Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4517/2025 17.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəyndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-213293/2024 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-213293/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında müəssisəyə 2021-ci il üçün kameral qaydada 43449,49 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır. Aşağıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, qərar qanunsuz və əsassızdır. Qərarda hesablamanın əsası kimi göstərilmişdir ki, aparılmış araşdırmalar nəticəsində 2021-ci il ərzində tərəfinizdən elektron alış aktı tərtib edilməklə 8687269,36 manat dəyərində malların alındığı aşkar olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq kameral hesablamadan sonra bu dövrə təqdim olunan bəyannamənin nəzərə alınması üçün əsaslar müəyyən edilmədiyindən kameral hesablama bərpa olunur. Qərarda hesablamanın dəqiq səbəbi göstərilməmişdir. Ümumilikdə qeyd edilməlidir ki, tərəfimizdən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərclər hissəsində bəzi göstəricilər cavabdeh tərəfindən qəbul edilməmişdir. Belə ki, təqdim edilmiş bəyannamə ilə kameral yoxlama göstəriciləri müqayisə olunduqda müəyyən olunur ki, malın dəyəri 2881714,24 manat göstərildiyi halda kameral yoxlama göstəricilərində malın dəyəri 2688014,26 manat hissədə qəbul edilmiş eləcə də digər xərclərlə bağlı hissə də daxil olmaqla birlikdə ümumilikdə 217246,52 manat xərc məbləği nəzərə alınmamışdır. Lakin, bu şəkildə hesablama qanunvericiliyin tələbinə ziddir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən Gəlir - malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı MMC (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 3 /2-213293/2024 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının irəli sürdüyü iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir. Mübahisələndirilən qərara dair bildiririk ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı MMC-nin (VÖEN: **********) 2021-ci il üçün Mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamanın tərkibi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsində araşdırılmışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Məlumat üçün bildiririk ki, **********375500 nömrəli, xx.xx.2025-ci il tarixli xidməti məktuba əsasən hesablanmanın əsası tərəfimizdən müəyyən edilmişdir. Belə ki, aparılan araşdırma zamanı vergi ödəyici tərəfindən 2021-ci il ərzində "xxxx" MMC -yə fiziki şəxs X3 tərəfindən təqdim edilmiş alış aktlarının araşdırılması zamanı müvafiq fiziki şəxsin vergi orqanına verdiyi yazılı izahatında "xxxx" MMC-yə heç bir mal təqdim etmədiyini bildirməsi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, "xxxx" MMC-yə (VÖEN:**********) fiziki şəxs X3 tərəfindən təqdim edilmiş alış aktları ləğv edilsədə 2021-ci mənfəət vergisi bəyannaməsində xərclərə daxil edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq kameral hesablamadan sonra bu dövrə təqdim olunan bəyannamənin nəzərə alınması üçün əsaslar müəyyən edilmədiyindən kameral hesablama bərpa olunmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********312600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Əlavə olaraq, bildiririk ki, **********970200 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-cü il Mənfəət vergisi bəyannaməsi üzrə 43,449,49 manat əlavə vergi məbləği hesablanmış toplamda 44,829,51 manat məbləğində vergi hesablanmışdır və bu barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-213293/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən malsatan və podratçılardan satın alınan istehsal ehtiyatları aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir; 3.1.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını ƏDVnin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesabfakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir. 3.4-cü bəndinə əsasən idxal olunan istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə mədaxili alış dəyərini təsdiq edən sənəd və istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə təhvil verilməsi ilə bağlı tərtib olunan “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal olunan istehsal ehtiyatları uçota alınarkən həmin istehsal ehtiyatlarının idxalına dair gömrük bəyannamələri, faktura (invoys) və istehsal ehtiyatlarının satın alınmasına dair müqavilə əsas götürülür. Həmin sənədlərə idxal olunan istehsal ehtiyatlarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal olunan istehsal ehtiyatları uçot sənədlərində qeydiyyata alınarkən həmin istehsal ehtiyatlarının alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, istehsal ehtiyatlarının yüklənmə, boşaldılma, yenidən yüklənmə və sığorta xərclərinin cəmi nəzərə alınır. Həmçinin məlum olduğu kimi Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Əlavə olaraq, Cəmiyyət **********970200 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavədə qeyd edilmişdir ki, məhkəmə icraatı dövründə iddiaçının qeyd etdiyi istinadların əsassız olduğuna dair aşağıdakı sübutları və vergi orqanının mövqeyini məhkəməyə təqdim edirəm. İddiaçının mövqeyinə münasibət: Mübahisələndirilən 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində uyğunsuzluqlardan biri vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu xx.xx.2024-cu il tarixli dəqiqləşmiş bəyannamədə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin cəmi ilə 2021-ci il üzrə yanvar-dekabr ayları üzrə ƏDV bəyannamələrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin (ƏDV nəzərə alınmadan) cəminin uyğunsuzluq təşkil etməsidir. İddiaçı tərəf təqdim etdikləri sonuncu bəyannamədə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin cəmi məbləğinin 2992309,12 manat olduğunu, 2021-ci ilin bəzi dövrlər üzrə ƏDV bəyannamələrinə dəqiqləşmiş bəyannamələr təqdim etdiklərini, müvafiq düzəlişlər vergi orqanı tərəfindən təsdiq edildiyini və nəticədə 2021-ci ilin yanvar-dekabr ayları üzrə ƏDV bəyannamələrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin (ƏDV nəzərə alınmadan) cəmi, mənfəət vergisi bəyannaməsinin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin cəmi məbləğinə, yəni 2992309,12 manata bərabər olduğu qeyd edilmişdir. Lakin vergi ödəyicisinin bu iddiaları öz təsdiqini tapmamışdır. Belə ki, 2021-ci il üzrə vergi ödəyicisinin yanvar-dekabr ayları üzrə ƏDV bəyannamələrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin (ƏDV nəzərə alınmadan) cəminin 3005371,36 manat olduğu halda, tərəf 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin cəmini 2992309,12 manat olaraq təqdim etmiş və nəticədə uyğunsuzluq yaranmışdır. Buna uyğun olaraq, kameral vergi yoxlaması ilə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin cəmi 3005371,36 manat olaraq düzəliş edilmişdir. 2021-ci ilin ƏDV bəyannamələri üzrə icmal cədvəl və 2021-ci ilin yanvar-dekabr ayları üzrə ƏDV bəyannamələri etiraza qoşma olaraq əlavə edilir. Digər uyğunsuzluq iddiaçı tərəf 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin Əlavə 1-də göstəricilərin nəqliyyat vasitələri və digər əsas vəsaitlər üzrə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114-cü maddəsində müəyyən edilən normalardan artıq hesablamışdır. İddiaçı tərəf buna əsas kimi Vergi Məcəlləsinin 114.3-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla kiçik sahibkarlıq subyekti olduqları üçün sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxdıqlarını bildirmişdir. Bunu uyğun olaraq bildiririk ki, vergi ödəyicisinin 2021-ci il üzrə gəlirləri 3005371,36 manat olduğundan onun kiçik sahibkarlıq subyekti olmaq hüququ yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 556 nömrəli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na görə illlik gəliri 200000,00 manatdan 3000000,00 manatadək olan sahibkarlıq subyektləri kiçik sahibkarlıq subyektinə aid edilir. Belə olan halda iddiaçının 2021-ci il üzrə illik gəliri 3005371,36 manat olduğundan vergi ödəyicisi orta sahibkarlıq subyekti hesab edilir ki, amortizasiya ayırmalarını üzrə Vergi Məcəlləsinin 114-cü maddəsində orta sahibkarlıq subyektlərinə hər hansı güzəşt nəzərdə tutulmamışdır. Odur ki, mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən amortizasiya ayırmalarına hər hansı əmsalın tədbiq edilməsi əsassızdır. YEKUN ƏSASLANDİRMA; 1. Vergi ödəyicisinin 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə gəlirlərinin 3005371,36 olduğu, iddiaçının özünün təqdim etdiyi 2021-ci il üzrə ƏDV bəyannamələri ilə təsdiq edilir. 2. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2021-ci il ərzində İddiaçı MMC-yə fiziki şəxs X3 tərəfindən elektron alış aktları ilə malların təqdim edildiyi müəyyən edilmiş, lakin fiziki şəxs X3 tərəfindən vergi orqanına təqdim edilən yazılı izahatda cəmiyyətə heç bir mal təqdim edilmədiyi bildirmişdir (ilkin etirazda məlumatlar təqdim edilib). Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı MMC-nin iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********063600 nömrəli qərarında” qeyd edilmişdir ki, 2021-ci il ərzində İddiaçı MMC-yə fiziki şəxs X4 tərəfindən təqdim edilmiş alış aktlarının araşdırılması zamanı fiziki şəxs X4 tərəfindən vergi orqanına təqdim etdiyi yazılı izahatında Cəmiyyətinizə heç bir mal təqdim etmədiyini bildirmişdir. Tərəfinizdən fiziki şəxs X2 əldə edilmiş alış aktları ləğv edilsə də mənfəət vergisi bəyannaməsi üzrə xərclər sətirlərində 208226,4 manat ləğv edilmiş alış aktları üzrə xərclərin göstərildiyi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarda qeyd edilmişdir ki, 1. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməsin. 2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********063600 nömrəli Qərar dəyişdirilmədən saxlanılması qərar alınmışdır.
7. xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 3-21-2-3/2-213293/2024 qərarında" qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən aparılmış araşdırmalar nəticəsində 2021-ci il ərzində tərəfinizdən elektron alış aktı tərtib edilməklə 8687269,36 manat dəyərində malların alındığı aşkar olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq kameral hesablamadan sonra bu dövrə təqdim olunan bəyannamənin nəzərə alınması üçün əsaslar müəyyən edilmədiyindən kameral hesablama bərpa olunur. 43.449,49 manat əlavə hesablanmş vergi və ya siğorta haqqı məbləği müəyyən edilmişdir.
8. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi etiazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
12. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. Mübahisələndirilən qərar: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-213293/2024 nömrəli qərarı
14. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 49.4 Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
15. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
16. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
17. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 213293/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
19. Mübahisə vergi orqanı tərəfindən iddiaçının xərc kimi əsaslandırdığı mənfəət vergi bəyannaməsinin qəbul edilməməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, təqdim etdiyi xərc sənədləri tam nəzərə alınmamışdır.
20. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir.
21. Həmin Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir.
22. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
23. Həmin Məcəllənin 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Məhkəmə tərəfindən müəyyən edildi ki, “MODERN 2020" MMC tərəfindən təqdim edilmiş 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. 2021-ci il ərzində "xxxx" MMC-yə fiziki şəxs X3 tərəfindən təqdim edilmiş alış aktlarının araşdırılması zamanı müvafiq fiziki şəxsin vergi orqanına verdiyi yazılı izahatında "xxxx" MMC-yə heç bir mal təqdim etmədiyini bildirməsi müəyyən edilmişdir. "xxxx" MMC fiziki şəxs X3 tərəfindən təqdim edilmiş alış aktları ləğv edilsə də, 2021-ci mənfəət vergisi bəyannaməsində xərclərə daxil edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
25. İddiaçı iddia ərizəsində həmçinin qeyd etmişdir ki, mübahisələndirilən 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşmiş bəyannamədə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin cəmi ilə 2021-ci il üzrə yanvar-dekabr ayları üzrə ƏDV bəyannamələrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin (ƏDV nəzərə alınmadan) cəmində uyğunsuzluq var.
26. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, 2021-ci il üzrə vergi ödəyicisinin yanvar-dekabr ayları üzrə ƏDV bəyannamələrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin (ƏDV nəzərə alınmadan) cəminin 3005371,36 manat olduğu halda, iddiaçı 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin cəmini 2992309,12 manat olaraq təqdim etmiş və nəticədə uyğunsuzluq yaranmışdır. Buna uyğun olaraq, vergi orqanı kameral vergi yoxlaması ilə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin cəmi 3005371,36 manat olaraq düzəliş edilmişdir.
27. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
28. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. İddia əsassız hesab edilməli və rədd edilməlidir.
29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva