Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-452/2025 17.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla “X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət.
2. Məhkəminin hazırki iş üzrə qəbul etdiyi 03 aprel 2024-cü il tarixli Qərardadı ilə X7 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən X1 və İstismarı Birliyinin protokolu əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində 1967-ci ildən iddiaçının ailəsinin istifadəsində olan 0,25 ha (100 x 25) sahəsi olan, 2927 saylı bağın 0.12 ha hissəsi xx.xx.1999-cu il tarixli, 22528 saylı müqaviləyə əsasən iddiaçının atası, X2 adına, digər 0.12 ha sahə isə İddiaçı oğlunun adına rəsmiləşdirilmişdir. İddiaçı adına bağlanmış müqaviləni X3 və İstismarı Birliyindən almamış, amma 0,25 ha sahəsi olan 2927 saylı bağa dair torpaq vergisi vaxtında tam ödənilirdi. İddiaçı bir neçə dəfə X3 və İstismarı Birliyinə müraciət edərək adına bağlanmış müqavilənin ona təqdim edilməsini xahiş etsə də, 1999-cu ildə bağlanmış müqavilə aşkar olunmamışdır. İddiaçı Sabunçu rayonu, Maştağa Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 2927 "A" saylı bağın vergi ödəyicisi kimi qeydiyyata alınmasını xahiş etmişdir. Maştağa Bələdiyyəsinin «Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında» xx.xx.2006-cı il tarixli, 653 № li Sərəncamına əsasən İddiaçı 2927 "A” saylı bağın vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 №İi Sərəncamı ilə X3 və İstismarı Birliyinin fəaliyyəti ləğv edilmişdir. xx.xx.2015-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 2927 saylı bağın 0.12 ha hissəsi iddiaçının atası, X2 adına Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyatdan keçmiş və 2927 № li bağa Çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə Surxayev Tofiq adlı şəxs 2927 "A” saylı bağın ərazisinin onun xüsusi mülkiyyətində olduğunu və həmin əraziyə ünvan 1 ünvanı ilə ********** qeydiyyat nömrəli Çıxarış aldığını bildirmişdir. Torpaq sahəsinin plan və ölçüsündə qeyd olunmuş koordinatlar 2927 "A" saylı bağın ərazisi ilə üst-üstə düşür. Lakin, X3 və İstismarı Birliyinin sxematik xəritəsinə görə 2923 “A” saylı bağ sahəsi 2927 “A" saylı bağın ərazisindən 100 metr aralıda yerləşir. X3 və İstismarı Birliyinin sxematik xəritəsində qeyd olunan bağ sahələri İddiaçı və yaxın qohumlarının istifadəsində olmuş və Dövlət Reyestrində qeydiyyatdan keçmiş bağ sahələridir ki, çıxarışlardakı bağ nömrələri ilə uyğunluq təşkil edir. Araşdırılma aparılması üçün cavabdehə müraciət olunmuş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli, **********91 № li məktubunda ümumi ərazidə hasarlanmanın sxematik xəritəyə uyğun aparılmaması, 2923 “A” saylı bağ sahəsinin ərazidəki qonşu torpaq sahələrinə uyğun qeydiyyata alınması bildirilmişdir”.
4. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddiaçı iddia tələbində göstərilmiş tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi **********39 reyestr nömrəsi ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2224/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında X5 adına qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir.
Faktiki hallar və sübutlar:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2224/2022 saylı (iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi”), xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2923a saylı sahəsi üzərində X5 xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi və adına plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən ünvan 2 mülkiyyət hüququ ilə X5 adına dövlət qeydiyyatına alınmışdır.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir Hazırda iddiaçının tələbi X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq, iddia tələbinin dəyişdirilməsi, mübahisəli daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin və hazırkı tələb ilə bağlı olaraq cavabdeh inzibati orqana müraciət edilməsi və ya cavabdeh inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilməsi barədə məktubun məhkəməyə təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Lakin iddiaçı tərəfindən məhkəmənin onun üzərinə qoyduğu vəzifələr icra edilməmiş, hərəkətsizlik göstərilmişdir. Məhkəmə tərəfindən işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisənin həllində yardım etmək məqsədi ilə keçirilmiş məhkəmə iclaslarında (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025 tarixlərdə) iddiaçı hər dəfə məhkəməyə teleqram göndərərək- "yaxın qohumu vəfat etdiyi üçün iştirak edə bilmədiyi " üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə iclaslarına gəlməmiş, məhkəmə tərəfindən üzərinə qoyduğu vəzifələrizəruri sənədlərin təqdim edilməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehə müraciət etməsinə dair sübutun təqdim edilməsi və s. kimi tələbləri icra etməmiş, bununla da məhkəmə prosesindən yayınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası qanunvericilik normaları baxımından mümkünlük tələblərinə cavab vermədiyi üçün inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.2. iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 8.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.
İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı – üçüncü şəxsin adına torpaq üzrə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasına dair reyestrdən verilmiş çıxarışın ləğv edilməsi barədə tələblə cavabdehə müraciət etməmişdir. Bundan əlavə mübahisəli torpaq sahəsinin üçüncü şəxsin adına dövlət qeydiyyatına alınması Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2224/2022 saylı iş üzrə qəbul edilmiş qərarı əsasında həyata keçirilmişdir. Həmin məhkəmə qərarının düzgün icra edilməməsi ilə bağlı iddiaçı nə işə baxmış hakimə, nədə ki cavabdeh inzibati orqana müraciət etməmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı torpaq sahəsi üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst- üstə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ləğvini tələb etdiyi üçüncü şəxsin adına verilmiş dövlət reyestrdən torpağın qeydiyyatı barədə çıxarış üçüncü şəxsə məhkəmə qərarı əsasında verilmişdir və həmin qərar qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxsin adına verilmiş həmin çıxarışın ləğvini tələb hüququ da mövcud deyildir. İddiaçının üçüncü şəxsə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair inzibati aktın ləğvinə nail olduğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddiasının təmin edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2224/2022 saylı qərarı qüvvədədir, iddiaçının hazırkı iddiası- üçüncü şəxs X5 adına verilmiş çıxarışın ləğv edilməsi tələbi mümkün deyidir. Beləliklə, hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə dəlilləri iddia ərizəsində göstərməmiş və əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması müəyyən edilmir
9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 11.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hacıbəyova