Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-45/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X29, X22, X16 Birliyi) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X29, X22, X16 Birliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.05 hektar torpaq sahəsinin X3 dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 30 avqust 2005-ci il tarixli 09 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-1981-ci illərdə Əfqanıstan müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş və 2-ci dərəcə Əfqanıstan müharibəsi əlilidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evlərinin tikintisi haqqında 295 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası X8 üzvlərinə Nizami rayon, 2433-cü məhəllədə 0.66 ha torpaq sahəsində 1-2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi, 0.66 ha torpaq sahəsinin Nizami rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri Torpaq şöbəsi tərəfindən ayrılmış torpaq sahəsinin planı hazırlanmışdır. X8 xx.xx.2005-ci il tarixli 7 saylı protokolundan çıxarışa əsasən X8 üzvü, 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi ona Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Fərdi yaşayış evlərinin tikintisi haqqında xx.xx.2004-cü il tarixli, 295 №-li Sərəncamı və X8 xx.xx.2005-ci il tarixli 7 saylı protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 6 sot torpaq sahəsi hal-hazırda onun sahibliyində və istifadəsindədir. O, torpaq sahəsini daş hasara almış, dəmir darvaza qoydurmuşdur, digər qonşulara məxsus torpaq sahələri ilə təcrid olunmuş formadadır. 2019-cu ilin iyul ayının 18-də o, öz torpaq sahəsinə gedib baxarkən, darvazasının söküldüyünü, yerinə başqa darvaza qoyulduğunu görmüş və bu barədə Daxili İşlər Nazirliyinin 102 telefon xidmətinə müraciət etmişdir. 25-ci Polis Bölməsinin əməkdaşları torpağa gəlmiş və darvazanın sökülüb başqa darvaza qoyulduğunun şahidi olmuşlar. Araşdırma zamanı məlum olmuşdur ki, iddia üzrə 3-cü şəxs Soyünoğlu Manana ona məxsus torpaq sahəsinin giriş darvazasını sökərək özü ora başqa darvaza qoyub və torpaq sahəsinə sahiblik etmişdir. Sənəd kimi də torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli şəhadətnaməsini göstərmişdir. O, həmin şəhadətnaməni araşdırarkən məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə dair iddia üzrə 3-cü şəxs X27 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli, JN-25844H, KOD 00900003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami Bələdiyyəsinin 30 avqust 2005-ci il tarixli, 09 saylı qərarı ilə Nizami rayonu, 2433cü məhəllədə yerləşən 0.05 hektar torpaq sahəsi X4. Beləliklə, Bakı şəhəri Nizami Bələdiyyəsi qanunsuz olaraq onun istifadəsində olan Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.06 hektar torpaq sahəsini X5 və onun mülkiyyət hüquqlarını pozmuşdur. Hesab edir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 09 saylı 30 avqust 2005-ci il tarixli qərarı onun torpağa sahiblik və mülkiyyət hüquqlarını pozduğundan qanunsuz hesab edilərək ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində (etirazında) bildirmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 295 saylı sərəncamına əsasən Əfqanıstan Veteranları Cəmiyyətinin 075 saylı, xx.xx.2005-ci il tarixli məktubu əsasında X8 üzvlərinə Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün Nizami bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 09 saylı protokolu ilə Nizami rayonu, 2433-cü məhəllədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin təqdim etdiyi eskizə uyğun olaraq 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X23 mülkiyyətinə mövcud qanunvericiliyin tələblərinə uyğun satılmışdır. İş üzrə üçüncü şəxs X24 məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Üçüncü şəxs etirazda bildirmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, o heç kimin torpaq sahəsini zəbt etməmişdir və iddiaçının torpaq sahəsinin harada yerləşməsindən də xəbəri yoxdur. İddiaçının iddia etdiyi torpaq sahəsi ona məxsusdur. Qeyd olunan torpaq sahəsini xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat kontorunda alqı-satqı müqaviləsi ilə X21 pul verib almış, həmin müqaviləni AR Torpaq Komitəsinin Bakı şöbəsinə təqdim edib xx.xx.2006-cı il tarixdə adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Həmin vaxtdan torpaq sahəsi onun mülkiyyətindədir, xx.xx.2019-cu il tarixdə adına dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsindən uzun illərdir ki, istifadə edir, oraya qanuni sahiblik edir. Üçüncü şəxs AR Konstitusiyasının 13.1, 29, Mülki Məcəllənin 148.2, 152.1, 157.1, 178.1 və İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə istinad edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan X16 Birliyinin sədri Məhəmməd Vəliyevin imzası ilə məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, X16 Birliyinin xx.xx.2007-ci il tarixli, 04 saylı protokoluna əsasən üzvü olmuş İddiaçı xx.xx.2016-cı il tarixli 01 saylı protokola əsasən Birliyin üzvlüyündən çıxarılmışdır. Onun tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş ƏVİ-nin xx.xx.2005-ci il tarixli arayış barədə bildiririk ki, Birliyin qeydiyyatlar kitabından keçmiş belə bir protokol-çıxarış və arayış mövcud deyil. Həmin protokoldan çıxarışda vurulan möhür 1999-cu ilə kimi etibarlı olmuşdur. Belə ki, keçmiş sədr M.İsgəndərovun xx.xx.2005-ci il tarixdə verdiyi arayışdakı vurulan yeni möhür də bunu təsdiq edir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsindən 6 sot torpaq sahəsi ayrılmamışdır. X29 həqiqətən də ƏMV İttifaqı üzvü olduğu üçün ona Nizami rayonu, 2433cü məhəllədə 500 kv.m torpaq sahəsinin ayrılması üçün Nizami Bələdiyyəsinə məktub göndərilmişdir. Göstərilənlərə əsasən, tələbin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması əsası ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1844/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında bildirilmişdir ki, iddia tələbinin qanuni əsasını təşkil edən mübahisəli torpaq sahəsinin qanuni əsaslarla, yəni səlahiyyətli orqan tərəfindən ayrılıb-ayrılmadığı, həmin torpaq sahəsinin Eldar Sarıyevə Bakı şəhəri Nizami bələdiyyəsinin müvafiq qərarı ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyi ekspertiza keçirilməklə müəyyən edilməmişdir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 295 saylı, xx.xx.2004-cü il tarixli sərəncamları məzmun baxımından fərqlidir. Odur ki, işə birinci instnsiya məhkəməsi tərəfindən təkrar baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun mövcudluğunun həm də sözügedən sərəncamın məzmunu baxımından qiymətləndirilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər (onların nümayəndələri) üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək tələbi müdafiə etdilər və əlavə olaraq bildirdilər ki, “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri X30 və həmin Birliyin sədr müavini X31 Bakı Şəhər İcra Hakimiyyətinin 295 saylı sərəncamı icra olunarkən Birliyin adından Nizami bələdiyyəsinə saxta məktublar göndərərək ayrı-ayrı şəxslərə torpaq ayrılması ilə məşğul olduqlarına görə onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılmış və nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-364/2018 saylı hökmü ilə təqsirli bilinərək onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 295 nömrəli «Əlavə torpaq sahəsinin ayrılması haqqında» Sərəncamına əsasən Azərbaycan Respublikası X8 22.06.04-cü il tarixli, 073 saylı, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun xx.xx.2004-cü il tarixli, 19-8/57/13-88 saylı və “Azəriqaznəql” İB-nin xx.xx.2004-cü il tarixli, ƏA-21-1323/3 saylı razılıq məktublarını nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16.03.99-cu il tarixli, 213 saylı sərəncamı ilə Azərbaycan Respublikası X10 fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsinə əlavə Nizami rayonu, 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi Nizami rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/5793-11 saylı məktubundan görünür ki, Azərbaycan Əfqanstan Veteranları X11 xx.xx.2005-ci il tarixli qərarına əsasən qanuni təmsilçi X7 və bu fakt xx.xx.2005-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Əfqanıstan Veteranları X9 1.3-cü bəndində, Birliyin xx.xx.1992-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Əfqanstan Veteranları İttifaqının hüquqi varisi olduğu qeyd edilmişdir. - X8 xx.xx.2005-ci il tarixli 7 saylı protokolundan çıxarışın surətindən görünür ki, X8 üzvü, 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi İddiaçı Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır. - X8 02 saylı xx.xx.2005-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 073 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən və Azərbaycan Respublikası X8 02 saylı protokoluna əsasən Nizami rayonu, 2433-cü məhəllədə fərdi ev tikintisi üçün 6 sot torpaq sahəsi verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, BŞİH Başçısının xx.xx.2004-cü il tarixli, 073 nömrəli Sərəncamı mövcud deyildir. - X12 tərəfindən xx.xx.2005-ci il tarixdə Nizami rayon Bələdiyyəsinə göndərilmiş məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 295 nömrəli Sərəncamına əsasən bir neçə şəxsə, o cümlədən X27 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün 500 kv.m (sahə №4) torpaq sahəsinin onların mülkiyyətinə verilməsinin rəsmiləşdirilməsi xahiş edilmişdir. - Bakı şəhər Nizami Bələdiyyəsinin 09 saylı ümumi iclasının xx.xx.2005-ci il tarixli protokolu ilə Nizami rayon 2433-cü məhəllədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin təqdim etdiyi eskizə uyğun olaraq 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4. - 30 saylı Dövlət notariat kontorunda X29 ilə X22 arasında bağlanmış xx.xx.2005-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi X1. Müqavilənin 2-ci bəndində qeyd edilmişdir ki, satılan daşınmaz əmlak DTXK Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN-24844H seriyalı (kod ********), 06.12.05-ci il tarixli şəhadətnamə əsasında satıcıya məxsusdur. - X18 həmin torpaq sahəsi ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN- 27508H seriyalı (kod ********) şəhadətnamə verilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən sözügedən torpaq sahəsi X13 adına dövlət reyestində xüsusi mülkiyyət kimi qeydiyyata alınmış və torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Nizami Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 295 nömrəli Sərəncamına əsasən X8 075 saylı 26 may 2005-ci il tarixli məktubu əsasında X6 üzvlərinə Nizami rayonu 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün Nizami Bələdiyyəsinin 31 avqust 2015-ci il tarixli 09 saylı protokolu ilə Nizami rayonu 2433-cü məhəllədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinin təqdim etdiyi eskizə uyğun olaraq 500 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X23 mülkiyyətinə mövcud qanunvericiliyin tələblərinə uyğun satılmışdır. - X16 Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş X20 X28 xx.xx.2007-ci il tarixli 4 saylı protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 6 nəfər Əfqanıstan müharibəsi veteranı, o cümlədən Vəliyev X19 üzv qəbul olunmuşlar. X16 X28 xx.xx.2016-cı il tarixli 01 saylı protokolundan çıxarışın təsdiq edilmiş surətindən isə görünür ki, 42 nəfər, o cümlədən Vəliyev X15 üzvlüyündən azad edilmişlər. - Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 02/204 saylı məktubun mətnindən müəyyən olunur ki, Nizami bələdiyyəsi tərəfindən X16 Birliyinin məktubuna əsasən bələdiyyənin 30 avqust 2005-ci il tarixli 9 saylı qərarı ilə X27 Bakı şəhəri, Nizami rayonu 2433-cü məhəllədə yerləşən 0.05 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi X16 Birliyinin üzvlərinə ayrılması üçün Nizami bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Nizami bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsi satılmamışdır, iddiada qeyd olunan torpaq sahəsinin məhz fərdi yaşayış evinin tikintisi üçün İddiaçı kim tərəfindən verilməsi barədə bələdiyyə məlumatlı deyil. - Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan qərardadında göstərilən hüquqi mövqe nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhər Nizami Bələdiyyəsinin 09 saylı xx.xx.2005-ci il tarixli ümumi iclasının protokoluna əsasən X27 ayrılmış Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.05 hektar torpaq sahəsinin koordinatları müəyyən edilsin. 2. X8 7 saylı xx.xx.2005-ci il tarixli protokoluna əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.06 hektar torpaq sahəsinin koordinatları müəyyən edilsin. 3. X27 ayrılmış torpaq sahəsi ilə İddiaçı ayrılmış torpaq sahəsi üst-üstə düşürmü, əgər düşürsə, hansı hissədə düşür (ölçüsü göstərilməklə)? 4. Həmin torpaq sahələri digər fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşürmü, əgər düşürsə, hansı hissədə düşür (ölçüsü və şəxslər barədə məlumatlar ətraflı göstərilməklə). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5299 saylı, 29 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki
1. Sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici və ya sahənin yerini müəyyən edən texniki sənədlər təqdim edilmədiyindən döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır.
2. Sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici və ya sahənin yerini müəyyən edən texniki sənədlər təqdim edilmədiyindən döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır.
3. Torpaq sahəsinin giriş qapısı bağlı olduğundan sözügedən torpaq sahəsi hasarın çölündən göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 600 kv.metr torpaq sahəsinin 485.0 kv.metr hissəsi **********25 reyestr nömrəli torpaq sahəsi ilə 115.0 kv.metr hissəsi isə **********83 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür.
4. Torpaq sahəsinin giriş qapısı bağlı olduğundan sözügedən torpaq sahəsi hasarın çölündən göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 600 kv.metr torpaq sahəsinin 485.0 kv.metr hissəsi **********25 reyestr nömrəli torpaq sahəsi ilə 115.0 kv.metr hissəsi isə **********83 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, **********25 reyestr nömrəli çıxarış X14, **********83 reyestr nömrəli çıxarış isə X25 adınadır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-364/2018 saylı hökmünün surətindən görünür ki, “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri X30 və həmin Birliyin sədr müavini X31 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.2, 29,178.2.3, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 313, 311.3.1, 311.3.2 təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X26 barəsində AR CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (il) müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 295 nömrəli Sərəncamına əsasən X10 fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsinə əlavə Nizami rayonu, 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi Nizami rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilmişdir. xx.xx.2005-ci il tarixdə X12 tərəfindən Nizami rayon Bələdiyyəsinə məktub göndərilərək qeyd olunan Sərəncama əsasən bir neçə şəxsə, o cümlədən X27 həmin torpaq sahəsində 500 kv.m (sahə №4) torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün onların mülkiyyətinə verilməsinin rəsmiləşdirilməsi xahiş edilmiş, Bakı şəhər Nizami Bələdiyyəsinin 09 saylı ümumi iclasının xx.xx.2005-ci il tarixli protokolu ilə Nizami rayon 2433-cü məhəllədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin təqdim etdiyi eskizə uyğun olaraq 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X23 mülkiyyətinə satılmışdır. X27 həmin torpaq sahəsi ilə əlaqədar şəhadətnamə verilmiş, sonradan Eldar Sarıyev bu torpaq sahəsini xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2. Hazırda iddiaçı Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.05 hektar torpaq sahəsinin X3 dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 31 avqust 2005-ci il tarixli 09 saylı qərarının ləğv edilməsini tələb edir. İddiaçı istinad edir ki, üzvü olduğu X8 xx.xx.2005-ci il tarixli 7 saylı protokolundan çıxarışı və həmin İttifaqın xx.xx.2005-ci il tarixli 02 nömrəli arayışı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Nizami rayonu, 2433-cü məhəllədə fərdi ev tikintisi üçün ona ayrılmış və istifadəsində olan 6 sot torpaq sahəsi qanunsuz olaraq X4. İş üzrə təyin edilmiş ekspertiza rəyi ilə göstərilən torpaq sahəsinin Eldar Sarıyevə satılmış torpaq sahəsinin böyük hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə ilk növbədə bildirir ki, hazırkı iddia mübahisələndirmə növünə aid olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə apellyasiya instansiya məhkəməsinin yuxarıda istinad olunan qərardadındakı hüquqi mövqeyi nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia mümkündür. Belə ki, BŞİH-in 295 nömrəli Sərəncamının məhz X12 üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar verilməsi və iddiaçının da xx.xx.2005-ci il tarixdə, yəni həmin təşkilatın protokolu ilə ona torpaq sahəsi ayrıldığı vaxt X8 üzvü olması, ayrılmış torpaq sahəsinin X34 bələdiyyəsinin qərarı ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun yarandığını qeyd etməyə əsas verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçıya X12 tərəfindən torpaq sahəsi ayrılması barədə protokolun mövcudluğu ona Eldar Sarıyevə torpaq sahəsi ayrılması barədə Nizami bələdiyyəsinin qərarını ləğv etmək üçün əsas vermir. Belə ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə ƏVİ-nin protokolu torpaqayırma sənədi sayılmır və həmin protokol qüvvədə olan əmlak qanunvericiliyinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün hüquqmüəyyənedici sənəd deyildir. Başqa sözlə, məhkəmə mübahisəli torpaq sahəsinə iddiaçının “qanuni gözləntisi” olmadığı qənaətindədir. Digər tərəfdən, məhkəmə, hazırkı halda mübahisələndirilən bələdiyyə qərarının ləğv edilməsi üçün əsas görmür. Belə ki, Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli protokolundan göründüyü kimi, X27 500 kv.m sahəsi olan 4 nömrəli torpaq sahəsi əsassız olaraq deyil, X8 Nizami bələdiyyəsinə göndərilmiş məktubuna istinad edilərək BŞİH-in 295 saylı Sərəncamının icrası ilə əlaqədar ayrılmışdır. Məhkəmə həmçinin iddiaçının məhkəmə iclasında bildirdiyi dəlilini əsassız hesab edərək vurğulayır ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-364/2018 saylı hökmündə Eldar Sarıyevə torpaq sahəsi ayrılmasına dair X8 xx.xx.2005-ci il tarixli məktubunun və Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının saxtalığı ilə hər hansı məsələ göstərilməmişdir. İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəlləninin 67.1-ci maddısinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəlləninin 67.3-cü maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəlləninin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi” Azərbaycan Respublikasının Qanununun 2.1ci bəndinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3.0-cü maddəsinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır: 3.0.1. torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; 3.0.2. torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; 3.0.3. torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; 3.0.4. torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; 3.0.5. müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması. Maddə 4. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; 4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; 4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; 4.0.6. bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; 4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək bu nəticəyə gəlir ki, mübahisələndirilən qərar iddiaçının hüquqlarını pozan inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5299 saylı, 29 avqust 2022-ci il tarixli saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. İddia tələbi təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X17, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-in 110.3-cü maddəsinə görə iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov