Məhkəmə qərarları › İş №2-1(112)-451/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-451/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-451/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon filialına (bundan sonra DSMF-nin Bakı şəhəri Nərimanov rayon filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1973-1976-cı illərdə keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövrlərin, 15.01.1977-ci ildən 17.08.1977-ci ilə qədər Masallı rayon Qaz İdarəsində 3-cü dərəcəli çilingər peşəsində, 01.12.1977-ci ildən 07.06.1999-cu ilə qədər Bakı Ət Kombinatında 4-cü dərəcəli çilingər və 07.06.1999-cu ildən 07.12.1999-cu ilə qədər “Zərif-Mahud” səhmdar cəmiyyətində müvəkkil peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 1973-1976-cı illərdə keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 15.01.1977-ci ildən başlamışdır. 15.01.1977-ci ildən 17.08.1977-ci ilə qədər Masallı rayon Qaz İdarəsində 3-cü dərəcəli çilingər, 01.12.1977-ci ildən 07.06.1999-cu ilə qədər Bakı Ət Kombinatında 4-cü dərəcəli çilingər və 07.06.1999-cu ildən 07.12.1999-cu ilə qədər “Zərif-Mahud” Səhmdar Cəmiyyətində müvəkkil peşəsində işləmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olaraq cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin ərizə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ərizəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən təmin olunmadığı üçün bunu əsassız və qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DSMF-nin Bakı şəhəri Nərimanov rayon filialına göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh DSMF-nin Bakı şəhəri Nərimanov rayon filialının iddiaya dair yazılı etirazında aşağıdakılar göstərilmişdir: Hazırkı iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. İddiaçı öz iddiasında həmin illərə dair qeydlərin əmək kitabçasında mövcud olduğu üçün, sosial sığorta stajına əlavə edilməsini əsaslandırır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 26.03.2019-cu ildə yaranmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən **********6 nömrəli məktubunda bildirilir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə görə iddiaçının əmək pensiyası hüququ yaranmır. İddiaçının 15.01.1977-ci il tarixdən 17.08.1977-cı ilə qədər Masallı rayon Qaz idarəsində 3-cü dərəcəli çilingər, 01.12.1977-ci ildən 07.06.1999-cu ilə qədər Bakı Ət Kombinatında 4-cü dərəcəli çilingər və 07.06.1999-cu ildən 07.12.1999-cu ilə qədər “Zərif-Mahud” Səhmdar Cəmiyyətində müvəkkil peşəsində işlədiyi illər onun ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranır (ümumilikdə 25 il 7 ay 8 gün). Lakin, vətəndaşın həmin illərin sosial sığorta stajına əlavə edilməsi ilə bağlı iddiası məhkəmə araşdırması zamanı araşdırılan sübutlarla təsdiq olunmadığı üçün əsassızdır və təmin edilməməlidir. Qanunvericilik normalarından göründüyü kimi, şəxsin 01.01.2006-cı ilə qədər işlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. Lakin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı şəhər filialının 05 oktyabr 2020-ci il tarixli 724 saylı məktubdan məlum olur ki, “Bakı Ət Kombinatı” və “Zərif-Mahud” Səhmdar Cəmiyyətinin arxiv sənədləri Dövlət Arxinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon Dövlət Arxivinin 13 oktyabr 2020-ci il M-376 saylı məktubundan məlum olur ki, Masallı rayonu Qaz idarəsinin sənədləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Beləliklə, qanunvericilik və oxşar mübahisələrə dair formalaşmış məhkəmə praktikasının tələblərinə uyqun olaraq, iddiaçının işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğu, onların sığorta uçotuna durması faktı, iddiaçının konkret olaraq, iddia etdiyi illərdə işə daxil olma, işdən azad olma illəri və əmək haqqı alması faktları məhkəmə araşdırması ilə müəyyən olunmur. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 23.02.2008-ci il tarixdə Bakı Nərimanov RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1955ci il tarixdə Masallı rayonunda doğulmuşdur; - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçı 16.05.1973-cü il tarixdən 17.06.1976-cı il tarixə qədər hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ-İ ******* saylı 15.01.1977-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçı 15.01.1977-ci ildən (əmr № 08, 15.01.1977) 17.08.1977-ci ilə qədər (əmr № 75, 17.08.1977) Masallı rayon Qaz İdarəsində 3-cü dərəcəli çilingər, 01.12.1977-ci ildən (əmr № 243-k, 05.12.1997) 07.06.1999-cu ilə qədər (əmr № 31-k, 07.06.1999) Bakı Ət Kombinatında 4-cü dərəcəli təmirçi - çilingər, 07.06.1999-cu ildən (əmr № 24, 07.06.1999) 07.12.1999-cu ilə qədər (əmr № 58, 04.12.1999) “Zərif-Mahud” Səhmdar Cəmiyyətində təchizat üzrə müvəkkil peşələrində çalışmışdır. - DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin iddiaçıya ünvanladığı 08.04.2019cu il tarixli **********6 saylı cavab məktubundan görünür ki, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizəsinə əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununa 01.01.2019-cu il tarixə qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq “Əmək pensiyası haqqında” Qanunun Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2.2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla aşağıdakı qaydada hesablanır: 22-1.2.1.2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. - İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı şəhər filialının 05 oktyabr 2020-ci il tarixli 723 saylı məktubundan görünür ki, iddiaçının 01.12.1977ci il - 07.06.1999-cu illərdə işlədiyi “Bakı Ət Kombinatı”nın və 07.06.1999-cu il – 07.12.1999cu illərdə işlədiyi “Zərif-Mahud” səhmdar cəmiyyətinin 1999-cu ilə dair arxiv sənədləri Dövlət Arxinin Bakı filialına təhvil verilməmişdir. - İş materiallarında olan Masallı Rayon Dövlət Arxivinin 13 oktyabr 2020- ci il M-376 saylı məktubundan görünür ki, Masallı rayonu Qaz idarəsinin sənədləri Masallı rayon Dövlər Arxivinə təhvil verilmədiyindən İddiaçı 15.01.1977- ci ildə işə girməsi və 17.08.1977-ci ildə işdən çıxması barədəki əmrlərin təsdiq olunmuş surətlərinin, eləcə də aldığı əmək haqları barədə məlumatların təqdim olunması imkan xaricindədir. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 12.10.2020-ci il tarixli **********504900 saylı məktubundan görünür ki, 12.10.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) 05.03.1998-ci il tarixdən dövlət qeydiyyatına alınması və hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Hüquqi şəxsin fəaliyyət növləri “İpək parçaların istehsalı (13204)”, “Pambıq parçaların istehsalı (13201)” və “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi (68200) kimi qeyd olunmuşdur. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 25.11.2020-ci il tarixli, **********533000 saylı məktubundan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) 05.03.1998-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. Kommersiya hüquqi şəxslərin dövlət reyestrində “Bakı Ət Kombinatı” adlı hüquqi şəxs aşkar edilməmişdir. -“Azəriqaz” X2 İdarəsinin 27.11.2020-ci il tarixli SOCAR**********30560046X06713 saylı və 23.12.2020-ci il tarixli SOCAR**********30560046X07272 saylı məktublarından görünür ki, 2015-ci ildə X5 İstismarı İdarəsi yaradıldıqda X6 Kontoru üzrə 1977-ci il üzrə əmək haqqı cədvəlləri tapılmadığından Lənkəran RQİİ-nin arxivinə təhvil verilməmişdir. Lakin Lənkəran RQİİ-nin arxivində X6 Kontoruna aid əmr kitabında İddiaçı 19.01.1977-ci il 08 saylı əmrlə 15.01.1977-ci il tarixindən 3-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilməsi və 17.08.1977-ci il 75 saylı əmrlə daşıdığı vəzifədən azad edilməsi barədə məlumatlar öz əksini tapmışdır. İşə girmə və işdən azad olunma barədə əmrlərin sürəti məktuba əlavə olunur. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 yanvar 2021-ci il tarixli, **********275600 saylı məktubundan görünür ki, idarədə olan reyestrdə “Bakı Ət Kombinatı” adlı hüquqi şəxs aşkar edilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 03.02.2021-ci il tarixli 05/10-08-23-213 saylı məktubundan görünür ki, Nazirliyin arxivində aparılan araşdırmaya əsasən X7 Komitəsinin 1991 -ci il 22 aprel tarixli 336 nömrəli əmri, Kənd Təsərrüfatı Nazirliyinin 1992-ci il 13 yanvar tarixli 2401 nömrəli əmri və İddiaçı Bakı Ət Kombinatında işləməsi (işə qəbul, işdən azad olunması) ilə bağlı sənəd aşkar edilməmişdir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin 2002-ci il tarixinədək olan əsas fəaliyyət üzrə əmrləri mühafizə olunmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05.02.2021-ci il tarixli **********575800 saylı məktubundan görünür ki, arxiv sənədlərinə əsasən ilkin dövlət qeydiyyat tarixinin müəyyən edilməsi mümkün olmayan Bakı Ət Emalı Kombinatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 08 iyun 293 saylı qərarı ilə “xxxx” Dövlət Şirkətinin tabeçiliyinə verilmiş və bu fakt dövlət reyestrində 04.09.1995-ci il tarixdə D-684 nömrə ilə qeydə alınmışdır. Həmçinin dövlət reystrindən 26.10.2011-ci il tarixdə Bakı Ət Kombinatının “Xırdalan Ət” açıq səhmdar cəmiyyətinə (VÖEN **********) çevrilməsi barədə məlumat mövcuddur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəmə sərəncamın icrası ilə əlaqədar məhkəmə daxil olmuş 26.12.2021-ci il tarixli **********7 saylı məktubundan və həmin məktubun qoşmasında görünür ki, 1 iyul 2018-ci il tarixindən 30 iyun 2019-cu il tarixinə qədər pensiya təyin edilməsi üçün tələb olunan yaş 64 olmuşdur və iddiaçının da tələb olunan yaşı 26.03.2019-cu il tarixində tamamlandığından onun yaşa görə əmək pensiyası almaq hüququ 26.03.2019-cu il tarixində yaranmışdır. Həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, iddiaçının pensiya kapitalı 160,0 manat məbləğində minimum əmək pensiyasının təyin edilməsinə imkan verməlidir. Başqa sözlə, həmin tarixdə tələb olunan minimum pensiya kapitalı 23.040 manat təşkil etmişdir. İddiaçının inzibati icraat aparan orqana təqdim etdiyi sənədlərə əsasən, iddia etdiyi ümumi iş stajı 25 il 8 ay 9 gündür: Hərbi xidmət dövrü (3 il 1 ay 1 gün); 16.05.1973- 17.06.1976. Əmək kitabçasında qeyd edilən dövrlər ( 22 il 7 ay 8 gün): 15.01.1977- 17.08.1977; 01.12.1977- 07.06.1999; 07.06.1999-07.12.1999. İddiaçının fərdi hesabına baxış zamanı məlum olur ki, 2019-cu il sentyabr ayından 2020-ci il sentyabr ayınadək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 943.49 manat təşkil etmişdir. (1 il sosial sığorta stajı). Deməli, iddiaçının: 2006-cı il tarixədək iddia etdiyi ümumi iş stajı 25 il 8 ay 9 gündür; 2006-cı il tarixdən, 2018-ci il iyul ayınadək ümumi iş stajı yoxdur; 2018-ci il iyul ayından sonra, 1 il sosial sığorta stajı vardır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan kişilərin ən azı 63 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən yuxarıda qeyd edilmiş əsaslara görə ona imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubunun məzmunundan müəyyən edilir ki, iddiaçının ona əmək pensiyasının təyin edilməsindən imtina edilməsi üçün əsas göstərilmişdir: iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan verməməsi. Məhkəmə cavabdehin imtinası ilə aşağıdakı əsaslara görə razılaşmır. Əvvəla məhkəmə göstərməyi zəruri hesab edir ki, iddiaçı 16.05.1973-cü il tarixdən 17.06.1976-cı il tarixə qədər hərbi xidmətdə olmuşdur. 15.01.1977-ci ildən (əmr № 08, 15.01.1977) 17.08.1977-ci ilə qədər (əmr № 75, 17.08.1977) Masallı rayon Qaz İdarəsində 3-cü dərəcəli çilingər, 01.12.1977-ci ildən (əmr № 243-k, 05.12.1997) 07.06.1999-cu ilə qədər (əmr № 31-k, 07.06.1999) Bakı Ət Kombinatında 4-cü dərəcəli təmirçi - çilingər, 07.06.1999-cu ildən ( əmr № 24, 07.06.1999) 07.12.1999-cu ilə qədər (əmr № 58, 04.12.1999) “Zərif-Mahud” Səhmdar Cəmiyyətində təchizat üzrə müvəkkil peşələrində çalışmışdır. İddiaçının cəmi 25 ildən çox iş stajı var. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 2-ci maddəsinin 6-cı bəndinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının, ümumilikdə, 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq iş stajının olması iş materiallarından təsdiq edilir. İddiaçının işdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, onun 64 yaşı 26.03.2019-cu ildə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşından, yəni 26.03.2019-cu il ildən yaranır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən, məhkəmə hesab edir ki, işə əlavə edilmiş hərbi bilet və əmək kitabçası əmək fəaliyyətini təsdiq edən əsas sənəd kimi qəbul edilməklə iddiaçının 64 yaşının tamam olduğu 26.03.2019-cu il tarixə 25 ildən artıq iş stajının olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Məhkəmə qeyd edir ki, pensiyaçılara əmək pensiyasının təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1973-1976cı illərdə keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövrlərin, 15.01.1977-ci ildən 17.08.1977-ci ilə qədər Masallı rayon Qaz İdarəsində 3-cü dərəcəli çilingər peşəsində, 01.12.1977-ci ildən 07.06.1999-cu ilə qədər Bakı Ət Kombinatında 4-cü dərəcəli çilingər və 07.06.1999-cu ildən 07.12.1999-cu ilə qədər “Zərif-Mahud” səhmdar cəmiyyətində müvəkkil peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1973-1976-cı illərdə keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövrlərin, 15.01.1977-ci ildən 17.08.1977-ci ilə qədər Masallı rayon Qaz İdarəsində 3cü dərəcəli çilingər peşəsində, 01.12.1977-ci ildən 07.06.1999-cu ilə qədər Bakı Ət Kombinatında 4-cü dərəcəli çilingər və 07.06.1999-cu ildən 07.12.1999-cu ilə qədər “Zərif- Mahud” səhmdar cəmiyyətində müvəkkil peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon filialına həvalə edilməlidir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Sədrlik edən: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar