Məhkəmə qərarları › İş №2-1(112)-4499/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4499/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4499/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının (Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 30, mənzil 21 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı soyad sonluğunun dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı İrəmin “Tarverdisoy” soyadının “Tarverdiyeva” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, X11 və X5 ilə nikahlarından xx.xx.2017ci tarixində İrəm adlı qız övladları dünyaya gəlmişdir. Qızları İrəm üçün doğum haqqında şəhadətnamə alarkən onun soyadı Tarverdisoy olaraq qeyd edilmişdir. Həmin doğum haqqında şəhadətnamə 1 saylı Bakı ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində AZ-İİİ seriyalı 930663 nömrəsi ilə Doğum haqqında akt qeydlər kitabının 1566 nömrəli qeydinə əsasən verilmişdir. İddiaçı yoldaşı Həmzəbəyova Esmiranın rəsmi razılığı ilə qızları İrəmin soyadını Tarverdiyeva olaraq dəyişdirilməsi üçün Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə müraciət etmiş və oradan müraciətinə xx.xx.2020-ci il tarixli, 17 saylı Sərancamla cavab almışdır. Nərimanov rayonu İH həmin Sərəncamda Azərbaycan Respublikasının Ailə Məcələsinin müvafiq maddəsinə əsaslanaraq onun müraciətinə müsbət cavab vermişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcələsinin 54-cü maddəsində qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşma çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. O bu Sərəncamı rəhbər tutaraq AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və ona qızı İrəmin soyadının Tarverdiyeva olaraq dəyişdirilərək yeni Doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Təəssüf ki, onun müraciətinə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci tarixli, 55 saylı məktubla imtina cavabı almışdır. Həmin məktubda ona mübafiq Məhkəmə orqanına müraciət edilməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən idiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddianın əsası olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 198-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlət Kabinetinin "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları "nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli, 79 saylı Qərarına istinad etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Lakin məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, 55 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarının tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “ov”, “yev” sonluqlu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “li”, “lu”, “lü”), “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məktubda həmçinin qeyd edilmişdir ki, X9 xx.xx.2017-ci il tarixli 1566 saylı doğum akt qeydi 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib edilən zaman iddiaçının öz arzusu ilə soyadı “Tarverdisoy “ qeyd olunmuşdur. Qanunvericiliyə əsasən qanun geriyə şamil olunmadığından iddiaçının müraciətinin təmin edilməsi imkan xaricində olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdr. Yuxarıda qeyd olununları nəzərə alaraq Ailə Məcəlləsinin 54.1 maddəsinə əsasən İcra Hakimiyyəti uşağın soyadını valideyinlərdən birinin soyadına və yaxud da onun adını dəyişdirə bilər. Soyad sonluğunun dəyişdirilməsi ilə əlaqədar İcra Hakimiyyətinin hər hansı bir səlahiyyətinin olmadığı, məhz bu səbəbdən Nərimanov Rayon İcra Hakimiyyətinin 17 saylı xx.xx.2020-ci il tarixli sərəncamının icrasının mümkün olmadığı bildirilmişdir. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Ermənistanın Mehri rayonunda anadan olmuşdur. İşdə olan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş DYİ ******* saylı xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının əraziində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Gamzebekova Esmira xx.xx.1992-ci ildə tarixdə anadan olmuşdur. İşdə olan AZ-İİ № 080806 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında 07 oktyabr 2015-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Tarverdiyev, arvada Həmzəbəyova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İca Hakimiyyəti Başçısının 17 saylı 16 yanvar 2020-ci il tarixli X1 dəyişdirlməsi haqqında Sərəncamdan görünürki, Vətəndaş İddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) ərizə ilə müraciət edərək, övladı X2 Tarverdiyevə soyadına dəyişdirilməsini xahiş etmişlər. Müəyyən olunmuşdur kı xx.xx.2017-cı ıl təvəllüdlü X13, İddiaçı ilə X4 rəsmi nikahlarından anadan olmuşdur. Qeyd olunanları və E.Ş.Həmzəbəyovnanın rəsmi razılıq ərizəsini nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53, 54 və 192-ci maddələrini və «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»ni rəhbər tutaraq, qərara almışdır: Doğum haqqında akt qeydlər kitabının xx.xx.2017-cı il tarixli 1566 nömrəli qeydində dəyişiklik edilsin. xx.xx.2017-cı il təvəllüdlü X12 1 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ seriyalı 930663 nömrəli X8 “soyadı" qrafasında yazılmış Tarverdisoy soyadı Tarverdiyevə soyadı ilə əvəz olunaraq, ona yeni şəhadətnamənin verilməsi təmin edilməsi, Sərəncamın surətlərinin X6 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya, 1 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsinə və vətəndaş İddiaçı göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılması, Sərəncamın icrasına Nəzarət Mahmudovaya həvalə olunması qərara alınmışdır. Beləliklə işin hallarından görünür ki, iddiaçı Tarverdiyev X7 Esmiranın rəsmi razılığı ilə qızları İrəmin soyadını Tarverdiyeva olaraq dəyişdirilməsi üçün Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə müraciət etmiş, sonuncunun xx.xx.2020-ci il tarixli, 17 saylı Sərancamı ilə iddiaçının müraciəti təmin olunaraq, sərəncamın icrasına nəzarət RİH başçısının müavininə həvalə edlmişdir. Lakin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarının tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “ov”, “yev” sonluqlu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “li”, “lu”, “lü”), “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bildiyi, X9 xx.xx.2017-ci il tarixli 1566 saylı doğum akt qeydinin 1 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən tərtib edilən zaman iddiaçının öz arzusu ilə soyadı “Tarverdisoy “ qeyd olunduğu əsas gətirilməklə iddiaçıya müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir; 5.3.soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir; 5.4.soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir; 5.10.qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddiaçı digər valideynin razılığını nəzərə alaraq övladları olan İrəmin soyadının “Tarverdisoy” soyadından “Tarverdiyeva” soyadına dəyişdirilməsinin uşağın mənafeyini nəzərə alaraq cavabdehin imtinasının əsassız hesab edilməsini tələb edir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İşin araşdırılan hallarından da müəyyən edilir ki, uşağın hər iki valideyni onun soyadının dəyişdirilməsinə razılıqlarını ifadə etmişlər. Belə olan halda mhkəmə hazırki halda soyadın dəyişdirilməsi üçün qanunvericiliklə qadağa olmadığını nəzərə alaraq iddianın əsaslı olması qənatindədir. Beləliklə məhkəmə hesab edir ki, X3 “Tarverdisoy” soyadından “Tarverdiyeva” soyadına dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. X3 “Tarverdisoy” soyadından “Tarverdiyeva” soyadına dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar