Məhkəmə qərarları › İş №2-1(112)-4518/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4518/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4518/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı Şamil oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Şamil oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy döyüş bölgəsində döyüşmüşdür. AR Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli arxiv arayışında da qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N2 avqust N992-ci il tarixli N6 nömrəli əmrində onun şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq sıravi hərbi rütbə verilməsi barədə məlumat vardır. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin ona cavabdeh tərəfindən N2 sentyabr 2022-ci il tarixdə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, hərbi xidməti təsdiqlənmədiyindən müraciətindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır və mənim hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziyə) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: -Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. -Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və yə arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-53N8 nömrəli arxiv arayışından da göründüyü kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil edilmişdir, lakin hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsaslan baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteram və əmək veteram adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N (N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, "Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlannda iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə Öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxanda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.N970-ci il təvəllüdlü İddiaçı ünvan N ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N992-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.N996-cı il tarixindən Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli 3N4 nömrəli əmri ilə hərbi xidmətdən tərxis olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 mart 2023-cü il tarixli, 4/2-N39N nömrəli məktubunda bildirilmişdir ki, 98N №-li hərbi hissə komandirinin N2 avqust N992-ci il tarixli N6 №-li əmrində (əsas: səh N3, § N, sıra 3, əmrdə atasının adı Saman yazılmışdır) Sabunçu RHK-dan çağırılmış, N970ci il təvəlüdlü İddiaçı Saman oğlunun “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. 98N №-li hərbi hissə komandirinin N fevral N993-cü il tarixli 36 №-li əmrində (əsas: § 2, sıra 22, əmrdə atasının adı Salim yazılmışdır) sıravi İddiaçı Salim oğlunun quraşdırma komandiri vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. 98N №-li hərbi hissə komandirinin 2N iyun N993-cü il tarixli 94 №-li əmrilə (əsas: § N, sıra 25) sıravi İddiaçı quraşdırma komandiri vəzifəsinə təyin edilmişdir. 98N №-li hərbi hissə komandirinin N oktyabr N993cü il tarixli N40 №-li əmrində (əsas; səh 33, § N, sıra N, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı baş hesab nömrəsi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. 98N №-li hərbi hissə komandirinin N iyun N994-cü il tarixli 60 №-li əmrində (əsas; səh N7, § 9, sıra 40, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı sürücü vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. 98N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh 29, sıra 73, məlumatda atasının adı Salim yazılmışdır) Sabunçu RHK-dan çağırılmış, xx.xx.N970-ci il təvəllüdlü İddiaçı Salim oğlunun komandirin xx.xx.N992-ci il tarixli N6№li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və şəxsi heyətin siyahısından çıxarılma qrafasında ehtiyata tərxis olunduğu üçün Sabunçu RHK-na göndərilməsi barədə məlumat vardır, lakin komandirin əmrinin nömrəsi və tarixi qeyd edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Sabunçu Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-43-70/2-732/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsindəki mövcud arxiv-uçot sənədlərində xx xxxxxx N970-ci il təvəllüdlü İddiaçı Şamil oğlunun hərbi xidmət keçməsinə dair məlumat aşkar olunmadı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 3-3-N2/3-30-30N7/23 nömrəli məktubunda bildirilmişdir ki, Vətəndaş İddiaçı N992-N996-cı illərdə N və N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, N2/2- 45559 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki, xx.xx.N970-ci il təvəllüdlü İddiaçı Sabunçu Rayon Məhkəməsinin xx.xx.N997-ci il tarixli hökmü ilə CM-nin N43 M 3H, 83 M N H, 23-N maddəlrəi ilə 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.N998-ci ildə amnistiya qərarına əsasən azad olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06 iyun 2023-cü il tarixli, 4/2-3044 nömrəli məktubunda bildirilmişdir ki, 98N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N994xx.xx.N998, səh-29, sıra-73, məlumatda atasının adı “Salim” yazılmışdır) xx.xx.N992-ci il tarixdə Sabunçu RHK-dan çağırılmış, xx.xx.N970-ci il təvəllüdlü İddiaçı Salim oğlunun hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N6 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qrafasında ehtiyata tərxis olunaraq Sabunçu RHK-na göndərilməsi (hərbi hissə komandirinin əmrinin nömrəsi, tarixi və Müdafiə nazirinin əmri, tarixi və nömrəsi yazılmamışdır) qeyd olunmuşdur. 98N №-li hərbi hissə komandirinin xx.xx.N992-öi'il tarixli N6 №-li əmrində (əsas: §-N, səh-N3, sıra-3, əmrdə atasının adı “Saman” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) Bakı şəhəri Sabunçu RHK-dan çağırılmış, N970-ci il təvəllüdlü İddiaçı Saman oğlunun xx.xx.N992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınması və “sıravi" hərbi rütbəsinin verilməsi barədə məlumat vardır. 98N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 36 №-li əmrində (əsas: §-2, səh-05, sıra-25, əmrdə atasının adı “Salim” yazılmışdır) sıravi İddiaçı Salim oğlunun 503 yarımbölmədə quraşdırıcı komandiri vəzifəsinə təyin olunması qeyd edilmişdir. 98N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 94 №-li əmrində (əsas: §-N, səh-46, sıra-25, əmrdə atasının adı “Şamil” yazılmışdır) sıravi İddiaçı 503 yarımbölmədə quraşdırıcı komandiri vəzifəsinə təyin olunması qeyd edilmişdir. 98N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N40 №-li əmrində (əsas: §-N, səh-33, sıra-N, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı 503 yarımbölmədə quraşdırıcı komandiri vəzifəsindən azad edilərək baş hesab nömrəsi vəzifəsinə təyin olunması barədə məlumat vardır. 98N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 60 №-li əmrində (əsas: §-9, səh-N7, sıra-40, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı 503 yarımbölmədə (ZRDN) sürücü vəzifəsinə təyin olunması barədə məlumat vardır. 98N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 82 №-li əmrində (əsas: §-6, səh-46, sıra-36, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi texnikanın istismarına buraxılan 503 yarımbölüyünün şəxsi heyətinin siyahısında, sürücü vəzifəsində, sıravi İddiaçı adı qeyd edilmişdir. Qeyd edirik ki, 98N №-li hərbi hissə komandirinin iyun-iyul N996-ci il. sentvabr-oktvabr N996-cı il nizami hissə üzrə əmrlərində İddiaçı (Şamil) oğlunun ehtiyata tərxis olunması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il yanvar-dekabr N994-cü il, oktyabr N995-ci il, oktyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı (Şamil) oğlu barəsində məlumat aşkar olunmamışdır. Məktubunuza əlavə edilmiş İddiaçı (Şamil) oğlunun hərbi biletinin kserosurətində yazılmış N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 86 №-li, xx.xx.N995-ci il tarixli N69 №-li və xx.xx.N996-cı il tarixli 20N №-4i əmri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin sentyabr N992-ci il, oktyabr N995-ci il, oktyabr N996-cı il tarixli əmrlərində öz əksini tapmamışdır. NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 98N(ZRD-ın 5,9 divizionu) №-li hərbi hissənin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.20N9-cu il tarixli, N/M-N2N30 nömrəli məktubda bildirilmişdir ki, Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin arayışına əsasən hərbi xidmətiniz tam təsdiqlənmədiyindən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-cı maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-cu il tarixli, 4/3- N0205 nömrəli məktubda bildirilmişdir ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin arayışına əsasən hərbi xidmətiniz təsdiqlənmədiyindən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-cu il tarixli, 4/3- N200N nömrəli məktubda bildirilmişdir ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin arayışına əsasən hərbi xidmətiniz təsdiqlənmədiyindən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki, iddiaçı barəsində 98N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N6 №-li əmri ilə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınması, xx.xx.N993-cü il tarixli 94 №-li əmri ilə 503 yarımbölmədə quraşdırıcı komandiri vəzifəsinə, xx.xx.N993-cü il tarixli N40 №-li əmri ilə 503 yarımbölmədə quraşdırıcı komandiri vəzifəsindən azad edilərək baş hesab nömrəsi vəzifəsinə, xx.xx.N994-cü il tarixli 60 №-li əmri ilə 503 yarımbölmədə (ZRDN) sürücü vəzifəsinə təyin edilməsi, xx.xx.N994-cü il tarixli 82 №-li əmri ilə hərbi texnikanın istismarına buraxılan 503 yarımbölüyünün şəxsi heyətinin siyahısında, sürücü vəzifəsində olması barədə məlumat olsa da, 98N №-li hərbi hissə komandirinin iyun-iyul N996-ci il, sentvabr-oktyabr N996-cı il nizami hissə üzrə əmrlərində, eləcə də N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il yanvar-dekabr N994cü il, oktyabr N995-ci il, oktyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində barəsində məlumat aşkar olunmamışdır. Başqa sözlə, arxiv sənədlərində iddiaçının N nömrəli hərbi hissə tərkibində hərbi xidmətə qəbul olması barədə məlumat olsa da lakin iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat müəyyən olunmamışdır. İddiaçının hərbi biletində Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli əmri ilə ehtiyata buraxılması, eləcə də xx.xx.N995-ci il tarixli N69 №-li, xx.xx.N996-cı il tarixli 20N nömrəli əmri barədə qeydlər olsa da bu əmrlər Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin oktyabr N995-ci il, oktyabr N996-cı il tarixli əmrlərində öz əksini tapmamışdır. Bundan əlavə iddiaçının hərbi biletində döyüş əməliyyatları aparılan bölgələrdə döyüş əməliyyatlarında iştirakı barədə qeydlər edilməmiş, iddiaçının hərbi xidmət keçdiyi N nömrəli hərbi hissə tam şəkildə deyil, yalnız hərbi hissənin yalnız 5,9-cu zenit-raket divizionları, özü də xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüşlərdə iştirak etmişdir. İddiaçının N nömrəli hərbi hissədə adları çəkilən 5,9-cu zenit-raket divizionlarında, eləcə də xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək aktiv döyüş əməliyyatlarında iştirakı barədə məlumatlar öz əksini tapmamışdır. Başqa sözlə, iddiaçının yuxarıda adıçəkilən Nazirlər Kabinetinin 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin birbaşa tələbinə əsasən hərbi biletlərin yalnız hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda döyüşlərdə iştirak etməni təsdiq edən sənəd qismində qəbul edildiyi, iddiaçının isə döyüşlərdə iştirak etməsi barədə müvafiq əmrlər (əmrlərdən çıxarışlar) olmadığını nəzərə alaraq yalnız hərbi biletdəki qeydlərə istinad etməklə müharibə veteranı adı və vəsiqəsinin verilməsini qanuni hesab etmir. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyə zidd hesab edilə və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Şamil oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar