Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-452/2020 11.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail bələdiyyəsinə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi “cavabdehlər tərəfindən ona pulsuz bağ sahəsinin verilməsi, yaxud bağ sahəsinin dəyərinin ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə N E T D İ : İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail bələdiyyəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti və Səbail bələdiyyəsi tərəfindən ona Bibiheyətlə yarmarka arasında dənizə yaxın ərazidən 15 sot pulsuz daça – bağ yeri sahəsinin verilməsi, yaxud 75000 (yetmiş beş min) manat dəyərinin ödənilməsi barədə” qərar çıxarılmasını xahiş etmiş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-452/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmış, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. 11 fevral 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatı üzrə məhkəmə iclasında iddia tələbinin məzmununda alternativliyə yol verildiyindən, yəni iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının M- 1355 nömrəli razılıq məktubuna əsasən Bakı Bağlar İdarəsində növbəyə götürülmüşdür. Sığınacağı olmadığından hələ də Bakı şəhəri Xətai rayon Polis İdarəsinin inzibati binasında yaşayış yeri üzrə qeydiyyatdadır. Ədalətlilik prinsipinin tələblərinə əsasən əlilliyi və digər sosial ehtiyacları nəzərə alınmaqla ona torpaq sahəsi verilməli idi. Aidiyyəti orqanların qanunvericliyə uyğun olaraq fəaliyyət göstərməməsi nəticəsində ona hələ də torpaq sahəsi ayrılmamışdır. Ona torpaq sahəsinin ayrılması barədə Cavabdeh2nə etdiyi müraciətlərin də müsbət nəticəsi olmamışdır. Sonralar qəbul edilmiş “Bələdiyyələr haqqında” Azərbaycan Respublikası Qanununun bu məsələnin həllinə aidiyyəti yoxdur. Çünki ilk növbədə onun pozulmuş hüquqları bərpa edilməlidir. Bağlar İdarəsi ləğv edildiyindən onun pozulmuş hüquqları Xətai və Səbail rayon bələdiyyələri tərəfindən bərpa edilməli idi. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayon bələdiyyəsinə torpaq sahəsi ayrılmış olsa da, sonuncu tərəfindən ona bildirilmişdir ki, boş torpaq sahəsi yoxdur. 02 avqust 1999-cu il tarixdən 2-ci qrup əlildir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Lakin həmin tarixdən indiyədək hələ də ona bağ torpaq sahəsi ayrılmamışdır. Ona bağ torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, bələdiyyələr tərəfindən torpaq sahələri yalnız hərrac yolu ilə mülkiyyətə verilə bilər. Müxtəlif məsələlər üzrə 10 sayda pozulmuş hüquqları ilə bağlı bütün lazımi instansiyalara 160 dəfədən çox etmiş olduğu müraciətləri nəticəsiz qalmışdır. İddiaçı izahatının sonunda iddia tələbinin dəqiqləşdirilməsi barədə ona edilmiş təklifi qəbul etməyərək, cavabdehlər tərəfindən ona bağ torpaq sahəsinin ayrılmalı olduğunu, bağ torpaq sahəsi ayrılmayacağı halda isə onun dəyərinin ödənilməli olduğunu bildirdi və işə mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, Səbail bələdiyyəsinin ərazisi coğrafi baxımdan Bakı şəhərinin mərkəzinə düşür və orada boş bağ torpaq sahələri yoxdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Səbail bələdiyyəsinin mülkiyyətinə hər hansı torpaq sahəsi verilmədiyindən iddia ərizəsində qaldırılmış məsələnin Səbail bələdiyyəsi tərəfindən müsbət həll edilməsi mümkün deyildir. Nümayəndə qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, digər cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin 11 fevral 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatında iddia tələblərini konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələblərindən birini- bağ sahəsinin ayrılması və yaxud da onun dəyərinin ödənilməsi vəzifəsinin müvafiq səlahiyyətli inzibati orqana həvalə edilməsi şəklində ifadə edilməsinin məqsədəuyğunluğu izah edilmiş, iddiaçı iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildirirək, iddia tələblərinə olduğu kimi baxılmasını israrla xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin məzmununun tərkib elementi kimi iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbinin göstərilməsi qəti hal kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə də iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti “məqsədyönlü və lüzumu olan” prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyri-mümkün hesab edilir. Əlavə olaraq, məhkəmənin qənaəti belədir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqan kimi göstərilən Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail bələdiyyəsinə qarşı konkret tələbi göstərilmədiyindən, eləcə də iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, cavabdehlərə, eləcə də, iddiaçının arzuladığı hala uyğun digər inzibati orqana qarşı əsaslandırılmış tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır. Odur ki, iddiaçıya izah edilir ki, iddia ərizəsində qaldırdığı məsələlərlə bağlı müvafiq ərizə ilə səlahiyyətli inzibati orqana müraciət edəndən sonra məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-452/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-452/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver