Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4506/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçının işlədiyi dövr nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Dövlət Sosial Müdafiə Fondu) qarşı «iddiaçının işlədiyi dövr nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı ali təhsilli mühəndis-texniki işçi kimi hələ Sovet dövründən müxtəlif vəzifələrdə, o cümlədən “Azərelektromaş” X2 X1 işləmişdir. Həmin İnstitutda işləməsi barədə ona aid əmək kitabçasında müntəzəm olaraq 2021-ci il tarixədək müvafiq qeydlər aparılmışdır. Əmək kitabçasında işə götürülmə, müxtəlif vəzifələrə keçirilmə müvafiq əmrlərlə rəsmiləşdirilir və işçi işdən çıxanda sonda qeyd olunan yazılar müəssisənin möhürü ilə təsdiqlənir. Hazırda əmək pensiyası yaşına çatdığından, əmək pensiyasının təyin edilməsi məqsədilə sənədləri toplayıb müvafiq orqana müraciət etmişdir. Pensiya stajını müəyyən edən ona məxsus əmək kitabçasından görünür ki, o (iddiaçı), 14 avqust 1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və pensiya yaşına çatmaqla 17 may 2021-ci il tarixdə işdən azad olmuşdur. Onun hesablamalarına görə 45 ildən çox əmək stajı vardır və bu stajın əmək pensiyası təyin olunması üçün kifayət edəcəyini düşünürdü. DSMF-ə müraciət etdikdən sonra, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından daxil olmuş 30 oktyabr 2021 -ci il tarixli məktubdan görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, əmək pensiyasının təyinatı üçün lazım olan 25 ildən az olmayan sığortalı əmək stajı cəmi 16 il 3 ay təşkil edir və bu əmək stajı pensiya təyi etmək üçün kifayət etmir. Başqa sözlə, onun sığortalı əmək stajı 14 avqust 1975-ci il tarixdən yalnız 1 yanvar 1992-ci il tarixədək hesablanmışdır. 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək dövr, yəni daha 16 il sığortalı əmək stajı nəzərə alınmamışdır. Səbəb kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzindən və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Elm və X3 alınmış arayışlara əsasən ona aid əmək kitabçasında qeyd olunmuş "Azərelektromaş" Elmi X9 X1 əmək fəaliyyətinin 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək dövrü araşdırılarkən qeyd olunan müəssisənin arxiv sənədlərinin mühafizə olunması üçün verilmədiyi aşkar olunmuşdur. Bu səbəbdən də, ona yalnız sosial müavinət təyin edilmişdir. İddiaçı bununla heç bir vaxt razılaşa bilmər. İşlədiyi müəssisənin arxiv sənədlərinin mühafizə olunması üçün Milli Arxiv İdarəsinə təhvil verilməməsi onun günahı deyil. Həqiqətən qeyd olunan İnstitutda işlədiyini onunla birlikdə çalışan bir neçə şəxs təsdiq edə bilər. Həmin şəxslər aşağıdakılardır: X11 – ş/v AZE № 05031491, ünvanı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 141, mənzil 14, X6 – ş/v AZE № 17371780, ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65B, mənzil 36, X15 – ş/v AA 2183628, FİN 2SAG5DK, X12 – ş/v AZE № 08215703, ünvanı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7E, mənzil 16, X14 – ş/v AZE № 09597079, ünvanı ünvan 4 bu hal Azərbaycan Respublikasi Konstitusiyasının müdafiəsi altında olan vətəndaşın hüquq və azadlıqlarının pozulmasına dəlalət edir və Azərbaycan Respublikasi Qanunlarının kobud şəkildə pozulması ilə müşahidə olunur. Göstərilənlərə və İPM-in 2.2.7, 8.1.2, 34, 45-0ci maddələrinə əsaslanaraq, iddiaçıya onun 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək dövr ərzində “Azərelektromaş” Elmi X9 X1 işlədiyi nəzərə alınaraq pensiya təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-yə həvalə edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 18 aprel 2022-ci il tarixli məktubunda İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia etiraz edilərək aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. İddiaçının pensiya yaşına çatdığı 8 may 2021-ci il tarixə qadınların pensiya yaşı «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 62 yaş müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 17 avqust 1975-ci il tarixdə tərtib edilmiş ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsaəsn ümumi sığorta stajı 16 il 3 ay (14 avqust 1975-ci il tarixdən 12 yanvar 1976-cı il tarixədək, 2 fevral 1976-cı il tarixdən 23 avqust 1983-cü il tarixədək, 26 avqust 1983-cü il tarixdən 1 yanvar 1992-ci il tarixədək olan dövr) olmaqla qanunvericilikdə tələb edilən 25 ildən az olduğundan, 1 yanvar 2006-cı il tarixdən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən 1 yanvar 2006-cı il tarixədək olan 16 il 3 ay sığorta stajına uyğun olaraq hesablanan 12.383,64 manat pensiya kapitalı tələb edilən 28.800 manat pensiya kapitalından az olduğundan yəni əmək pensiyasının minimum məbləğindən (8 may 2021-ci il tarixə 200 manat) az olmayan pensiya təminatına imkan vermədiyindən, ona yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olyunmuş “Azərelektromaş” Elmi X9 X1kı əmək fəaliyyətinin 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrünün araşdırılması zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 6 iyul 2021-ci il tarixli arayışına və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Elm və X7 5 avqust 2021-ci il tarixli arayışına əsasən qeyd olunan müəssisənin arxiv sənədlərinin mühafizə olunması üçün təhvil verilmədiyi müəyyən edilmişdir. X8 və Araşdırma şöbəsinin "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi M.N.Babayevanın iştirakı ilə tərtib etdiyi 17 iyul 2021-ci il tarixli aktına əsaəsn İddiaçı əmək kitabçasında qeyd olunan 26 avqust 1983-cü il tarixdən 17 may 2021-ci il illərin əmək stajının qarşılıqlı araşdırılması zamanı müəyyən edilmişdir ki, “Azərelektromaş” EİB-nin arxivində saxlanılmır. Bu səbəbdən həmin dövrün sığorta stajını araşdırmaq mümkün olmamışdır. Halbuki, «Əmək pensiyaları haqqında» Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin araışları arasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik 1 yanvar 2006-cı il tarixədək olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. İddiaçının isə, əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirən stajı nə Dövlət Arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. İddiaçı tərəfindən təqdim edilmiş 1994 – 1998-ci illərə dair əmək haqqının məbləği barədə arayışla bağlı bildirilir ki, müəssisənin arxiv sənədləri olmadan əməkhaqqı barədə həmin arayışın hansı sənədlərə əsasən tərtib edildiyi məlum olmadığından mötəbər hesab edilməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən həmin dövr (1992 – 2006-cı illər) iddiaçının sığorta stajına daxil edilməmişdir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 22-1-ci maddəsinin tələbləri qaydasında avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. Vətəndaşın ümumiyyətlə pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə məcburi dövlət sığorta haqları ödənilmədiyindən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2., 21.1-ci maddələrinin tələblərinə əsasən əmək kitabçasında qeyd olunmuş 1 yanvar 2006-cı il tarixdən 17 may 2021-ci il tarixədək olan dövrün də sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə sadalanan səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 21.1, 23.2-ci maddələrinə, İPM-in 14.3, 47.2-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 8 may 1959-cu il tarixdə doğulmuşdur, 14 avqust 1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və 17 may 2021-ci il tarixədək müxtəlif işlərdə çalışmışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtina onunla əsaslandırılmışdır ki, 1) iddiaçının əmək kitabçasında qeyd olunmuş “Azərelektromaş” EİB-nin Elmi X1kı əmək fəaliyyətinin 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrünün araşdırılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərinin mühafizə olunması üçün təhvil verilmədiyi müəyyən edildiyindən, həmin illər sosial sığorta stajına daxil edilmədək, onun sığorta stajı 25 lldən az (16 il 3 ay) təşkil edir, 2) onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 3 ay sığorta stajına uyğun olaraq 12.383,64 manat təşkil edir ki, bu da qanunvericliklə tələb olunan 28.800 manat məbləğdən azdır, 3) onun 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, iddia “məcburetmə haqqında” iddia növünə aid olduğundan, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə əsaəsn hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması şəxsin (iddiaçının) təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa, nəzərə alınmalıdır ki, mübahisələndirilən dövrdə İddiaçı ilə eyni müəssisədə işləmiş ayrı-ayrı şəxslərin əmək kitabçalarında da müvafiq qeydlərin aparılması (cavabdeh həmin şəxslərə bu dəlillə pensiya təyin olunmaması, və ya pensiyanın yenidən hesablanmaması ilə bağlı xüsusatları məhkəmə icraatında bildirməmişdir), habelə iddiaçının həmin müəssisədə 1 yanvar 1992-ci il tarixdən əvvəlki tarixdə əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi cavabdeh inzibati orqanın hərəkətlərinin «İnzibati icraat haqqında» Qanunun 12, 13.1, 19-cu maddələrinin tələbləri ilə uzlaşmaması nəticəsini yaradır. İddiaçının 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixdək olan dövrdə “Azərelektromaş” X10 X4 İnstiutunda işləməsinin yoxlaması zərurəti onun həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə ayırmalarla bağlı olduöu halda, həmin ayırmaların edilibedilməməsi ilə əlaqədar məhkəmə aşağıdakıları vurğulayır: - iddiaçının yuxarıda həmin müəssisədəki fəaliyyətinin 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2002-ci il tarixədək olan hissəsi üzrə alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının həyata keçirilməməsinin pensiya hesablanmasında nəzərə alınmaması 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 8-ci hissəsində tənzimlənmişdir. Həmin maddəyə (8-ci hissəsi) əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Odur ki, qeyd edilənlərə görə belə qənaət yaranır ki, iddiaçının 1992-ci – 2002-ci illərdə əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının aparılmaması (hətta bu hal sübut olunsa belə) ona əmək pensiyasının təyinatı zamanı həmin dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir; - mübahisə üzrə cavabdehin yuxarıda qeyd olunan dəlilinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrə aid hissəsinə münasibətdə isə nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunvericiliyə edilmiş tənzimləmələrdə 2006-cı ilin yanvar ayının 1-nədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən, hazırkı iddiaçının 1 yanvar 2002-ciil tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövr üzrə əmək fəaliyyəti də sığorta stajı kimi nəzərə alınmalıdır. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı “Azərelektromaş” X10 X4 İnstiutunda 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilməməsi və bu səbəbdən də yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, “Azərelektromaş” X10 X4 İnstiutunda işlədiyi həmin 14 il (1992 – 2006-cı illər) dövr əmək kitabçasındakı qeydlər üzrə mübahisələndirilməyən 16 il 3 ay müddətə əlavə edildikdə İddiaçı 25 ildən artıq sığorta stajı toplanmış olur ki, bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə onun 62 yaşdan (8 may 2021-ci il tarixdən) yaşa görə əmək pensiyası hüququ yaranır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı Adıgözəlova Dilarə Ziyad qızına onun 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Azərelektromaş” X10 X4 İnstiutunda işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə (62 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Adıgözəlova Dilarə Ziyad qızına onun 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Azərelektromaş” X10 X4 İnstiutunda işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4506/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4506/2022
18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver