Məhkəmə qərarları › İş №2-1(112)-45/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-45/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-45/2022 10.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndələri X11 və X9 iştirakı ilə, iddiaçı X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması“ tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 09 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 izahatında bildirdi ki, iddiaçı uzun illər "xxxx" İstehsalat Birliyində işləmişdir. Bakı "xxxx" X5 İttifaqı Komitəsinin müdriyyətinin X16 və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçularına yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən passport qeydiyyatına salınması, birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində plan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 limanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya Ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxtadək yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqşulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X5 İttifaqı Komitəsinin müdriyyətinin X16 və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 1-ci mərtəbədə 18 kv.m-lik 1 otaqlı 09 nömrəli mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq, birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillərin həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. ünvan 2 ünvanında yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin siyahısında iddiaçının adı 15-ci sırada qeyd olunmuşdur. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Qeyd olunan mənzil uzun illər iddiaçının və ailə üzvlərinin istifadəsində olmasa da, həmin mənzil üzrə bütün komunnal xidmət haqları iddiaçı tərəfindən vaxtı-vaxtında ödənilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə Ölkə Prezidentinin təşəbbüsü ilə qeyd olunan yataqxanada yaşayan məcburi köçkünlərə yeni mənzillər verilmiş və həmin insanlar qeyd olunan mənzillərə köçürülmüşlər. Bundan sonra iddiaçı qeyd olunan mənzilə dair iddiaçıya verilmiş order üzrə kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etsə də, bu günə qədər müraciətimə cavab verilməmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinin vətəndaşa orderi dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərarı əsasında verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi isə kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmçinin qanunverici xidməti yaşayış sahəsinin anlayışını verərək əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün olduğunu, yaşayış sahəsinin xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edildiyini tənzimləmişdir. Bundan əlavə qanunverici xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslərin digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməməsini də tənzimləmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 4 ünvanda yerləşən işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Məcburi köçkün ailələri 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 4 yataqxana binasının 9 saylı otağında 1992-ci ildən Ağdam rayonundan məcburi köçkün kimi X14 məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Bundan istifadə edən iddiaçı 9 saylı otağı əldə etmək məqsədilə qapılarını bağlamışdır. İddiaçı qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda “Üfüq” İstehsalat Birliyi "xxxx" İstehsalat Zavodunun xx.xx.2006-cı il tarixli, 0241 saylı guya müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 9 saylı otaq iddiaçının istifadəsinə verilmişdir. Hal-hazırda iddiaçı Sabunçu rayonu, Vişnyovka-2, bağ evi, ev 64 ünvanında qeydiyyatda olmaqla yaşayır. Faktiki olaraq məcburi köçkünün yaşadığı boş olmayan mənzilə guya order verilmiş, qeyd edilən order isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli hal-hazırda qüvvədə olan qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi Əsasnamə”nin 2-ci bəndinin İİİ hissəsinə əsasən yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu) müddətdə orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası»nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində cavabdeh idarəetmə orqanı funksiyalarını həyata keçirir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, ünvan 4 yataqxana binasının 9 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, 01 oktyabr 2009cu il tarixədək qüvvədə olmuş Azərbaycar Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Belə olan halda məcburi köçkünlərin faktiki olaraq məskunlaşdıqları və boş olmayan otağa dair təqdim olunan orderin mənzil qanunvericiliyinin tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir. Ona görə də həmin orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: "xxxx" zavoduna (48 nömrəli 11 fevral 2019-cu il tarixli) daxil olan məktubunuza cavab olaraq bildiririk ki, "xxxx" zavodu tərəfindən ünvan 7 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə ünvan 7 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verə bilmirik. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı "xxxx" X5 İttifaqı Komitəsinin müdriyyətinin X16 və MMKnın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlik Bakı "xxxx" istehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, Birliyə məxsus S.Ə.ünvan 8A, Məshəti küçəsi, 3A, R Quliyev küçəsi, 6 və Cavanşir küçəsi, 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, Birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi (HİK-nin qərarı və order), Birlikdə işləyib uzun illərdi mənzil və yataqxana nöbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinin torpaqlarımız alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı "xxxx" X5 İttifaqı Komitəsinin müdriyyətinin X16 və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 1-ci mərtəbədə 18 kv.m-lik sahəsi olan 1 otaqlı 9 nömrəli mənzilin HİK-nin qərarı ilə order əsasında X3 verilməsi və pasport qeydiyyatına salınması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı "xxxx" İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A və S.Ə.ünvan 1 A-da yerləşən yataqxanalarda Bakı "xxxx" İB-nin HİK-nin X16 və MMK-nın birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlerin siyahısında 255-ci sırada X2 adı qeyd olunmuşdur: 9 nömrəli mənzil, 0241 saylı order, Cavanşir küçəsi, 4. Həmin məktuba əlavə edilmiş Bakı «Radioquraşdırma” İstehsalat Birliyinin xx.xx.2006-cı il tarixli, 0241 nömrəli orderinin surətindən görünür ki, X1 18 kv.m olan ünvan 7, giriş 1, mərtəbə 1, 1 otaqlı, mənzil 9-u bir nəfər ailə üzvü ilə (özü) tutmaq hüququ vardır. İş materiallarında olan Bakı "xxxx" X5 İttifaqı Komitəsinin müdriyyətinin X16 və MMKnın birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birliyin xx.xx.2004-cü il tarixli, 41 saylı Çıxarışını əsas tutaraq Birliyə məxsus R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A, Cavanşir küçəsi 4 və S.Ə.ünvan 1 A-da yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilirsə verilsin Birliyin orderi əsasında fəhlə və qulluqçularına verdiyi mənzillər orderdə göstərilmiş vətəndaşa məxsusdur. Birliyə məxsus R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A, Cavanşir küçəsi 4 və S.Ə.ünvan 1A ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlarımız alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillər qeyrişərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Həmin porotokolda qeyd olunan, yataqxanalarda mənzil növbəsində olan, mənzili zəbt olunmuş fəhlə və qulluqçuların siyahısında Cavanşir küçəsi 4 ünvanı üzrə X2 adına 9 saylı mənzil, 0241 nömrəli order qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə daxil olan müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı yataqxana binası əmlakı ilə birlikdə Nazirliyin "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixli “Təhvil-qəbul Aktı” əsasında Bakı şəhər Mənzil- Kommunal Departamentinin 1 saylı xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verilmişdir. Bundan başqa məlumat üçün bildiririk ki, əvvəllər Nazirliyin “Bakı Radioquraşdırma” İstehsalat müəssisəsinin (indiki "xxxx" MMC) balansında olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixində Nazirliyin "xxxx" MMC- nin balansına verilmişdir. Həmin məktuba əlavə edilmiş X8 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilməsi haqqında xx.xx.2007-ci il tarixli aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 01/m saylı, 02 oktyabr 2006-cı il tarixli və 37 saylı, 16 oktyabr 2006-cı il tarixli əmrlərinin icrası ilə əlaqədar olaraq İstehsalat Birliyinin 92 saylı, xx.xx.2006-cı il tarixli əmrilə təşkil olunmuş komissiya və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin 25 dekabr 2006-cı il tarixli, 23 saylı əmri ilə yaradılmış sosial obyektlərin qəbul komissiyası tərəfindən X8 Birliyinin tabeliyində olan müəssisələrin balansında olan əsas vəsaitlərə baxış keçirilmiş və maddi məsul şəxslərə təhvil verilmişdir. “Bakı Radioquraşdırma” İstehsalat müəssisəsi üzrə 394 yerlik subaylar üçün yataqxana Cavanşir 4, yaşayış binası R.Quliyev 6, 436 yerlik yataqxana S.Şirvani 4 A, 436 yerlik yataqxana Məhsəti 3A obyektlərinin əsas vəsaitləri qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər İcra Hakimiyyətinin və Tərtər Rayon İcra Hakimiyyətinin balansına verilmişdir (siyahı əlavə olunur). Həmin Sərancama əlavə edilmiş siyahıda Bakı şəhər İcra Hakimiyyətinin balansına verilən əmlakların sırasında ünvan 10 şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 (394 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, X21 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamının icrası haqqında” xx.xx.2013-cü il tarixli, 294 saylı Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, 03 iyun 2013-cü il tarixli sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 nömrəli, 26 iyul 2013-cü il tarixli sərəncamına, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 122 nömrəli, 18 dekabr 2013-cü il tarixli sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 16 nömrəli 25 dekabr 2013-cü il tarixli əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 01-1/984 nömrəli, 07 iyun 2013-cü il tarixli məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin 15 nömrəli, 12 iyun 2013-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi ilə aşağıdakı tərkibdə imza edən komissiya üzvləri: bir tərəfdən komissiyanın sədri Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Baş mühəndisi E.Q.Hüseynov, komissiyanın üzvləri Baş mühasib T.V.Rüstəmli, Hüquqşünas Ə.Q.Bayramov, Şöbə müdiri Ə.S.Rzayev, Şöbə müdiri N.Q.Məmmədov, Mühəndis X.M.Mirzəyev, digər tərəfdən komissiyanın sədri M.C.Cəfərov - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin rəis müavini, komissiya sədrinin müavini, F.K.İbişov - SXİ-nin baş mühasibi, komissiyanın üzvləri S.İ.lmanverdiyeva - SXİ-nin mühasibi, M.A.Mirzəyev - SXİ-nin aparıcı mühəndisi, N.R.Bağırova - SXİ-nin KX-nın aparıcı mühəndisi, M.Y.Əliyev - 4 nömrəli MİS-in rəisi maddi-məsul şəxs ilə birlikdə obyektlərə vizual baxış keçirilərək aşağıda adları göstərilən yaşayış binaları (yataqxanalar) əmlakı ilə birlikdə siyahı üzrə təhvil götürülmüşdür. Aktda qeyd olunan təhvil götürülmüş obyektlərin ünvanlı siyahısında ünvan 10 şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 (394 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, X21 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 64 saylı bağ evi xüsusi mülkiyyət hüququ X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatadır. Həmin məktubla təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 64 saylı bağ evinə xüsusi mülkiyyət hüququ (tam) X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: vətəndaş X4 tərəfindən Bakı şəhəri, Xətai rayonıı, Cavanşir küçəsi, 4 saylı binanın (keçmiş yataqxana) 9 saylı mənzilinə dair Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə daxil olmuş xx.xx.2019-cu il tarixli, d/o M-64 saylı müraciəti ilə əlaqədar bildiririk ki, qeyd edilən ünvanda yerləşən binanın 9 saylı mənzilində 1992-ci ildən Laçın rayon məcburi köçkünü X14 1 nəfər (özü) ailə üzvü ilə birlikdə məskunlaşmışdır. Həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dözlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci il iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil X4 tərəfindən zəbt edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin məlumatında qeyd olunur: X2 müəssisəmizdə işləyib-işləməməsinin araşdırılması üçün bizə təqdim edilmiş əmək kitabçasının surəti araşdırılarkən onun adına "xxxx" Zavodunun arxivində heç bir sənəd aşkar olunmamışdır və məlum olmuşdur ki, X4 müəssisəmizdə işləməmişdir. X2 müəssisəmizin işçisi olmadığı halda mənzil növbəsinə necə və hansı səbəbdən qeydiyyata düşməsi haqqında məlumatımız yoxdur. İş materiallarında olan AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1972-ci ildə ünvan 13 ünvanında qeydiyyatdadır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin: 4-cü maddəsinə əsasən mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 8-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. 14-cü bəndinə əsasən iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi ərizənin daxil olduğu gündən bir ay müddətində baxır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. 22-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda olan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbə qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Uçota götürülmə tarixi eyni olduqda mənzilə ehtiyac dərəcəsi, həmin müəssisədə, idarədə, təşkilatda iş stajı və ictimai faydalı fəaliyyət nəzərə alınır. Növbə: yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində — müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən; iş yerində uçota götürülmüş vətəndaşlar barəsində — qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə, təşkilat həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən müəyyən edilir. 32-ci bəndinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. 38-ci bəndinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara əsasən rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa yaşayış sahəsinə köçmək üçün yeganə əsas olan order verir. Order yalnız boş olan ayrıca yaşayış sahəsi üçün verilə bilər. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü bəndinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, X8 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilməsi haqqında xx.xx.2007-ci il tarixli aktına əsasən “Bakı Radioquraşdırma” İstehsalat müəssisəsi üzrə 394 yerlik subaylar üçün yataqxana Cavanşir 4, yaşayış binası R.Quliyev 6, 436 yerlik yataqxana S.Şirvani 4 A, 436 yerlik yataqxana Məhsəti 3A obyektlərinin əsas vəsaitləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər İcra Hakimiyyətinin və Tərtər Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Həmin Sərancama əlavə edilmiş siyahıda Bakı şəhər İcra Hakimiyyətinin balansına verilən əmlakların sırasında ünvan 10 şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 (394 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, X21 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamının icrası haqqında” xx.xx.2013-cü il tarixli, 294 saylı Sərəncamına əsasən isə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bunun əsasında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi ilə bağlı obyektlərə vizual baxış keçirilərək akta əlavə edilmiş siyahıda qeyd olunan yaşayış binaları (yataqxanalar) əmlakı ilə birlikdə təhvil götürülmüşdür. Aktda qeyd olunan təhvil götürülmüş obyektlərin ünvanlı siyahısında ünvan 10 şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 (394 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, X21 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, həm orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin məhkəmə iclasında araşdırılan sübutlarla iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. İddiaçının adına order xx.xx.2006-cı il tarixdə verilsə də, iddiaçının «Radioquraşdırma” İstehsalat Birliyində işləməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadı. İddiaçı da bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin məlumatından da görünür ki, iddiaçının adına "xxxx" Zavodunun arxivində heç bir sənəd aşkar olunmamışdır və iddiaçı həmin müəssisədə işləməmişdir. Halbuki orderdə qeyd olunan mənzilin yerləşdiyi ünvan ünvan 14sı) yataqxana binası olmaqla yalnız zavodun işçiləri üçün verilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin ünvanda 1993-cü ildən məcburi köçkün ailəsi məskunlaşmışdır. İddiaçı isə həmin ünvanda yaşamamışdır və hazırda da yaşamır. Bundan başqa, şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, bağ evi, ev 64 ünvanında daimi qeydiyyatdadır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 64 saylı bağ evi xüsusi mülkiyyət hüququ (tam) üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar