Məhkəmə qərarları › İş №2-1(112)-4498/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4498/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4498/2024 19.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X6) “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Başçısının 24 fevral 2014-cü il tarixli 157 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati iş ürrə məhkəmə icraatına cəlb edilmişdir.

3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Cavabdeh Başçısının 24 fevral 2014-cü il tarixli 157 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1ndə yerləşən 0.01065 ha torpaq sahəsindəki 73 №li fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 22 aprel 2015-ci il tarixli, ********** №-li Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı 50 ildən artıq müddətdir ki, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 8-9 il bundan əvvəl mülkiyyətində olan fərdi yaşayış evinə bitişik qanunsuz olaraq avtoyuma məntəqəsi açılmış, sonradan həmin obyekt avtoservis kimi fəaliyyət göstərməyə başlamışdır. Avtoservis kimi fəaliyyət göstərən həmin obyekt qanunvericiliyin tələblərinə riayət olunmadan məcburi köçkünlərin məskunlaşdığı sanatoriyanın ərazisində tikilmişdir. Qeyd olunan obyektin fəaliyyəti nəticəsində məişət qaydaları pozulmuş və gecə gündüz fərq etmədən səs-küy salınmışdır. Həmçinin, həmin tikili nə tikinti, nə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun tikilmişdir. Şüvəlan qəsəbəsi, Nizami küçəsində X2 istifadəsində olan torpaq sahəsində layihə əsasında 70 m2-lik iaşə obyektinin tikintisinə Bakı şəhəri Cavabdeh başçısının 24 fevral 2014-cü il tarixli, 157 №-li sərəncamı ilə icazə verilmişdir. Lakin hesab edir ki, həmin sərəncam tikinti təhlükəsizliyi normalarına və qanunvericiliyəzidd olduğu üçün etibarsız hesab olunmalıdır. Əvvəla, sözügedən sərəncam Bakı şəhəri Cavabdeh başçısı tərəfindən 24 fevral 2014-cü ildə verilmişdir. Həmin dövrdə ümumiyyətlə yerli icra hakimiyyəti orqanlarının tikinti obyektlərinin tikintisinə icazə verilməsiylə bağlı səlahiyyəti yox idi. Bu səlahiyyət onlara "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası 1 Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli Fərmanına əsasən verilmişdir. Cavabdeh başçısı belə səlahiyyəti olmadığı halda obyektin tikintisinə icazə verilməsiylə bağlı sərəncam verməklə yanaşı, sözügedən obyektin tikintisinə icazə verən zamanı tikintinin təhlükəsizliyi ilə bağlı normaları nəzərə almadan rəy və sərəncam vermişdir. Sözügedən iaşə obyekti onun 50 ildən artıq müddətdir yaşadığı ünvan 1ndə yerləşən 0.01065 ha torpaq sahəsindəki 73№-li fərdi yaşayış evinə bitişik tikilmişdir. Bu zaman heç bir tikinti və təhlükəsizlik norma və qaydaları nəzərə alınmamışdır. Üstəlik, onu da qeyd etmək lazımdır ki, ünvan 1 ünvanında inşa olunmuş iaşə obyektin tikintisinə Cavabdeh başçısı tərəfindən 2014cü ildə icazə verilsə də, sözügedən obyektin layihəsi 2017-ci il tarixlidir. Beləliklə, göründüyü kimi Bakı şəhəri Cavabdeh başçısının 24 fevral 2014-cü il tarixli, 157 №-li sərəncamı həmin sərəncamın verildiyi dövrdə yerli icra hakimiyyəti orqanlarının tikinti obyektinin tikintisinə icazə vermək kimi səlahiyyəti olmadığı və icra hakimiyyəti başçısı tərəfindən tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmadan rəy və sərəncam verildiyi üçün etibarsız hesab olunmalıdır.

5. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində 73 saylı fərdi yaşayış evinin xüsusi mülkiyyətində olduğunu bildirmişdir. Bir neçə il əvvəl yaşadığı ünvanda avtoyuma məntəqəsinin açıldığını və obyektin avtoservis kimi fəaliyyətə başladığını və obyektin inşa olunmasına səbəb olan Cavabdeh başçısının 24 fevral 2014-cü il tarixli, 157 nömrəli sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər X3 və X1 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə Xəzər Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 1351/2023 saylı qərarı ilə sənədlər geri qaytarılmışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən İddiaçı iddia etdiyi qeyri-yaşayış obyektinə baxış keçirilmiş, ölçü işləri aparılmış və tədqiqatın nəticəsi olaraq uzun müddətdir istifadədə olan Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən Cavabdeh başçısının 24 fevral 2014-cü il tarixli, 157 nömrəli sərəncamı əsasında inşa olunmuş iaşə obyektinin "Mülkiyyətçi-Layihə” MMC tərəfindən verilmiş layihə sənədinə uyğun inşa edildiyi və X2 inşa etdiyi iaşə obyektinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2 bəndlərinin tələblərinə inşa olunduğu müəyyən edilmişdir. Odur ki, iddianın mümkün sayılmaması xahiş edilir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nüməyəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) 2 üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

9. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Cavabdeh Başçısının 24 fevral 2014-cü il tarixli, 157 nömrəli sərəncamının ləğv edilməsini tələb edir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

14. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X4rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X5rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

3

15. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

17. Mübahisələndirilən sərəncam xx.xx.2014-cü il tarixli olsa da, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin sərəncamın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.

18. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək həmin müddətin ötürülməsini əsaslandıran hallar barədə məlumat verilməsi təklif edilmiş, iddiaçı bununla bağlı məhkəməyə hər hansı məlumat verməmişdir.

19. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın.

4 Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar