Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4515/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı Tahir qızının, cavabehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Tahir qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin özəlləşdirilməsinə razılıq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tahir qızı cavabdeh Bakı şəhəri Cavabdehnəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilməsinə razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X6 22 saylı MKİS-də dalandar vəzifəsində işləmişdir. İddiaçı xüsusi mülkiyyətdə yaşayış sahəsi olmadığına görə uzun müddət kirayədə yaşayır. Lakin iddiaçının maddi vəziyyəti qənaətbəxş olmadığından yaşayış sahəsi ilə təmin olunmağı üçün anası tərəfindən 22 saylı MKİS-ə müraciət olunmuşdur. 22 saylı MKİS tərəfindən həmin müraciət baxılması üçün Cavabdehnə göndərilmiş və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 102 saylı evin yarımzirzəmisində yerləşən 1a saylı, bir otaqlı mənzilin xidməti mənzil kimi iddiaçının anasına verilməsi təklif olunmuşdur. Həmin məsələyə Cavabdeh mənzil məsələləri üzrə ictimai komissiyasında baxılmış və həmkarlar təşkilatının qərarı nəzərə alınmaqla yuxarıda qeyd edilmiş mənzilin iddiaçının anasına verilməsi və bununla bağlı xidməti orderin də verilməsi barədə 1118 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncam qəbul edilmişdir. Həmin sərəncam əsasında iddiaçının anası X3 adına xx.xx.2005-ci il tarixli, 003578 nömrəli xidməti order tərtib olunaraq təqdim olunmuşdur. İddiaçının anası X6 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bundan sonra iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə müraciət etmiş və həmin notariat ofisində anasının yeganə vərəsəsi kimi iddiaçı müəyyən olunmuşdur. Notariat Ofisi tərəfindən iddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə onun adına reyestrdən çıxarışın verilməsi üçün ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin həmin İdarə mənzilin xidməti mənzil fonduna aid olmasını əsas gətirərək özəlləşdirilməsinə razılıq verilməsi üçün Cavabdehnə müraciət edilməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı yaşadığı mənzilin özəlləşdirilməsinə razılıq verilməsi üçün Cavabdehnə müraciət etmişdir. İddiaçının müraciətinə baxılmış və xx.xx.2020-ci il tarixdə imtina məktubu verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə)45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə Cavabdehnə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda Mənzil Məcəlləsinin 92-ci, 91.3-cü, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə istinad edilmiş, həmçinin, qeyd edilmişdir ki, xidməti mənzilin özəlləşdirilməsi rayon icra hakimiyyətinin səlahiyyətində olmadığı, eyni zamanda rayon icra hakimiyyəti tərəfindən xidməti orderlə mənzil verilmiş şəxs X3 vəfat etməsi nəzərə alınaraq iddia əsassız olduğundan təmin edilməməlidir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçıiddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - AZ-İ seriyalı, 362499 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı anası X4r. - AZ-İİ seriyalı, 059300 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 2207 nömrəsi ilə qeydiyyata aparılmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 1118 saylı, xx.xx.2005-ci il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, 22 saylı MKİS-in müdüriyyət və həmkarlar təşkilatının 14 oktyabr 2005-ci il tarixli, 2 saylı qərarı təsdiq edilmiş, Şərifzadə küçəsi, 102 saylı evin yarımzirzəmi hissəsində yerləşən yaşayış sahəsinin 16.3 kv.metr, 1 otaqlı, 1a saylı mənzilinin xidməti mənzil fonduna keçirilməklə X5 verilməsi və ona xidməti orderin verilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 1118 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən verilmiş 003578 saylı, xx.xx.2005-ci il tarixli xidməti orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin order X5 ona görə verilmişdir ki, onun 1 nəfərdən ibarət ailə tərkibi ilə ünvan 3 ünvanında yerləşən 16.3 kv.metr ümumi sahəsi olan mənzil sahəsini tutmaq hüququ var. - 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 151 saylı məktubda bildirilmişdir ki, mərhum X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə müraciət daxil olmuşdur. X1 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. ünvan 5, mənzil 1A-a dair hüquqmüəyyənedici sənədin çıxarışın verilməsi xahiş olunur. İş materiallarından görünür ki, iddiaçı xidməti order əsasında onun mərhum anasına verilmiş ünvan 5 ünvanında yerləşən 1A saylı mənzilin özəlləşdirilməsinə dair razılıq verilməsi barədə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış M-132-068 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən bununla bağlı xahişin yerinə yetirilməsi mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin 100-cu maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 103-cü maddəsinin 2-ci hissəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Həmin Məcəllənin 103-cü maddəsinin 3-ü hissəsinə əsasən qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Hazırkı iş üzrə 003578 saylı, xx.xx.2005-ci il tarixli xidməti order də 22 saylı MKİSin uçotu və bölüşdürülməsi şöbəsinin kommunal təsərrüfatlı şöbəsi tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.1-ci bəndinə əsasən şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək yerli icra hakimiyyəti başçısının dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində səlahiyyətlərindən biridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçının mərhum anası X3 ünvan 5, mənzil 1A-ya dair əmlak hüquqlarının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin deyil, həmin Məcəllə qüvvəyə minənədək, yəni 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranması halını nəzərdən qaçırmışdır. Yuxarıda qeyd edilənlərdən başqa məhkəmə cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazında qeyd edilmiş müvafiq olaraq iddiaçının inzibati orqana ünvanlanmış müraciətinin və iddianın təmin edilməməli olmasına dair arqumentlərini hüquqi baxımdan tam əsaslı hesab etmir. Birincisi, ona görə ki, iddiaçının müraciəti “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq xidməti yaşayış sahəsinin özəlləşdirilməsinin həyata keçirilməsi ilə deyil, yaşayış sahəsinin özəlləşdirilməsinə həmin yaşayış sahəsinin özəlləşdirilməsinə dair müvafiq mənzilin balansında olduğu inzibati orqanın münasibət bildirməsi ilə əlaqədardır. İkincisi, iddiaçının müraciətinin təmin edilməməsinin konkret hüquqi əsasları ona ünvanlanmış cavab məktubunda, adına xidməti order verilmiş şəxsin vərəsəsinin müvafiq əmlaka dair mülkiyyət hüquqlarının (sahiblik, istifadə və sərəncamvermə) olmamasının konkret hüquqi əsasları isə iddiaya dair yazılı etirazda göstərilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsində qeyd edilmişdir ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə yuxarıda şərh edilən normativ hüquq aktlarının tələblərinə uyğun olaraq yenidən baxmalı və işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlarının müvafiq müddəalarını göstərməklə müvafiq inzibati akt qəbul etməlidir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda iddianın predmetini inzibati orqan tərəfindən məcburi olaraq və ya diskresion səlahiyyət əsasında qəbul edilən qərarlar təşkil edir. Hər iki halda məhkəmə özü inzibati akt qəbul etmir, çünki hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq olaraq inzibati aktın qəbulu inzibati orqanların işidir. Məhkəmə yuxarıda göstərilənlərə, həmçinin, müvafiq məsələnin tənzimlənməsi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının mənzilin özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı müraciəti üzrə zəruri araşdırmaların aparılması İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, cavabdeh inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İnzibati Prosessual Məcəllənin 68.2. maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı İddiaçı Tahir qızının müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Cavabdeh üzərinə öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı İddiaçı Tahir qızının müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Cavabdeh üzərinə öhdəlik qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4515/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4515/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver