Məhkəmə qərarları › İş №2-1(112)-4487/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4487/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4487/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iş yeri üzrə zərərli işdə çalışması nəzərə alınmaqla güzəştli pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanması və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 2004-cü ildən 2020-ci ilə qədər X9 Verici Mərkəzində (indiki Gəncə Radio X8 adlanır) zərərli işdə işləmişdir. 23.08.2004-cü il tarixdən 2020-ci il 01 aprel tarixinə staj ili - 15 il təşkil edir. Göründüyü kimi onun zərərli iş yerində iş stajı 12 il 6 aydan artıq olmaqla buna dair sığorta haqları da ödənilmişdir. Özü 20 ildir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Onun zərərli işdə işləməsi ilə bağlı pensiya almaq hüququ 2016-cı il tarixdən yaranmışdır. Pensiya çıxmaq hüququnun yarandığı zaman sığorta kapitalı 16000 manat olduğu halda onda həmin kapital artıq idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun 32.1-1-ci maddəsinin tələbinə görə onun əmək pensiyası almaq hüququ 2016cı il tarixdən yaranmışdır və həmin dövr üçün xüsusi şərtlərlə təyin edilən əmək pensiyasının sığorta kapitalı 16000 manat olmuşdur. Bu halda isə cavabdehin onun sığorta kapitalı ilə bağlı gəldiyi nəticə qanuni deyil. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Onun zərərli iş illəri nəzərə alınmaqla 60 yaşının tamam olduğu 05.11.2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən 60 yaşının tamam olduğu 05.11.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni güzəştli şərtlərlə pensiya təyin olunması üçün qeyd edilən maddə üç tələb müəyyənləşdirir: yaş, staj və pensiya kapitalı. İddiaçı qeyd olunan tələblərdən ikisinə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35745,22 manat təşkil edir. Bundan əlavə, İddiaçının 2-ci tələbə cavab verməsi də təqdim etdiyi sübutlar vasitəsilə öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı tərəfindən güzəştli arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçı tərəfindən yalnız bir arayış təqdim edilmişdir ki, o arayışda da hər hansı koda istinad olunmadığından, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahılara istinad olunmadığından, arayış İddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləmiş olduğunu sübut etmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 27.01.2021-ci il tarixli **********2 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35745,22 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017- ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallrında olan HV seriyalı 015081 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1981-ci ildə Azərbaycan Texnologiya İnstututuna daxil olmuş, 1986-cı il tarixdə Azərbaycan Texnologiya İnstututunun “Şərabçıların texnologiyası” ixtisası üzrə tam kursu bitirmiş, ona mühəndis-texnoloq ixtisası verilmişdir. İş materiallarında olan NZ seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin surətindən görünür ki, İddiaçı 03.11.1979-cu il tarixdən 10.06.1981-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İB Gəncə X3 tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 42 saylı arayışdan görünür ki, İddiaçı “TELERADİO“ İB Gəncə Radio X8nda 04.11.2004-cü il tarixdən (04.11.2004-cü il tarixli kş/118 №-li əmr) Gəncə 9 №-li RRS-də 3-cü dərəcəli elektrik montyor vəzifəsində, 23.11.2005-ci il tarixdən (23.11.2005-ci il tarixli kş/106 №-li əmr) Gəncə 9 №-li RRS-də 6-cı dərəcəli elektrik montyor vəzifəsində, 11.05.2006-cı il tarixdən (11.05.2006-cı il tarixli kş/45 №-li əmr) İstehsalat laboratoriyasında 10-cu dərəcəli mühəndis vəzifəsində, 01.07.2008-ci il tarixdən (01.07.2008-ci il tarixli kş/71 №-li əmr) İstehsalat laboratoriyasında 11-ci dərəcəli mühəndis vəzifəsində, 02.03.2009-cu il tarixdən (02.03.2009-cu il tarixli kş/06 №-li əmr) Teleradio İB-nin 02.03.2009-cu il tarixli 34 saylı əmrinə əsasən X9 Yayım Müəssisəsinin adı dəyişilərək Gəncə Radio X8 adlandırılmışdır, 24.12.2012-ci il tarixdən (24.12.2012-ci il tarixli kş/30 №-li əmr) İstehsalat laboratoriyasında 9-cu dərəcəli böyük elektrik mexaniki vəzifəsində, 01.04.2020-ci il tarixdən (22.04.2020-ci il tarixli kş/46 №-li əmr) hal-hazıra kimi İstehsalat laboratoriyasında B4 kateqoriyalı mühəndis vəzifəsinə işləyir. Belə ki, İddiaçı 04.11.2004-cü il tarixdən indiyədək UYT (X11) şüalanma mənbələri olan istehsalat sahəsində işlə məşğul olmuşdur, 8% zərərli işə görə əlavə əmək haqqı alır, məzuniyyətinə 6 təqvim günü əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinin (Ümumi peşələr) 54-cü yarımbəndinə əsasən güzəştli pensiyaya hüququ var. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 27.09.1977-ci ildə Xanlar X2 mərkəzi şərab zirzəmisinə 2 dərəcəli fəhlə qəbul edilmiş, 15.02.1978-ci ildə mexaniki sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 21.08.1978ci ildə təhsilə qəbul ilə əlaqədar işdən azad edilmiş, 13.09.1978-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsinə (əyani şöbəsinə) 1-ci kursa qəbul edilmiş, 26.06.1979-cu ildə X6 fizika fakültəsinin 1-ci kursdan öz ərizəsi əsasında azad edilmişdir, 13.08.1979-cu ildə X2 spirtçəkmə sexinə 4-cü dərəcəli fəhlə qəbul edilmiş, 01.11.1979-cu ildə təhsilə qəbul edilməsi ilə əlaqədar işdən azad edilmiş, 24.08.1981-ci ildə X1 əyani şöbəsinin tələbəsi kimi qəbul edilmiş, 02.07.1986-cı ildə İnstitutda təhsilin sona çatması ilə əlaqədar tələbə siyahısından azad edilmiş, 02.02.1987-ci ildə Xanlar X2 “Əzizbəyov» ş/z-nə usta qəbul edilmiş, 12.11.1987-ci ildə 3 №-li Konyak spirtlərin saxlanma sexinə usta vəzifəsinə keçirilmiş, 01.02.1993-cü ildə 3 №-li Konyak spirtlərin saxlanma sexinə rəis vəzifəsinə keçirilmiş, 01.12.1993-cü ildə Konyak istehsalına rəis vəzifəsinə keçirilmiş, 28.01.1999-cu ildə Konyak kupaj sexinə rəis keçirilmiş, 15.11.2000-ci ildə Konyak kupaj sexi k/spirt saxlama sexi ilə birləşdirdiyi üçün işdən azad edilmiş, 23.08.2004-cü ildə X9 Verici Mərkəzinə orta dalğalı radio verici sexinə 8-ci dərəcəli elektrik mexanik (0,5) vəzifəsinə işə qəbul edilmiş, 01.11.2004-cü ildə orta dalğalı radio verici sexinə 3-cü dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, 04.11.2004-cü ildə Gəncə 9 №-li RRS-də 3-cü dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, 23.11.2005-ci ildə Gəncə 9 №-li RRS-də 6-cı dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, 11.05.2006-cı ildə İstehsalat laboratoriyasına 10-cu dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 01.07.2008-ci ildə İstehsalat laboratoriyasında 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 02.03.2009-cu ildə Teleradio İB-nin 02.03.2009-cu il tarixli 34 saylı əmrinə əsasən X9 Yayım Müəssisəsinin adı dəyişilərək Gəncə Radio X8 adlandırılmışdır, 24.12.2012-ci ildə İstehsalat laboratoriyasına 9-cu dərəcəli böyük elektrik mexanik vəzifəsinə keçirilmiş, 01.04.2020-ci il tarixdə İstehsalat laboratoriyasına B4 kateqoriyalı mühəndis vəzifəsinə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. O, 60 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı 03.11.1979-cu ildən 10.06.1981-ci ilədək həqiqi hərbi xidmət keçmiş, 1981- 1986-cı il tarixlərdə Azərbaycan Texnologiya İnstututunda təhsil almışdır. İddiaçı 27.09.1977-ci ildə Xanlar X2 mərkəzi şərab zirzəmisinə 2 dərəcəli fəhlə qəbul edilmiş, 15.02.1978-ci ildə mexaniki sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 21.08.1978-ci ildə təhsilə qəbul ilə əlaqədar işdən azad edilmiş, 13.08.1979-cu ildə X2 spirtçəkmə sexinə 4-cü dərəcəli fəhlə qəbul edilmiş, 01.11.1979-cu ildə təhsilə qəbul edilməsi ilə əlaqədar işdən azad edilmiş, 02.02.1987-ci ildə Xanlar X2 “Əzizbəyov» ş/z-nə usta qəbul edilmiş, 12.11.1987-ci ildə 3 №-li Konyak spirtlərin saxlanma sexinə usta vəzifəsinə keçirilmiş, 01.02.1993-cü ildə 3 №-li Konyak spirtlərin saxlanma sexinə rəis vəzifəsinə keçirilmiş, 01.12.1993-cü ildə Konyak istehsalına rəis vəzifəsinə keçirilmiş, 28.01.1999-cu ildə Konyak kupaj sexinə rəis keçirilmiş, 15.11.2000-ci ildə Konyak kupaj sexi k/spirt saxlama sexi ilə birləşdirdiyi üçün işdən azad edilmiş, 23.08.2004-cü ildə X9 Verici Mərkəzinə orta dalğalı radio verici sexinə 8-ci dərəcəli elektrik mexanik (0,5) vəzifəsinə işə qəbul edilmiş, 01.11.2004-cü ildə orta dalğalı radio verici sexinə 3-cü dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, 04.11.2004-cü ildə Gəncə 9 №-li RRS-də 3cü dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, 23.11.2005-ci ildə Gəncə 9 №-li RRS-də 6-cı dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, 11.05.2006-cı ildə İstehsalat laboratoriyasına 10-cu dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 01.07.2008-ci ildə İstehsalat laboratoriyasında 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, 24.12.2012-ci ildə İstehsalat laboratoriyasına 9-cu dərəcəli böyük elektrik mexanik vəzifəsinə keçirilmiş, 01.04.2020-ci il tarixdə İstehsalat laboratoriyasına B4 kateqoriyalı mühəndis vəzifəsinə təyin edilmişdir və hal-hazıra kimi həmin vəzifədə işləyir. Göründüyü kimi, hərbi xidmət və təhsil müddəti daxil olmaqla iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Məhkəmə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İB Gəncə X3 tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 42 saylı arayışa əsasən iddiaçının 04.11.2004-cü il tarixdən indiyədək UYT (X11) şüalanma mənbələri olan istehsalat sahəsində işlə məşğul olmuşdur, 8% zərərli işə görə əlavə əmək haqqı alır, məzuniyyətinə 6 təqvim günü əlavə edilir, işlədiyi sahə və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinin (Ümumi peşələr) 54-cü yarımbəndinə uyğundur (UQD (ultra qısa dalğalar), UYT (X11), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər). Qeyd olunan sahədə iddiaçının iş stajı 12 il 6 aydan artıqdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarda, peşələrdə və vəzifələrdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ üç şərtin (yaş, staj (ümumi və güzəştli), pensiya kapitalı) eyni zamanda mövcud olduğu halda yaranır və həmin şərtlərdən biri fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35745,22 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. Bu səbəbdən də, iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar