Məhkəmə qərarları › İş №2-1(112)-4499/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4499/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4499/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızı İddiaçı ərizəsinə dair inzibati iş materiallarına məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh, maraqlı şəxslər X4, X7, X2, üçüncü şəxs Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh atasına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25 saylı mənzilinə pasport qeydiyyatına alınmasının Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və X3 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsinin onunla əsaslandırmışdır ki, qeyd etdiyi mənzilə hələ kiçik olarkən, yəni 1996-cı il tarixdə qeydiyyata düşmüşdur. Anası ilə cavabdeh atası Cavabdeh xx xxx 1987-ci il tarixdən isə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, onların birgə münasibətlərindən xx xxxxxx 1986-cı il tarixdə bacısı Emiliya, xx xxxx 1989-cu il tarixdə qardaşı Emin və xx xxxxx 1996-cı il tarixdə isə o, anadan olmuşlar. Həmin nikah xx xxxxx 1990-cı il tarixdə rəsmi olaraq ləğv edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi 57 saylı evin 25-ci mənzili Cavabdeh tərəfindən xx xxxxxx 1991-ci il tarixdə order əsasında əldə edilərkən anası Rəna Vahidova, eləcə də qardaş və bacısı ilə birlikdə həmin mənzilə köçüb orada yaşamağa başlamışlar. xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilinin cavabdehin adına rəsmiləşdirilməsinə razılıq ərizəsi verdikdən sonra həmin mənzil Cavabdeh adına mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmışdır. Hazırda qardaşı Emin və bacısı Emiliya həmin mənzildə anası ilə birlikdə yaşamaq hüququ əldə etmişlər. Qeyd edilən mənzildə hələ uşaq yaşlarından yaşayır. Cavabdeh o, uşaq yaşlarında olarkən ailəsi ilə maraqlanmamışdır. Onları anası Rəna Vahidova böyüdüb boya-başa çatdırmışdır. Cavabdeh isə spirtli içki aludəçisi olmaqla ailəsinə heç vaxt maddi, eləcə də mənəvi yardım etməmiş, tüfeyli həyal sürməkdə davam elmişdir. Atası, onun 17 yaşında olarkən, yəni 2007-ci ilin ortalarında gəlmiş, bir müddət evdə qalmış və yenidən çıxıb getmişdir. Həmin müddət ərzində anası Rəna Vahidova, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küpəsi, 57 saylı evin, 25-ci mənzilinin cavabdehin adına rəsmiləşdirilməsi üçün razılıq ərizəsi vermişdir. O, həmin vaxt yetkinlik yaşına çatmadığından mənzilin atasının adına rəsmiləşdirilməsinə razılıq verilməsi üçün ondan hər hansı yazılı sənəd alınmamışdır. O, uzun müddətdir ki, anası Rəna, qardaşı Emin və bacısı Emiliya ilə birlikdə qeyd edilən ünvanda yaşayırlar. Qeyd edilən mənzildən başqa onun başqa yaşayış yeri yoxdur. Cavabdeh anası X5, onun və qardaşı X6 hər birinə 4900 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılmaqları barədə Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2007-ci il tarixdə anası Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilinin cavabdehin adına rəsmiləşdirilməsinə razılıq ərizəsi verdikdən sonra həmin mənzil Cavabdeh adına mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmışdır. Mənzilin Cavabdeh mülkiyyətində olması, mənzil əldə edildiyi vaxtdan hazırkı vaxtadək anası ilə birlikdə həmin mənzildə yaşamağı, anasının cavabdehlə rəsmi nikah münasibətləri davam etməsə də, anası ilə birlikdə ümumi təsərrüfatı idarə etməkləri, birgə nikahından doğulmuş övladların həmin mənzilə istifadə hüquqlarını yaratmışdır. Mənzil Kommunal Təsərrüfat Deparlamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 154 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxx 2020-ci il tarixli, 385 saylı arayışından görünmuşdur ki. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilinin sahibi Cavabdehdur, həmin evdə X8, X9 və İddiaçı yaşayırlar. Bakı şəhəri, Binəqədi rayonu, Ş. Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilin Cavabdeh tərəfindən xx xxxxxx 1991-ci il tarixdə order əsasında əldə edilərkən anası Rəna Vahidova icarədar, yəni Cavabdehlə rəsmi nikah münasibətlərini davam etdirməsə də, o, cavabdehlə birgə yaşamaqla ümumi təsərrüfatı idarə etdiyindən onun, eləcə də birgə nikahdan doğulmuş övladları, o cümlədən Emin, Emiliya və onun həmin mənzildən cavabdehlə birlikdə istifadə, həmçinin yaşama hüquqları yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 46.1-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. - 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Ərizə məhkəmənin icraatına daxil olduğu zaman ərizənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunmadığı müəyyən edilmiş və ona görə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən vaxt müəyyən edilməklə İddiaçı tələbinin uyğunlaşdırılması təklif edilmişdir. Lakin müəyyən edilmiş müddət ərzində İddiaçı tərəfindən qanunauyğun tərtib edilmiş iddia ərizəsi məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunmadığından və bununla da iddianın növünü, həmçinin mübahisənin inzibati məhkəmə icraatına aidiyyatını müəyyən etmək mümkün olmadığından iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş idida müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar