Məhkəmə qərarları › İş №2-1(112)-4503/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4503/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4503/2022 07.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrinə həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yanaşı yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığorta olunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta aktlarının 90 faizini və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta aktları ödəmək şərti ilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsi müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığrota aktlarının ödənilməsi şərti ilə daxil edilir. Sözügedən qanunların tələbləri pozulduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017- ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1 -ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə güvvəyə minmişdir. İddaçıya münasibətdə də, halhazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanun nə də ki, hal-hazırda qüvvədən düşmüş ’’Vətəndaşların pensiya təminatı” haqqında Qanun tətbiq edilə bilməz. Belə ki, iddiaçının Filiala təqdim etdiyi sənədlərlə onun xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasında “Kaspiya- Elektrik” firmasında işləməsi qeyd edilmişdir. Bununla əlaqədar, inzibati orqan tərəfindən iddiaçının işlədiyi adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitoring) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin DSMF-da sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Məhz bu səbəbdən, iddiaçının xx.xx.2002-xx.xx.2005-ci il arasındakı dövr onun iş stajına sayıla bilməz və bu səbəbdən də, onun ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulan 25 ildən az (18 il 01 ay 02 gün), Güzəştli iş stajı da 12 il 06 aydan az (05 il 01 ay 06 gün). Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəcə-zadə Heydər Qurban oğlu xx.xx.1957-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 08 may 1977-31 may 1979-cu illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft- Energetika Kolleci tərəfindən verilmiş 560 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 24 avqust 1973-cü il tarixində 246 saylı əmrlə Bakı Neft Texnikimun əyani şöbəsinə qəbul olunmuş, 28 aprel 1977-ci il tarixində 15 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 14 iyun 1979-cu il tarixində 256 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisasi üzrə əyani şöbəyə bərpa edilmişdir. 06 may 1980-ci il tarixində 221 saylı əmrlə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-geoloq” ixtisas dərəcəsi və BT № 040705 saylı diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli, 101/s saylı əmrinə əsasən Bakı Neft Texnikumu ilə Bakı Baza Energetika Texnikumu birləşdirilərək Bakı Neft- Energetika Kolleci yaradılmışdır. İşdə olan iddiaçıya məxsus BT № 040705 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1973-cü ildə Bakı Neft Texnikumuna qəbul olmuş, 1980-ci ildə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisasını bitirmişdir. İşdə olan iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş AT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildə “Soyuzmorqeo” birliyinə böyük texnik vəzifəsinə qəbul olub, xx.xx.1980-ci ildə “Soyuzmorqeo” birliyindən Əmək Məcəlləsinin 29cu maddəsinin 5-ci bəndinə əsasən “X6 Nefteqaz Ekspedisiyasına” keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1980-ci ildə “X6 Nefteqaz Ekspedisiyası”, “Soyuzmorqeo” birliyindən köçürülmə ilə 1/80 seysmik qrupuna texnik-operator vəzifəsinə qəbul edilib. xx.xx.1982-ci ildə “X6 Nefteqaz Ekspedisiyasına”; “Soyuztereneft” idarəsinə köçürülməsi ilə əlaqədar olaraq işdən azad edilib. xx.xx.1982-ci ildə Krasnodar buruqların əsaslı təmiri və layların neft hasilatının artırılmasının artırılması idarəsi köçürülmə yolu ilə sex № 1-ə buruqların 5-ci dərəcəli tədqiqatçı operatoru vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə Krasnodar sınaq-təcrübə zavodu 54 saylı sexə elektrik aparatları və maşınların yığılması üzrə 2 dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə Krasnodar buruqların əsaslı təmiri və layların neft hasilatının artırılmasının artırılması idarəsi, sex № 1-ə vaxtaekspedisiya geoloqu vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1986-cı ildə Krasnodar buruqların əsaslı təmiri və layların neft hasilatının artırılmasının artırılması idarəsi, sex № 1-ə buruqların təmirçi 4cü dərəcəli təmirçi-çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə həmin sexdə 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə “Aktyubinskneft” İB-nin “Oktyabrskneft” NQÇİ-yə keçirilmiş, xx.xx.1987-ci ildə “Oktyabrskneft” NQÇİ-yə köçürülmə yolu ilə buruqların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə Qazaxstan Respublikası Əmək Məcələsinin 32-ci bəndi əsasında öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə “Dalso-Kavkaz” Regional Təcrübə-Eksperimental mərkəzində 4-cü dərəcli çilingər vəzifəsinə qəbul edilib, xx.xx.1990-cı ildə “Dalxim” SP-yə keçirilməsi ilə əlaqədar işdən azad edilib, xx.xx.1990-cı ildə “Dalxim” SP-yə keçirilmə qaydasında 6-cı dərəcəli qazançı peşəsinə qəbul edilib,xx.xx.1991-ci ildə Rusiya Federasiyası Əmək Məcəlləsinin 31-ci maddəsi əsasənda öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1991-ci ildə “Kaspmorburneftqazprom” İB-nin İxtisaslaşdırılmış texniki vasitələrlə X8 İdarəsi “Şelf-3” üzən qazma qurğusuna 5-ci dərəcəli neft və qaz istismar və kəşfiyyat qazmaçısı köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə “Kaspmorburneftqazprom” İB-nin İxtisaslaşdırılmış texniki vasitələrlə X9 İdarəsi, 6-cı dərəcəli neft və qaz istismar və kəşfiyyat qazmaçısı köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə 6-cı dərəcəli neft və qaz istismar və kəşfiyyat qazmaçısı köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə 6-cı dərəcli neft və qaz istismar və kəşfiyyat qazmaçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1996-cı il tarixdə “AzVODQEO” X7 istehsalatistismar şöbəsinə texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdə Bakı Tikiş Fabriki № 3 Avtonəqliyyat sexinə 4-cü dərəcəli çilingər vəzifsəinə qəbul edilib, Bakı Tikiş Fabriki № 3, xx.xx.1999 ZİL-130 markalı yük maşını sürücüsü vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcələsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdə "xxxx" Gəmi avadanlığı və mexanizmlərin təmiri üzrə 4-cü dərəcəli gəmi çilingəri vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" gəmi avadanlığı və mexannizmlərin təmiri üzrə 4-cü dərəcəli gəmi çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. İşdə olan "xxxx" Firması tərəfindən verilmiş 12 KE-07.2021 nömrəli, 16 iyul 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçının əmək kitabçasında göstərilən məlumatlar həmin arayışda öz əksini tapmış, əlavə olaraq arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 qərarı ilə təsdiq edilmiş əmək şəraitini zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin göstəricilərin 2 №-li Siyahısına əsasən 1. Bölmə Xİİ: Qazma, neft, qaz çıxarılması və emalı şifr 2130100a-11297 Qazmaçı, iş stajı xx.xx.1986-xx.xx.1990, xx.xx.1991xx.xx.1996; 2. Bölmə XİV: Metal emalı şifr 2150300a-18451 Gəmi çilingəri, iş stajı: xx.xx.2022xx.xx.2005. İddiaçı əmək kitabçasından çıxarışlara əsasən zərərli iş şəraitində 12 il 6 aydan artıq iş stajı olduğu üçün Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malikdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 08 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şəritilə) və eləcə də, müvafiq qanuncericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2002-xx.xx.2005-ci il tarixlər arasındakı dövr ərzində "xxxx" Firmasında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən firmada işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fonduna sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, onun ümumi iş stajı 25 ildən az (18 il 1 ay 1 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1982-ci il, 16.05.182-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, onun güzəştli iş stajı da, 12 il 6 aydan az (5 il 1 ay 6 gün (xx.xx.1991-xx.xx.1996cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli **********867300 nömrəli “Məlumatın təqdim edilməsi barədə” məktubdan görünür ki, dövlət reyestrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə 339 nömrə ilə dövlət qeydiyyatına alınmış və hazırda fəaliyyəti aktiv olan "xxxx" firmasının hüquqi ünvanına AZ1033, ünvan 1rədə məlumat mövcuddur. Firma xx.xx.1998-ci il tarixdə ********* VÖEN ilə vergi uçotuna dayanmış və xx.xx.2005-ci il tarixədək fəaliyyətini həmin VÖENlə həyata keçirmişdir. Azərbaycan Respublikasında həyata keçirilmiş vergi ödəyicilərinin inventarlaşdırılması prosesləri çərçivəsində xx.xx.2005-ci il tarixdə "xxxx" Firmasına ********** nömrəli yeni VÖEN verilmişdir. Dövlət reyestrində "xxxx" Firması adlı digər hüquqi şəxsin qeydiyyata alınması barədə məlumat mövcud deyildir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 08 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının 25 ildən az (18 il 1 ay 1 gün) təşkil etməsinə və güzəşli iş stajının 5 il 1 ay 6 gün (xx.xx.1991xx.xx.1996-cı il) istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, diplom, hərbi bilet, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və o, hazırda 01.01 2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının xx.xx.2014-cü il il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Belə ki, cavabdehin imtinasından və məhkəməyə təqdim edilmiş etirazından müəyyən edilir ki, iddiaçının ümumi iş stajının cavabdeh tərəfindən mübahisə edilən dövrü iddiaçının "xxxx" Firmasında xx.xx.2002-xx.xx.2005-ci il tarixləri təşkil edir. Cavabdehin sözügedən dövrlərlə bağlı mövqeyi ondan ibarətdir ki, "xxxx" Firmasında işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında”) Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövr iddiaçının iş stajına daxil edilməmişdir. Sözügedən dövrlər məhkəmə tərəfindən araşdırılmış, müvafiq quruma müəsissənin fəaliyyəti ilə bağlı sorğu göndərilmiş və daxil olmuş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, "xxxx" Firması dövlət reyestrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə 339 nömrə ilə dövlət qeydiyyatına alınmış və hazırda fəaliyyəti aktiv olan "xxxx" firmasının hüquqi ünvanına AZ1033, ünvan 1rədə məlumat mövcuddur. Firma xx.xx.1998ci il tarixdə ********* VÖEN ilə vergi uçotuna dayanmış və xx.xx.2005-ci il tarixədək fəaliyyətini həmin VÖEN-lə həyata keçirmişdir. Azərbaycan Respublikasında həyata keçirilmiş vergi ödəyicilərinin inventarlaşdırılması prosesləri çərçivəsində xx.xx.2005-ci il tarixdə "xxxx" Firmasına ********** nömrəli yeni VÖEN verilmişdir. Göründüyü kimi, Firma iddiaçının işlədiyi dövrlərdə fəaliyyətdə olmuşdur. Cavabdehin Firma tərəfindən məcburi dövlət sosial sığorta haqları ödəməməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta güzəştli şərtlərlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mübahisəli dövrlərdə "xxxx" firmasında işləməsi iddiaçının əmək kitabçasında qeyd olunduğundan, eləcə də, firmanın həmin dövrlərdə fəaliyyətdə olması vergi orqanından əldə edilmiş məlumatlara əsasən öz təsdiqini tapdığından, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin imtina məktubundan görünür ki, iddiaçının təhsil müddəti də, onun əmək fəaliyyətinə daxil edilməmişdir. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq təşkil etmişdir. Məhkəmə eləcə də, cavabdehin digər dəlilinə, yəni iddiaçının güzəştli iş stajının yalnız xx.xx.1991-xx.xx.1996-cı il tarixləri əhatə etməsinə münasibətdə qeyd edir ki, iş materiallarında iddiaçının güzəştli iş stajını təsdiq edən sənəd kimi onun işlədiyi müəssisə "xxxx" Firması tərəfindən verilmiş arayış mövcuddur ki, həmin arayışda iddiaçının xx.xx.1986-xx.xx.1990-cı, xx.xx.1991-xx.xx.1996-cı, xx.xx.2002-xx.xx.2005-ci illərdə işlədiyi müddət güzəştli iş stajı verən əmək stajı kimi göstərilmişdir. Cavabdeh xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək güzəştli iş stajını "xxxx" Firmasında işlədiyi illəri iddiaçının əmək stajına daxil etmədiyi üçün güzəştli iş stajına daxil etməmişdir. İddiaçının "xxxx" Firmasında işlədiyi sözügedən dövrlərin əmək stajına daxil edilməsi məsələsinə məhkəmə tərəfindən artıq yuxarıda qiymət verilərək, həmin dövrlər iddiaçının iş stajına daxil edilmiş, bu səbəbdən də, həmin müddət həm də, iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajına daxil edilməyən digər dövr isə onun xx.xx.1986-xx.xx.1990-cı və xx.xx.1991-xx.xx.1996-cı il tarixlərdəki dövrlərdir. Məhkəmə hesab edir ki, həmin dövrlər də, "xxxx" Firması tərəfindən verilmiş arayış əsasında iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Belə ki, məhkəmə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə əsasən (pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutlmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSR-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir) iddiaçının həmin dövrlərdə işlədiyi illəri onun ümumi iş stajına daxil edilmiş, həmin dövrlərdə ki, güzəştli iş stajı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubuna əsasən "xxxx" Firması tərəfindən verilmiş güzəştli iş arayışı əsas götürülməklə iddiaçının güzəştli iş stajına daxil edilməli və ümumilikdə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıq hesab edilməlidir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının güzəştli iş stajı isə cavabdeh tərəfindən mübahisələndirilməyərək, hazırki mübahisənin predmetini təşkil etmədiyindən, məhkəmə həmin hissəyə toxunmağı zəruri hesab etmir. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh tərəfindən imtina məktubunun əsası kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad edilsə də, məhkəmə cavabdehin həmin dəlilinə qiymət verməyi zəruri hesab etmir. Belə ki, hazırki mübahisənin predmetini iddiaçının 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən yaranmış güzəştli şərtlərlə pensiya hüququ təşkil edir. Bu səbəbdən də, iddiaçıya münasibətdə xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinin araşdırılmasına ehtiyac yoxdur. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar