Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4502/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi İdarəsinə qarşı iddiaçıya qanunla hüququnun yarandığı gündən, yəni 55 yaşının tamam olduğu 25.05.2016-cı il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 25.06.1979-cu ildən başlamışdır. İddiaçıya X4 tərəfindən verilmiş 08.11.2019-cu il tarixli güzəştli arayışa əsasən 04.01.1987-ci ildən 03.10.1988-ci il tarixinədək “yandirma” sexində futerləyici-bənna vəzifəsində çalışmış və güzəştli stajı 1 il 9 ay təşkil edir. “Holcim (Azərbaycan)” ASC-nin 08.11.2019-cu il tarixli güzəştli arayışından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarının “14. Tikinti Materialları maddəsinin “14.1 Sement istehsalı” bəndinə əsasən futerləyici-bənna peşəsi iddiaçıya güzəşt şərtlərlə pensiya təminat hüququ yaradır. "xxxx" ASC-nin Xəzər X5nın 05.11.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı X3 (MPK-459 Geofızik) 06.11.2008-ci il tarixindən “M.Süleymanov” gəmisində aşbaz kimi işə qəbul edilərək 15.01.2016-cı il tarixinədək, “G.Şıxlinski” gəmisində aşbaz kimi 15.07.2016-cı il tarixinədək işləmişdir. 2017-ci ildən gəmilərdə aşpaz xidməti artıq (CATERİNG) ayrıca yemək şirkətlərinə verildiyi üçün iddiaçı yenidən 16.02.2017-ci ildən "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq gəmi struktur bölməsinə aşpaz kimi işə başlamış və hal-hazırda üzən heyət “G.Şıxlinski” gəmisində aşbaz kimi işləyir. Ərizəyə əlavə etdiyi "xxxx" ASC-nin Xəzər X5nın 14.11.2019-cu il tarixli arayışına əsasən 06.11.2008-ci il tarixdən işlədiyi (MPK-459 Geofızik) “M.Süleymanov” gəmisi və 15.07.2016-cı il tarixinədək “G.Şıxlinski” gəmiləri tarixlərində istismarda olub və üzən gəmilər siyahısına daxildir. İddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı 2 dəfə ardıcıl olaraq cavabdeh quruma rəsmi müraciətlər etmiş, amma buna baxmayaraq hər iki müraciətinə 17.12.2019-cu və 07.01.2020-ci il tarixlərdə müxtəlif məzmunda əsassız imtina cavabları verilərək əmək kitabçasında əmək stajının 10 ildən az təşkil etdiyini göstərilmişdir. Sonuncu dəfə Mərkəzi Filial tərəfindən 17 dekabr 2020-ci il tarixdə “güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında” **********1 nömrəli məktubla filiala təqdim etdiyi sənədlər geri qaytarılaraq əmək kitabçasında 16.02.2017-ci il tarixindən bu günədək "xxxx" MMC-də gəmi struktur bölməsində aşbaz peşəsində işlədiyinin qeyd edildiyi, lakin sözügedən müəssisədə işlədiyi peşənin yuxarıda qeyd olunan siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə iş yerinin arayışının Mərkəzi Filiala təqdim etmədiyi göstərilmişdir. Göstərilənlərə əsasən hal-hazırda işlədiyi "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş 12 yanvar 2021-ci il tarixli 16 nömrəli arayışla iddiaçının müraciətinə cavab olaraq göstərilmişdir ki, həqiqətən də iddiaçı 16.02.2017-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-nin “Atlet-24” gəmisində üzən heyətdə aşbaz xidməti göstərir. İddiaçının hal-hazırda işlədiyi vəzifələr (peşələr) üzən heyət və işlədiyi gəmilər Xəzər X5nın gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yarımçıqxidmət gəmiləri, xidmət şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahsı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyyası hüququ verdiyi göstərilmişdir. Tərəfindən cavabdehin 17 dekabr 2020-ci il tarixdə “güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında” **********1 nömrəli məktubunu təmin etmək üçün "xxxx" MMC-də gəmi struktur bölməsində aşbaz peşəsində işlədiyini və işlədiyi işin zərərli iş olmasına dair arayışını alıb 13.01.2021ci ildə yenidən cavabdehə müraciət edərək ərizəsinin təmin edilməsini xahiş etmiş, amma buna baxmayaraq cavabdeh qurum 35 günün tamam olmasına baxmayaraq heç bir tədbir görməmişdir. Bundan əlavə cavabdeh qurum 17.12.2019-cu il və 07.01.2020-ci il tarixli imtina məktubunda güzəştli iş stajının 01.01.2006-cı ildən 10 ildən az olduğunu göstərmişdir. Halbuki, iddiaçının əmək kitabçası üzrə ümumi stajı 21 il və güzəştli şərtlərlə iş stajı 13 il 6 ay 4 gün təşkil edir. Göründüyü kimi cavabdeh iddiaçının pensiya təminatı hüququnun təmin edilməsi ilə bağlı etdiyi müraciətlərinə cavab vermədiyi üçün onun sosial təminat hüququnu məhdudlaşdırır, konstitusion hüquqlarını pozur. Ona görə cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddia aşağıdakı səbəblərə görə qanunsuz və əsassızdır. İddiaçı iddia ərizəsinə özünə məxsus əmək kitabçası, arxiv arayışı və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında işlədiyi işlər və peşələr xarici dildə tərtib edilmiş, onların Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinə tərcüməsi iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının qeyd edilən dövrlərdə hansı vəzifələrdə (peşələrdə) işləməsi, həmçinin, həmin peşələrin ona güzəştli pensiya hüququ verən peşələrə aid olu-olmaması aydın deyil. İş materiallından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərdiyi tələblə eyni məzmunlu xahişlə idarəyə müraciət etmiş və İdarə tərəfindən məktubla cavab verilərək ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 2 nömrəli əlavəsində qeyd edilən sənədlər göstərilməklə həmin sənədlərin əsilləri idarəyə təqdim edildikdən sonra onun müarciətinə baxıla biləcəyini bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvələr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir:- 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən - Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi). Şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi, həmçinin, hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktublarının məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh filialın həmin 17.12.2020-ci il tarixli cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hər-hansı bir maraqlarını pozmamışdır. Sonda iddianın mümkünsüz hesab edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - “HOLCİM (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin 08.11.2019-cu il tarixli güzəştli arayışından görünür ki, iddiaçı 136K saylı əmrlə 09.11.1983-cü il tarixdən 21.01.1999-cu il tarixədək və 29K saylı əmrlə 12.01.2000-ci il tarixdən 01.02.2001-ci il tarixədək X4nda işləmişdir. İddiaçı 04.01.1987-ci il tarixdən 03.10.1988-ci il tarixədək (əmr 1K) “Yandırma” sexində Futerləyici-bənna vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının “14.Tikinti materialları” maddəsinin, “14.1 Sement istehsalı” bəndinə əsasən Futerləyici - bənna peşəsi güzəştli şərtlərlə pensiyaya gedir. Güzəştli stajın müddəti 1 il 9 aydır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X4 20 aprel 2012-ci il tarixdən Holcim (Azərbaycan) ASC-nə çevrilmişdir. - "xxxx" QSC-nin Xəzər X5nın 05.11.2019-cu il tarixli EN01/02-707 saylı arxiv arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 06.11.2008-ci ildə Cənub rayon X5 “M.Süleymanov” gəmisinə aşpaz peşəsinə (06.11.2008-ci il tarixli 160-k nömrəli əmr) işə qəbul edilmişdir. 01.06.2010-cu ildə “MPK - 459” gəmisinə aşpaz (01.06.2010-cu il tarixli 92-k nömrəli əmr), 01.03.2012-ci ildə “Geofizik” gəmisinə aşpaz peşəsinə (01.03.2012-ci il tarixli 1124-k nömrəli əmr) keçirilmişdir. 17.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (07.09.2012-ci il tarixli 1940-k nömrəli əmr) işdən azad edilmişdir. 01.10.2012-ci ildə “M.Süleymanov” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə (20.09.2012-ci il tarixli 1911-k nömrəli əmr) işə qəbul edilmişdir. 27.03.2013-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (27.03.2013-cü il tarixli 595-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 01.04.2013-cü ildə “M.Süleymanov” gəmisinə 2-ci dərəcəli aşpaz (01.04.2013-cü il tarixli 284-k nömrəli əmr) işə qəbul edilmişdir. 18.12.2015-ci ildə “G.Şıxlinski” gəmisinə kambuzçu peşəsinə (18.12.2015-ci il tarixli 3511-k nömrəli əmr), 16.01.2016-cı ildə “M.Süleymanov” gəmisinə aşpaz peşəsinə (15.01.2016-cı il tarixli 109-k nömrəli əmr) keçirilmişdir. 15.07.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (15.07.2016-cı il tarixli 653-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən Xəzər X5 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X3in və Xəzər X5nın yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - "xxxx" QSC-nin Xəzər X5nın 14.11.2019-cu il tarixli MF 01/02-712 saylı arayışından görünür ki, iddiaçı 05.11.2019-cu il tarixli EN 01/02-707 saylı Arxiv arayışında qeyd olunan “M.Süleymanov”, “MPK-459”, “Geofizik”, “G.Şıxlinski” gəmiləri arayışda göstərilən tarixlərdə istismarda olub və üzən gəmilər siyahısına daxildir. - "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş 12 yanvar 2021-ci il tarixli 16 nömrəli arayışdan görünür ki, o, 16.02.2017-ci il tarixindən hal-hazıra qədər "xxxx" QSC-nin ”Atlet- 24” gəmisində üzən heyyətə aşpaz xidməti göstərir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17.12.2020-ci il tarixli **********1 saylı və 19.03.2021-ci il tarixli **********2 saylı eyni məzmunlu məktubları ilə iddiaçının ərizələrinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydalarfna 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat (21) bölməsində dəniz və çaydonanması (21.2) bəndində üzən heyətdə dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 27.07.1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 16.02.2017-ci il tarixindən bugünədək "xxxx" MMC-də gəmi struktur bölməsində aşpaz peşəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisədə işlədiyi peşənin yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Mərkəzi Filiala yuxarıda qeyd olunan müvafiq arayış təqdim edildikdən sonra baxılacagı izah olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07.01.2020-ci il tarixli **********7 saylı məktubu ilə iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. - Məhkəmə sorgusuna cavab olaraq "xxxx" QSC-nin Xəzər X5nın 06.05.2021-ci il tarixli TQ№01/02-419 saylı məktubundan görünür ki, İddiaçı Xəzər X5nda 06.11.2008- 17.09.2012-ci, eləcə də, 20.09.2012-27.03.2013-cü və 01.04.2013-cü ildən 15.07.2016-cı ilədək müvafiq olaraq 2-ci dərəcəli aşpaz, kambuzçu peşələrində işləmiş və 15.07.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə (15.07.2016-cı il tarixli, 653-k nömrəli əmr) xitam verilmişdir. İddiaçı 01.01.2006-cı ilədək, ümumiyyətlə, Xəzər X5nda işləmədiyi üçün tələb edilən sənədin təqdim edilməsi mümkün deyildir. - İddiaçıya məxsus 27.07.1979-cu il tarixdən doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı 01.09.78-07.79-cu ilədək orta ixtisas təhsili almış (10 ay), 25.06.1979-cu ildən (əmr 469, 26.06.1979) 30.09.1983-cü ilədək (əmr 448, 30.09.1983) Bakıelektikmaşınqayırma zavodunda (“Azərelektromaş” Elmi-İstehsalat Birliyinin tərkibinə verilmiş) elektrik izolyasiya məmulatlarını sarıyan, 09.11.1983-cü il tarixdən (əmr 136K) X4na elektrik sexinə elektrik-montyoru-sarıyan təyin edilmiş, 04.01.1987-ci il tarixdən (əmr 1K) 03.10.1988-ci il tarixədək yandırma sexində futerləyicibənna işləmiş, 03.10.1988-ci il tarixdən (əmr 139K) 21.01.1999-cu il tarixədək (əmr 72/K 21.01.1999) zavodda müxtəlif vəzifələrdə işləmiş, 12.01.2000-ci il tarixdən (7/K saylı əmr) 01.02.2001-ci il tarixədək (29/K saylı əmr) X4nda işləmişdir. 01.02.2001-ci il tarixdən 13.11.2001-ci il tarixədək “X2 (Azerbaijan)” xadimə, 13.11.2001-ci il tarixdən 01.11.2002-ci il tarixədək "xxxx" MMC-də xadimə, 01.11.2002-ci il tarixdən 01.04.2006-cı il tarixədək "xxxx" MMC-də xadimə, 01.09.2005-ci il tarixdən 01.11.2005-ci il tarixədək “X6 Konsaltants (UK) Ltd” Şirkətində AR-da filialına mətbəx köməkçisi, 01.11.2005-ci il tarixdən 01.10.2007-ci il tarixədək “Yurest Səport Services (“Sayprəs İnternəşnl Limited” şirkətinin AR-da filialı) iaşə xidmətləri üzrə köməkçi (30047 saylı əmək müqaviləsi), 06.11.2008-ci il tarixdən Cənub rayon X7 İdarəsində 06.11.2008-ci il tarixdən “M.Süleymanov” gəmisində aşpaz (əmr 160, 06.11.2008-ci il), 16.08.2009-ci il tarixdən “MPK-452” gəmisində aşpaz (əmr 103/K), 01.06.2010-cu il tarixdən “MPK-459” gəmisində aşpaz (əmr 92/K), 01.03.2012-ci il tarixdən 17.09.2012-ci il tarixədək “Geofizik” gəmisində aşpaz (əmr 1124/k), 01.10.2012-ci il tarixdən (əmr №1941\sh 20.09.2012) 27.03.2013-cu il tarixədək (əmr №595sh 27.03.2013) Abşeron Rayon X7 İdarəsinin “M.Süleymanov” gəmisində aşpaz, 01.04.2013-cu il tarixdən (əmr №284 01.04.2013) 18.12.2015-ci il tarixədək Xəzər X5nın ”M.Süleymanov” gəmisində aşpaz, 16.01.2016-cı il tarixdən (əmr №109 15.01.2016) 15.07.2016-cı il tarixədək (əmr №643-k 15.07.2016) aşpaz işləmiş, 16.02.2017-ci il tarixdən (əmr №129/k 16.02.2017) "xxxx" MMC-də gəmi struktur bölməsində aşpaz qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün, yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə 01.07.2017-ci il tarixədək mövcud olması zəruridir. Yəni iddiaçının tələbində göstərdiyi 25.05.2016-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının həmin tarixdə 52 yaşının tamam olmalı, azı 20 il sığorta stajına malik olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin həmin dövrdə yuxarıda istinad olunan normanın müvafiq dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir, yəni iddiaçının həmin dövrdə 52 yaşı olmadığı üçün yuxarıda istinad olunan normanın 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə onun əmək pensiyası hüququ da yarana bilməzdi. Məhkəmə qeyd edir ki, şəxsin istinad etdiyi hüququ yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər, yəni əvvəlki hüquqi tənzimləmə dövründə artıq yaranmış və mövcud olmalıdır. Yalnız bu halda şəxs həmin hüquqa istinad edərək onun əvvəlki qanunvericiliyə uyğun olaraq təmin olunmasını tələb etməyə haqlıdır. Fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin qadağan olunması ilə bağlı Konstitusiyasının 149-cu maddəsinin müddəaları da bu kontekstdə təfsir edilməli və tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər şəxsin yaranmamış, mövcud olmayan hüququnun yeni hüquqi tənzimləmə nəticəsində məhdudlaşdırılması və ya ona müdaxilə edilməsi, şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılması istisna olunur və iddia edilə bilməz. Yuxarıda istinad olunan normalara görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göründüyü kimi iddiaçının iddia tələbində göstərdiyi 25.05.2016-cı il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən yaş senzi- iddiaçının 52 yaşının tamam olması əsas şərtlərdən biridir. Lakin, işin hallarından göründüyü kimi iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 52 yaşdan deyil, 55 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. Buna görə də, 25.05.2016-cı il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hissəsində təmin edilmədiyi üçün, birinci tələbdən törənən ikinci tələbi pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də təmin edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsassız olduğuna görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qanunla hüququnun yarandığı gündən, yəni 55 yaşının tamam olduğu 25.05.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4502/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4502/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver