Məhkəmə qərarları › İş №2-1(112)-4489/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4489/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4489/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Zəngilan rayonu, Şayıflı kəndində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 12 saylı vəkil Bürosunda vəkil işləyir), cavabdehin vəkili X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunda işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı 01 iyul 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01 iyul 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı ““pensiya hüququnun yarandığı 01 iyul 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01 iyul 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Azərbaycan Respublikası, Goranboy rayonu, Qızılhacılı kəndində anadan olmuşdur. 1980-ci ilin iyun ayından Goranboy rayonu Qızılhacılı kolxozunda (keçmiş Qasım İsmayılov rayonu Orconikidze adına kolxoz) əmək fəaliyyətinə başlamış və bu günədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqdadır. Onun bugünki gündə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş əməliyyatları dövründə xidmət dövrü üçqat hesablandıqda (“Vətəndaşların pensiya təminatı” haqqında AR Qanununun 68-ci maddəsinin birinci bəndinin ikinci abzasının 11 oktyabr 2005-ci ilədək qüvvədə olan redaksiyasına əsasən) 39 (otuz doqquz) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün ümumi stajı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş əməliyyatları dövründə xidmət dövrü ikiqat hesablandıqda (01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında" AR Qanununun 24.0.1-ci maddəsinə əsasən) 38 (otuz səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün ümumi stajı vardır. Ümumi stajının 31 (otuz bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gününü zərərli və ağır işlərdə (güzəştli şərtlərlə pensiya hüququ verən staj) çalışmışam. Belə ki, əmək fəaliyyətinə başladığı 1980-ci ilin iyun ayından bu günədək fəaliyyət göstərdiyi iş yerləri, məşğul olduğu vəzifə və fəaliyyət göstərdiyi müddətlər aşağıdakı kimi olmuşdur (arxiv arayışına və əmək kitabçasına əsasən): “Goranboy rayonu Qızılhacılı kolxozu (keçmiş Qasım İsmayılov rayonu Orconikidze adına kolxoz)” - kolxozçu vəzifəsi: a) 06.1980 - 08.1981-ci illər - ümumilikdə 195 adam günü (105 adam günü 1980ci ildə, 90 adam günü 1981-ci ildə) və ya 9 ay (ümumi iş stajı). Hərbi xidmət: a) 20.04.1982 - 05.05.1984-cü illər - ümumilikdə 2 il 15 gün (ümumi iş stajı). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - turbin avadanlıqlarının təmiri üzrə 2-ci dərəcəli çilingər vəzifəsi: a) 18.06.1984 - 17.08.1984-cü illər - ümumilikdə 2 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” maşın avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsi: a) 17.08.1984 - 15.04.1985-ci illər - ümumilikdə 7 ay 28 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsi: a) 15.04.1985 - 10.11.1987-ci illər - ümumilikdə 2 il 6 ay 26 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsi: a) 10.11.1987 - 11.02.1988-ci illər - ümumilikdə 3 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - usta vəzifəsi: a) 11.02.1988 - 01.02.1989-cu illər ümumilikdə 11 ay 21 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - usta İ qrup vəzifəsi: a) 01.02.1989 - 28.03.1993-cü illər - ümumilikdə 4 il 1 ay 28 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). Hərbi xidmət: a) 29.03.1993 - 31.05.1995-ci illər, bu müddətin 12.08.1993-cü ildən 10.05.1994-cü ilədək olan hissəsini, yəni 9 ayını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 11.10.2005-ci il tarixədək qüvvədə olan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən “döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü üçqat ölçüdə hesablanır ”. Beləliklə də AR Silahlı Qüvvələrində xidmət müddəti ümumilikdə 3 il 8 ay 4 gün (4 ay 13 gün (29.03.1993- 12.08.1993-cü illər) + 2 il 3 ay (12.08.1993-10.05.1994-cü illər (döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü), ümumilikdə 9 ay 3 (üçqat ölçüdə) = 27 ay və ya 2 il 3 ay) +1 il 21 gün (11.05.1994-31.05.1995-ci illər) (ümumi iş stajı) və ya 01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 24.0.1-ci maddəsinə əsasən “döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü ikiqat ölçüdə hesablanır”. Beləliklə də AR Silahlı Qüvvələrində xidmət müddəti ümumilikdə 2 il 11 ay 4 gün (4 ay 13 gün (29.03.1993-12.08.1993-cü illər) + 1 il 6 ay (12.08.1993-10.05.1994-cü illər (döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət dövrü), ümumilikdə 9 ay 2 (ikiqat ölçüdə) = 18 ay və ya 1 il 6 ay) +1 il 21 gün (11.05.1994-31.05.1995- ci illər) (ümumi iş stajı). “Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” usta İ qrup vəzifəsi: a) 01.06.1995 - 01.09.2001-ci illər ümumilikdə 6 il 3 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azəbaycan DRES-nm Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi (struktur dəyişiklikləri ilə əlaqədar olaraq Mərkəzləşdirilmiş Təmir sexi Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır)” — usta İ qrup vəzifəsi: a) 01.09.2001 - 27.03.2006-cı illər ümumilikdə 4 il 6 ay 27 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Bu müddətin 4 il 4 aylıq hissəsi “Əmək pensiyaları haqqında” AR Qanununun qüvvəyə mindiyi günədək - 01.01.2006-cı il tarixinədək olmuşdur). "xxxx" ASC - nin İstehsalat üzrə təmir sexi - növbə rəisi: a) 12.04.2007 - 24.07.2008-ci illər - ümumilikdə 1 il 3 ay 12 gün. "xxxx" MMC-nin Turbin və Köməkçi Avadanlıqların Təmiri Sexi - usta İ qrup vəzifəsi: a) 01.08.2008 - 05.01.2009-cu illər - ümumilikdə 5 ay 5 gün. "xxxx" MMC-nin Qazan və Turbin Avadanlıqlarının Təmir və Sazlama İdarəsi - usta İ qrup vəzifəsi: a) 05.01.2009- 05.01.2010-cu illər-ümumilikdə 1 il. "xxxx" ASC - nin turbin avadanlıqlarının təmiri sexi - 10-cu dərəcəli usta vəzifəsi: a) 06.01.2010 - 07.12.2012-ci illər - ümumilikdə 2 il 11 ay 1 gün. "xxxx" MMC-nin Mərkəzləşdirilmiş Təmir Sexinin (01.05.2015-ci ildən Turbin və Köməkçi avadanlıqların Təmiri Sexi adlandırılmışdır) Yağlama sistemi avadanlıqlarının təmiri briqadası - usta İ qrup vəzifəsi: a) 10.12.2012 - 01.05.2019-cu illər-ümumilikdə 6 il 4 ay 21 gün. "xxxx" MMC (hazırda "xxxx" QSC) - usta vəzifəsi: a) 08.05.2019-29.06.2020-ci illər -ümumilikdə 1 il 1 ay 21 gün. "xxxx" MMC - 10-cu dərəcəli usta vəzifəsi: a) 06.07.2020 - hal-hazıradək. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Goranboy rayon İcra Hakimiyyəti Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş 124 nömrəli, 12 noyabr 2020-ci il tarixli "Arxiv Arayışı” ilə (şəxsi heyət üzrə əmək haqqı cədvəllərinə əasən) müəyyən edilir ki, “İddiaçı 1980-1981-ci illərdə Goranboy rayonu Qızılhacılı kolxozunda (keçmiş Qasım İsmayılov rayonu Orconikidze adına kolxoz) işləmiş və əmək haqqı almışdır” (Arxiv Arayışı, 1980- 1981-ci illər üzrə şəxsi hesab kitabından və əmək haqqı cədvəllərindən çıxarışlar əlavə edilir). Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş 265 nömrəli, 20.08.2020-ci il tarixli “Arayış”a əsasən müəyyən edilir ki, “İddiaçı həqiqətən də 20.04.1982-ci ildən 05.05.1984-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, 29.03.1993-cü il tarixdən 31.05.1995- ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 12.08.1993-cü tarixdən 10.05.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır”. Azərbaycan Respublikası "xxxx" ASC, "xxxx" MMC tərəfindən verilmiş 07-89 nömrəli, 20.08.2020-ci il tarixli “X6 Arayış”a əsasən müəyyən edilir ki, "iddiaçının 18.06.1984-cü il tarixdən 27.03.2006-cı il tarixədək, 01.08.2008-ci il tarixdən 05.01.2009-cu il tarixədək, 10.12.2012-ci il tarixdən 01.05.2019-cu il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli nömrəli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur. "xxxx"MMC- də zərərli iş stajı 28 il 07 ay 04 gün təşkil edir”. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçının 1980-1981-ci illərdəki iş stajı əmək kitabçası ilə öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayışda Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarına istinad olunur. Halbuki, 57 yaşdan pensiya təyin edilməsi üçün İddiaçının 01.01.2006-cı ilə qədərki fəaliyyətinə baxıldığıdan, həmin dövrdə qüvvədə olmuş qərara istinad olunmalıdır. Bundan əlavə, həmin arayışda konkret peşəyə deyil, ümumi bölmələrə istinad olunmuşdur. İddiaçının işlədiyi məhz hansı dövrlərin məhz hansı peşələrə uyğunlaşdırıldığı və bütövlükdə 01.01.2006-cı ilə qədər 12 il 6 ay güzəştli iş stajının toplanıb-toplamadığını arayış əsasında müəyyən etmək mümkün deyil. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiаçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin vəkili X5 iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü ildə Goranboy rayonu, Qızıl-Hacılı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Ənvər Həsən oğluna ünvanladığı 28 yanvar 2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, iddiaçının pensiya təyin edilməsi barədə ərizəsinin icrasından imtina edilmişdir. İmtinanın əsası kimi mərkəzi filiala təqdim edilən 28 avqust 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına görə iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 01 gün) təşkil edir. Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivinin 124 nömrəli, 12.11.2020-ci il tarixli arxiv arayışına əsasən, Goranboy rayonu, Qızılhacılı kolxozunun (keçmiş Qasım İsmayılov rayonu Orconikidze adına kolxoz) Goranboy rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əmək haqqı cədvəllərində xx.xx.1963-cü ildə anadan olmuş İddiaçı 1980-1981-ci illərdə kolxozda işləməklə, 1980-ci ildə iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr, 1981-ci ildə yanvar, fevral, mart, aprel, may, iyun, avqust aylarında əmək haqqı almışdır. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 07-89 nömrəli, 20 avqust 2020-ci il tarixli, X6 arayışına əsasən, Verilir, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü) ondan ötrü ki, o, 18.06.1984-cü il tarixdən 17.08.1984-cü il tarixədək “Azərbaycan DRES”-nın mərkəzləşdirilmiş Təmir sexində 2-ci dərəcəli turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr № 468 22.06.1984), 17.08.1984-cü il tarixdən 15.04.1985-ci il tarixədək həmin sexdə 3-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində 5 (Əmr № 451 26.08.1984), 15.04.1985-ci il tarixdən 10.11.1987-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr № 95, 26.04.1985) 10.11.1987-ci il tarixdən 11.02.1988-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (Əmr № 198 15.12.1987) 11.02.1988-ci il tarixdən 01.02.1989-cu il tarixədək həmin sexdə usta vəzifəsində (Əmr № 14 16.02.1988) 01.02.1989-cu il tarixdən 01.09.2001-ci il tarixədək həmin sexdə usta İ qrup vəzifəsində (Əmr № 40/K 01.03.1989), 01.09.2001-ci il tarixdən 27.03.2006-cı il tarixədək turbin və köməkçi avadanlıqların təmiri sexində usta İ qrup vəzifəsində işləmişdir. 27.03.2006-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 116/Ş 24.03.2006). 01.09.2001-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzləşdirilmiş təmir sexi -Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır (Əmr № 326/k 03.09.2001). 01.08.2008-ci il tarixdən 05.01.2009-cu il tarixədək "Azərbaycan İES” MMC-nin X1 Təmiri sexində” Orta təzyiqli silindrin təmiri briqadasında” usta İ qrup vəzifəsində işləmişdir. 05.01.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu addəsinin 3cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 466/Ş 30.12.2018) 10.12.2012-ci il tarixdən 22.02.2015-ci il tarixədək Mərkəzləşdirilmiş Təmir sexinin “Yağlama sistemi avadanlıqlarının təmiri briqadasında" Usta İ qrup vəzifəsində (Əmr № 303/Ş 10.12.2012), 22.02.2015-ci il tarixdən 01.05.2019-cu il tarixədək struktur dəyişikliyi ilə əlaqədar Turbin və Köməkçi Avadanlıqların Təmiri sexinin “Yağlama sisteminin təmiri briqadası”- da usta İ qrup vəzifəsində işləmişdir. (Əmr № 54/Ş 22.02.2015). 01.05.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) işdən azad 1 edilmişdir (Əmr № 87/Ş 01.05.2019). İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3-təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, toz, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 18.06.1984-cü il tarixdən 27.03.2006-cı il tarixədək, 01.08.2008-ci il tarixdən 05.01.2009-cu il tarixədək aylıq məvacibin 12 % miqdarında, 10.12.2012-ci il tarixdən 01.05.2019-cu il tarixədək aylıq məvacibin 20 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin 20.08.2020-ci il tarixli, 265 nömrəli arayışına əsasən bildirilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 20.04.1982-ci il tarixdən 05.05.1984-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, 29.03.1993-cü il tarixdən 31.05.1995-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir, 12.08.1993-cü il tarixdən 10.05.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır. İddiaçıya aid H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən, İddiaçı 20.04.1982-ci il tarixdən 05.06.1994-cü ilə qədər xidmət etmişdir. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı 18.06.1984-cü ildən 17.08.1984-cü ilə qədər Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsində, 15.04.1985-ci ildən 10.11.1987-ci ilədək Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsində, 10.11.1987-ci ildən 11.02.1988-ci ilədək Azəbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - usta vəzifəsində, 11.02.1988-ci ildə həmin sexdə usta vəzifəsinə keçirilmiş, 01.02.1989-cu ildə İ qrup usta vəzifəsinə keçirilmiş, 27.03.2006-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 12.04.2007-ci ildə Gəncə gil-torpaq istehsalat sahəsinin texniki xidmət və təmir departamentinin yardımçı istehsalat üzrə təmir sexinə növbə rəisi vəzifəsinə qəbul edilmiş, 24.07.2008-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 01.08.2008-ci ildə "xxxx" MMC-nin Qazan və Turbin Avadanlıqlarının Təmir və Sazlama İdarəsi - usta İ qrup vəzifəsinə qəbul edilmiş, 05.01.2009-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 05.01.2009-cu ildə "xxxx" ASC - nin turbin avadanlıqlarının təmiri sexi - 10-cu dərəcəli usta vəzifəsi təyin edilmiş, 05.01.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 06.01.2010-cu ildə "xxxx" ASC-nin energetika avadanlıqlarının təmiri idarəsinin təmir sahəsinin THT sexinə 10-cu dərəcəli usta vəzifəsinə qəbul edilmiş, 07.12.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 10.12.2012-ci ildə "xxxx" MMC (hazırda "xxxx" QSC) - usta vəzifəsinə qəbul edilmiş, 01.05.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 08.05.2019-cu ildə "xxxx" MMC-yə usta vəzifəsinə qəbul edilmiş, 29.06.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, xx.xx.1963-cü il il təvəllüdlü iddiaçı onun 01 yanvar 2006-ci -ci il tarixinə ümumi iş stajı 25 ildən çox olması, bu stajın 12 il 6 aydan çox müddəti güzəştli staj təşkil etdiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 01 gün) təşkil edir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır. : 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (214000a—18455) nəzərdə tutulan- qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrində və (2140000b—23398) nəzərdə tutulan qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları peşələrində güzəştli iş stajı 14 il 01 ay 20 gün, ümumi iş stajı 25 il 09 ay 03 gün olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivinin arayışı, “Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin arayışına və əmək kitabçası ilə təsdiq edilir. İddiaçı 01.01.2006-ci il tarixə 25 ildən artıq sığorta stajına malik olmuş və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmış, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasında təsbit olunmuş sığorta stajlarına dair şərtləri ödəməklə güzətli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirilən normativ- hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1. –ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun . 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin həqiqi hallarına əsasən, iddiaçının 57 yaşı 01 iyul 2020-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə 23.12.2020-ci ildə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı 01 iyul 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01 iyul 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü, 68-ci, 69-cu, 85 –ci, 110-ci mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunsuz hesab edilsin, İddiaçı 57 yaşı tamam olduğu 01 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar