Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4500/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Eminzadə Emin Etibar oğlunun katibliyi, iddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etməyini və yaralanmağını nəzərə alaraq, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı iyun ayı 1992-ci il tarixdə könüllü olaraq Qubadlı rayonunun özünümüdafiə taborunun tərkibində Laçın və Qubadlı rayonlarının kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1992-ci il sentyabroktyabr aylarında könüllərlə birlikdə N saylı hərbi hissəyə qəbul olunmuşdur. İddiaçı ilə birlikdə qardaşı da Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak edərkən xx.xx.N-cü il tarixdə şəhid olmuşdur. xx.xx.N-cü il tarixdə Qubadlı rayonunun Xanlıq kəndi uğrunda gedən döyüşdə beş güllə yarası alaraq ağır yaralanmışdır. İddiaçı müalicə almaq üçün Bakıya göndərilmiş və o, Musa Nağıyev adına Təcili tibbi yardım xəstəxanasına yerləşdirilmişdir. Bundan sonra iddiaçı uzun müddət ambulator şəraitdə müalicəsini davam etdirmişdir. Hal-hazırda iddiaçı İİ qrup əlil olduğu üçün əmək pensiyası alır, lakin indiyə qədər müharibə veteranı vəsiqəsi və adı almamışdır. Dəfələrlə Qubadlı rayon Hərbi Komissarlığına (Səfərbərlik və Dövlət Çağırışı üzrə Qubadlı rayon şöbəsinə) müraciət etmişdir. 2015-ci il yanvar ayında yaralanma barədə sənədləri əldə etmək üçün müalicə aldığı M.Nağıyev adına xəstəxanasına müraciət etmişdir. Oradan iddiaçıya bildirilmişdir ki, xx.xx.2004-cü il tarixdə baş vermiş yanğın zamanı xəstəxananın arxivinin bir hissəsinin yararsız hala düşməsi səbəbindən xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixə qədər müalicə və müayinə olunması haqqında məlumat verilə bilməz. Bundan sonra iddiaçı sənədlərini toplayıb, Suraxanı rayon məhkəməsinə hərbi xidmətinin faktını təsdiq olunması barədə qətnamə qəbul etməsi üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə ərizənin məhkəmə tərəfindən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinin müharibə veteran adının və vəsiqəsinin verilməsi üzrə komissiyaya müraciət etmiş, lazımi sənədləri də təqdim etmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1/M-6168 saylı cavab məktubunda bildirilmişdir ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə müharibə veteran adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Halbuki, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd olunur ki, iddiaçının xx.xx.N-cü ilə kimi hərbi xidmətdə olmaqla N saylı hərbi hissənin tərkibində Qubadlı-Laçın rayonlarının Müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etməyi və xx.xx.N-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi ərazisində döyüş zamanı yaralanma faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Müdafiə Nazirliyinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Müdafiə Nazirliyinin məhkəməyə təqdim edilmiş tərəfindən iddiaya dair xx.xx.2020-ci il tarixli, 11/3891 saylı yazılı etirazında bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşınğımnm yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövləi Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxx 2017-ci il tarixli arxiv arayışında 706 (810, 850, 851) nömrəli hərbi hissə komandirinin iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin avqust Ncü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası məhz bu əsasla xx xxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçıya "müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Sonda iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - xx.xx.2013-cü il tarixdə Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1962-ci il tarixdə Qubadlı rayonunun Çaytumas kəndində doğulmuş İddiaçı yaşayış yeri üzrə Qubadlı rayonu, Çaytumas kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 950 saylı, xx.xx.2018-ci il tarixli qərarının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2018-ci ıl tarixli 17/1908 nömrəli məktubuna əsasən barəsində heç bır təqsirləndirıcı materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N-cü ilin avqust ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra döş qəfəsinin ön səthinin sağ yarısında, sağ körpücük sümüyü proyeksiyasında bir ədəd, döş qəfəsinin sağ yan səthində, orta qoltuqaltı xətt üzrə Vİ-Vİİ döş qabırğaları səviyyəsində bir ədəd, onurğa sütunu, İİİ boyun fəqərələri proyeksiyasında bır ədəd köhnə çapıq toxumalar, döş qəfəsinin sağ yarısının müxtəlif ölçülü çoxsaylı yad cisimləri (metal qəlpələr)" (Azərbaycan Respublikası SHXÇDX-nin Qubadlı rayon bölməsinin 10 05.2018-ci il tarixli 89 nömrəli göndərişi, 10 05 2018-ci il tarixli 197 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli 357 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, Bakı ş. Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(010)-1050 nömrəli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. - Bakı Baş Səhiyyə İdarəsinin iddiaçıya ünvanlanmış 190 saylı, xx.xx.2015-ci il tarixli məktubunda bildirilmişdir ki, qeydiyyat jurnalına əsasən İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək M.Nağıyev adına TTYX-də stasionar müalicə almışdır. xx.xx.2004cü il tarixdə M.Nağıyev adına TTYX-nın bir hissəsində yanğın baş vermişdir. Yanğın zamanı xəstəxananın arxivinin bir hissəsi yararsız hala düşmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin M-2095 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1962-ci ildə Azərbaycan Respublikası, Qubadlı rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. - Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1050/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsindən notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, ərizəçi İddiaçı “müharibədə iştirakı və yaralanma faktının müəyyən edilməsi” tələbi təmin edilmiş, xx xxxx 1962-ci il təvəllüdlü İddiaçı 1992-ci ilin iyun ayından xx xxxxxx N-cü ilə kimi hərbi xidmətdə olmaqla, N saylı hərbi hissənin tərkibində Qubadlı-Laçın rayonlarının müdafiəsi uğrunda apanlan döyüşlərdə iştirak etməsi və xx xxxxxx N-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi ərazisində döyüş zamanı yaralanması faktı müəyyən olunmuşdur. Qətnamə xx xxxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına, eyni zamanda, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 1/M – 5770 saylı məktubu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 9/2-12242 saylı məktubunun surəti, iddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti və digər sənədlər də əlavə edilmişdir. İş materiallarında məlum olur ki, 1992-ci ilin iyun ayından xx xxxxxx N-cü ilə kimi hərbi xidmətdə olmaqla, N saylı hərbi hissənin tərkibində Qubadlı-Laçın rayonlarının müdafiəsi uğrunda apanlan döyüşlərdə iştirak etməsi və xx xxxxxx N-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi ərazisində döyüş zamanı yaralanması faktı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1050/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edildikdən və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, ona imtina edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1/M-6168 saylı məktubda bildirilmişdir ki, onun N nömrəli hərbi hissədə hərbi xidməti barədə arxiv sənədlərində məlumat olmadığına və Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə cavabdeh orqanın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları yenidən mübahisələndirməsini əsaslı hesab etmir, ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiyallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə, onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən, məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə, həmçinin, qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafıq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin əsasnaməyə əsasən, müharibə veteranı adı 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Digər tərəfdən, Azərbaycan Respublikasının Müdafiə nazirinin 1998-ci il 06 yanvar tarixli 4 nömrəli əmrinə 1 nömrəli Əlavə kimi qəbul edilmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnamənin» Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orderin və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Hazırki iş üzrə də, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olması, N nömrəli hərbi hissənin tərkibində 1992-ci ilin iyun ayından xx xxxxxx Ncü ilə kimi hərbi xidmətdə olmaqla, Qubadlı-Laçın rayonlarının müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etməsi və xx xxxxxx N-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi ərazisində döyüş zamanı yaralanması faktı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1050/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi və digər sənədlərlə təsdiq olunur. Bundan əlavə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «müharibə veteranı adının verilməsi qaydası və şərtləri» haqqında Əsasnamənin 1-ci bəndindəki «qeyd»də göstərilib ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İşə əlavə edilmiş, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, HP 01/583 saylı məktubdan da 1962-ci il təvəllüdlü İddiaçı barəsində Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndiri materialın olmadığı öz təsdiqini tapır. Ümumilikdə, iş materiallarında iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsini istisna edəcək hal müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, N nömrəli hərbi hissənin tərkibində 1992-ci ilin iyun ayından xx xxxxxx N-cü ilə kimi hərbi xidmətdə olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı Laçın və Qubadlı rayonlarının ərazilərində aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və xx xxxxxx N-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi ərazisində döyüş zamanı yaralanmış İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. N nömrəli hərbi hissənin tərkibində 1992-ci ilin iyun ayından xx xxxxxx N-cü ilə kimi hərbi xidmətdə olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı Laçın və Qubadlı rayonlarının ərazilərində aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və xx xxxxxx N-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi ərazisində döyüş zamanı yaralanmış İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4500/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4500/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver