Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4509/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Bələdiyyəsinə qarşı “qərarın addan-ada keçirilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 501 saylı, 14 may 2008-ci il tarixli müqavilənin və 120 saylı, 14 may 2008-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarın X1 adından İddiaçı adına keçirilərək sənədlərin onun adına rəsmiləşdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanmasına baxmayaraq iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, iddia tələbi Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 120 saylı, 14 may 2008-ci il tarixli qərarı və alqı-satqı müqaviləsi ilə X1 adına ayrılmış 18 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilməsindən ibarətdir. Lakin, İddiaçı Bakı şəhəri, 7-ci mikrorayon, 151 saylı uşaq baxçasının yanında istifadə edilən dəmir qarajın altındakı 18 kv.metr torpaq sahəsinin X1 adından onun adına dəyişdirilməsini cavabdehBinəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilməsini xahiş etsə də, bu məsələ ilə bağlı onunla cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında hər hansı inzibati hüquq münasibətinin olması və eyni zamanda bələdiyyə tərəfindən onun hər hansı hüquqlarının pozulması aşkar olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri göstərilmişdir. Həmin Qanunun torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərini müəyyən edən 4-cü maddəsində bələdiyyənin torpaq ayrılması haqqında qərarı (sərəncamı) ilə vətəndaşa verilmiş hüquqların üçüncü şəxsin adına sənədləşdirilməsi (addan-ada keçirilməsi) səlahiyyəti göstərilməmişdir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə iddianın mümkünlük şərtlərindən biri də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasıdır. Məhkəmə hesab edir ki, cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsihazırkı iddiaya cavab verməli orqan olmadığından, bununla da iddia əsaslandırılmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinin tələbində də konkret olaraq göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktm qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarınm pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqmda, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianm məhkəmə icraatı mümkün sayılsm. Lakin, hazırkı iddia ərizəsində inzibati icraatın mümkünlüyünün qanunla müəyyən edilən zəruri şərtlərinin mövcudluğu aşkar olunmur. Buna görədə iddia mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 13, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Bələdiyyəsinə qarşı “qərarın addan-ada keçirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4509/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4509/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver