Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-450/2022 06.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin (DSMF) nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxslər Bakı şəhəri Nəsimi RİH Qəyyumluq və Himayəçilik Komissiyasına, X7, Dövlət Sosial Müdafiə Fonduna qarşı «qəyyumun səlahiyyətlərinə xitam verilməsi və iddiaçının qəyyum təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş materiallarına Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə və üçüncü şəxslər Bakı şəhəri Nəsimi RİH Qəyyumluq və Himayəçilik Komissiyasına, X7, Dövlət Sosial Müdafiə Fonduna qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(006)-5700/2017 saylı qətnaməsinin icrası məqsədilə 20 may 1940-cı il tarixdə Gürcüstanın marneuli rayonunda doğulmuş X4 üzərində qəyyum təyin edilmiş X1 xitam verilməsi, həmin şəxsin üzərində onun (iddiaçının) qəyyum təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbini irəli sürür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Məhkəməyə cavabdeh Bakı şəhəri Nəsimi RİH-in (nümayəndəsinin) vəsatəti daxil olmuşdur. Vəsatətdə bildirilmişdir ki, Bakı şəhəri Nəsimi RİH başçısının 28 sentyabr 2017ci il tarixli 251 saylı sərəncamı ilə X9 atası 1940-cı il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. X10 3 yanvr 2021-ci il tarixdə vəfat etmişdir (akt qeydinin surəti vəsatətə əlavə olunur). Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31.1, 34.3, 35-ci maddələrinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdeh Bakı şəhəri Nəsimi RİH-in və üçüncü şəxs DSMF-nin nümayəndələri gəlmişlər, iddiaçı tərəf və digər üçüncü şəxslər (nümayəndəsi) gəlməmişlər. Məhkəmə iclasında iştirak edən iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin (DSMF) nümayəndəsi X8 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçının qəbul edilməsini arzuladığı “qəyyum təyin olunma barədə” sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Sərəncam fəaliyyət qabiliyyətsiz şəxs üzərində qəyyum təyin edilməsi ilə bağlıdır, halbuki qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bundan başqa, hətta mübahisə publik xarakterli qəbul olunsa olsa belə, iddiaçının arzuladığı inzibati aktın qəbulu hazırda yolverilməzdir, çünki, üzərində təyin edilmiş qəyyumluq mübahisələndirilən və yeni qəyyum təyin olunması tələb edilən şəxs X10 vəfat etdiyindən, onun hüquq qabiliyyəti xətm edilmişdir və bununla da mübahisə mövcud olmur. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-450/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-450/2022
06.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver