Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4512/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə əyani şöbəsi tərəfindən diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-2014-cü il tədris illərində Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən X1” İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. 2014-cü ildə ailə vəziyyəti ilə əlaqədar təhsilini vətəni Azərbaycan Respublikasında davam elətdirmək üçün respublikada fəaliyyət göstərən universitetlərdən birində oxumaq qərarına gəldi. Bunun üçün o Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etdi və ona bildirildi ki, ixtisasina uyğun universiteti seçirsən, sənədlərini təqdim edirsən, həmin universitet sənin sənədlərinin qanuna uyğunluğunu yoxlayır, əgər uyğundursa qəbul edir. Xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülmə universitetlərin öz daxili qaydaları ilə tənzimləndiyindən Təhsil Nazirliyinin bu məsələyə aidiyyəti yoxdur. Nəhayət iddiaçı da Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla köçürüldü və 2017-ci ildə həmin Universitetin “Maliyyə” fakültəsinin bakalavr pilləsinin “Maliyyə və Kredit” ixtisası üzrə əyani şöbəsini bitirdi. Universiteti bitirdikdən sonra hərbi xidmət keçdi. Lakin bu günədək dipiomu ala bilməmişdir. Ona Universitetdən biidirdiiər ki, diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi ləngidir, buna görə də diplomun verilməsi üçün rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Bu yaxınlarda ona cavabdeh tərəfindən məktub ilə bildirilmişdir ki, ali təhsil müəssisəsinə X3 sərəncamı əsasında qəbul olunmuş (və ya Təhsil Nazirinin razılığı ilə digər ali təhsil müəssisəsindən köçürülmüş), tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmayan şəxslərə diplom verilir. İddiaçının Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə Təhsil nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almağının hüquqi əsası yoxdur. İddiaçı hesab edir ki, bu imtina tam əsassızdır. O, qanuni şəkildə qeyd edilən ali təhsil müəssisənə daxil olmuşdur. Təhsil müddətində vaxtlı-vaxtında dərslərdə iştirak etmiş, tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmişdir və təhsil haqqı borcu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Buna görə də konstitusiyanın verdiyi səlahiyyətə əsasən iddiaçı ali təhsil almaq üçün ixtisasını və təhsil alacağı ali təhsil müəssiəsini seçməkdə sərbəstdir və onun bu hüquqları məhdudlaşdırıla bilməz. Qeyd edilir ki, cavabdeh məktubunda imtinanın əsası kimi o hallara istinad edir ki, iddiaçının digər ali həhsil müəssisəsindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə dair Təhsil nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunnan ali təhsil müəssisəsində təhsil almağının hüquqi əsası yoxdur.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı qeyd olunan məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət etmiş və cavabdeh müraciətə baxaraq iddiaçıya cavab məktubu ilə köçürülmənin Təhsil Nazirliyinin razılığı olmadan aparıldığını və bu səbəbdən də qeyd olunan ali təhsil müəssisəsində onun təhsil almasının hüquqi əsası olmadığını bildirmişdir. Cavabdeh orqan hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır Belə ki, Təhsil Nazirinin 07,08.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə görə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağadır. Ona görə də “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 sayiı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil naziri 28.01,2002-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. Həmin əmrin lll bəndinə görə qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduğundan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V bəndinə görə. Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli 46-03- 4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti: təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülməli idi. Lakin iddia ərizəsindən görünür ki, iddiaçının sənədləri Təhsil Nazirliyində araşdırılmamış və Nazirliyin müvafiq razılığı olmadığı halda təhsil müəssisəsi tərəfindən rəsmiləşdirilmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya diplomun verilməsi üçün heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
4. Məhkəmənin hazırlıq icraat üzrə mümkünlük iclasında iddiaçı iştirak etmir.
5. Məhkəmənin hazırlıq icraat üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia Bakı İnzibati Məhkəməsində baxılmış və iddia mümkün sayılmamışdır.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
10. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4323/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamış və həmin qərardadda iddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi izah edilmişdir.
11. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva