Məhkəmə qərarları › İş №2-1(112)-4519/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4519/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4519/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiаçı İddiaçı cаvаbdеh Bakı şəhər Baş Polis İdarəsinə qarşı əmrin ləğv edilməsi haqqında iddia tələbinə dair inzibati işə üçüncü şəxs qismində Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyi cəlb edilməklə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ.Mübahisənin predmeti. 1.İddiаçı İddiaçı cаvаbdеh Bakı şəhər Baş Polis İdarəsinə qarşı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, şəxsi heyət üzrə Ə472-039-22 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Daxili Nazirliyinin Polis Akademiyasını bitirərək, 2008-ci ilin yanvar ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmişdir, polis kapitanı rütbəsini daşıyır, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində Cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Elçin Muradov adlı şəxs ondan şikayət edərək guya iddiaçının onu döydüyünü, ona hədə-qorxu gəldiyini bildirmiş və bunun nəticəsində heç bir araşdırma aparılmadan iddiaçı barəsində sərəncama çıxarılmağı haqqında əsassız əmr imzalanmışdır. İddiaçı barəsində “araşdırma" aparan Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, bunun nəticəsində Bakı şəhər Baş Polis İdarəsinin rəisi tərəfindən əmr imzalanmışdır. Həmin əmr iddiaçıya təqdim edilməmişdir, döyüldüyünü iddia edən Elçin Muradovla heç bir üzləşdirmə keçirilmədən, izahatı alınmamış, məsələyə tamamilə səthi yanaşılaraq, qərəzli mövqe nümayiş etdirilərək, iddiaçı sərəncama götürülmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixdə xidmət etdiyi 18-ci Polis Şöbəsində olarkən telefonla ona Nərimanov rayon Polis İdarəsinin kadrlar üzrə baş inspektoru Mehman Əliyev zəng edərək vəzifədən azad olunduğunu, sərəncama götürüldüyünü bildirmişdir. İddiaçı Nərimanov RPİ-yə gedərək, əmri tələb etsə də, ona heç bir əmr verilməmişdir. O həmin əmrlə tanış edilməmişdir, xidmət etdiyi 18-ci Polis Şöbəsinə, Nərimanov RPİ-nə və Bakı şəhər Baş Polis idarəsinə vəkili tərəfindən vəkil sorğusu təqdim edilərək, iddiaçı barəsində imzalanmış sərəncama çıxarılmağı barədə əmrin surəti tələb edilmiş, lakin bu günə qədər əmrin surəti təqdim edilməmişdir.Bundan əlavə, iddiaçı vəkili və nümayəndəsi Vəkil ilə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə gedərək, xidməti araşdırmaya qoşulmaq və izahat vermək istəklərini bildirmişlər, lakin nə iddiaçı, nə də hüquqlarını müdafiə edən vəkil xidməti araşdırma materialları ilə tanış edilməmiş, heç bir məlumat verilməmiş və onların qəbul edilməsindən imtina edilmişdir.İddiaçı barəsində edilmiş şikayətin qısa məzmunu bundan ibarətdir ki, Elçin Muradov adlı şəxs şikayət edərək, guya iddiaçının onu döyməyi barədə əsassız şikayət etmişdir. Məsələnin mahiyyəti bundan ibarətdir ki, iddiaçı 12 ildir ki, Elçin Muradovu tanıyır, onunla münasibəti əvvəllər çox yaxşı olmuşdur. O, iddiaçının yaşadığı evin - ünvan 1 ünvanının yaxınlığında yerləşən 2 saylı Poliklinikada çalışır. İddiaçı 05 oktyabr 2022-ci il tarixdə növbədən sonra evində istirahətdə olarkən, yaşadığı evdən çıxıb marketə gedərkən, marketin qarşısında Elçin Muradovla rastlaşmışdır. Sonuncu iddiaçını gördükdə qışqırmağa başlayaraq, "darıxma, səndən şikayət etmişəm, səni işdən çıxartdıracam, sən gedib mənim rəhbərliyimə məndən şikayət etmisən, mən də səndən şikayət edib çıxartdıracam" deyə qışqıra-qışqıra iddiaçıya bildirmişdir.İddiaçı ondan sakit olmağı, küçədə səs-küy salıb insanları narahat etməməyi, sakitliyə riayət etməyi xahiş etmiş və onu sakitləşdirmək üçün əlini ona tərəf uzatmışdır. Bu zaman o, qəflətən tullanaraq, iddiaçıdan aralanıb, telefonla 102 qaynar xəttinə zəng vurmüşdur. Marketin qarşısında olan kamerada həmin görüntülər əks olunmuşdur. Orada da açıq-aşkar görünür ki, iddiaçı sadəcə əlini ona tərəf uzadır, o isə qeyri-adekvat şəkildə tullanaraq, gözlənilməyən reaksiya verir.Göründüyü kimi, yuxarıda qeyd edilən xüsusatlar ətraflı araşdırılmamış və əsassız əmr imzalanmışdır. Həmin araşdırma ümumiyyətlə iddiaçının iştirakı olmadan, izahatı alınmadan natamam və qanunsuz həyata keçirilmişdir. Ümumiyyətlə, Bakı şəhər Baş Polis idarəsinin Cinayət Axtarış idarəsinin iddiaçının barəsində xidməti araşdırma aparmaq səlahiyyətinin olub-olmaması sual altındadır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh Bakı şəhər Baş Polis İdarəsi göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində Nərimanov RPİ 18-ci PŞ-nin sabiq CA əməliyyat müvəkkili İddiaçı qeyri-rəsmi münasibətdə olduğu X2 2 saylı Poliklinika Şöbəsinin tibb bacısı Lalə Süleymanova ilə həkim-stomatoloq Elçin Muradovun arasında iş prosesində yaranmış mübahisəli vəziyyətə əsassız müdaxilə edərək həmin tibb müəssisəsinin yaxınlığında sonuncu ilə görüşməsi, polis əməkdaşı olmasını yersiz qabardaraq yaranmış mübahisənin L.Süleymanovanın xeyrinə həll edilməsini Elçin Muradovdan tələb etməsi, həmçinin onunla ünsiyyətdə kobudluğa yol verməsi faktı üzrə 2022-ci ilin oktyabr ayında Bakı şəhər BPİ-də xidməti yoxlama aparılmış və qeyd olunan qəbahətlərə yol verdiyinə görə polis kapitanı İddiaçı DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli əmri ilə təsdiq edilmiş əlavəyə əsasən Bakı şəhər BPİ-nin xx.xx.2022-ci il tarixli, Ə433-039-22 nömrəli əmri ilə əsaslı olaraq tutduğu vəzifədən azad edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 4.Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 5.Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Tədqiq edilən sənədlər.

8.İnzibati iş materiallarında olan: 9.Cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən polis kapitanı İddiaçı Baş Polis İdarəsinin şəxsi heyət üzrə əmri ilə Bakı şəhəri Nərimanov RPl-nin 18-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsindən azad edilib, Baş Polis İdarəsinin sərəncamında saxlanılmışdır; 10.Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili,Vəkil Nərimanov rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə, üçüncü şəxsə ünvanlanmış məktublarında Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18-ci Polis Şöbəsində Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışan İddiaçı sərəncama götürülməsi barədə əmrin surətinin təqdim edilməsi xahiş edilmişdir; 11.Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili,Vəkil cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı tutduğu vəzifədən azad edilməsi və sərəncama götürülməsi barədə əmrin surətinin təqdim edilməsi və İddiaçı nümayəndəsi və vəkili qismində araşdırmada iştirakının təmin edilməsi xahiş edilmişdir. 12.Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş: - Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 2022-ci ilin oktyabr ayında vətəndaş X3 RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı tərəfindən fiziki və psixi zorakılığa məruz qalması barədə DİN-in rəhbərliyinə ünvanladığı müraciətinə Bakı şəhər BPİ CAİ-də baxılarkən polis kapitanı İddiaçı 2010-cu ildən qeyri-rəsmi nikah münasibəti qurduğu X6 2 saylı Poliklinika şöbəsinin tibb bacısı Lalə Süleymanova ilə həkim-stomatoloq Elçin Muradovun arasında iş prosesində yaranmış mübahisəli vəziyyətə əsassız müdaxilə edərək sonuncu ilə görüşməsi və polis əməkdaşı olmasını yersiz qabardaraq yaranmış mübahisənin Lalə Süleymanovanın xeyrinə həll edilməsini ondan tələb etməklə ünsiyyətdə kobudluğa yol verməsi müəyyən olunduğu üçün Bakı şəhər BPİ-nin xx.xx.2022-ci il tarixli, Ə433-039-22 nömrəli əmri ilə polis kapitanı İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Göstərilənlər baxımından, İddiaçı tutduğu vəzifədən azad olunmasına dair Bakı şəhər BPİ-nin xx.xx.2022-ci il tarixli, Ə433-039-22 nömrəli əmrinin qanuni hesab edilərək qüvvədə saxlanılması, əvvəlki vəzifəsinə xidmətə bərpa olunmasının mümkünsüz sayılması tələbinin rədd edilməsi xahiş edilmişdir; - “X4 müraciəti əsasında aparılmış xidməti araşdırmanın nəticəsi haqqında rəy”ə əsasən xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı 2010-cu ildən hazıradək qeyri-rəsmi nikah münasibəti qurduğu X6 2 saylı Poliklinika Şöbəsinin tibb bacısı Lalə Süleymanova ilə həkim-stomatoloq Elçin Muradovun arasında iş prosesində yaranmış mübahisəli vəziyyətə müdaxilə edərək həmin tibb müəssisəsinin yaxınlığında sonuncu ilə görüşmüş, polis əməkdaşı olmasını yersiz qabardaraq yaranmış mübahisənin L.Süleymanovanın xeyrinə həll edilməsini Elçin Muradovdan tələb etmiş, həmçinin onunla ünsiyyətdə kobudluğa yol vermişdir.Xidməti araşdırma zamanı Elçin Muradov izahatında X6 2 saylı Poliklinika Şöbəsində həkimstomatoloq vəzifəsində işlədiyini, tibb bacısı Lalə Süleymanovanın onun köməkçisi olduğunu, 2022-ci ilin aprel ayında sonuncu ilə iş prosesində aralarında mübahisə yarandığını, L.Süleymanova ilə işləmək istəmədiyini ona bildirdiyini, xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində Nərimanov RPİ 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı həmin tibb müəssisəsinin yaxınlığında onunla görüşərək həyat yoldaşı Lalə Süleymanova ilə işi olmamasını, sonuncu ilə birlikdə işləməyə davam etməsini tələb etdiyini, bununla kifayətlənməyərək nalayiq ifadələr işlətməklə ona qarşı fiziki zorakılığa yol verdiyini, bununla bağlı psixoloji sarsıntı keçirdiyindən DİN-in rəhbərliyinə şikayət etdiyini bildirmişdir.X6 2 saylı Poliklinika şöbəsində həkim cərrah vəzifəsində işləyən X7 izahatında Elçin Muradovun göstərdiklərini təsdiqləmiş, polis əməkdaşı İddiaçı həmkarı E.Muradova qarşı fiziki zorakılığa yol verməsinin şahidi olduğunu və baş verənlərin qarşısını almağa çalışdığını əlavə olaraq bildirmişdir.X6 2 saylı Poliklinika şöbəsinin şöbə müdiri X1 izahatında qeyd olunan hadisə ilə bağlı sonradan ona məlumat verildiyini, E.Muradovun əvvəllər bir neçə dəfə ona müraciət edərək L.Süleymanova ilə münasibətlərinin normal olmadığını bildirərək sonuncunun digər iş otağında işləməsinə şərait yaradılmasını xahiş etdiyini, eyni zamanda polis əməkdaşı İddiaçı əvvəllər onun qəbuluna gələrək L.Süleymanovanın iş otağı dəyişdiriləcəyi təqdirdə bunun E.Muradov üçün mənfi nəticələnəcəyini bildirdiyini göstərmişdir.Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı izahatında 2010-cu ildən Lalə Süleymanova ilə qeyrirəsmi nikah münasibətində yaşadıqlarını, 2022-ci ildə L.Süleymanovanın işlədiyi tibb müəssisəsində həkim stomatoloq Elçin Muradovla aralarında mübahisə yarandığını, bununla bağlı xx.xx.2022-ci il tarixdə sonuncu ilə görüşərək hərəkətlərinə son qoymasını ondan tələb etdiyini, ünsiyyət zamanı aralarında münaqişə yaransa da, E.Muradovun yalnız qolundan tutaraq kənara çəkdiyini, ona qarşı fiziki zorakılığa yol vermədiyini bildirmişdir.Xidməti araşdırma dövründə əldə olunmuş kamera görüntülərinə əsasən polis kapitanı İddiaçı vətəndaş Elçin Muradova qarşı kobudluğa yol verdiyi təsdiqlənmişdir; - Bakı şəhər Baş Polis İdarəsinin Ə433-039-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı 2010-cu ildən hazıradək qeyri-rəsmi nikah münasibəti qurduğu X6 2 saylı Poliklinika Şöbəsinin tibb bacısı Lalə Süleymanova ilə həkim-stomatoloq Elçin Muradovun arasında iş prosesində yaranmış mübahisəli vəziyyətə müdaxilə edərək həmin tibb müəssisəsinin yaxınlığında sonuncu ilə görüşmüş, polis əməkdaşı olmasını yersiz qabardaraq yaranmış mübahisənin L.Süleymanovanın xeyrinə həll edilməsini Elçin Muradovdan tələb etmiş, həmçinin onunla ünsiyyətdə kobudluğa yol vermişdir. Qeyd olunanlar nəzərə alınaraq, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 114-cü maddəsi rəhbər tutularaq, “Polis haqqında” Qanunun və DİN-in 2005-130 nömrəli əmrinin tələblərinə zidd olaraq xx.xx.2022-ci il tarixdə polis əməkdaşı olmasını yersiz qabardıb qeyri-rəsmi nikah münasibətində olduğu tibb bacısı Lalə Süleymanova ilə həkim-stomatoloq Elçin Muradovun arasında iş prosesində yaranmış mübahisəli vəziyyətə müdaxilə edərək işin L.Süleymanovanın xeyrinə həll edilməsini Elçin Muradovdan tələb etdiyinə və sonuncu ilə ünsiyyətdə kobudluğa yol verdiyinə görə Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı İddiaçı tutduğu vəzifədən azad edilmişdir. 13.Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 2022-ci ilin oktyabr ayında vətəndaş X3 RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı tərəfindən fiziki və psixi zorakılığa məruz qalması barədə DİN-in rəhbərliyinə ünvanladığı müraciətinə Bakı şəhər BPİ CAİ-də baxılarkən polis kapitanı İddiaçı 2010-cu ildən yaxın münasibətdə olduğu X6 2 saylı Poliklinika şöbəsinin tibb bacısı Lalə Süleymanova ilə həkim-stomatoloq Elçin Muradovun arasında iş prosesində yaranmış mübahisəli vəziyyətə əsassız müdaxilə etdiyi və ünsiyyətdə sonuncuya qarşı kobudluğa yol verdiyi müəyyən olunduğuna görə Bakı şəhər BPİ-nin xx.xx.2022-ci il tarixli, Ə433-039-22 nömrəli əmri ilə polis kapitanı İddiaçı tutduğu vəzifədən azad edilmişdir.Bundan başqa polis kapitanı İddiaçı Nərimanov RPİ-nin Kadrlar qrupunun, eləcə də Bakı şəhər BPİ-nin Kadrlar İdarəsinin əməkdaşları tərəfindən yeni vəzifəyə təyin olunması məqsədilə dəfələrlə Baş İdarəyə dəvət edilməsinə baxmayaraq gəlməkdən imtina etmiş və onlara qarşı nalayiq ifadələr işlətməklə intizamsızlığını davam etdirmiş, həmçinin onunla münasibətlərinə son qoymaq istəyən Lalə Süleymanovanı hədələyərək ona qarşı kobudluq etdiyinə, nalayiq məzmunlu mesajlar göndərərək haqlı şikayətinə zəmin yaratdığına görə DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Ə-l76/2023 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

İV.Məhkəmənin mövqeyi 14.Məhkəmə iddia ərizəsini, cavabdehin etirazını nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. 15.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

16. "Polis haqqında" Qanunun 5-ci maddəsinə əsasən polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır, şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir, hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir, polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir, şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur, polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; Həmin maddənin İİ hissəsinə əsasən polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. Həmin Qanunun 34-cü maddəsinə görə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; and içməkdən imtina etdikdə; cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; xidmətdə olmanın son yaş həddinə çatdıqda; səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; ştatlar ixtisar edildikdə; fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir (maddənin İ, İİ, İİİ hissələri).

17. "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 114-cü bəndinə uyğun olaraq xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə və daxili işlər orqanları əməkdaşları intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilərlər. 18.Azərbaycan Respublikası DİN-in 13 iyul 2009-сu il tarixli, 390 nömrəli əmrinə 2 nömrəli əlavə olan “Şəhər, rayon, nəqliyyatda polis orqanlarının işinin təşkili haqqında Təlimat”ın 17.2.15-ci bəndinə əsasən əməkdaşlar tərəfindən yol verilən qanun pozuntuları haqqında məlumatlar üzrə müəyyən edilmiş qaydada xidməti yoxlama keçirilməsini, belə halların qarşısının alınması üçün tədbirlər görülməsini, bu barədə yuxarı orqanlara məlumat və hesabat göndərilməsi, 17.2.16-cı bəndinə əsasən sıravi və rəis heyətinin (mülki işçilərin) vəzifədən (işdən) azad edilmələri, təqaüdə göndərilmələri haqqında materialların hazırlanması, baxılması və qərarlar qəbul edilməsi, kadr məsələləri ilə əlaqədar mövcud problemlərin öyrənilməsi polis orqanının səlahiyyətlərinə aiddir. 19.İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə polis əməkdaşı olmasını yersiz qabardıb qeyri-rəsmi nikah münasibətində olduğu tibb bacısı Lalə Süleymanova ilə həkimstomatoloq Elçin Muradovun arasında iş prosesində yaranmış mübahisəli vəziyyətə müdaxilə edərək işin L.Süleymanovanın xeyrinə həll edilməsini Elçin Muradovdan tələb etmiş və sonuncu ilə ünsiyyətdə kobudluğa yol vermişdir, iddiaçı qeyd edilənlərlə daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə cavabdeh tərəfindən iddiaçı barədə görülən intizam tənbehi tədbiri – iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmr (№ Ə433-039-22, xx.xx.2022-ci il tarixli) əsaslı və qanunauyğun olmuşdur. 20.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 21.Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi barədə əmr (№ Ə433-039-22, xx.xx.2022-ci il tarixli) verilən zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 23.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir.

24. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh Bakı şəhər Baş Polis İdarəsinə qarşı Bakı şəhər Baş Polis İdarəsinin onun barəsində qəbul etdiyi tutduğu vəzifədən azad edilməsi haqqında əmrin ləğv edilməsi və İddiaçı əvvəlki, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində Cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsinə bərpa edilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. 25.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 26.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı tutduğu Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində Cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsindən azad edilməsi barədə əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar