında iş stajı və 60 ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1941,98 manat məbləğində (1650,92 manat əmək haqqı +384,56 manat qulluq stajına görə 45% əlavə+258 manat maddi yardım+134 manat rütbəyə görə=2427,48 manat x 80%) əmək pensiyası təyin edilmişdir, xx.xx.2018-ci ildən prokurorların vəzifə maaşları orta hesabla 10 faiz artırıldığı iddiaçının işləmiş olduğu vəzifə maaşları ümumilikdə 1815 manat müəyyən edilir, həmin tarixdən pensiyanın artım məbləği bi Qaydaların 2.2.3-cü bəndinə uyğun olaraq aşağıdakı kimi hesablanmışdır: PMA=131,2 manat (1815 manat əmək haqqı+423,01 manat qulluq stajına görə 45% əlavə+283,64 manat maddi yardım +134 manat rütbəyə görə=2655,65 manat – 2427,48 manat (artıma qədərki orta aylıq əmək haqqıx 57,5 (15 ilə 50% +7,5% (15 ildən artıq hər ilə görə 3% (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)= 131,20 manat.Pensiyanın yenidən hesablanmasından sonrakı məbləğ isə 2073,17 manat (1941,98 +131,20 manat) təşkil edir, bu hal xx.xx.2019-cu il tarixli məktubda da qeyd edilmişdir Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı prokurorluq orqanlarında xidmət etmişdir, pensiya yaşı çatdığına görə ona 2009-cı ildə prokurorluq işçisi kimi pensiya təyin edilmişdir, hazırda 2073,17 manat pensiya alır, pensiyaya çıxdıqdan sonra iddiaçı 2019-cu ildə cavabdehə müraciət edərək prokurorluq işçilərinin sosial müdafiəsilə bağlı “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin nəzərə alınmasını və artımlarla pensiyasının yenidən düzgün hesablanmasını xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Əmək pеnsiyаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1.0.1-ci mаddəsinə əsаsən, əmək pеnsiyаsı – bu qаnunlа nəzərdə tutulmuş qаydа və şərtlərlə müəyyən еdilən və məcburi dövlət sоsiаl sığоrtа оlunаnlаrın оnlаrа əmək pеnsiyаsı təyin оlunduqdаn əvvəl аldıqlаrı əmək hаqqı və digər gəlirlərin, yахud sığоrtа оlunаnlаrın ölümü ilə əlаqədаr оnlаrın аilə üzvlərinin itirdikləri gəlirlərin kоmpеnsаsiyаsı məqsədi ilə vətəndаşlаrа аylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); Həmin Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-1-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Həmin 20.8.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2-ci maddəsinə əsasən isə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşin faktiki hallarına əsasən iddiaçıya pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsində göstərilən qaydada təyin edilmişdir, lakin həmin normanın adından göründüyü kimi qeyd edilən maddədə yalnız əmək pensiyasına əlavələrin hesablanması qaydası nəzərdə tutulmuşdur. Halbuki qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaları sığorta və yığım hissələrindən ibarətdir və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsi ilə həmin pensiyalara əlavələrin hesablanması qaydası müəyyən edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada:SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:YH=PYK/T, burada:YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır;SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Belə olan halda vətəndaşların pensiyası sığorta və yığım hissəsindən ibarət olduğu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 20-ci maddəsində isə yalnız pensiyaya əlavələlərin hesablanması qaydası göstərildiyi üçün yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsinə əsasən iddiaçıya pensiya hesablanması ilə iddiaçının sosial təminat hüququ pozulmuş, belə ki, iddiaçıya pensiyasının sığorta hissəsi hesablanmayaraq ona yalnız pensiyaya əlavələrdən ibarət pensiya təyin edilmişdir. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə görə əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddiaçıya hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqıa əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı il dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Lakin məhkəmə iddianı qalan hissədə əsaslı hesab etmir. Belə ki, işin faktiki hallarına əsasən prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklər nəzərə alınmaqla iddiaçının pensiyası yenidən hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 142 №li Fərmanı ilə təsdiq edilmiş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.3-cü bəndində göstərilmişdir ki, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin x xxxx 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Belə olan haldaa xx xxxxxx 2018-ci ildən prokurorluq işçilərinin aylıq vəzifə maaşlarının 10 faiz artırılması ilə əlaqədar iddiaçının pensiyasındakı artımın cavabdeh tərəfindən hesablanması zamanı qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, İddiaçı Məhəmməd oğluna hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqıa əlaqədar hər ildə bir dəfə iki aylıq əmk haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi qismən təmin еdilsin. İddiaçı İddiaçı Məhəmməd oğluna hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqıa əlaqədar hər ildə bir dəfə iki aylıq əmk haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar