Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-451/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" ASC) “kredit müqaviləsi üzrə borcun restrukturizasiya siyahısına daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Açıq Səhimdar Cəmiyyəti arasında bağlanmış 28 iyun 2014-cü il tarixli, 0070/NF/14 saylı kredit müqaviləsi və 28 iyun 2014-cü il tarixli, 0069/NF/14 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi, onun kredit üzrə olan qalıq bocunun ödənişinin aparılmasına bir ili güzəşt müddəti verilməklə, illik 1 faiz dərəcəsi ilə beş illik kreditin verilməsini rəsmiləşdirilərək yeni ödəniş cədvəli tərtib olunması və ona kompensasiya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış 28.06.2014-cü il tarixli 0069/NF/14 saylı və 28.06.2014-cü il tarixli, 0070/NF/14 saylı kredit müqavilələri üzrə kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həll ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 554 nömrəli Fərmanına əsasən restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeehin nümayəndəsi X3 izahatında bildirdi ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Ölkə Başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx" ASC (indiki "xxxx" ASC) arasında bağlanmış 30.06.2014-cü il tarixli (15.000 manat dəyərində) kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - 01.03.2019cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 207 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kreditt borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 01.01.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barrədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 03 dekabr 2020-ci il tarixli məktubda qeyd edilir: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı “kompensasiyanın ödənilməsi və kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə və bu iddiaya qarşı Mərkəzi Bankdan öz münasibətini yazılı şəkildə bildirmək tələbinə dair məhkəmədən Sərəncam daxil olmuşdur. Müraciətlə bağlı bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Ölkə Başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) arasında bağlanmış 30.06.2014-cü il tarixli (15.000 manat dəyərində) kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - 01.03.2019-cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 207 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), mili valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 01.01.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Fərman üzrə kompensasiyaların verilməsi baş vermiş məlum devalvasiyalar nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditlərinin manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutmuşdur. İddia ərizəsi üzrə mübahisələndirilən kredit müqaviləsinin predmeti manatla ifadə olunan kredit məhsulu olduğundan bu hissədə də kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə daxil edilməmişdir. İş materiallarında olan Kreditor "xxxx" ASC-nin Nizami filialı ilə Borclu İddiaçı arasında bağlanmış 28.06.2014-cü il tarixli 0069/NF/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 36 ay müddətinə, illik 6% olmaqla 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Kreditor "xxxx" ASC-nin Nizami filialı ilə Borclu İddiaçı arasında bağlanmış 28.06.2014-cü il tarixli 0070/NF/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 36 ay müddətinə, illik 25% olmaqla 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 0069/NF/14 saylı kredit müqavilə üzrə İddiaçı 21.02.2015-ci il tarixə əsas borcu 14.500,00 manat, faiz borcu 314,30 manat, 21.12.2015-ci il tarixə əsas borcu 10.000,00 manat, faiz borcu 239,98 manat, 28.10.2021-ci il tarixə əsas borcu 2.146,11 manat, faiz borcu 6.566,64 manat, dəbbə pulu 5.323,49 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 0070/NF/14 saylı kredit müqavilə üzrə İddiaçı 21.02.2015-ci il tarixə əsas borcu 12.944,20 manat, faiz borcu 1.168,22 manat, dəbbə pulu 401,11 manat, 21.12.2015-ci il tarixə əsas borcu 9.673,94 manat, faiz borcu 967,38 manat, dəbbə pulu 384,98 manat, 28.10.2021-ci il tarixə əsas borcu 4.450,54 manat, faiz borcu 11.377,00 manat, dəbbə pulu 11.039,70 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı tərəfindən sonuncu dəfə 20.06.2017-ci ildə 500 manat ödəniş olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının: 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi; 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin; 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8-ci bəndinə əsasən bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın: 6.1-ci bəndinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır; 6.2-ci bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur; 6.3-ci bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Kreditor "xxxx" ASC-nin Nizami filialı ilə Borclu İddiaçı arasında bağlanmış 28.06.2014-cü il tarixli 0069/NF/14 saylı kredit müqaviləsi ilə İddiaçı 36 ay müddətinə, illik 6% olmaqla 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmçinin Kreditor "xxxx" ASC-nin Nizami filialı ilə Borclu İddiaçı arasında bağlanmış 28.06.2014-cü il tarixli 0070/NF/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 36 ay müddətinə, illik 25% olmaqla 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 0069/NF/14 saylı kredit müqavilə üzrə İddiaçı 21.02.2015-ci il tarixə əsas borcu 14.500,00 manat, faiz borcu 314,30 manat, 21.12.2015-ci il tarixə əsas borcu 10.000,00 manat, faiz borcu 239,98 manat, 28.10.2021-ci il tarixə əsas borcu 2.146,11 manat, faiz borcu 6.566,64 manat, dəbbə pulu 5.323,49 manat təşkil edir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 0070/NF/14 saylı kredit müqavilə üzrə İddiaçı 21.02.2015-ci il tarixə əsas borcu 12.944,20 manat, faiz borcu 1.168,22 manat, dəbbə pulu 401,11 manat, 21.12.2015-ci il tarixə əsas borcu 9.673,94 manat, faiz borcu 967,38 manat, dəbbə pulu 384,98 manat, 28.10.2021-ci il tarixə əsas borcu 4.450,54 manat, faiz borcu 11.377,00 manat, dəbbə pulu 11.039,70 manat təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı tərəfindən sonuncu dəfə 20.06.2017-ci ildə 500 manat ödəniş olmuşdur. X1 Kredit Reyestrinin məlumat bazasına və Fərman çərçivəsində yaradılmış məlumat bazasına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - 01.03.2019-cu il tarixinə iddiaçının kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 207 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür və borc 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Lakin göründüyü kimi, sonuncu dəfə 20.06.2017-ci ildə ödəniş olmuşdur ki, həmin tarixdən də 01.03.2019-cu il tarixinə kredit borcunun 360 gündən çox gecikdirildiyi müəyyən olunur. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm borclarının ödənilməsinin gecikdirilmə müddəti, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 28.06.2014-cü il tarixli 0069/NF/14 nömrəli və 28.06.2014-cü il tarixli 0070/NF/14 nömrəli kredit müqavilələri üzrə kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-451/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-451/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver