Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4508/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 20.02.2015-ci il tarixdən 21.02.2015-ci il tarixinə keçən gecə Azərbaycan Respublikasında 33.6 faiz devolvasiya həyata keçirən qurumlardan bu devolvasiya nəticəsində onların ailəsinə vurulmuş 12718 ABŞ dolları dəyərində maddi və 4000 ABŞ dolları dəyərində də, mənəvi zərərin ümumilikdə isə 16 718 ABŞ dolları və ya indiki valyuta mübadiləsi kursuna uyğun olaraq (1 ABŞ dolları = 1.70 AZN) 28420 AZN dəyərində zərərin və keçən 6 il ərzində MB-ın illik faiz uçot dərəcəsinin orta qiymətinin 7% olduğunu nəzərə alaraq əlavə 42% olmaqla 11936 manatı da nəzərə alınmaqla ümumilikdə 40356 AZN pulun cavabdehlər tərəfindən ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 4 nəfərdən ibarət ailəsi ilə birlikdə 2005 ci ildən məcburi köçkün kimi yuxarıdakı ünvanda, Geofizika zavodunun mübahisəli yardımçı tikililəridən məskunlaşmışdır. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması üçün gecəli gündüzlü çəkdikləri zəhmət müqabilində yığdıqları 40 000 AZN pulu hər biri 20 000 AZN olmaqla həyat yoldaşı X1 və oğlu X2 adına 19.01.2015 ci il tarixində “Unibank” Kommersiya bankının 19 saylı filialında müddətli əmanət müqavilələri: D0002352 və D0002352 olmaqla depozitə qoymuşlar. Depozitə qoyulan zaman milli valyuta-manat ABŞ dolları ilə kursu 1ABŞ dolları = 0,78 AZN olmaqla mübadilə edilirdi. Ehtiyyat yığdıqları 40 000 manat pulu həm təhlükəsizlik baxımından, həm də, müəyyən məbləğ əlavə gəlir əldə etmək baxımından yuxarıda qeyd etdiyi kimi, 19.01.2015-ci ildə adı yuxarıda keçən banka əmanət qoymuşlar. Onların ailəsinə 2015-ci ilin fevralın 20-dən 21-nə keçən gecə həyata keçirilən "iqtisadi maliyyə terroru" devolvasiya nəticəsində manat kəskin şəkildə - 33,6% devolvasiyaya uğradılaraq, ABŞ dolları ilə müqayisədə ilk dəfə öz dəyərini 33,6% itirdi. Sonralar isə, daha əlavə 48% itirməklə ümumilikdə isə 82% devolvasiya həyata keçirən bu antimilli hökumət nəticədə ona əmanət etibar etmiş vətəndaşlara, o cümlədən də, onların ailə büdcəsinə (hər adama əlavə olaraq 1000 $ dan olmaqla vurduğu mənəvi zərər də, nəzərə alınsa) 33,6% devolvasiya nəticəsində ilk dəfə 12 718 ABŞ dolları dəyərində maddi və 4000 dollar dəyərində mənəvi zərərlə ümumilikdə isə 16 718 ABŞ dollar dəyərində pul itirməklərinə səbəb olmuşdur. Cavabdeh tərəfindən məhkəmənin sərəncamına əsasən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə və bu iddiaya qarşı Mərkəzi Bankdan öz münasibətini yazılı şəkildə bildirmək tələbinə dair məhkəmədən Sərəncam daxil olmuşdur. İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə qəti surətdə etiraz edərək aşağıdakıları bildirirlər: 1. Hər bir ölkənin milli valyutası digər ölkələrin valyutasına nəzərən müəyyən dəyər daşıyıcısıdır və dövlətin məzənnə siyasəti çərçivəsində müəyyən olunur. Milli valyutanın xarici (sərbəst dönərli) valyutalara nisbətən məzənnəsi isə iqtisadi faktorlarla bağlıdır (ölkədə həyata keçirilən makroiqtisadi siyasət, ölkəyə daxil olan xarici valyutanın həcmi, xarici valyutaya tələb və təklifin nisbəti, ölkənin ticarət tərəfdaşlarının milli valyutasının məzənnəsi və s.) və bu səbəbdən dəyişikliyə (korreksiyalara) məruz qala bilir. Odur ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsində Mərkəzi Bank tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi olaraq müəyyən və elan edilməsi Mərkəzi Bankın funksiyalarından biri kimi göstərilir. Göründüyü kimi, Mərkəzi Bank qanunla ona həvalə edilmiş funksiyasına uyğun olaraq manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı 21.02.2015-ci il tarixdə və 21.12.2015-cı il tarixdə müvafiq qərarlar qəbul etmişdir. Dünya bazarlarında neftin kəskin ucuzlaşması şəraitində ölkəyə xarici valyuta daxilolmalarının azalması, Azərbaycan ilə ticarət əlaqələrində olan bir çox ölkələrdə milli valyutanın devalvasiyaya uğraması və yaranmış şəraitdə xarici valyutaya tələbin təklifi üstələməsi manatın məzənnəsinin dəyişdirilməsi məsələsini gündəmə gətirsə də, bu prosesin tədricən həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin, 2015-ci ilin 18-20 fevral tarixlərində valyuta spekulyantlarının bazarda aktivliyinin və əhalinin psixoloji təsir altında xarici valyutaya tələbatının həddən artıq artması müvafiq qərarın qəbul olunmasını zəruri etdi. Belə ki, yaranmış vəziyyət Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həmin günlərdə kəskin azalmasına səbəb olmaqla Mərkəzi Bankın valyuta ehtiyatlarına qarşı təzyiqləri artırdı və manatın məzənnəsinin aşağı salınması barədə X5 Heyəti tərəfindən 21.02.2015-ci il tarixli qərar qəbul edildi. Yaranmış vəziyyətlə bağlı qəbul edilən X5 Heyətinin 21.02.2015-ci il tarixli qərarı son nəticədə ölkənin qeyri-neft ixracını stimullaşdırmaq, bu əsasda ölkəyə valyuta axınlarını artırmaq, dövlətin valyuta ehtiyatlarının itkisinin qarşısını almaq, investorların xarici valyutada gəlirliyini artıraraq iqtisadiyyatı şaxələndirilmək məqsədi daşımışdır. Əlavə olaraq qeyd olunur ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə X5 Heyəti 21.02.2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşması, Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununda və eləcə də digər qanunvericilik aktlarında X5 Heyəti tərəfindən qəbul ediləcək qərarlar barədə əvvəlcədən elan edilməsi tələbi mövcud deyil və İdarə Heyətinin kollegial orqan olmasını nəzərə alsaq, bu cür tələbin olması məntiqsiz olardı. Belə ki, kollegial orqan tərəfindən müzakirəyə çıxarılacaq məsələ ilə bağlı hansı qərarın qəbul olunacağını qəti olaraq müəyyən etmək mümkün deyildir.
2. Mərkəzi Bankın məqsəd və funksiyaları “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunda manatın məzənnəsinin dəyişməsi ilə bağlı hüquqi və fiziki şəxslərin məruz qala biləcəyi maliyyə itkilərinin qarşısının alınması və ya əvəzinin ödənilməsi vəzifəsi müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlarla yanaşı bildirir ki, X5 Heyətinin 21.02.2015-ci il tarixli qərarından sonra xarici valyutada götürülmüş kreditlərin banklar tərəfindən restrukturizasiya olunması stimullaşdırılmış və dəstəklənmişdir. Belə ki, xarici valyutada kredit götürmüş borcluların kredit üzrə aylıq ödənişlərinin əvvəlki səviyyədə saxlanması üçün banklar kredit müqaviləsinin müddətinin uzadılması, faiz dərəcələrinin müəyyən qədər aşağı salınması, hətta bəzən müddətin uzadılması halında uzadılmış müddət üçün faizlərin hesablanmaması şərtlərini borc alanlarla razılaşdıraraq onlarla müvafiq müqavilələr bağlanmışdır. Qeyd edilməlidir ki, iddiaçı eyni predmet barəsində eyni əsaslarla 10.03.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmədə işə mahiyyəti üzrə baxılaraq, 08.09.2021-ci il tarixli, 2- 1(112)-4929/2021 saylı qərarla iddia təmin edilməmişdir. Qərardan iddiaçı narazı qaldığından əvvəlcə şikayətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin daha sonra şikayətini geri götürmüşdür. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, iddia tələbindən göründüyü kimi, iddiaçının hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir ki, həmin iddia növünün xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcədən inzibati orqana müraciət etməsidir. Lakin, hazırki iddia tələbləri üzrə iddiaçının 10.12.2021-ci il tarixdə məhkəməyə müraciət etməmişdən öncə, müvafiq ərizə ilə cavabdeh inzibati orqanlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə müraciət etməsi müəyyən edilmir. Eləcə də, cavabdeh tərəfindən məhkəməyə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 20.02.2015-ci il tarixdən 21.02.2015-ci il tarixə keçən gecə Azərbaycan Respublikasında 33.6 % devolvasiya həyata keçirən qurumların bu devolvasiya nəticəsində iddiaçının ailəsinə vurulmuş 12.718 ABŞ dolları dəyərində maddi və 4000 ABŞ dolları dəyərində mənəvi zərərin, ümumilikdə isə 16.718 ABŞ dolları və ya (kurs 1 dollar – 1.70 AZN olmaqla) 28.420 AZN dəyərində zərərin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsində baxılmış 2-1(112)- 4929/2021 saylı inzibati iş üzrə 08.09.2021-ci il tarixli qərarı təqdim edilmişdir ki, həmin qərara əsasən İddiaçı iddia tələbi təmin edilməmişdir. Sözügedən qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsində 09.12.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı tərəfindən yazılı ərizə ilə müraciət edilərək, apellyasiya şikayəti geri götürülmüş və apellyasiya icraatına xitam verilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-19103)-2753/2021 saylı, 09.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilmiş, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Göründüyü kimi, iddiaçının hazırki tələblərlə bağlı cavabdehlərlə arasında olan mübahisəyə əvvəllər başqa məhkəmə icraatında araşdırılaraq hüquqi qiymət verilmiş və Sözügedən qərar qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən hazırki tələblərlə məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehlərə müraciət edilməsi müəyyən edilmədiyindən, həmçinin hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər başqa məhkəmə icraatında artıq hüquqi qiymət verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1ci bəndinə əsasən - məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olubolmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilibedilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva