Məhkəmə qərarları › İş №2-1(112)-4505/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4505/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4505/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 42.000 (qırx iki min) manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədi ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2764 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış massivi, Yeni Günəşli qəsəbəsi, “Günəşli” şadlıq evində xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı, 005293 nömrəli aktla rəsmiləşdirlmişdir. Həmin akt əsas götürülərək, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2764 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçı 21 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2.000 (iki min) manat olmaqla, ümumilikdə 42.000 (qırx iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki 21 nəfər fiziki şəxslə vasitəçilik xidmətinin göstərilməsi məqsədilə 2021-ci ilin oktyabr ayından Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada xidmət müqaviləsi bağlanılmışdır. Buna baxmayaraq, şəxslərdən təzyiq altında izahat alaraq, onlara izahatlarında iddiaçı ilə onlar arasında xidmət müqavilələrinin bağlanıİmadığını qeyd etməyə məcbur etmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********344800 nömrəli iddiaya dair yazılı etirazında iddianın təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, Bakı şəhəri X65 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8937 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi) ünvanında yerləşən “Günəşli” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 20 (iyirmi) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 1 (bir) nəfərin “Sadələşdirimiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005293 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 21 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Həmçinin iddiaçı verdiyi izahatında da həmin şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2764 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 42.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, **********8937 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri işik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış massivi (Yeni Günəşli qəsəbəsi) “Günəşli” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - KY211694160 nömrəli xx.xx.2021-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi göstərilmişdir. - DVX seriyalı 005293 nömrəli, xx.xx.2021-ci il tarixli AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə VM-in 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış massivi (Yeni Günəşli qəsəbəsi) “Günəşli” şadlıq evində İddiaçı da iştirakı ilə operativ vergi nəzarəti həyata keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15:30-da təqdim edilmiş əmək müqaviləsi bildirişləri, şəxsiyyət vəsiqəsi və digər sənədlərə əsasən şadlıq evi tərəfindən ictimai iaşə xidmətlərinin yerinə yetirilməsinə 34 fiziki şəxs cəlb edilmiş, onlardan 20 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə, 1 nəfəri VM-in 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən musiqiçi xidmətinin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Aktı tərtib edənlər aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İddiaçı aktın bir nüsxəsini əlavələrlə birlikdə almaqla şəxsən imzalamış, bu barədə “Nəzarət kitabçası”nda qeyd aparılmışdır. - Akta Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 20 nəfər fiziki şəxslərin siyahısı əlavə edilmişdir (X49, X64, X50, X28, X2, X19, X51, X20, X37, X38, X52, X39, X53, X40, X56, X29, X41, X21, X57, X42). - Həmçinin akta fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (musiqiçi) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxsin siyahısı əlavə edilmişdir ( X58). Həmin akta əlavə edilmiş:

1. İddiaçı xx.xx.2021-ci il tarixli izahatından görünür ki, iddiaçı bildirmişdir ki, Suraxanı rayonu, “V” yaşayış massivi, Yeni Günəşli qəsəbəsi ünvanında yerləşən şadlıq evində sahibkarlıq fəaliyyəti göstərir, tabeliyində çalışan ümumilikdə 26 nəfər işçi ilə əmək müqaviləsi bağlamış və elektron qeydiyyatdan keçirmişdir. Lakin həmin gün şadlıq evində müxtəlif xidmətlər göstərən və tabeliyində çalışan 21 işçi ilə əmək və ya xidmət müqaviləsi bağlamamış, həmin 21 işçinin əksəriyyəti şadlıq sarayına həmin gün gələnlər, qeydiyyatda olub həmin gün işə çıxmayan işçilərin əvəzinə gələnlər, 1 günlük müvəqqəti olaraq xidmət göstərməyə gələn işçilərdir. X50, X49, X28, X2, X19, X51, X20, X37, X58, X38, X52, X39, X53, X64, X40, X29, X41, X21, X57, X42 və X43 əmək haqqı onun tərəfindən gündəlik olaraq nağd şəkildə ödənilmişdir. X54 əsas işçi kimi yox, ofisiant köməkçisi kimi müəyyən xidmətlər yerinə yetirir. İddiaçı söz verir ki, işdə qalıb işləyəcək daimi və əsaslı işçilərlə əmək müqaviləsi bağlayacaqdır. Latın əlifbasını yaxşı bilmir və təzyiq narahatlığı ilə əlaqədar izahat onun sözləri ilə işçisi Fərhadova Gülnar tərəfindən yazılmışdır. İzahat ucadan oxunmuş və düzgünlüyü imza ilə təsdiq edilmişdir.

2. X22 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, Salamov Etibar tərəfindən rejissor qismində bir günlük və bundan əvvəl 1 toyda işə qəbul olduğunu, bir toyda əmək haqqısının 20 manat olaraq nağd şəkildə Etibar adlı şəxsdən nağd şəkildə aldığını, iş saatının 18:00-dan gecə 00:00-dək, gündəlik iş rejminin 6 saat müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN almadığını, sabit qəbzinin olmadığını, digər işçilərdən Etibar, Elman və adminstrator Əli adlı şəxsləri tanıdığını bildirmişdir.

3. X9 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, İddiaçı tərəfindən cəmi 1 günlük mühafizəçi kimi işə qəbul olduğunu, sınaq müddətində olduğunudaimi qalıb qalmayacağına qərar veriləcəyini, iş saatının 14:00-dan gecə saat 23:00-dək müəyyən edildiyini, əmək haqqı barədə razılaşmadığını, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-nin olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Etibar, Dilqəm, Elman adlı şəxsləri tanıdığını bildirmişdir.

4. X10 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı məxsus “Günəşli” şadlıq evində barmen vəzifəsində işə götürüldüyünü, gündəlik əmək haqqısının 20 manat olaraq nağd şəkildə Etibar adlı şəxsdən aldığını, iş saatının 12:00-dan gecə 23:00-dək, nahar fasiləsinin 13:00-dan 14:00-dək, gündəlik iş rejminin 10 saat müəyyən edildiyini, həftəlik iş saatının toy olandan-olana dəyişdiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, vergi orqanında uçotda olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Etibar, Bəhruz adlı şəxsləri tanıdığını bildirmişdir.

5. X1 izahatından görünür ki, o, iki ildir ki, xadimə işlədiyini, gündəlik əmək haqqısının 10 manat olaraq Dilqəm adlı şəxsdən nağd şəkildə aldığını, rəsmi əmək haqqısının 10 manat olduğunu, iş saatının 10:00-dan 18:00-dək müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Dilqəm, Elşən adlı şəxsləri tanıdığını bildirmişdir.

6. X4 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən xadimə vəzifəsinə qəbul edildiyini, əmək haqqısının gündəlik 20 manat olaraq nağd şəkildə Etibar adlı şəxsdən aldığını, iş saatının 11:00-dan gecə 23:00-dək, nahar fasiləsinin 13:00-dan 14:00-dək, gündəlik iş rejminin 12 saat müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, vergi orqanında uçotda olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Gülarə, Tofiq, Aygün adlı şəxsləri tanıdığını bildirmişdir.

7. X23 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən “Günəşli” şadlıq evində Etibar Salamov tərəfindən soyuq qəlyanaltı işçisi vəzifəsinə qəbul edildiyini, toy olan günlərdə əmək haqqısını 20 manat olaraq nağd şəkildə aldığını, iş saatının 10:00-dan 18:00-dək, nahar fasiləsinin 14:00-dan 15:00-dək, gündəlik iş rejminin 7 saat müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-in olduğunu, fəaliyyətini dayandırdığını, digər işçilərdən Aygün, Elman adlı şəxsləri tanıdığını bildirmişdir.

8. X5 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “Günəşli” şadlıq evində adminstrator vəzifəsinə qəbul olunduğunu, əmək haqqısının gündəlik 15 manat olmaqla nağd şəkildə adminstrator Etibar adlı şəxsdən aldığını, iş saatının 11:00-dan 21:00-dək, nahar fasiləsinin 13:00-dan 14:00-dək müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, vergi orqanında uçotda olmadığını, digər işçilərdən Zamanov Hüseyn, Zamanov Həsən və Budaqov Elvin adlı şəxsləri tanıdığını bildirmişdir.

9. X13 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən aşbaz vəzifəsinə işə qəbul olunduğunu, gündəlik əmək haqqısının 10-15 manat olaraq aldığını, iş saatının 09:00-dan gecə 22:00-dək, nahar fasiləsinin 14:00-dan 15:00-dək, gündəlik iş rejminin 11 saat müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Abbas, Gülnar adlı şəxsləri tanıdığını bildirmişdir.

10. X30 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən musiqiçi kimi toya dəvət olunduğunu, əmək haqqısının bir günlük 20 manat olmaqla nağd şəkildə inzibatçıdan almasının nəzərdə tutulduğunu, iş saatının 17:15-dən 22:30-dək müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-ni olduğunu, fəaliyyətini dayandırdığını, sabit qəbz almadığını, digər işçilərdən Arzuman, Ədalət adlı şəxsləri tanıdığını bildirmişdir.

11. X14 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “Günəşli” şadlıq evində adminstrator vəzifəsinə işə götürüldüyünü, əmək haqqısının gündəlik 20 manat olmaqla nağd şəkildə İddiaçı aldığını, iş saatının 10:00-dan 23:00-dək, nahar fasiləsinin 13:00-dan 14:00-dək müəyyən edildiyini, gündəlik iş rejminin 13 saat müəyyən edildiyini, həftəlik iş saatının toy olandan-olana dəyişdiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, digər işçilərdən Güloğlan, Ədalət adlı şəxsləri tanıdığını bildirmişdir.

12. X24 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “Günəşli” şadlıq evinə günlük fotoqraf kimi dəvət olunduğunu, əmək haqqısını gündəlik 20 manat olaraq nağd şəkildə aldığını, iş saatının 15:00-dan gecə 18:00-dək, nahar fasiləsinin sərbəst olduğunu, gündəlik iş rejminin 3 saat müəyyən edildiyini, həftəlik iş saatının toya görə dəyişdiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, vergi orqanında uçotda olduğunu, sabit qəbz almadığını, digər işçilərdən Ülvi adlı şəxsi tanıdığını bildirmişdir.

13. X15 izahatından görünür ki, o, əsas aminstrator Bəhruz adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdən ofisiant kimi işə götürüldüyünü, hər toyun sonunda heç bir sənəd imzalamadan 15 manat əmək haqqı aldığını, iş saatının 18:00-dan gecə 00:00-dək, gündəlik iş rejminin 8 saat müəyyən edildiyini, həftəlik iş saatının toy olan günlər təşkil etdiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-nin olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Bəhruz, Abbas və Elman adlı şəxsləri tanıdığını bildirmişdir.

14. X25 izahatından görünür ki, o, 2 gündür ofisiant kimi işə götürüldüyünü, 15 manat olmaqla nağd şəkildə əmək haqqı aldığını, iş saatının 10:00-dan gecə 00:00-dək, nahar fasiləsinin 15:00-dan 16:00-dək müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, vergi orqanında qeydiyyatdan keçmədiyini, sabit qəbz almadığını, digər işçilərdən Pərvin adlı şəxsi tanıdığını bildirmişdir.

15. X44 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən operator kimi işə götürüldüyünü, nağd şəkildə 20 manat əmək haqqı aldığını, iş saatının 18:00-dan gecə 23:00-dək, gündəlik iş rejminin 5 saat müəyyən edildiyini, həftəlik iş saatının toy günü olduğunu, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-nin olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Məhəmməd adlı şəxsi tanıdığını bildirmişdir.

16. X16 izahatından görünür ki, o, İddiaçı tərəfindən 1 günlük fotoqraf kimi dəvət olunduğunu, əmək haqqısını gündəlik 20 manat olaraq nağd şəkildə aldığını, iş saatının 18:00-dan gecə 00:00-dək, gündəlik iş rejminin 5 saat müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, vergi orqanında uçotda olduğunu, sabit qəbz almadığını, digər işçilərdən Etibar, Arzuman adlı şəxsləri tanıdığını bildirmişdir.

17. X31 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdə fotoqraf köməkçisi kimi, şəkil çıxardıb gətirmək üçün razılaşdığını, heç bir sənəd imzalamadan fotoqraf tərəfindən hər dəfə gedib-gəlmək üçün 5-10 manat nağd olaraq əmək haqqı aldığını, iş saatının 19:00-dan gecə 00:00-dək, gündəlik iş rejminin 5 saat müəyyən edildiyini, həftəlik iş saatının toy olanda dəyişdiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, vergi orqanında uçotda olmadığını, sabit qəbz almadığını, digər işçilərdən adminstrator Elşən, fotoqraf İntiqam adlı şəxsləri tanıdığını bildirmişdir.

18. X11 izahatından görünür ki, o, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən, saat 13:00-dan “Günəşli” şadlıq evinə ofisiant köməkçisi vəzifəsinə işə götürüldüyünü, gündəlik 13 manat əmək haqqı aldığını, iş saatının 13:00-dan 18:00-dək, gündəlik iş rejminin 5 saat müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-nin olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Hüseyn adlı şəxsi tanıdığını bildirmişdir.

19. X17 izahatından görünür ki, o, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən ofisiant köməkçisi vəzifəsinə işə götürüldüyünü, gündəlik 10 manat olmaqla nağd şəkildə əmək haqqı aldığını, iş saatının 15:00-dan 18:00-dək, gündəlik iş rejminin 3 saat müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-nin olmadığını, sabit qəbz almadığını, digər işçilərdən, Zamanov Hüseyn və Zamanov Həsən adlı şəxsləri tanıdığını bildirmişdir.

20. X6 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən, saat 13:00-dan “Günəşli” şadlıq evinə ofisiant köməkçisi vəzifəsinə işə götürüldüyünü, gündəlik 13 manat əmək haqqı aldığını, iş saatının 14:30-dan 18:00-dək, gündəlik iş rejminin 4 saat müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-nin olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Cavidan adlı şəxsi tanıdığını bildirmişdir.

21. X32 izahatından görünür ki, o, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən “ofisiant köməkçisi vəzifəsinə işə götürüldüyünü, gündəlik 15 manat olmaqla nağd şəkildə əmək haqqı aldığını, iş saatının 15:00-dan 18:00-dək, gündəlik iş rejminin 3 saat müəyyən edildiyini, həftəlik iş saatının toy olandan-olana dəyişdiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-nin olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Hüseyn, Əfqan adlı şəxsləri tanıdığını bildirmişdir.

22. X18 izahatından görünür ki, o, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən, saat 13:00-dan “Günəşli” şadlıq evinə ofisiant köməkçisi vəzifəsinə işə götürüldüyünü, gündəlik 13 manat əmək haqqı aldığını, iş saatının 13:00-dan 18:00-dək, gündəlik iş rejminin 5 saat müəyyən edildiyini, işəgötürənlə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, VÖEN-nin olmadığını, sabit qəbz almadığını, digər işçilərdən Cavidan, Hüseyn adlı şəxsi tanıdığını bildirmişdir. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2764 nömrəli, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40000 ( qırx min) manat, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2021-ci il tarixli, **********2764 nömrəli qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Birincisi, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış massivi (Yeni Günəşli qəsəbəsi) “Günəşli” şadlıq evində xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixli akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, həmçinin fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahısı tərtib edilərək akta əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X65 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8937 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi ünvanda yerləşən “Günəşli" şadlıq sarayında keçirilmiş operativ vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 (iyirmi) nəfərin, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 005293 nömrəli aktla rəsmiləşdirilmişdir. Belə ki, obyektdə X39, X45, X19, X33, X20, X3, X38, X53, X50, X34, X51, X52, X64, Mədətov İntiqam flham oğlu, X56, X29, X55, X21, X59 və X42, yəni cəmi 20 (iyirmi) nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmişlər.Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsinin əlamətləri olduğundan, aidiyyəti üzrə baxılıb, prosessual qərar qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir.Təhqiqat şöbəsində aparılan araşdırma zamanı, xx.xx.1963-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, ünvan 4 ünvanda qeydiyyatda olan İddiaçı izahatında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini bildirərək, adları aktda qeyd olunan 20 (iyirmi) nəfərdən 16 (on altı) nəfər ilə əmək müqaviləsi bağlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirildiyini, 4 (dörd) nəfər isə işdən könüllü çıxdıqlarına görə onların əvəzinə 4 nəfər digər şəxslərlə yəni, X7, X46, X8 və X12 ilə əmək müqavilələri bağlandığını və müvafiq qaydada qeydiyyatdan keçirildiyini göstərərək, bunu təsdiq edən bildirişləri araşdırmaya təqdim etmişdir. Araşdırma ilə fərdi sahibkar İddiaçı 20 nəfərlə əmək münasibətlərini rəsmiləşdirməsi təsdiqlənmişdir. Təhqiqat prosesində 20 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, o cümlədən hər bir şəxs üzrə ayrı-ayrılıqda göstərilməklə, hesablanması barədə Baş İdarənin Audit şöbəsinə **********908400 nömrəli sorğu göndərilmişdir. Baş İdarənin Audit şöbəsinin cavab məktubunda İddiaçı tərəfindən 20 nəfər üzrə, ümumilikdə 706,16 manat məbləğində işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqqlarının ödənilməkdən yayındığı göstərilmişdir. İddiaçı tərəfindən təqdim etdiyi ödəniş qəbzlərindən və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, 655,72 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, 50,44 manat icbari tibbi sığorta haqları isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tam şəkildə ödənilmişdir. İddiaçı ərizə ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edərək, işçilərlə əmək münasibətlərini rəsmiləşdirdiyini, habelə işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyini nəzərə alaraq, onun barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Müvafiq qərara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 20 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı barəsində cinayət işinin başlanması, bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək münasibətlərini rəsmiləşdirməsi, ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyi üçün cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, göründüyü kimi, operativ vergi nəzarəti zamanı işçi kimi işlədikləri aşkar edilən şəxslər izahatları ilə həmin obyektdə işləmələrini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadığını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin İddiaçı olduğunu bildirməklə yanaşı, bir çox izahatda restoranda izahat verən şəxslə birlikdə çalışan digər şəxslərin adlarını göstərmişlər. Bu hal iddiaçının izahatı ilə də öz təsdiqini tapmışdır. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cavabdeh işin yuxarıda sadalanan hallarına istinad edərək iddiaçıya 21 nəfər fiziki şəxsə görə 42000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar qəbul etmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. İş materiallarından görünür ki, iddiaçı operativ vergi nəzarəti keçirildikdən sonra xx.xx.2022-ci il tarixdə X51 və X37 ilə əmək müqaviləsi bağlamış, cinayət işinin istintaqı zamanı əmək müqaviləsi bağlanan şəxslərin 16 nəfər olduğunu bildirmişdir. İddiaçı vergi orqanına verdiyi izahatında həmin şəxslərin obyektdə olduğunu, lakin sınaq müddətində bir neçə gün əvvəl və ya yoxlama keçirilən gün gəldiklərini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, iddiaçı bununla dolayısı ilə həmin şəxslərin mübahisəli təsərrüfat obyektində işlədiklərini qəbul etmişdir. İkincisi, əmək müqaviləsi bağlanması barədə əmək qanunvericiliyinin tələbləri istisnasız olaraq həm sınaq müddətinə işə qəbul edilən şəxslərə, həm də əvəzçilik qaydasında işləyən şəxslərə şamil edilir. İddiaçı məhkəmə icraatı zamanı yoxlamadan əvvəlki tarixlərdə, yəni X40 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə, X56 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə, X2 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə, X42 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə, X34 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə, X41 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə, X38 ilə xx.xx.2021-ci il tarixə 1 ay müddətində, X39 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə, X58 ilə xx.xx.2021-ci il tarixə 1 ay müddətinə, X19 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə, X28 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə, X29 ilə xx.xx.2021ci il tarixdə 1 ay müddətinə, X47 ilə xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə bağlanmış xidmətlərin göstərilməsi haqqında müqavilələri təqdim etsə də, məhkəmə hesab edir ki, həmin müqavilələr qəbul edilmiş qərarın ləğvi üçün əsas təşkil etmir. Çünki birincisi, iddiaçının həmin müqavilələri yoxlama aparılarkən sənədlərin götürülməsi zamanı, yaxud yoxlamadan qısa müddət sonra cavabdehə təqdim etməməsi onların sonradan tərtib edilməsi təəssüratı yaradır. İkincisi, iddiaçı vergi ödəyicisi kimi xidmət göstərilən şəxslərə nağdsız qaydada hər hansı ödəniş etməmiş, bu halı rəsmiləşdirməmişdir. Üçüncüsü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəlləni 7-ci maddəsinin 2-3-cü hisəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən həmin maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. İşdə olan izahatlardan görünür ki, həmin şəxslər mübahisəli obyektdə “ofisiant”, “aşbaz” “fotoqrafçı” və sair kimi vəzifələrdə işləmişlər. Obyektin şadlıq evi olduğu nəzərə alındıqda aydın olur ki, həmin şəxslərlə iddiaçı arasında münasibətlər işəgötürənin, yəni iddiaçının əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı həmin müqavilələri təqdim etməklə bir daha dolayısı ilə həmin şəxslərin mübahisəli təsərrüfat obyektində işlədiklərini qəbul etmişdir. İddiaçının fakt ilk dəfə aşkar edildikdə xəbərdarlıq edilməsi barədə dəlilinə gəlikdə, yuxarıda istinad olunan normalardan görünür ki, vergi qanunvericiliyi belə bir tələb müəyyən etməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar