Məhkəmə qərarları › İş №2-1(112)-4484/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4484/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4484/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı "icra məmurunun qanunsuz hərəkətlərinə son qoyulması" tələbinə dair iddiası üzrə inzibatin işə məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmurunun üzərinə qanunsuz hərəkətlərə son verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-3080/2014 №-li mülki iş üzrə 03 dekabr 2014-cü il tarixli qətnaməsi 2015-ci il tarixdə icraya yönəldilmiş və icra olunaraq Bakı şəhəri Sabunçu rayon icra şöbəsi tərəfindən icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Lakin Bakı şəhəri Sabunçu rayon icra şöbəsi xx.xx.2023-cü il tarixdə yenidən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon icra şöbəsi tərəfindən icraata xitam verilməsi haqqında qərar qəbul edildiyi halda, yenidən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilməsi qanunvericiliyə ziddir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım məktubu göndərilərək icra vərəqəsini vermiş məhkəməyə şikayətlə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). İş materiallarından göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3080/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X1 18 iyul 2011-ci il təvəllüdlü X2 və 23 iyun 2014-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Anaşkin küçəsi 25 saylı evə köçürülməsi, iddiaçıya məxsus: 1. Mebel dəsti - 1 ədəd qorka, 1 ədəd siyirtmə, 1 ədəd bar. 2. 1 ədəd masa, 8 ədəd miz. 3. 1 ədəd yataq mebel dəsti. 4. 1 ədəd mətbəx mebel dəsti. 5. 1 ədəd sandıq. 6. 1 ədəd televizor altlığı. 7. 1 ədəd «Samsung» markalı paltaryuyan maşın. 8. 1 ədəd «Samsung» markalı televizor. 9. 1 ədəd «Moolinex» markalı tozsoran. 10. 1 ədəd «Maxi» markalı qabyuyan. 11. 1 ədəd «Beko» markalı soyuducu. 12. 1 ədəd «LG» markalı şirəçəkən. 13. 1 ədəd «Beko» markalı kombayn. 14. 1 ədəd «Geepas» markalı ətçəkən.

15. 1 ədəd qazan. 16. 2 ədəd çilçıraq (lüstr). 17. «Kapsella» pərdələr: 1 ədəd 5 m. uzunluğunda, 1 ədəd 3 m. uzunluğunda, 1 ədəd 2 m. uzunluğunda. 18. 1 ədəd 5 m uzunluğunda tül pərdə, 2 ədəd 2 m. uzunluğunda qapı pərdəsi. 19. 3 ədəd «Madadonna» çay servizi. 20. 1 ədəd «Madonna» kofe servizi. 21.3 ədəd «Madonna» şirə (kompot) dəsti. 22. 2 ədəd «Madonna» meyvə qabı. 23. 1 ədəd «Madonna» nahar servizi. 24. 1 ədəd «Madonna» çıraq. 25.1 ədəd xrustal meyvə qabı. 26. 6 ədəd xrustal badə. 27. 1 ədəd xrustal güldan (üzərində böyük çərçivədə Qurani-Kərim tablosu). 28. 2 ədəd «Meduza» meyvə qabı. 29. 1 ədəd güldan. 30. Sandıq əşyaları - 2 ədəd döşəkağı dəsti. 3 1 . 1 ədəd yüngül, nazik bir laylı yorğan (odeyal). 32. 2 ədəd məhraba dəsti. 33. 4 ədəd can məhrabası (tək-tək). 34. 6 ədəd əl məhrabası (tək-tək). 35. 2 ədəd çay dəsmalı dəsti.

36. 6 ədəd döşəkağı-döşəküzlüyü (tək-tək). 37. 2 ədəd türk yorğanı, qoşa dəst. 38. 1 ədəd hamam üçün dəst. 39. 1 ədəd tək döşəkağı –döşəküzlüyü dəsti. 40. 4 ədəd döşək (təktək). 42. 1 ədəd 2 nəfər üçün döşək. 43.2 ədəd döşək üzü. 44. 4 ədəd bir nəfər üçün yorğan. 45.1. yastıq. 49. Xalçalar – 1 ədəd 6x3 ölçüdə qonaq otağı üçün; 1 ədəd 3x2 ölçüdə yataq otağı üçün, 1 ədəd 2x2 ölçüdə mətbəx üçün; 3 ədəd 3x4 ölçüdə Gəncə istehsalı olan xalçalar. 50. 3 ədəd qazanla 1 ədəd tava dəsti. 51.1 ədəd işlənməmiş “Tefal” qazanı. 52. 3 ədəd qazanla 1 ədəd tava dəsti. 53. 1 ədəd od samovarı. 54. 1 ədəd elektrik samovarı. 55.12 ədəd qaşıq dəsti, siyirtməli, bağlamada. 56. 1 ədəd aşsüzən. 57.2 ədəd şirəli qazan. 58. Uşaq ləvazimatları – 1 ədəd beşik içi dəst yataq dəsti. 59. 1 ədəd palma dəsti. 60. 1 ədəd uşaq üçün manej. 61.3 ədəd böyük ayılar. 62. 2 ədəd balaca ayılar. 63.2 ədəd böyük gəlincik. 64.1 ədəd qara güldan, böyük gülləri ilə. 65. 1 ədəd qızılı güldan, böyük gülləri ilə. 66. 1 ədəd xrustal gül vazası Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25 saylı evə yerləşdirilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Qətnamə qüvvəyə mindiyindən icraya yönəldilmişdir. Hazırki iddia tələbində iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3080/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmurunun qanunsuz hərəkətlərinə son qoyulmasını tələb edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 10 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər...“İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). İddiaçılar isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3080/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə icraya nəzarət edən məhkəməyə icra icraatı qaydasında müraciət etməmiş, ayrıca inzibati qaydada iddia vermişlər. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçılara izah edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3080/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə baglı icra məmurunun qərarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə icraya nəzarət edən məhkəməyə (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi) icra icraatı qaydasında şikayətlə müraciət etmək hüquqları var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar