Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4489/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili X2 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ilkin iddia üzrə Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi üzrə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əskik ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilkin iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 34307,24 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona qarşı 34307,24 manat məbləğində artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə iddiasının təmin edilməməsi, onun qarşılıqlı iddiasını təmin edərək 8881,48 manat məbləğində əskik ödənilmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Cavabdeh Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən 17 fevral 2014-cü il tarixində xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə, 7 yanvar 2014-cü il tarixindən isə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 7 yanvar 2014-cü il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1656,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 745,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 414,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 248,40 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 400,20 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 400,20 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı 3864,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən 20 il 7 ay 12 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3864,00 manat) 80 faizi- 3091,20 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2014xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 138705,13 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 132940,11 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 5765,02 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Eyni zamanda, 3 oktyabr 2017-ci il tarixindən işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (3091,20 manat) sığorta hissəsi tam (840,62 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3091,20-840,62=2250,58x50%=1125,29 manat) olmaqla ümumilikdə 1965,91 manat (840,62+1125,29) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5770,90 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 4468,20 manat ödənilmişdir. Bu səbəbdən də cavabdehə yuxarıda qeyd olunan dövr ərzində 1302,70 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına uyğun indeksləşdirilməsilə əlaqədar əmək pensiyasının sığorta hissəsi 1 yanvar 2018-ci il tarixindən 888,53 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (888,53 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3091,20-888,53=2202,67x50%=1101,34 manat) olmaqla ümumilikdə 1989,87 manat (888,53+1101,34) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7959,48 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6145,72 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 1813,76 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’’nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 7 ay 12 gün hakim kimi iş stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 66,75 faiz təşkil edir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən cavabdehin vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1824,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 820,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 456,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 273,60 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 440,80 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 440,80 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı 4256,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 may 2018-ci il tarxinədək olan vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (3864,00 manat) ilə 1 may 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (4256,00 manat) arasındakı fərq məbləğinin (392,00 manat) 66,75 faizi-261,66 manat 1 may 2018-ci il tarixinədək olan pensiyasının (3091,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 3352,86 manat təşkil edir. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (3352,86 manat) sığorta hissəsi tam (888,53 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3352,86- 888,53=2464,33x50%=1232,17 manat) olmaqla ümumilikdə 2120,70 manat (888,53+1232,17) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16965,60 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 21771,98 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 4806,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyası sığorta hissəsi indeksləşdirilərək 1 yanvar 2019-cu il tarixindən 915,19 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyası sığorta hissəsi tam (915,19 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3352,86- 915,19=2437,67x50%=1218,84 manat) olmaqla ümumilikdə 2134,03 manat (915,19+1218,84) məbləğində (3 gün üçün 206,52 manat) əmək pensiyası müəyyən edilmişdir. Lakin 2019-cu ilin yanvar ayı üzrə 3 gün üçün ona 362,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin müddət üçün 156,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İşdən azad olunması ilə əlaqədar 4 yanvar 2019-cu il tarixindən əmək pensiyası tam məbləğdə (3352,86 manat) müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 26498,41 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 41189,38 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 14690,97 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1980,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 891,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 495,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 297,00 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 478,50 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 478,50 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı 4620,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (4256,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (4620,00 manat) arasındakı fərq məbləğinin (364,00 manat) 66,75 faizi-242,97 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanızın (3352,86 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 3595,83 manat təşkil edir. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 75512,43 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 99047,59 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 23535,16 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün 8881,48 manat əskik pul vəsaiti, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındaki dövr üçün isə 43188,72 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 34307,24 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Cavabdehə müraciət edilərək həmin artıq ödənilmiş 34307,24 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Mərkəzi Filial tərəfindən cari ilin iyun ayından etibarən əmək pensiyası 3595,83 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili X4 izahatında bildirdi ki, 2014-cü ilin fevral ayından başlayaraq 2021-ci ilin iyun ayına kimi iddiaçıya 34307,24 manat artıq pensiya ödənildiyini bildirən cavabdeh iddia ərizəsində həmin məbləğin nəyə əsasən artıq hesablandığını (məsələn saxta sənəd təqdim olunması, yanlış məlumat verilməsi, hesab səhvi və s.) heç bir dəlillə əsaslandırmamışdır. Cavabdeh təyin olunmuş pensiya məbləği ötən müddət ərzində hakimlərin əmək haqqında olan dəyişiklilərlə bağlı və fərdi ərizələrinə əsasən vaxtaşırı yenidən hesablanmışdır. DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən ona təyin edilən pensiyanın iki dəfə əskik hesablandığı müəyyən olunmuş, yenidən hesablama aparılaraq qalan borc məbləği sonrakı aylarda onun pensiyasına əlavə edilərək hissə-hissə ödənilmişdir. Hakimlərin pensiya sənədləri cavabdeh quruma verildikdən sonra əvvəllər aparılmış hesablamalarla razılaşmamış, pensiyasının yenidən hesablanması barədə həmin quruma da müraciət etmişdir. Cavabdeh tərəfindən yazılan 2021-ci il 17 fevral tarixli cavab məktubunda Cavabdeh 3880,80 manat məbləğində pensiyanın düzgün hesablandığı bildirilmişdir. Təkrar müraciətdən sonra isə yenidən hesablama aparılaraq aylıq pensiyası 2021-ci ilin sentyabr ayından 3880,80 manatdan 3595,83 manata endirilmiş, həmçinin ona 43188,72 manat artıq, 8881,48 manat əksik pul ödənildiyi bldirilmişdir. Lakin nə cavab məktubunda, nə də iddia ərzəsində hesablamalarda olan səhvlərin nədən ibarət olması barədə heç bir məlumat verilməmişdir. Əvvəllər və sonda cavabdeh tərəfindən Cavabdeh pensiyası yenidən hesablandıqda bununla bağlı yol verilmiş səhvlər aradan qaldırılmamışdır. Cavabdeh tərəfindən yol verilən kobud qanun pozuntusu onun orta aylıq əmək haqqı müəyyən edildikdə və pensiyasına əlavələr hesablandıqda qanunvericiliyin tələblərinə əməl olunmamasıdır. Cavabdeh hakim kimi pensiya hüququ 2013-cü ilin sentyabr ayının 25-də, yəni 65 yaşının tamam olması ilə yaranmışdır. O zaman "Əmək pensiyaları haqqında" Qanunun 20.7.3-cü maddəsi qüvvədə olmuşdur. 7 fevral 2006-cı ildə qəbul olunmuş "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci ilə kimi qüvvədə olmuş və 10 mart 2017-ci il tarixli Qanunu ilə ləğv edilmiş 20.7.3-cü maddəsinə görə 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizindən çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunun zamana görə qüvvəsi baxımından onun pensiyasına əlavələr həmin qaydada hesablanmalı idi. Cavabdeh tərəfindən isə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci 142 saylı Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası "na əsasən hesablanmış, ona 80 faiz əvəzinə 20 il 7 ay 12 gün hakimlik stajı ilə 66,75 faiz əlavə hesablanmışdır. Cavabdeh pensiyasının hesablanması üşün əsas olan orta aylıq əmək haqqı müəyyən edildikdə aşağıdakı məbləğlər nəzərə alınmalı idi: 1. Ali Məhkəmə hakiminin vəzifə maaşı -1980 manat; 2. Staja görə vəzifə maaşının 45 %-i -891 manat; 3. Səlahiyyətlərin yerinə yetirilməsinə görə vəzifə maaşının 25 %-i -495 manat; 4. Yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15%-i - 297 manat. Beləliklə, pensiyaya çıxan zaman aylıq əmək haqqım 3663 manat təşkil etmişdir. 5. İldə aylıq əmək haqqının 2 misli məbləğində müalicə xərci - 3663x2=7326:12=610 manat 50 qəpik. 6. Məzuniyyətlə əlaqədar ildə aylıq əmək haqqının 2 misli məbləğində müavinət - 3663 x 2 = 7326 :12 = 610 manat 50 qəpik. 7. İldə aylıq əmək haqqının 2 misli məbləğində məzuniyyət haqqı -3663 x 2 =7326 :12=610 manat 50 qəpik. Cavabdeh işlədiyi son 24 ayda Ali Məhkəmənin hakimlərinə, həmçinin ona məzuniyyətlə əlaqədar həm müavinət, həm də məzuniyyət pulu ödənilmişdir. 8. Alimlik dərəcəsinə görə - aylıq vəzifə maaşının 15 %-i məbləğində - 3663 :100=36,63 x 15=549 manat 45 qəpik; 9. "Əməkdar hüquqşünas" fəxri adına görə- ayda 100 manat - 100 x12 = 1200 manat. Adi vətəndaş kimi ona 2011-ci ilin sentyabr ayından, hakim kimi isə 2014-cü ilin mart ayından pensiya təyin edilmişdir. Adi vətəndaş kimi 2011-ci ilin sentyabrın 25-dən Cavabdeh pensiya təyin edilən vaxtdan 2014-cü ilin mart ayına kimi heç bir ödəniş olmamışdır. Həmin tarixə kimi ödənilməmiş qalan pensiya məbləği 2014-cü ilin mart ayından başlamaqla 29 ay ərzində hissə-hissə pensiyasına əlavə olunmaqla ödənilmişdir. Qarşılıqlı iddia ərizəsindən və ona əlavə olunan cədvəldən isə görünür ki, ötən müddət üçün Cavabdeh pensiyasına əlavə edilən borclar artıq ödənilmiş məbləğlər kimi göstərilmişdir. Onun pensiyasında artıq hesablamalar olsa belə, hesablamalarda iddiaçı tərəfindən heç bir qanunsuz hərəkət olmadığına görə bununla bağlı onun üçun məhrumiyyət müəyyən edilə bilməz. Bunun məsuliyyəti pensiya təyin edən orqanın özünün üzərinə düşür. Məsələyə belə yanaşmanın əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Cavabdehin Cavabdeh qarşı qaldırdığı iddia ərizəsindən belə məlum olur ki, ötən müddət ərzində ona 43188,72 manat artıq, 8881,48 manat əskik pensiya ödənilmişdir. Cavabdeh həmin məbləğlər üzrə əvəzləşmə apararaq 34307,24 manat məbləğində fərqin Cavabdeh tutulması barədə məhkəmədə iddia qaldırmışdır. Əskik ödənilmiş pensiya məbləği mülkiyyəti olduğu üçün heç bir müddət məhdudiyyəti qoyulmadan ona qaytarılmalıdır. Göstərilənlərə əsasən qarşlıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşlıqlı iddia isə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Sizə Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən 17 fevral 2014-cü il tarixində xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə, 7 yanvar 2014-cü il tarixindən isə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 7 yanvar 2014-cü il tarixində vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1656,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 745,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəniz 414,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 248,40 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 400,20 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 400,20 manat pul təminatınız olmaqla orta aylıq əmək haqqınız 3864,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən 20 il 7 ay 12 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3864,00 manat) 80 faizi-3091,20 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2014xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 138705,13 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 132940,11 manat ödənilmişdir. Bu səbəbdən də Sizə yuxarıda qeyd olunan dövr ərzində 5765,02 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Eyni zamanda 3 oktyabr 2017-ci il tarixindən işləyən əmək pensiyaçısı olduğunuz üçün Sizə “Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyanızın (3091,20 manat) sığorta hissəsi tam (840,62 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3091,20-840,62=2250,58x50%=1125,29 manat) olmaqla ümumilikdə 1965,91 manat (840,62+1125,29) məbləğində əmək pensiyanız müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Sizə xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5770,90 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 4468,20 manat ödənilmişdir. Bu səbəbdən də Sizə yuxarıda qeyd olunan dövr ərzində 1302,70 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına uyğun indeksləşdirilməsilə əlaqədar əmək pensiyanızın sığorta hissəsi 1 yanvar 2018-ci il tarixindən 888,53 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyanızın sığorta hissəsi tam (888,53 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3091,20- 888,53=2202,67x50%=1101,34 manat) olmaqla ümumilikdə 1989,87 manat (888,53+1101,34) məbləğində əmək pensiyanız müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Sizə xx.xx.2018- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7959,48 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6145,72 manat ödənilmişdir. Bu səbəbdən də Sizə yuxarıda qeyd olunan dövr ərzində 1813,76 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’’nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 7 ay 12 gün hakim kimi iş stajına görə əmək pensiyanızın müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 66,75 faiz təşkil edir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1824,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 820,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəniz 456,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 273,60 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 440,80 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 440,80 manat pul təminatınız olmaqla orta aylıq əmək haqqınız 4256,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 may 2018-ci il tarixinədək olan vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (3864,00 manat) ilə 1 may 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (4256,00 manat) arasındakı fərq məbləğinin (392,00 manat) 66,75 faizi-261,66 manat 1 may 2018-ci il tarixinədək olan pensiyanızın (3091,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 3352,86 manat təşkil edir. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğunuz üçün Sizə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyanızın (3352,86 manat) sığorta hissəsi tam (888,53 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3352,86-888,53=2464,33x50%=1232,17 manat) olmaqla ümumilikdə 2120,70 manat (888,53+1232,17) məbləğində əmək pensiyanız müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Sizə xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16965,60 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 21771,98 manat ödənilmişdir. Bu səbəbdən də Sizə yuxarıda qeyd olunan dövr ərzində 4806,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın sığorta hissəsi indeksləşdirilərək 1 yanvar 2019-cu il tarixindən 915,19 manat müəyyən edilmişdir. Nəticədə əmək pensiyanızın sığorta hissəsi tam (915,19 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (3352,86- 915,19=2437,67x50%=1218,84 manat) olmaqla ümumilikdə 2134,03 manat (915,19+1218,84) məbləğində (3 gün üçün 206,52 manat) əmək pensiyanız müəyyən edilmişdir. Lakin 2019-cu ilin yanvar ayı üzrə 3 gün üçün Sizə 362,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin müddət üçün 156,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İşdən azad olunmağınızla əlaqədar 4 yanvar 2019-cu il tarixindən əmək pensiyanız tam məbləğdə (3352,86 manat) müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 26498,41 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 41189,38 manat ödənilmişdir. Bu səbəbdən də sizə yuxarıda qeyd olunan dövr ərzində 14690,97 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1980,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 891,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəniz 495,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 297,00 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 478,50 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 478,50 manat pul təminatınız olmaqla orta aylıq əmək haqqınız 4620,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarxinədək olan vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (4256,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (4620,00 manat) arasındakı fərq məbləğinin (364,00 manat) 66,75 faizi-242,97 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanızın (3352,86 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 3595,83 manat təşkil edir. Qeyd olunanlara əsasən Sizə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 75512,43 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 99047,59 manat ödənilmişdir. Bu səbəbdən də Sizə yuxarıda qeyd olunan dövr ərzində 23535,16 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Sizə xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün 8881,48 manat əskik pul vəsaiti, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındaki dövr üçün isə 43188,72 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 34307,24 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir (Sizə ödənilmiş və ödənilməli olan pensiya məbləğləri barədə müvafiq cədvəl əlavə olunur). Həmin artıq ödənilmiş 34307,24 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar müraciətinizdə göstərdiyiniz ixtisas dərəcəsinə görə əlavə haqqın əmək pensiyanızda nəzərə alınması məsələsinə pensiyanızın hesablanması zamanı əsas götürülən dövr ərzində həmin əlavənin Sizə ödənildiyinə dair müvafiq arayış Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Məlumat üçün bildiririk ki, Mərkəzi Filial tərəfindən cari ilin iyun ayından etibarən əmək pensiyanız 3595,83 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. İş materiallarında olan iddiaçı Cavabdeh məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçı Cavabdeh 17 fevral 2014-cü il tarixində xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə, 07 yanvar 2014-cü il tarixindən isə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, ilkin iddia üzrə Cavabdeh 17 fevral 2014-cü il tarixində xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə, 07 yanvar 2014-cü il tarixindən isə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İlkin iddia üzrə iddiaçı cavabdehə xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək 8881,48 manat əskik pul vəsaitinin, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək 43188,72 manat artıq pul vəsaitinin ödənildiyini qeyd etməklə artıq ödənilmiş pensiya məbləği kimi (43188,72-8881,48) 34307,24 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə ona qarşı 34307,24 manat məbləğində artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə iddianın təmin edilməməsi, 8881,48 manat məbləğində əskik ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə ilkin iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyini tənzimləyən hüquqi normalar əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə qeyd edir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilmədiyi hallarda («İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallarda) onun barəsində ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır və məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi (hesablanması) belə, cavabdehdən ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə, əmək pensiyasının səhv hesablanmasında cavabdehin hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, maraqlı şəxs kimi cavabdehin etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və cavabdeh etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. Cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv hesablanması zamanı bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə əlaqədar qeyd edir ki, həm ilkin iddia ərizəsindən, həm ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubdan, həm də pensiya işində olan sənədlərdən görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2014-xx.xx.2017-ci illərdə 5765,02 manat, xx.xx.2017-xx.xx.2017-ci illərdə 1302,70 manat, xx.xx.2018-xx.xx.2018-ci illərdə 1813,76 manat olmaqla, ümumlikdə xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək 8881,48 manat əskik pul vəsaiti ödənilmişdir. Pensiya məbləğinin əskik ödənilməsi cavabdehin səhvi, hesablamaları səhv aparması ilə əlaqədar baş vermişdir və nəticədə qarşılıqlı iddia üzrə iddiaçıya maddi ziyan dəymişdir. Bu səbəbdən də həmin məbləğ qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İlkin iddia təmin edilməsin. Qarşlıqlı iddia təmin edilsin. 8881,48 manat məbləğində əskik ödənilmiş pensiya məbləğinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4489/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4489/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver