Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4513/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “çıxarışın və plan-ölçüsünün verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X10 Kombinatının” bağçılıq yoldaşlığının Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən 116 saylı 500 kv.m bağ sahəsinin adına özəlləşdirilməsi (daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi) barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddia tələb ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə X2 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmidşir.
3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbinin “iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində X2 adına verilmiş kadastr planı ilə üst-üstə düşən hissə çıxarılmaqla yerdə qalan torpaq sahəsinə dair çıxarışın və plan-ölçüsünün verilməsi” kimi qeyd edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, ona keçmiş Bakı şəhər XDS (indiki Bakı şəhər İH) arxiv fondu üzrə, kollektiv bağlarının layihələndirilməsinə icazəyə dair xx.xx.1989-cu il tarixli, 10/369 saylı qərarı (rus dilində) ilə “X10 Kombinatının” bağçılıq yoldaşlığı üzvlərinin siyahısı üzrə “X10 Kombinatının” bağçılıq yoldaşlığının Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən 116 saylı 500 kv.m bağ sahəsi verilmişdir. X8 və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-H0122- 8/2024 (**********78) saylı məktubunda təsdiq olunur. Sözügedən qərarın təsdiq edilmiş arxiv çıxarışı isə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-H-00198/2024 saylı məktubu ilə ona təqdim olunmuşdur. İddiaçı adına olan ona təqdim olunmuş ləğv edilmiş X9 Xəritəçəkmə Komitəsi tərəfindən “X10 Kombinatının” bağçılıq yoldaşlığının Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən 116 saylı 500 kv.m bağ sahəsinə dair tərtib edilmiş X7 kitabında 23 yanvar 2009-cu il tarixdə 12622 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü, həmçinin, bunu təsdiq edir. Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- H0122-8/2024 (**********78) saylı məktubu, ləğv edilmiş X9 Xəritəçəkmə Komitəsi tərəfindən “X10 Kombinatının” bağçılıq yoldaşlığının Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən 116 saylı 500 kv.m bağ sahəsinə dair tərtib edilmiş X7 kitabında 23 yanvar 2009-cu il tarixdə 12622 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü və keçmiş Bakı şəhər XDS (indiki Bakı şəhər İH) arxiv fondu üzrə, kollektiv bağlarının layihələndirilməsinə icazəyə dair xx.xx.1989-cu il tarixli, 10/369 saylı qərarından (rus dilində) təsdiq edilmiş arxiv çıxarışını əlavə edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixdə sözügedən ona ayrılmış bağ sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsini ərizə il xahiş etmişdir, lakin bu yaxınlarda “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə cavabdehdən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-H-0514-8/2024 (**********13) saylı məktubu almışdır. İmtina məktubunda cavabdeh yazmışdır ki, “Qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, idarənin arxiv qovluğunda bağçılıq-yoldaşlığın bölgü sxemi aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən tərəfindən təqdim olunmuş ləğv olunmuş X9 Xəritəçəkmə Komitəsinin “Torpaq Sahəsinin planı və ölçüsü” sənədi (kadastr planı) ilə torpaq sahəsinin faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki sahənin bir hissəsi kadastr planından kənarda yerləşməklə digər fiziki şəxsin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür.” Məhkəməyə bildirmək istəyir ki, cavabdehə təqdim etdiyi hüquqmüəyyənedici sənədlər kimi keçmiş Bakı şəhər XDS (indiki Bakı şəhər İH) arxiv fondu üzrə, kollektiv bağlarının layihələndirilməsinə icazəyə dair xx.xx.1989-cu il tarixli, 10/369 saylı qərarından (rus dilində) təsdiq edilmiş arxiv çıxarışı və ləğv edilmiş X9 Xəritəçəkmə Komitəsi tərəfindən “X10 Kombinatının” bağçılıq yoldaşlığının Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən 116 saylı 500 kv.m bağ sahəsinə dair tərtib edilmiş X7 kitabında 23 yanvar 2009cu il 2 tarixdə 12622 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü kifayət olmalı idi. Bundan əlavə, tərəfindən təqdim olunmuş ləğv olunmuş X9 Xaritəçəkmə Komitəsinin “Torpaq Sahəsinin planı və ölçüsü” sənədi (kadastr planı) ilə torpaq sahəsinin faktiki yerləşməsi arasında uyğunsuzluq tərəfindən qurulmamışdır. Faktiki sahənin bir hissəsi kadastr planından kənarda yerləşməklə adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşmüş digər fiziki şəxsin məlumatları ona cavabdeh tərəfindən açıqlanmamışdır. Hesab edir ki, məsələni ətraflı araşdırmaq istəmədiyindən cavabdeh ona əsassız və qanunsuz imtina cavabını vermişdir.
5. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, idarənin arxiv qovluğunda bağçılıq-yoldaşlığın bölgü sxemi aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən tərəfinizdən təqdim edilmiş ləğv olunmuş X9 Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (kadastr planı) ilə torpaq sahəsinin faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki sahənin bir hissəsi kadastr planından kənarda yerləşməklə digər fiziki şəxsin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür.
6. Cavabdehin iddiaçıya olan digər imtina məktubunda qeyd edilmişdir ki, “X10 Kombinatının” bağçılıq yoldaşlığı üzvlərinin siyahısında İddiaçı (siyahıda olduğu kimi) adı qeyd edilmişdir. Lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinə dair onun adına hüquqmüəyyənedici sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmamışdır. İddiaçı adına ləğv edilmiş X9 Xəritəçəkmə Komitəsi tərəfindən “X10 Kombinatının” bağçılıq yoldaşlığının Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən 116 saylı 500 kv.m bağ sahəsinə dair tərtib edilmiş X7 kitabında 23 yanvar 2009-cu il tarixdə 12622 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi İdarənin arxivində mövcuddur.
7. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, idarənin arxiv qovluğunda bağçılıq-yoldaşlığın bölgü sxemi aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən tərəfinizdən təqdim edilmiş ləğv olunmuş X9 Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (kadastr planı) ilə torpaq sahəsinin faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki sahənin bir hissəsi kadastr planından kənarda yerləşməklə X2 adına verilmiş **********00268 nömrəli kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş X9 Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 409557 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmişdir ki, Qaradağ rayonu Şıx Pirsaat b/y-nın xx.xx.1992-ci il tarixli 3 saylı protokolu əsasında 115 saylı bağ evi tikmək üçün 500 kv.m. torpaq sahəsi X2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
9. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş X9 Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 123469 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmişdir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/369 saylı qərarı və X10 Kombinatının b/y-nın xx.xx.1992-ci tarixli 03 saylı protokolu əsasında 116 saylı bağ evi tikmək üçün 500 kv.m. torpaq sahəsi İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
10. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-18846/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına ləğv olunmuş X9 Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (kadastr planı) ilə torpaq sahəsinin faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki sahənin bir hissəsi (**********0268) digər fiziki şəxsin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür.
11. Məhkəmə sorğusu əsasında Dövlət Arxinin Bakı Filialı tərəfindən təqdim edilmiş Bakı şəhəri X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 nömrəli qərarı ilə “X10 Kombinatının” bağçılıq yoldaşlığı üzvlərinin siyahısı üzrə “X10 Kombinatının” bağçılıq yoldaşlığının Qaradağ rayonu, Şıxlar-2 bağ massivində torpaq sahəsi ayrılmışdır.
12. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Ələt AEK-nın Bağçılıqyoldaşlıq cəmiyyətinin İdarə Heyətinin 3 saylı iclasının xx.xx.1192-ci il tarixli protokolundan olan çıxarışda qeyd edilmişdir ki, İddiaçı Şıxlar İİ sahəsinin siyahısında təsdiq edildiyi üçün ona 116 saylı yerdə 500 kv.m. torpaq sahəsi ayrılmışdır.
13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Şıxlar İİ bağ massivi 116 saylı bağ hüquq müəyyənedici sənəd üzrə 0.04982, faktiki sahəsi 0.5 ha təşkil edir. Torpaq sahəsinin sərhədlərinə daş bloklar düzülmüşdür. Bir tərəfdən yol, üç tərəfdən qonşularla əhatə olunmuşdur. Bağ sahəsi üzərində tikili yoxdur. DT və XK-i tərəfindən verilmiş plan ölçüsü ilə faktiki vəziyyət arasında fərq mövcuddur.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İddia mümkündür.
İİ Məhkəmənin mövqeyi
21. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989cu il tarixli 10/369 saylı qərarı və X10 Kombinatının b/y-nın xx.xx.1992-ci tarixli 03 saylı protokolu əsasında İddiaçı Şıxlar İİ bağ massivində 500 kv.m olan 116 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı tərəfindən cavabdehə məktub ünvanlanaraq adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir.
22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
23. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
24. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
25. Azərbaycan Respublikası X9 Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
30. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
31. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/369 saylı qərarı və X10 Kombinatının b/y-nın xx.xx.1992-ci tarixli 03 saylı protokolu əsasında İddiaçı Şıxlar İİ bağ massivində 500 kv.m olan 116 saylı bağ sahəsi ayrılmışdır, torpaq sahəsi geri alınmamış, bağ sahəsinin ayrılmasına dair qərar ləğv edilməmiş və bağ sahəsi ilə bağlı mübahisə yoxdur.
32. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, qeyd olunan torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, idarənin arxiv qovluğunda bağçılıq-yoldaşlığın bölgü sxemi aşkar olunmamışdır. Faktiki sahənin bir hissəsi kadastr planından kənarda yerləşməklə digər fiziki şəxsin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür.
33. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
34. Belə ki, məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən 116 saylı bağ sahəsinə dair sənədlərdən müəyyən edildi ki, X10 Kombinatının b/y-nın xx.xx.1992-ci tarixli 03 saylı protokolu əsasında İddiaçı Şıxlar İİ bağ massivində 500 kv.m olan 116 saylı bağ sahəsi ayrılmışdır. X9 Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən bağ sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçü” sənədinə əsas Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/369 saylı qərarı və X10 Kombinatının b/y-nın xx.xx.1992-ci tarixli 03 saylı protokolu olmuşdur. (Protokolundan çıxarış və üzvlük kitabçasının surəti cavabdeh orqanın arxivindədir)
35. Məhkəmə cavabdehin idarənin arxiv qovluğunda bağçılıq-yoldaşlığın bölgü sxeminin aşkar edilməməsinə münasibətdə isə qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən 116 saylı bağ sahəsinə dair arxiv qovluğunda bağların bölgü sxemi mövcuddur və 116 saylı bağ sahəsi sxemdə qeyd edilib.
36. Cavabdehin digər dəlili ondan ibarətdir ki, faktiki sahənin bir hissəsi kadastr planından kənarda yerləşməklə digər fiziki şəxsin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində X2 adına verilmiş kadastr planı ilə üst-üstə düşən hissə çıxarılmaqla yerdə qalan torpaq sahəsinə dair çıxarışın və plan-ölçüsünün verilməsi” kimi qeyd edilməsini xahiş etmişdir.
38. Məhkəmə hesab edir ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnmalıdır.
39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
40. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. “X10 Kombinatının” bağçılıq yoldaşlığının Qaradağ rayonu, Şıxlar-2 bağ massivində yerləşən, İddiaçı faktiki istifadəsində olan 116 saylı sahəsində X2 adına verilmiş kadastr planı ilə üst-üstə düşən hissə çıxarılmaqla yerdə qalan torpaq sahəsinə dair çıxarışın və plan-ölçüsünün verilməsi öhdəliyi cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva