Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4509/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı BOKT məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X11, Cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinə qarşı “sayğacların abonent kodunun əmlakın hüquqi sahibinin adına keçirilməsinə dair” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı BOKT məhdud məsuliyyətli cəmiyyəti Seriya MA0057932 saylı çıxarışa əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsi 68-də 0,0599 ha sahəsində yerləşən, abonent kodu: **********01422 nömrəli olan işıq sayğacının; Seriya RX0013896 saylı çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində 0,84 ha torpaq sahəsində yerləşən, abonent kodu: **********05391 nömrəli olan işıq sayğacının; Seriya RX0013386 saylı çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,59 ha sahəsində yerləşən, abonent kodu: **********01052 nömrəli olan işıq sayğacının; Seriya MA0363572 saylı çıxarışa əsasən Xaçmaz şəhəri, Borçah küçəsi 27-də 0,04 ha sahəsində yerləşən, abonent kodu: **********07786 nömrəli olan işıq sayğacının; Seriya RX0029410 saylı çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 0,16 ha torpaq sahəsində yerləşən, abonent kodu: **********00268 nömrəli olan işıq sayğacının; Seriya RX0559140 saylı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi, 4 nömrəli fərdi yaşayış evdə yerləşən, abonent kodu: **********03231 nömrəli olan işıq sayğacının; Seriya МА ******* saylı çıxarışa əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində 2,5 ha torpaq sahəsində yerləşən, abonent kodu: **********00294 nömrəli olan işıq sayğacının dondurulmuş borcları qalaraq İddiaçı BOKT MMC-nin adına keçirilməsi öhdəliyinin cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki: - 22.05.2010-cu il tarixdən Seriya MA0057932 saylı çıxarışa əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsi 68-də 0,0599 ha sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adınadır. Həmin vaxtdan başlayaraq fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adına olsa da, işıq sayğacı (Abonent kodu: **********01422) bundan əvvəlki sahibi X2 adına qalıb (1-ci sayğac); - Bundan başqa 04.08.2012-ci il tarixdən Seriya RX0013896 saylı çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində 0.84 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adınadır. Həmin vaxtdan başlayaraq fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adlna olsa da, işıq sayğacı (Abonent kodu: **********05391) bundan əvvəlki sahibi X6 adına qalıb (2-ci sayğac); - Bundan başqa 06.07.2012-ci il tarixdən Seriya RX0013386 saylı çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,59 ha sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adınadır. Həmin vaxtdan başlayaraq fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adına olsa da, işıq sayğacı (Abonent kodu: **********01052) bundan əvvəlki sahibi X9 adına qalıb (3-cü sayğac); - Bundan başqa 05.04.2012-ci il tarixdən Seriya MA0363572 saylı çıxarışa əsasən Xaçmaz şəhəri, Borçalı küçəsi 27-də 0,04 ha sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adınadır. Həmin vaxtdan başlayaraq fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adına olsa da, lakin işıq sayğacı (Abonent kodu: **********07786) bundan əvvəlki sahibi X4 adına qalıb (4-cü sayğac); - Bundan başqa 16.08.2012-ci il tarixdən Seriya RX0029410 saylı çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adınadır. Həmin vaxtdan başlayaraq fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adına olsa da, lakin işıq sayğacı (Abonent kodu: **********00268) bundan əvvəlki sahibi X7 adına qalıb (5-ci sayğac); - Bundan başqa 17.12.2014-cü il tarixdən Seriya RX0559140 saylı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi, 4 nömrəli fərdi yadayış evi İddiaçı BOKT MMC-nin adınadır. Həmin vaxtdan başlayaraq fərdi yaşaış evi İddiaçı BOKT MMC-nin adına olsa da, lakin işıq sayğacı (Abonent kodu: **********03231) bundan əvvəlki sahibi X5 adına qalıb (6-cı sayğac); - Bundan başqa 25.09.2010-cu il tarixdən Seriya МА ******* saylı çıxarışa əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində 2,5 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adınadır. Həmin vaxtdan başlayaraq fərdi yaşayış evi İddiaçı BOKT MMC-nin adına olsa da, lakin işıq sayğacı (Abonent kodu: **********00294) bundan əvvəlki sahibi X3 adına qalıb (7-cı sayğac); İddiaçı BOKT MMC tərəfindən sayğacı əmlakın hüquqi sahibinin adına keçirilməsi ilə əlaqədər cavabdeh quruma müraciət olunaraq, “xxxx” ASC tərəfindən sayğacı iddiaçının adına keçirilməsində imtina olunmuşdur. İmtinaya əsas ondan ibarət idi ki, sayğaclar üzrə köhnə sahiblərinin dondurulmuş borcları var. Qeyd etmək istəyir ki, borclar Azərbaycan Respublikasının cənab Prezidentin göstərişinə əsasən dondurulmuşdur. Bundan başqa əgər borc yeni sahibdən tələb olunursa, bu halda ilk olaraq sayğacların köhnə sahiblərdən tələb olunmalı idi. Lakin yuxarıda qeyd edildiyi kimi, dövlət tərəfindən həmin borclar dondurularaq tələb olunmur. Buna əsasən nəticəyə gəlmək olar ki, artıq sayğaclar İddiaçı BOKT MMC-nin adına keçərək, dondurulmuş borc tələb olunmamalıdır. Bir daha qeyd edir ki, hazırda sayğaclar İddiaçı BOKT MMC-yə məxsus olan əmlaklara bağlıdırlar. Lakin sayğacların abonent kodu İddiaçı BOKT ASC-nin adına deyil. Hesab edir ki, bu kimi hal qanunsuzdur.
3. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını və məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı müvafiq tələblə cavadeh qurumun regional idarələrinə, eləcə də “ASAN Kommunal” Mərkəzlərinə müraciət etmiş, qeyd edilən əsaslarla sayğacların iddiaçının adına keçirilməsi təmin edilməmişdir. “ASAN Kommunal” Mərkəzlərinə etdiyi müraciətin isə ümumiyyətlə qəbul edilməsindən imtina edilmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirakı edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı müvafiq müraciəti “ASAN Kommunal” Mərkəzinə etməlidir. Bununla belə, sayğaclar üzrə həm dondurulmuş borc, həm də iddiaçının adına mülkiyyət hüququ ilə rəsmiləşdirmə həyata keçiriləndən sonrakı dövr üzrə borc olduğundan borclar tam ödənməli, daha sonra sayğaclar iddiaçının adına keçirilməlidir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclası zamanı tərəflərlə işin icraatının ayrılması məsələsi müzakirə olunmuş, tərəflərin məhkəməyə verdikləri izahata əsasən icraatın ayrılmasına zərurət olmadığı müəyyən olunmuşdur.
İİ. İddianın növü və mümkünlüyü
6. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
8. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
10. Məhkəmə müəyyən edir ki, tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətləri yoxdur və hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki tənzimləməni həyata keçirmə vəzifəsinin icra edilməməsi, hərəkətsizliyindən irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növünə aid edilməlidir (öhdəliyin icrası haqqında iddia).
11. Müraciətlərin “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, təqdim edilən 17.07.2018-ci il tarixli “xxxx” ASC tərəfindən verilmiş əmr enerji təchizatı sxemini dəyişən (güc mənbəyinin dəyişməsi, bir fazalı təchizat sxemindən üç fazalı təchizat sxeminə və ya əksinə keçid) abonentlərə yeni kodların verilməsi və sayğac dəyişdirilməsi ilə bağlı müraciətləri tənzimləyir. İddiaçının müraciəti isə sayğacın onun adına keçirilməsi ilə bağlıdır (enerji təchizatı sxeminin və ya sayğac dəyişdirilməsi ilə bağlı deyil). Eyni zamanda iddiaçı bildirir ki, “ASAN Kommunal” mərkəzinə etdiyi müraciətin qeydə alınmasından imtina edilmişdir. Cavabdeh qurum isə sayğacın iddiaçının adına keçirilməsindən imtinaya əsası kimi sayğac üzrə hesablanmış borcun ödənməməsidir. Odur ki, məhkəmə hesab edir ki, “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin müvafiq cavablarının və qeydə alınmış müraciətlərinin və ya yazılı müraciətin ünvanlanmasının (məsələn poçt göndərişlərinin) olmaması səbəbindən iddianın mümkün sayılmaması həddən artıq formallıq olmaqla iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulması hesab edilə bilər.
12. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.
13. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X8rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).
14. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).
15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
18. İddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
19. Seriya MA0057932 saylı çıxarışa əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsi 68-də 0,0599 ha sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqlar 22.05.2010-cu il tarixdən İddiaçı BOKT MMC-nin adına qeydə alınmışdır. İşıq sayğacı (Abonent kodu: **********01422) əvvəlki sahib X2 adınadır. Sayğacın iddiaçının adına keçirilməsinə dair 10.12.2020-ci il tarixdə cavabdeh qurumun Quba rayonu üzrə regional idarəsinə müraciət edilmiş, 18.12.2020-ci il tarixdə müraciət qəbul edilmişdir.
20. Seriya RX0013896 saylı çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində 0,84 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqlar 04.08.2012-ci il tarixdən İddiaçı BOKT MMC-nin adına qeydə alınmışdır. İşıq sayğacı (Abonent kodu: **********05391) əvvəlki sahib X6 adınadır. Sayğacın iddiaçının adına keçirilməsinə dair 10.12.2020-ci il tarixdə cavabdeh qurumun Qəbələ rayonu üzrə regional idarəsinə müraciət edilmiş, 23.12.2020-ci il tarixdə müraciət qəbul edilmişdir.
21. Seriya RX0013386 saylı çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,59 ha sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqlar 06.07.2012-ci il tarixdən İddiaçı BOKT MMC-nin qeydə alınmışdır. İşıq sayğacı (Abonent kodu: **********01052) əvvəlki sahib X9 adınadır. Sayğacın iddiaçının adına keçirilməsinə dair 10.12.2020-ci il tarixdə cavabdeh qurumun Qəbələ rayonu üzrə regional idarəsinə müraciət edilmiş, 23.12.2020-ci il tarixdə müraciət qəbul edilmişdir.
22. Seriya MA0363572 saylı çıxarışa əsasən Xaçmaz şəhəri, Borçalı küçəsi 27-də 0,04 ha sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqlar İddiaçı BOKT MMC-nin adına qeydə alınmışdır. İşıq sayğacı (Abonent kodu: **********07786) əvvəlki sahib X4 adınadır. Sayğacın iddiaçının adına keçirilməsinə dair 10.12.2020-ci il tarixdə cavabdeh qurumun Xaçmaz rayonu üzrə regional idarəsinə müraciət edilmiş, 27.12.2020-ci il tarixdə müraciət qəbul edilmişdir.
23. Seriya RX0029410 saylı çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqlar 16.08.2012-ci il tarixdən İddiaçı BOKT MMC-nin adına qeydə alınıb. İşıq sayğacı (Abonent kodu: **********00268) əvvəlki sahib X7 adınadır. Sayğacın iddiaçının adına keçirilməsinə dair 10.12.2020-ci il tarixdə cavabdeh qurumun Quba rayonu üzrə regional idarəsinə müraciət edilmiş, 18.12.2020-ci il tarixdə müraciət qəbul edilmişdir.
24. Seriya RX0559140 saylı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi, 4 nömrəli fərdi yadayış evinə dair hüquqlar 17.12.2014-cü il tarixdən İddiaçı BOKT MMC-nin adına qeydə alınıb. İşıq sayğacı (Abonent kodu: **********03231) əvvəlki sahib X5 adınadır.
25. Seriya МА ******* saylı çıxarışa əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində 2,5 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqlar İddiaçı BOKT MMC-nin adına qeydə alınıb. İşıq sayğacı (Abonent kodu: **********00294) əvvəlki sahib X3 adınadır. Sayğacın iddiaçının adına keçirilməsinə dair 10.12.2020-ci il tarixdə cavabdeh qurumun Qəbələ rayonu üzrə regional idarəsinə müraciət edilmiş, 23.12.2020-ci il tarixdə müraciət qəbul edilmişdir.
İV. Məhkəmənin mövqeyi
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən: - məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; - 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. - 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yaz-maq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). - 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). - 8.22. Məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. - 8.23. Məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. - 8.26. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. - 8.27. Özünəxidmət üsulu tətbiq edildikdə xüsusi hesablaşma kitabçasında enerjitəchizatı müəssisəsinin göstərdiyi hesablaşma dövründə sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması məişət abonentinin özü tərəfindən aparılır (6 nömrəli əlavə). - 8.28. Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər. - “Elektrik enerjisindən istifadə qaydaları”na 4 nömrəli əlavə “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi təsdiq edilmişdir; - “Elektrik enerjisindən istifadə qaydaları”na 6 nömrəli əlavə Məişət abonentinin (özünəxidmət üsulu tətbiq edildikdə) elektrik enerjisi sərfinə görə birtipli hesablaşma kitabçası (ödəniş sənədi) təsdiq edilmişdir; - “Elektrik enerjisindən istifadə qaydaları”na 7 nömrəli əlavə Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə (özünəxidmət üsulu tətbiq olunmadıqda) təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli ödəniş sənədi təsdiq edilmişdir.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 400.1-ci maddəsinə (ümumi müqavilə) əsasən, əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh təbii inhisar subyekti olduğundan ümumi müqaviləni bağlamaqdan imtinaya dair hərəkətsizliyi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin iddiaçının xüsusi mülkiyyətində olan yaşayış evlərinə münasibətdə elektrik enerjisinin alqı-satqı müqaviləsinin və şəxsi hesabın iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi təmin edilməsi iddiaçının niyyətinə, hüquqi marağına və iddia tələbinin məzmununa uyğun olmaqla ondan kənara çıxma kimi qiymətləndirilməməlidir.
31. Eyni zamanda məhkəmə qeyd edir ki, elektrik sayğacı üzrə hesablanmış borc və ödənilməsi istehlak münasibətlərindən irəli gəldiyindən mülki məhkəmə araşdırmasının predmetidir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
34. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçının xüsusi mülkiyyətində olan yaşayış evlərində quraşdırılmış işıq sayğacları üzrə elektrik enerjisinin alqı-satqı müqaviləsinin və şəxsi hesabın iddiaçının adına keçirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Seriya MA0057932 saylı çıxarışa əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsi 68-də 0,0599 ha sahəsində yerləşən, abonent kodu: **********01422 nömrəli olan işıq sayğacı; Seriya RX0013896 saylı çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində 0,84 ha torpaq sahəsində yerləşən, abonent kodu: **********05391 nömrəli olan işıq sayğacı; Seriya RX0013386 saylı çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,59 ha sahəsində yerləşən, abonent kodu: **********01052 nömrəli olan işıq sayğacı; Seriya MA0363572 saylı çıxarışa əsasən Xaçmaz şəhəri, Borçah küçəsi 27-də 0,04 ha sahəsində yerləşən, abonent kodu: **********07786 nömrəli olan işıq sayğacı; Seriya RX0029410 saylı çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 0,16 ha torpaq sahəsində yerləşən, abonent kodu: **********00268 nömrəli olan işıq sayğacı; Seriya RX0559140 saylı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi, 4 nömrəli fərdi yaşayış evdə yerləşən, abonent kodu: **********03231 nömrəli olan işıq sayğacı; Seriya МА ******* saylı çıxarışa əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində 2,5 ha torpaq sahəsində yerləşən, abonent kodu: **********00294 nömrəli işıq sayğacı üzrə elektrik enerjisinin alqı-satqı müqaviləsinin və şəxsi hesabın İddiaçı BOKT MMC-nin adına keçirilməsi öhdəliyi cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva