Məhkəmə qərarları › İş №2-1(112)-452/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-452/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-452/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanda İddiaçınə məxsus olan 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksinin sökülməsinə görə ******* manat məbləğində kompensasiyanın və bu məbləğə hesablanmış 20 % miqdarında 725679 manat əlavə haqqın İddiaçınə ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksi mülkiyyətçi ilə əvvəlcədən razılaşdırılmadan "Bakı Ağ şəhər" layihəsi çərçivəsində yol və digər infrastruktur tikintisi məqsədləri ilə əsaslandırılaraq xx.xx.2017-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən sökülmüşdür. Bu söküntü nəticəsində İddiaçınə 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksinin bazar dəyəri olan ******* (üç milyon altı yüz iyirmi səkkiz min üç yüz doxsan altı) manat məbləğində ziyan dəymişdir. Belə ki, əmlakın qiymətləndirilməsinə dair "AZERKONSALT" şirkətinin xx.xx.2008-ci il tarixli rəyinə əsasən, İddiaçınə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksinin bazar dəyəri ******* (üç milyon altı yüz iyirmi səkkiz min üç yüz doxsan altı) manat məbləğində qiymətləndirilmişdi. Lakin indiyə qədər, İddiaçınə dəymiş ziyana görə heç bir kompensasiya ödənilməmişdir. Dəymiş ziyana görə kompensasiaynın ödənilməsi ilə bağlı dəfələrlə müxtəlif dövlət dövlət orqanlarına, o cümlədən, Cavabdehnə müraciətlər, şikayətlər edilmiş, lakin indiyədək qanuni əmlakın sökülməsinə və bunun nəticəsində vurulmuş maddi ziyana görə heç bir kompensasiya ödənilməmişdir. Cavabdeh A-242 saylı xx.xx.2017-ci il tarixli və A-50- 150 saylı xx.xx.2021-ci il tarixli məktubları ilə ona məxsus əmlak kompleksinin söküntüsünün baş veridyi təsdiq edilir, vəsait olmadığı üçün kompensasiya verilə bilmədiyi qeyd edilir. Nümayəndə vasitəsi ilə etdiyi sonuncu xx.xx.2021-ci il tarixli müraciətə isə bu günədək cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-11062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun dahada inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxta aparılan abadlıq və yenidən qurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya qeyd edilən ərazidə şəxsi mülkiyyətdə olan torpaq sahələrinin şəxsi mülklərin, eyni zamanda yaşayış və qeyri- yaşayış sahələrinin siyahılaşdırılmasını apararkən obyekt rəhbərlərinə kompensasiyanın ödənilməsi ilə bağlı müqavilə bağlanılması üçün rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya müraciət edilməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, X1 rəhbərliyi tərəfindən komissiyaya hüquqi sənədlər təqdim edilmədiyindən komissiyada məlumat olmamışdır. Sonradan müraciətlə bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 37 ünvanda yerləşən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsi “Ağ Şəhər” lahiyəsi çərçivəsində söküntü ərazisinə düşmüşdür. Yuxarıda qeyd edilən köçürmələr mərhələli şəkildə aparılmadığından və maliyyə çatışmamazlığından iddiaçıya vəsait ayrılmamışdır. İddiaçının hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mübahisələndirilən vəsait oturulacağı təqdirdə iddiaçının tələbi təmin ediləcəkdir. İddia tələbinin əsassız olduğu nəzərə alınaraq təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələr vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2013-cü il tarixli **********656100 nömrəli çıxarışında göstərilmişdir ki, qurumun adı: İddiaçı, qeydiyyata alındığı tarix: xx.xx.1994, dövlət qeydiyyatı № (VÖEN): **********, təşkilati-hüquqi forması: Digər kommersiya təşkilatı, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1025, ünvan 3şınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən verilir İddiaçınə ondan ötrü ki, ünvan 4 ünvanda istifadədə olan 0.285 ha torpaq sahəsində yerləşən 1197.2 kv.m ümumi, 945.8 kv.m əsas, 251.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 352 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi ünvan 5 ünvanı üzrə xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən 1994-cü il tarixdə tikilmiş qeyri-yaşayış sahəsinin (hamaxana) mərtəbəliliyi 1, tikinti sahəsi 447,2 kv.m, tikinti həcmi 1521,0 kubmetr, ümumi faydalı sahə 284,60 kv.m, əsas sahələr 228.5 kv.m, köməkçi sahə 56,1 kv.m təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş "Azerkonsalt" şirkətinin xx.xx.2008-ci il tarixli rəyinə əsasən, İddiaçınə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksinin bazar dəyəri ******* (üç milyon altı yüz iyirmi səkkiz min üç yüz doxsan altı) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 3/16-5739 nömrəli məktubunda bildirilmişdir ki, “Ağ şəhər" layihəsi çərçivəsində “Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin yenidənqurulması” layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilir. Sözügedən layihə çərçivəsində Süleyman Vəzirov küçəsinin yenidən qurulması üçün nəzərdə tutulmuş tikinti işlərinin səmərəli və iş qrafikinə uyğun aparılması məqsədilə həmin ərazidə yerləşən “Uğur” KM, İddiaçı KM, “Xəzri” KM və “Nicat” KM kimi qeyriyaşayış sahələrinin tikinti sahəsindən kənarlaşdırılması zərurəti yaranmışdır. Ölkə rəhbərliyinin daimi nəzarəti altında olan sözügedən layihənin əhəmiyyətini və vaxt məhdudiyyətini nəzərə alaraq, “Ağ şəhər” layihəsi çərçivəsində 4 ədəd qeyri-yaşayış sahələrinin tikinti sahəsindən qısa vaxt ərzində kənarlaşdırılması məqsədilə Azərbaycan Respublikası 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 saylı Sərəncamının müvafiq bəndinə əsasən həlli olunması üçün aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirik. İş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubunda bildirilmişdir ki, məktubda qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 525 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" Qiymətləndirmə (əmlakın qiymətləndirilməsi) MMC tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin müraciəti əsasında qeyd edilən ərazidə yerləşən fərdi yaşayış evlərinin yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, ərazidə vətəndaşlara məxsus xüsusi mülkiyyətdə olan və müxtəlif məqsədlər üçün alman xeyli sayda yaşayış və qeyri-yaşayış obyektlərinin qiymətləndirilməsi zamanı, qeyri-yaşayış sahələrinə məbləğə 20 faiz daxil olmaqla 1 kv.m-ri üçün 300 manat tədbiq olunmaqla kompensasiya hesablanmaqla aparılmışdır. Bildiririk ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya qeyd edilən ərazidə şəxsi mülkiyyətdə olan torpaq sahələrinin, eyni zamanda yaşayış və qeyri-yaşayış sahələrinin siyahılaşdırılmasını apararkən obyekt rəhbərlərinə kompensasiyanın ödənilməsi ilə bağlı müqavilə bağlanılması üçün rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya müraciət edilməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, X1 rəhbərliyi tərəfindən komissiyaya müraciət edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MİHO/1.1-2-2022-2273 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Ağ Şəhər” layihəsinin həyata keçirilməsi ilə əlaqədar ünvan 6 ünvanında yerləşmiş "Monolit” Kiçik Müəssisəsinə məxsus əmlakın sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi barədə Maliyyə Nazirliyinə məlumat daxil olmamışdır. Eyni zamanda bildiririk ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 saylı Sərəncamı ilə “Ağ Şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi ilə bağlı Xətai Rayon icra Hakimiyyətinə 27 000,0 min manat vəsait nəzərdə tutulmuş və bu vəsaitin 26 988,9 min manatı istifadə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-23-3/2-4/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-23-3/2-22/2023 nömrəli məktublarında qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati işlə bağlı qeyd olunan ünvanlarda yerləşmiş qeyri-yaşayış sahələrinin köçürülməsi zamanı kompensasiya məbləği hesablanarkən 1 kv.metr sahə üçün müəyyən edilmiş qiymətə dair məlumat verilməsi barədə sorğuya cavab olaraq bildirilir ki, qeyd olunan qeyri-yaşayış sahələrinə yaxın ərazilərdə qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar mülkiyyət hüqüqunu təsdiq edən sənədlərə sahib olan şəxslərə həmin sahələrin 1 kv. metri üçün tikintinin keyfiyyətindən, istifadədə olma müddətindən, konstruksiyasından, istifadə olunan tikinti materiallarından və digər amillərdən asılı olaraq, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən 20 faiz əlavə edilməklə 400,0-1000,0 manat arasında kompensasiya hesablanaraq ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 163 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı rəhbəri Məmməd Atakişiyevə ünvanlanmış məktublardan görünür ki: - xx.xx.2017-ci il tarixli, A242 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağ şəhər layihəsi çərçivəsində Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin yenidən qurulması layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilir. Sözügedən layihə çərçivəsində yol tikinisi altına düşən bir neçə müəssisənin tam olaraq və ya müəyyən hissəsinin tikinti sahəsindən kənarlaşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, Sizin müəssisənin girişi, hasarı və müəyyən tikililəri sökülmüş, müəssisəyə giriş məhdudlaşdırılmış, kommunal xidmətlər (su, elektrik) kəsilmişdir. Yaranmış vəziyyətlə əlaqədar 19 avqust 2017-ci ildən etibarən müəssisənin fəaliyyəti tam dayanmışdır. "Monolit” KM-in vergi ödəyicisi olduğunu nəzərə alaraq, bu məktubu müvafiq dövlət vergi orqanına təqdim etməyinizi tövsiyə edirik. - xx.xx.2021-ci il tarixli A50-150 nömrəli məktubda bildirilmişdir ki, ərizənizdə Sizə məxsus ünvan 7 ünvanında yerləşən “Monolit" Kiçik müəssisəsinin əmlakının "Ağ şəhər layihəsi çərçivəsində aparılan köçürülmə işləri ilə əlaqədar söküldüyünü, lakin kompensasiya ödənilmədiyim bildirərək məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edirsiniz. Məlumat üçün bildiririk ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, 10 06.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzırov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmış və sərəncamın icrasına nəzarət Xətai rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur. Halhazırda maliyyə vəsaiti ayrılmadığından ərazidə koçuruimə işləri dayandırılmış, vəsait ayrılacağı təqdirdə müraciətinizə müvafiq qaydada baxılacaqdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 916 nömrəli məktubunda bildirilmişdir ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 37 ünvanında yerləşən İddiaçı İdəssisəsinin istifadəsində olan qeyriyaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən komissiya tərəfindən qiymətləndirilmiş və onların razılığı və ə sökülmüşdür. “Ağ şəhər” layihəsi çərçivəsində söküntü işləri mərhələli şəkildə aparıldığından yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi üçün vəsait ayrılacağı təqdirdə qeyd olunan yaşayış sahəsi üçün hesablanmış kompensasiya məbləği İddiaçı hesabına köçürüləcəkdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Fame Pro MMC-nin xx.xx.2022-ci il tarixli, 01/22- 331 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçınə məxus olan, ünvan 4 ünvanında yerləşən əmlak kompleksinin 2017-ci ilə olan: bazar dəyəri: 3 590 000 (üç milyon beş yüz doxsan min) manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ƏEM/D 19- 832/22 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2022-ci il tarixli, ƏEM/D 19-832/22 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq, İddiaçınə aid ünvan 4 ünvanında yerləşmiş 1197.2 kv.m ümumi, 945,8 kv.m əsas, 251,4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin söküntüdən əvvəlki dövrə (2017-ci il tarixinə) bazar dəyəri: 2 400 000,0 (iki milyon dörd yüz min) manat təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1161 nömrəli məktubu ilə təqdim sənədlərin surətindən görünür ki: - Qiymətləndirmə (əmlakın qiymətləndirilməsi) fəaliyyəti qeydiyyat nömrəsi SFL 3/277 xx.xx.2002 tarixli Lisenziya seriya AB №026141 "xxxx" MMC-nin Xətai rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2017-ci il tarixli, 02/01 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin xx.xx.20217-ci il tarixli 52/1 saylı müraciət məktubunuza əsasən tərəfimizdən məktubda göstərilən ərazi üzrə satışlar və təkliflər bazar məlumatları araşdırılmış və təhlil edilmişdir. Araşdırmalar nəticəsində müəyyən olmuşdur ki, bu ərazilərdə əksər evlər və tikililər zəbt olunmuş torpaq sahələrində özbaşına inşa olunmuş tikililərdir. Bu tikililərin hüquq təsdiqləyici sənədləri yoxdur. Belə əmlakların notarial qaydada alqı-satqısı mümkünsüz olduğu səbəbindən bu əraziyə yaxın ərazilər üzrə faktiki baş tutmuş alqı-satqılar və qiymət təkliflərinə əsasən Xətai rayonu, Turşu küçəsi üzrə yaşayış evləri, həyət tikililəri və qeyri-yaşayış sahələri üçün Azərbaycan Respublikası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) müvafiq (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) tələbləri nəzərə alınmaqla hesablanmış bazar dəyərinə Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olundu: Yaşayış evlərinin yaşayış sahələrinin 1 kv m. üçün 1000,0 manat; Yaşayış evlərinin köməkçi sahələrinin 1 kv m. üçün 750,0 manat; Həyət tikililərinin 1 kv m. üçün 50,0-350,0 manat arası; Qeyri-yaşayış sahələrinin 1 kv m. üçün 300,0 manat. Sizə təqdim olunan bu qiymətlər qiymətləndirilməsi tələb olunan ərazidə yerləşən əmlaklar üçün ümumiləşdirilmiş qiymət ideyasıdır. Layihənin tikintisi altına düşməsi səbəbindən alınan əmlaklar üçün ödəniləcək kompensasiya məbləği hər bir mülkiyyətçi üçün fərdi qaydada hesablanmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə qismən əsaslıdır. İşin halları ilə müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir İləblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması ində vəzifə kimi qarşıya qoyulmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin ravam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin brkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və §gər infrastruktur təminatının yaxşılaşdırılması üçün Babək prospekti, Xəqani Şüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel jFöspekti ilə Xəzər dənizi arasında mövcud olan bir sıra yaşayış və qeyri-yaşayış pilələrinin köçürülməsi zərurəti yaranmışdır. Sərəncamla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərar alınmış, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. ünvan 4 ünvanında istifadədə olan 0.285 ha torpaq sahəsində yerləşən 1197.2 kv.m ümumi, 945.8 kv.m əsas, 251.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamının icrası zamanı, o cümlədən Süleyman Vəzirov küçəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti ilə əlaqədar İddiaçınə aid qeyri-yaşayış sahəsi “Ağ Şəhər” lahiyəsi çərçivəsində söküntü ərazisinə düşmüşdür. “Torpaqların dövlət ehtiyacları üçün alınması” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğunolaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Həmin Qanunun 52.1-ci maddəsiə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Beləliklə, hazırkı iş üzrə iddiaçıya müllkiyyət hüququ ilə məxsus 1197.2 kv.m. sahədən ibarət əmlak kompleksinin söküldüyü, söküntü köçürülmə işlərinin cavabdeh tərəfindən həyata keçirildiyi və söküntüyə görə iddiaçıya kompensasiyanın ödənilməsi barədə öhdəliyin icra edilmədiyi işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı iddiaçıya ödənilməli olan kompensasiya məbləği ilə bağlıdır. Belə ki, iddiaçı əmlak kompleksinə görə ******* manat və 20 % miqdarında 725679 manat əlavə haqqın ödənilməsini tələb edir. Məhkəmə ödənilməli olan kompensasiyanın hesablanmasında işin aşağıdakı hallarını nəzərə alır. “Torpaqların dövlət ehtiyacları üçün alınması” Azərbaycan Respublikası Qanununun: -54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. -56.1-ci maddəsinə görə bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. -57.1-ci maddəsinə görə bu Qanuna əsasən alınan torpaq üçün veriləcək kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınmır: 57.1.1. alınmaya səbəb olan təcililiyin dərəcəsi; 57.1.2. alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun qaçırması; 57.1.3. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin azalması; 57.1.4. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin artması; 57.1.5. alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri olan yenidənqurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla, bu Qanuna uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər. -59.3-cü maddəsinə əsasən evlər və digər tikililərin bərpa qiyməti onların ölçüsü və keyfiyyəti ilə eyni olan və ya onların ölçüsündən az və keyfiyyətindən aşağı olmayan əvəzedici evin və ya tikilinin əldə edilməsi və ya inşası üçün çəkilən xərclərə, ev və ya tikili qismən zədələndikdə, yaxud evin və ya tikilinin müəyyən hissəsi alındıqda isə onların bərpası üçün tələb olunan tikinti materiallarının bazar qiyməti ilə alınmasına və tikinti sahəsinə daşınmasına çəkilən xərclər, hər hansı işlər və podratçılarla bağlı çəkilən xərclər, habelə hər iki halda layihələndirmə və üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çəkilən xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir. İş üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dair texniki pasportda qeyriyaşayış sahəsinin təyinatı hamamxana, tikildiyi il 1994-cü il göstərilmişdir. Hazırkı iş üzrə iddiaçıya məxsus olmuş əmlak kompleksinin qiymətləndirilməsi ilə bağlı 3 qiymətləndirmə rəyi mövcuddur. İ.İddiaçının təqdim etdiyi "Azerkonsalt" şirkətinin rəyi xx.xx.2008-ci il tarixli olmaqla əmlak kompleksinin bazar dəyəri ******* (üç milyon altı yüz iyirmi səkkiz min üç yüz doxsan altı) manat məbləğində qiymətləndirilmişdir. Təqdim edilən rəydə tikilinin istismara verildiyi il 1994-cü il olmaqla təmirsiz olduğu, sağlamlıq kompleksinin istifadəyə yarasız olduğu qeyd edildiyi halda həmin əmlakın dəyərinin onunla hansı eyni texniki vəziyyətdə olan (təmir, köhnəlmə faizi və s. göstəricilər nzəərə alınmaqla) əmlaklarla müqayisəli təhlil edilərək qiymətləndirildiyi müəyyən olunmur. Eyni zamanda həmin rəylə müəyyən edilən qiymət tikili ilə birlikdə torpaq sahəsinin də qiyməti nəzərə alınaraq hesablanmışdır. Halbuki, qeyri-yaşayış sahəsinin çıxarışı, eləcə də “Torpaqdan daimi istifadə hüququna dair” JN 1119 KOD 01000003 nömrəli Dövlət Aktından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 128 saylı sərəncamı ilə ünvan 9 ünvanındakı torpaq sahəsi istehsalat bazasının tikintisi üçün İddiaçı istifadəsinə verilmişdir. İşin hallarından müəyyəndir ki, qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuş olsa da tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydə alınmamışdır. Qeyd edilməlidir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq dövlət mülkiyyətində, iddiaçının isə istifadəsində olmuş, bu istifadə hüququ məhz üzərində yerləşən qeyri-yaşayış sahəsindən istifadə imkanı ilə bağlı olmuşdur. Əks halda qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən xüsusi mülkiyyət əsasında qeydə alınması üçün torpaq sahəsinin ayrıca müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında özəlləşdirilməsi tələb olunurdu. Hazırkı halda iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya özəlləşdirilməsi barədə sənədlər (qərar, alqı-satqı müqaviləsi, müvafiq şəhadətnamə və s.) müəyyən olunmamışdır. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim edilən rəyi hazırkı kompensasiyanın hesablanmasında sübut qismində qəbul etmir. İİ.Bundan əlavə məhkəmə icraatı gedişində əldə edilmiş "xxxx" MMC-nin rəyində əmlakın bazar dəyəri 3 590 000 (üç milyon beş yüz doxsan min) manat, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyində qeyri-yaşayış sahəsinin söküntüdən əvvəlki 2017-ci il tarixinə bazar dəyəri 2 400 000,0 (iki milyon dörd yüz min) manat qiymətləndirilmişdir. Qeyd edilməlidir ki, hər iki rəy tərtib edilərkən qeyri-yaşayış sahəsinin sökülməzdən öncə sonuncu dəfə mövcud istismar vəziyyəti ilə bağlı hər hansı sənəd mövcud olmamışdır. Rəylərə əlavə edilmiş fotoşəkillər söküntüdən əvvəl qeyri-yaşayış sahəsinin vəziyyətini deyil, söküntüdən sonrakı vəziyyəti əks etdirmişdir. Qiymətləndiricilərin rəylərində istinad edilən analoji qeyri-yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müvafiq sənədlər əlavə edilməmiş, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti ilə müqayisəli təhlili aparılmamışdır. İddiaçıya aid texniki pasport, əmlakın iş materiallarında olan qismən görüntüsündəki fototəsvirlər, hətta 2008-ci il tarixli qiymətləndirmə rəyindən belə mübahisəli əmlakın təmirsiz olduğu müəyyən olunduğu halda təqdim edilən rəylərdə qiymətləndirilən əmlakın təmirliliyinin “yaxşı”, “orta” olduğu qeyd edilmiş və təmirlilik səviyyəsinə uyğun əmlaklarla elan səhifələrindəki məlumatlar əsasında müqayisəli qiymətləndirmə aparılmışdır. Bundan əlavə, iddiaçıya aid qeyri-yaşayış sahəsinin qiyməti onun hər kvadrat metrinə münasibətdə hesabanarkən sahəyə sərf edilən materialların aşınmaya məruz qalması, keyfiyyəti nəzərə alınmadan rəylər verilmişdir. Beləliklə, əmlak kopleksinin sonuncu dəfə sökülməzdən öncəki vəziyyətə uyğun tərtib edilmiş texniki, istismar vəziyyətini əks etdirən sənədləri mövcud olmadığından, habelə rəylər tərtib edilərkən tikili mövcud olmadığından təqdim edilmiş qiymətləndirmə rəyləri əmlakın sökülən vaxt dəyərini müəyyən edən mötəbər sübut qismində qəbul edilə bilməz. Qeyd edilməlidir ki, iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindn əldə edilmiş məlumatlardan müəyyən olunur ki, iddiaçıya aid qeyri-yaşayış sahəsinə yaxın ərazilərdə qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar mülkiyyət hüqüqunu təsdiq edən sənədlərə sahib olan şəxslərə həmin sahələrin 1 kv. metri üçün Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən 20 faiz əlavə edilməklə 400,0-1000,0 manat arasında kompensasiya hesablanaraq ödənildiyi müəyyən olunmuşdur. Qeyd edilən qiymət aralığı əsasən tikintinin keyfiyyətindən, istifadədə olma müddətindən, konstruksiyasından, istifadə olunan tikinti materiallarından asılı olaraq hesablanmışdır. Hazırkı iş üzrə məhkəmə yuxarıda da qeyd edildiyi kimi sözügedən əmlak kompleksinin 1994-cü ildə istismara verildiyi, söküldüyü 2017-ci il tarixə 23 ilin tikilisi olduğu, iş materiallarındakı texniki pasport, eləcə də ümumi foto təsviri də nəzərə alınmaqla təmirsiz olduğu müəyyən edildiyindən hesab edilir ki, Maliyyə Nazirliyinin təqdim etdiyi qiymətləndirmənin meyarları da rəhbər tutulmaqla sökülən daşınmaz əmlak üçün ədalətli kompensasiya bir kvadrat metri üçün 400 manatdan hesablanmalıdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi 1197.2 kv.m olduğundan, onu sahəsinin 1 kvadrat metri 400 manatdan hesablanmaqla bütövlükdə əmlakın dəyəri olaraq 478.880 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı iş üzrə əmlak dəyərinin müəyyən edilməsində Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş qiymətlər əsasında hesablamanı əsas götürərkən o halı da nəzərə alır ki, hazırkı qərarla müəyyən edilən kompensasiya məbləği söküntü baş verən vaxt (layihənin həyata keçirildiyi vaxt) həmin ərazidə yerləşən digər mülkiyyətçilərə məxsus qeyri-yaşayış sahələri üçün ödənilmiş qiymətlərdən yuxarı olmamalıdır. Əks təqdirdə bu hal hazırkı iddiaçı və ya söküntüyə məruz qalmış digər mülkiyyətçilərə fərqli yanaşma hesab olunmaqla “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənən hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsinin qadağan olması prinsiplərinin, eləcə də 13.1-ci maddədə nəzərdə tutulan inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadının qanunla qorunması hüququn da pozulması ilə nəticələnə bilər. Eyni zamanda məhkəmə hazırkı iş üzrə kompensasiya məbləğinin Maliyyə Nazirliyinin təqdim etdiyi qiymətlər əsasında hesablamasını oxşar məhkəmə təcrübəsinə də uyğun hesab edir (Ali Məhkəmənin 2-1(102)-118/2020 saylı iş üzrə gəldiyi mövqe). “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Bundan əlavə mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Başqa sözlə, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Beləliklə, hazırkı iş üzrə müəyyən edilən kompensasiya məbləği cavabdeh tərəfindən edilmiş müdaxiləyə mütənasib, ağlabatan və ədalətli hesab olunur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə, iddia tələbi qismən təmin edilməli, İddiaçınə məxsus ünvan 4 ünvanında yerləşmiş, ümumi sahəsi 1197.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 478.880 (dörd yüz yetmiş səkkiz min səkkiz yüz səksən) manat vəsaitin İddiaçınə ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, qiymətləndirmə xərci olan 600 manat vəsaitin 200 manat hissəsi İddiaçınə, 400 manat hissəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə aid edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçınə məxsus ünvan 4 ünvanında yerləşmiş, ümumi sahəsi 1197.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 478.880 (dörd yüz yetmiş səkkiz min səkkiz yüz səksən) manat vəsaitin İddiaçınə ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qiymətləndirmə xərci olan 600 manat vəsaitin 200 manat hissəsi İddiaçındən, 400 manat hissəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, hesab N AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, müxbir hesab:AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar