Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4510/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “məharət dərəcəsinə görə əlavə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2-ci məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N977-ci ildən N996-cı ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin N saylı hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət etmişdir. Penitensiar xidmətinin N saylı hərbi hissə komandirinin N yanvar N99N-ci il tarixli, 26 nömrəli əmri ilə ona 2-ci məharət dərəcəsi verilmişdir. Xidməti illəri iə əlaqədar olaraq N0 iyun N996-cı il tarixində pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsini gücləndirilməsi haqqında" N7 fevral N994-cü il tarixli, 67 nömrəli qərarına əsasən onların aylıq vəzifə maaşına N5 faiz miqdarında əlavələr müəyyən olunub. Lakin, həmin əlavələr bu günədək ona verilməmişdir. N998-ci il tarixindən “Məharət dərəcəsinin” verilməsi bərpa edilmişdir. 2-ci məharət dərəcəsinə görə əlavələrin verilməsi ilə əlaqədar müxtəlif orqanlara - hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təyinatı şöbəsinə və Ədliyyə Nazirliyinə müraciət etmişdir. Amma bugünədək məsələ öz həllini tapmamışdır. 2-ci məharət dərəcəsi bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı baş gizir rütbəsində xidmət edərkən N0 iyun N996-cı il tarixdə öz xahişi ilə pensiyaya çıxmışdır. İddiaçı xx.xx.N996-cı il tarixə qulluq müddəti: təqvimi hesablama ilə N9 il 07 ay 28 gün, güzəştli şərtlərlə 04 il NN ay 09 gün, ümumilikdə 24 il 07 ay 07 gün təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin pensiyaya çıxmış əməkdaşlarının pensiya işləri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentində (indiki - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində) saxlanılır və zəruri məlumatlar Departamentin sorğusu ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təqdim olunur. Ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, o cümlədən Penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edən 26 may 2006-cı il tarixdə qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu xx.xx.2006-ci il tarixdə qüvvəyə minmişdir. Həmin Qanunun 3.N-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.N0-cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Eyni zamanda bildiririk ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli N35 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların N -ci bəndində əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyqun olaraq hazırlanmışdır və həmin Qanunun N.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə və N.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən bu Qaydaların N -ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miodarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Penitensiar xidmətin Mühafizə Alayının xx.xx.2023-cü il tarixli 3-N6-N7/N5/2-N4N/2023 nömrəli məktubundan göründüyü kimi, Mühafizə Alayında (N saylı hərbi hissədə) N993-cü ilədək məharət dərəcəsinə görə əlavələrin ödənilməsi SSRİ Daxili İşlər nazirinin xx.xx.N977-ci il tarixli 0700 saylı əmri ilə tənzimlənirdi. Həmin əmrin N30-N37 maddələrinə əsasən məharət dərəcələri Alay komandirinin müvafiq əmri ilə N (bir) il müddətinə verilirdi. Növbəti ildə müvafiq əmr olmadlqda məharət dərəcəsinə görə əlavələrin ödənilməsi dayandırılırdı. Gizir İddiaçı 2-ci məharət dərəcəsi xx.xx.N989-cu il tarixli 07 saylı əmrlə verilmiş, xx.xx.N990-cı il tarixli 03 saylı əmrlə və xx.xx.N99N-ci il tarixli 26 saylı əmrlə yenidən təsdiq edilmişdir. xx.xx.N993-cü ildən başlayaraq məharət dərəcələrinin verilməsi dayandırılmış və bu səbəbdən N993-N997-ci illərdə Mühafizə Alayında xidmət edən əməkdaşlara məharət dərəcələrinə görə əlavələr ödənilməmişdir. N993-cü ildən xidmətin sonunadək, yəni xx.xx.N996-ci il tarixədək gizir İddiaçı 2-ci məharət dərəcəsi yenidən təsdiq edilmədiyindən bununla bağlı əlavə ödənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.N, N.0.2, N.0.5 və 20.N4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun N.0.N və N.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun N.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun N.0.N, N.0.2 və N.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göstərilənləri və İddiaçı iddiası əsassız olduğunu nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarindan görünür ki, xx.xx.N956-cı il təvəllüdlü İddiaçı oğu ünvan N ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, N7/7-N3390 nömrəli məktubunda qeyd olunmuşdur ki, Penitensiar Xidmətin N saylı hərbi hissəsində xidmət etdiyiniz müddətdə hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli 26 nömrəli əmri ilə Sizə “İİ məharət dərəcəsi” verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-N6-N7/N0/2-3390/2023 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Penitensiar Xidmət Mühafizə Alayının xx.xx.2023-cü il tarixli, 3-N6-N7/N5/2-N4N/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Mühafizə alayında (N saylı hərbi hissədə) N993-cü ilədək məharət dərəcəsinə görə əlavələrin ödənilməsi SSRİ Daxili işlər Nazirinin 0700 sayl 20 sentyabr N977-ci il tarixli əmri ilə tənzimlənirdi. Həmin əmrin N30-N37 maddələrinə əsasən məharət dərəcələri alay komandirinin müvafiq əmri ilə N il müddətinə verilirdi. Növbəti ildə müvafiq əmr olmadıqda həmin ödəniş dayandırılırdı. XN 2-ci məharət dərəcəsi N4 yanvar N989 cu il tarixli 07 saylı əmrlə verilmiş, N2 yanvar N990-cı il tarixli 03 saylı əmrlə yenidən təsdiq edilmişdir. XN məharət dərəcəsinə görə əlavənin ödənilməsini təsdiq edən N988,N990-cı illər “Pul təminatı üçün şəxsi kartoçkası”nın təsdiq olunmuş surətini əlavə edirik. 0N yanvar N993cü ildən başlayaraq məharət dərəcələrinin verilməsi dayandırılmış və buna görə də N993- N997-ci illərdə Mühafizə alayında xidmət edən əməkdaşlara həmin əlavə ödənilməmişdir. Buna görə də XN N993-cü ildən yenidən təsdiq edilmədiyi üçün məharət dərəcəsinə görə əlavə ödənilməmişdir. -N saylı hərbi hissənin xx.xx.N99N-ci il tarixli 26 nömrəli əmrinə əsasən İddiaçı 2-ci məharət dərəcəsi təsdiq edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MQİBİ-nin rəis müavini N saylı hərbi hissə komandirinin N0 iyun N996-cı il tarixli, N3N nömrəli Əmrində qeyd olunmuşdur ki, Hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminatlarından çıxarılsın: 4-cü fəslin 5-ci maddəsinin “y” bəndi ilə (ailə vəziyyəti ilə əlaqədar olaraq, öz xahişi ilə) Alay komandirinin sərəncamında olan baş gizir İddiaçı xx.xx.N996-cı il tarixdən hərbi xidmətdən ehtiyata buraxılır. Bakı şəhəri Suraxanı RÇK qeydiyyata düşmək üçün göndərilsin. İşdən azad olunması ilə əlaqədar öz üzərinə düşən pul müavinatı verilsin. xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilə kimi döyüş hazırlıqlarına görə verilən birdəfəlik pul mükafatı verilməsinə layiqdir. N0 iyun N996-cı ilə kimi xidmət ili: təqvim hesabı ilə N9 il, 07 ay, 28 gün, güzəştli hesab ilə 24 il, 07 ay, 07 gün təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının məktubunda bildirilmişdir ki, N0 iyun N996-cı ildə Mühafizə alayından (N saylı hərbi hissədən) pensiyaya göndərilən XN aid N995-N996-cı illər üçün təminatı kartoçkasının təsdiq edilmiş surətini təqdim edirik. Həmin kartoçkaya əsasən N996-cı ildə XN vəzifə maaşı, rütbə maaşı və ərzaq məhsullarına görə pul kompensasiyası ödənilmişdir. Həmin dövrün qanunvericiliynə uyğun olaraq gəlir vergisi tutularaq qalan məbləğ ona ödənilmişdir. N996-cı ilin iyun ayında hesablama(9 günlük pul təminatı): N.N0725.0 manat -Vəzifə maaşı; 2.NN028.0 manat-(5280.00+5500.00+248.00). Rürbə maaşı(xx.xx.N995-ci ildə baş gizir rütbəsi verildiyi üçün onun - 5 aylıq əlavəsi iyun ayında ödənilmişdir; -N7600/30 gün x 9 gün=5280,00 (İyun N996) -N76xx.xx-N6500=NN00x5 ay=5500.00 (Yanvar- May N996) N7600-N6500=NN00/3N x 8 gün=248.00.(Dekabr N995) 3.37N20.0 manat-Ərzaq məhsullarına görə pul kompensasiyası; Cəmi hesablanıb-58873.00,00 manat -905.00 manat gəlir vergisi tutulub. -57968.00-Ələ çatası məbləğ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, N7/7-334 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası ƏN MQİBİ-nin sıravi və rəis heyətinə, hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydalarını müəyyən edən Təlimatda qismən dəyişikliklər edilməsi barədə” Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 28 avqust N995-ci il tarixli N77 saylı əmrinə uyğun olaraq, N994-cü ilə qədər xidmət illərinə və yaşına görə pensiyaya çıxmış şəxslərə “məharət dərəcəsi”nə görə əlavələr 0N sentyabr N995-ci il tarixindən etibarən hesablanılırdı. Penitensiar xidmətin Mühafizə alayından verilən məlumata əsasən N0 iyun N996-cı il tarixində pensiyaya çıxdığınız müddətdə məharət dərəcəsinə görə əlavə haqq ödənilməmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5. maddəsində göstərilən təminat xərcliyindən hesablanır. Qeyd olunan maddəyə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyəti üzrə əsassızdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı gizir rütbəsində MQİBİ-də xidmət etmiş, hərbi hissə rəhbərliyinin N0 iyun N996-cı il tarixli, N3N nömrəli əmri ilə xx.xx.N996-cı il tarixdən öz xahişi ilə xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırkı iddiasında N yanvar N99N-ci il tarixli, 26 nömrəli əmri ilə ona 2-ci məharət dərəcəsi verildiyini əsas gətirərək vəzifə maaşına N5% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilərək sosial müdafiə orqanına göndərilməsini mübahisələndirir. Cavabdehin mövqeyinə görə iddiaçıya pensiyaya çıxdığı müddətdə məharət dərəcəsinə görə əlavə haqq ödənilmədiyindən təminat xərcliyində vəzifə maaşına N5% əlavə hesablana bilməz. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr qanunvericiliyinə əsasən: SSRİ Daxili işlər Nazirinin 0700 sayl 20 sentyabr N977-ci il tarixli əmri ilə təsdiq edilmiş Məharət dərəcəsinə görə əlavələrin ödənilməsi Qaydalarının N35-ci maddəsinə görə hərbi qulluqçulara məharət dərəcəsinə görə pul mükafatı məharət dərəcəsinin verildiyi (yaxud təsdiq edildiyi) N illik müddətin bitməsindən növbəti sınaqlara qədər lakin 6 aydan çox olmayan müddət üçün verilir. Həmin Qaydaların N37-ci maddəsinə əsasən hərbi qulluqçuların məharət dərəcəsinə görə pul mükafatının ödənilməsi dayandırılır: d) məharət dərəcəsinin təsdiq edilməsi üçün nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən ötürüldükdə. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N7 fevral N994-cü il tarixli 67 nömrəli Qərarının N-ci bəndinə əsasən hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – N5 faiz miqdarında; N-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz; -2-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etsinlər. Məhkəmə Qərarları İcra Baş İdraəsinin xx.xx.N994-cü il tarixli 59 saylı əmrinə qoşma olan “Azərbaycan Respublikası ƏN MQİBİ-nin strukturuna daxil olan ədliyyə polis bölmə və müəssisələrində, hərbi hissələrində xidmət edən siravi və rəis heyətinə, hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi haqqında” Təlimatda qeyd olunmuşdur ki: -N.2. Siravi və rəis heyətinə, həmçinin hərbi qulluqçulara N, 2 və “usta məharət dərəcələri” peşə hazırlığının səviyyəsindən və ixtisasları üzrə xidməti stajlarından asılı olaraq verilir. Məharət dərəcələrinin verilməsində məqsəd əməkdaşların peşə ustalığının artırılmasını, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və intizamın möhkəmləndirilməsini təmin etməkdir. -N.3. Məharət dərəcələri aşağıdakı ardıcıllıqla verilir: Ədliyyə polis orqanlarına yeni qəbul edilmiş və ixtisas üzrə 5 ildən az olmayaraq işləyən və dərəcəsi olmayan əməkdaşlara “2-ci məharət dərəcəsi”; İxtisas üzrə N0 ildən az olmayaraq işləyən və 2-ci məharət dərəcəsi almış əməkdaşlara “N-ci məharət dərəcəsi”; İxtisas üzrə N5 ildən az olmayaraq işləyən və N-ci məharət dərəcəsi almış əməkdaşlara “usta məharət dərəcəsi” verilir. -2. Məharət dərəcəsinin verilməsi üçün ilkin yoxlanmaların keçirilməsi qaydası: 2.2 İlkin yoxlanmanın nəticələri “məqbul” və “qeyri-məqbul” ilə qiymətləndirilir. 2.3. “Məqbul” almış əməkdaşların siyasi və digər sənədlər ilkin yoxlanmadan sonra 7 gün müddətinə baxılmaq üçün müvafiq attestasiya komissiyalarına göndərilir. 2.5. Attestasiya komissiyası üzvlərinin səs çoxluğu ilə ilkin yoxlamanın nəticəsi təsdiq olunarsa komissiyanın qərarı ilə əməkdaş “məharət dərəcəsi” almağa təqdim edilir. -3. Məharət dərəcəsinin verilməsi qaydaları: 3.N.Attestasiya komissiyasından müvəfəqiyyətlə keçmiş əməkdaşa “məharət dərəcəsi” verilməsi barədə nomenklatura bölgüsünə uyğun olaraq ƏN-nin, MQİBİ-nin və digər müəssisə və hərbi hissələrin rəhbərliyi tərəfindən əmr verilir və əmr imza olunan gündən məharət dərəcəsi verilmiş hesab olunur. 3.2.Məharət dərəcəsi almış əməkdaşa müəyyən olunmuş nümunə əsasında hazırlanmış döş nişanı və vəsiqə verilir. 3.4 Məharət dərəcəsi almış vətəndaşlar hər 5 ildən bir ixtisas dərəcəsini təsdiq etmək üçün müəyyən edilmiş qaydada yolamadan keçməlidirlər. Sadalanan normalardan müəyyən olunur ki, iddiaçının ilk öncə xidmət etdiyi Mühafizə alayında (N saylı hərbi hissədə) N993-cü ilədək məharət dərəcəsinə görə əlavələrin ödənilməsi SSRİ Daxili işlər Nazirinin 0700 saylı 20 sentyabr N977-ci il tarixli əmri ilə təsdiq edilmiş qaydalarla tənzimlənmiş və qeyd edilən qaydalara əsasən məharət dərəcələrinin alay komandirinin əmri ilə N il müddətinə verilməsi nəzərdə tutulmuşdur. Daha sonra Məhkəmə Qərarları İcra Baş İdraəsinin xx.xx.N994-cü il tarixli 59 saylı əmri ilə təsdiq edilmiş yeni tənzimləmə olan “Azərbaycan Respublikası ƏN MQİBİ-nin strukturuna daxil olan ədliyyə polis bölmə və müəssisələrində, hərbi hissələrində xidmət edən siravi və rəis heyətinə, hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi haqqında” Təlimata əsasən məharət dərəcələrinin müvafiq attestasiya komissiyalarında yoxlamalardan keçdikdən sonra verilməsi, məharət dərəcələrinin 5 ildən bir təsdiq edilmə üçün növbəti yoxlamalara cəlb edilmə nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından görünür ki, iddiaçıya 2-ci məharət dərəcəsi ilk dəfə N4 yanvar N989 cu il tarixli 07 saylı əmrlə - SSRİ Daxili işlər Nazirinin 0700 saylı 20 sentyabr N977-ci il tarixli əmri ilə təsdiq edilmiş qaydalara müvafiq qaydada N illik verilmiş, sonrakı illərdə iddiaçının məharət dərəcəsi N2 yanvar N990-cı il tarixli 03 saylı əmrlə, xx.xx.N99Nci il tarixli 26 nömrəli əmrləri ilə yenidən təsdiq edilmişdir. İddiaçı barəsində təqdim edilmiş N989, N990, N99N-ci illər və N992-ci ilin yanvar ayı daxil olmaqla “Pul təminatı üçün şəxsi kartoçkası”nın təsdiq olunmuş surətlərində qeyd edilən illərdə iddiaçıya malik olduğu 2-ci məharət dərəcəsinə görə əlavələrin ödənildiyi görünür. İddiaçı barəsində təqdim edilən N993-cü il, N995-N996-cı ilin “Pul təminatı üçün şəxsi kartoçkası”nda iddiaçıya yalnız vəzifə maaşı, rütbə maaşı, ərzaq payı, əlavə ərzaq payı hesablandığı qeyd olunmuş, eyni zamanda həmin dövr üçün məharət dərəcəsinə görə vəzifə maaşına əlavənin ödənildiyi isə müəyyən olunmur. İddiaçı barəsində tərxis edilmə barədə əmrə də onun 2-ci məharət dərəcəsinə malik olduğu barədə hər hansı qeyd daxil edilməmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya sonuncu dəfə N99N-ci ildə 2-ci məharət dərəcəsi verilmiş, məharət dərəcəsinin N illik müddəti bitdikdən sonra həmin dövr qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məharət dərəcəsi növbəti il üçün təsdiq edilməmiş, N994-cü ildən sonra qüvvəyə minmiş yeni tənzimləməyə uyğun olaraq da məharət dərəcəsi sınaqlarına cəlb olunmamış, xidmət etdiyi N993-N996-cı illərdə növbəti dəfə məharət dərəcəsi təsdiq edilməmiş və məharət dərəcəsinə görə əlavələrlə təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli N35 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın N-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.N, N.0.2, N.0.5 və 20.N4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, (....) Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun N.0.N, N.0.2 və N.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun N.0.N, N.0.2, N.0.5, 9.5 və 20.N4-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Qeyd edilənlənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, hərbi qulluqçunun təminat xərcliyinin məhz ehtiyata buraxıldığı günə sonuncu təminat xərcliyinə uyğun hesablanmalı olduğundan, iddiaçının isə xidmətdən buraxılarkən aldığı təminat xərcliyində məharət dərəcəsinə görə əlavələrin hesablandığı və ödənildiyi müəyyən olunmadığından, iddiaçı qüvvədə olmayan məharət dərəcəsinə görə almadığı əlavənin məlumat vərəqinə daxil edilməklə pensiya təminatını həyata keçirən orqana göndərilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “məharət dərəcəsinə görə əlavə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4510/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4510/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver