Məhkəmə qərarları › İş №2-1(112)-4499/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4499/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4499/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, iddiaçılar İddiaçı və X12 cavabdeh 7 saylı Bakı Cavabdehnə qarşı “faktların təsdiq edilməsi” tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı və X16 (bundan sonra – iddiaçılar) 7 saylı Bakı "ASAN XİDMƏT" X9 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 və İddiaçı eyni şəxs olduğunu, həmçinin onun, X1, X12 anası olduğu faktının təsdiq edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü il oktyabrın 11-də qızı X16 Bakı şəhəri Qeydiyyat İdarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, Nərimanov Rayon Qeydiyyat İdarəsi tərəfindən verilmiş doğum şəhadətnaməsində "ana" qrafasında X13 qeyd olunmuşdur. Lakin o, İddiaçı və X13 eyni şəxslərdir. Qızı, X17 bioloji anası olduğunu təsdiq etməyi xahiş etmişdir. Bu faktı təsdiq edir və məhkəmədən, onun doğma qızı olan X16 ilə qan qohumluğunu rəsmi olaraq təsdiq etməyi xahiş edir. 1962-ci ildə ailəsi İrandan Azərbaycana köçmüşdür. SSRİ-yə köçdükdən sonra ona ögey atası Tumasiyanın soyadı verildi və onu X2 adlandırdılar. Onun doğma atası X22 İranda vəfat etmiş, anası Aleksandra isə ögey atası və hər iki tərəfdən olan uşaqlarla birlikdə Bakıya köçmüşdür. 1965-ci ildə o, MirzəyevTalityan X8 ərə getmişdir. Qızı Liia doğularkən onun doğum şəhadətnaməsinin “ana” qrafasında onun adı X3 qeyd olunmuşdur. O dövrdə o, bu məsələyə diqqət yetirməmiş, çünki onun ögey atasının və keçmiş həyat yoldaşının ögey atalarının adları bir-birinə çox oxşar idi. SSRİ dövründə ailə adlarının böyük əhəmiyyəti yox idi, buna görə də diqqətsizlik etmişlər. Həyat yoldaşının doğma atası X23 Dünya Müharibəsi zamanı vəfat etmişdir. X18 yenidən Talityan Ohanyes ilə ailə qurmuş və həyat yoldaşının övladlığa götürülməsini təmin etmişdir. Ailə rahatlığı üçün uşaqların hamısı eyni soyadı daşıyırdılar. Təəssüf ki, sənədlərin rəsmiləşdirilməsində diqqətsizliyi səbəbindən indi o, İddiaçı, və qızı X16 arasında qohumluğu hüquqi cəhətdən təsdiqləməkdə çətinliklər yaranmışdır. Cavabdehin X12 müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “X15” ilə “X28 Əliəkbər”in eyni şəxs olması və doğum akt qeydində ana haqqında məlumatlara dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Barəsində Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş Xİ-ЖГ № 475890 seriya və nömrəli təkrar doğum haqqında şəhadətnamədə anası -X15 qeyd edilmişdir. Lakin anası kimi təqdim etdiyi şəxsə aid şəxsiyyətini təsdiq edən sənəddə (MYİ № 0761858) və digər sənədlərdə soyadı, adı və ata adı - X28 Əliəkbər göstərilmişdir. Həmçinin doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəllənin 162.1ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bildirilmişdir ki, “X15” ilə “X28 Əliəkbər”-in eyni şəxs olmasını müəyyən etmək üçün kifayət qədər əsas olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən ərizənin təmin edilməsi mümkün deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi düzəliş edilməsi tələb olunan akt qeydinin aşkar olunmadığını, habelə İddiaçı həqiqətən X13 olduğunu təsdiq edən heç bir sübutun olmadığını bildirirək, iddia ərizəsinə etiraz etdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində X13 və İddiaçı eyni şəxs olduğunu, həmçinin onun, X1, X12 anası olduğu faktının təsdiq edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur (44.1.). Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar (46.1.). Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər (47.1.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1). Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır (307.2.1). Qeyd edilən hüquq normalardan göründüyü kimi şəxslərin qohumluq münasibətlərində olması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Göründüyü kimi X16 İddiaçı onun anası olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə ümumi məhkəməyə müraciət etməlidir. Nə qədər ki, İddiaçı X12 anası olması faktı müəyyən olunmayıb, cavabdeh bununla bağlı akt qeydində dəyişiklik apara bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, işə inzibati məhkəmədə baxılmalı olmaması səbəbindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı və X12 cavabdeh 7 saylı Bakı "ASAN XİDMƏT" X4rşı “faktların təsdiq edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar