Məhkəmə qərarları › İş №2-1(112)-4520/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4520/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4520/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X3, Cavabdeh Azərbaycan Milli X1 və Aqrokimya İnstitutunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına və Azərbaycan Milli X1 və Aqrokimya İnstitutuna qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – İddiaçılar) cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına və Azərbaycan Milli X1 və Aqrokimya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması barədə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar tələbi bununla əsaslandırmışlar ki, İddiaçı1 2011-ci ildə pensiyaya çıxdıqda ona çox az pensiya hesablandığına görə 2018-ci ilə qədər çoxsaylı ərizələrlə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala müraciət etmişdir və ona bildirmişlər ki, pensiya düzgün hesablanmışdır. 2006-2010-cu illər üçün əmək haqqı məcburi sosial sığortaya cəlb olunduğundan az köçürülmüşdür. İddiaçı2 adına isə portalda 2008-ci il üzrə əmək haqqı aşkar edilməmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və göstərilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən 2006-2010-cu illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan İddiaçı1 məcburi dövlət sığortaya cəlb olunan gəlirləri düzgün qeyd edilməmiş və bu səbəbdən sığortaolunan məlumatları fərdi şəxsi hesabında düzgün əks etdirilməmişdir. İnstitut tərəfindən 2008-ci il üçün təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda İddiaçı2 məlumatları qeyd edilmədiyi üçün fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Hazırki işdə cavabdeh yalnız İnstitut olmalıdır. Çünki sığortaolunanlar haqqında hesabat vermək sığortaedənin vəzifəsidir və bu vəzifəni sığortaedən düzgün yerinə yetirməmiş, nəticələrin düzgün əks etdirilməməsinə səbəb olmuşdur. 2006-2010-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” hesabatlarında düzəliş edilməsi ilə əlaqədar müvafiq funksionallığın verilməsi üçün sığortaedən Filiala məktubla müraciət edəcəyi halda məsələyə baxıla bilər. Etirazda Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına istinad edilərək, iddianın Filiala qarşı olan hissədə mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Milli X1 və Aqrokimya İnstitutu iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Filialın nümayəndəsi iddia tələbinin təmsil etdiyi orqana münasibətdə mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İnstitutun nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İşdən görünür ki, iddiaçı X4 xx.xx.1976-cı ildən Azərbaycan Milli X1 və Aqrokimya İnstitutunda çalışır. Hazırda Üzvü gübrələr laboratoriyasında aparıcı elmi işçi işləyir. İddiaçı2 xx.xx.1978-ci ildən Azərbaycan Milli X1 və Aqrokimya İnstitutunda çalışır. Hazırda Üzvü gübrələr laboratoriyasında aparıcı elmi işçi işləyir. İddia ərizəsindən görünür ki, iddiaçıların hazırkı tələbi onlar barəsində Dövlət Sosial Müdafiə Fonduna ötürülən məlumatların tam olmaması, yəni İddiaçı1 2006-2010-cu illər üzrə ödənilən əmək haqqı məbləğinin az göstərilməsi, İddiaçı2 isə 2008-ci il üzrə aldığı əmək haqqı barədə məlumatın daxil edilməməsi səbəbindən onlara təyin edilən pensiya məbləğinin az olması, buna görə də əmək pensiyasının yenidən hesablanmasıdır. Məhkəmə qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq sığortaçının hüququdur. Həmin Qanunun 10-cu maddəsinə əsasən həmin Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələridir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmçinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 7.1-ci madəsinə əsaəsn sığortaedən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) təqdim edir. Həmin Qanunun 7.8-ci madəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). Həmin Qanunun 7.12-ci maddəsinə əsasən əmək pensiyası təyin edilərkən, sığortaolunan sığortaedənə onun barəsində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına fərdi məlumatların təqdim edilməsi haqqında ərizə ilə müraciət edir. Sığortaedən sonuncu məlumatı təqdim etdiyi dövrdən sığortaolunanın pensiya təyinatı üçün rəsmi müraciət etdiyi günədək olan dövr üçün həmin sığortaolunan haqqında təqdim olunmamış bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları 10 iş günü müddətində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək; hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək sığortaedənin vəzifələridir. İstinad olunan normalardan aydın olur ki, sığortaolunanlar, hazırkı halda iddiaçılar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın təqdim edilməsi, həm də bu məlumatın dürüst və müəyyən olunmuş müddətdə təqdim edilməsi sığortaedənin, hazırkı halda iddiaçılara münasibətdə işəgötürən olan Azərbaycan Milli X1 və Aqrokimya İnstitutunun vəzifəsidir. İnstitut tərəfindən məhkəməyə təqdim edilmiş 2008-ci il üzrə İddiaçı2 aid məlumatdan görünür ki, ona 2008-ci ilin yanvar-iyul ayları üzrə 164 manat, avqust ayı üzrə 166,78 manat, sentyabr ayı üzrə 172,32 manat, oktyabr-dekabr ayı üzrə 198 manat əmək haqqı ödənilmişdir. İşdə olan İddiaçı2 sığortaolunan hesabından çıxarışdan görünür ki, sığortaedən Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən onun barəsində təqdim edilmiş məlumatlarda 2008-ci il üzrə gəliri qeyd olunmamış, 2007-ci ilin dekabr ayından sonra 2009-cu ilin yanvar ayının hesabatları təqdim edilmişdir. Həmçinin İnstitut tərəfindən məhkəməyə təqdim edilən İddiaçı1 barəsində məlumatdan görünür ki, ona 2006-cı ilin yanvar-sentyabr ayı üzrə 153 manat, oktyabr ayı üzrə 163 manat, noyabr ayı üzrə 142,5 manat, dekabr ayı üzrə 212,97 manat əmək haqqı ödənilmişdir. İddiaçı1 məxsus sığortaolunan hesabından çıxarışdan görünür ki, sığortaedən Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən onun barəsində təqdim edilmiş məlumatlarda 2006-cı ilin fevral ayı üzrə gəliri 44,37 manat, may ayı üzrə 30,17 manat, sentyabr ayı üzrə 30,19 manat, oktyabr ayı üzrə 30,19 manat, noyabr ayı üzrə 37,72 manat, dekabr ayı üzrə 60,37 manat olmaqla aldığı əmək haqqından az göstərilmiş, yanvar, mart və aprel ayları üzrə hesabat təqdim edilməmişdir. Eyni hallar 2007-2010-cu illər üzrə də müşahidə olunur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, sığortaedən olan İnstitut sığortaolunan olan iddiaçılar barəsində zəruri məlumatları səlahiyyətli quruma tam təqdim etməmiş, hazırkı mübahisə də bununla bağlı yaranmışdır. İşdən görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası da bu halı qəbul etmişdir. Belə ki, Akademiya tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli 01-6/236 saylı məktubdan görünür ki, iddiaçının məktubuna cavab olaraq ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli 277 nömrəli və AMEA Rəyasət Heyətinin 07 sentyabr 2016-cı il tarixli 10/4 nömrəli qərarlarına əsasən, AMEA Eroziya və Suvarma İnstitutu AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilərək onların bazasında AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılmışdır. Həmin qəıarlar əsasında institut yenidən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək, Azərbaycan Respublikasının Vergilər Nazirliyindən yeni VÖEN (**********) alınmış, elektron və asan imza da yenilənmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 24 oktyabr 2019-cu il tarixli **********1 nömrəli və 25 oktyabr 2019-cu il tarixli **********9 nömrəli məktublarına istinadən, İddiaçı1 fərdi şəxsi hesab bölməsindəki (SSN:**********529) gəlir məbləğlərində 2006-2010-cu illər ərzində 3511,32 manat fərq yaranmışdır. Gəlirlər haqqında hesabat İnstitutun köhnə VÖEN-i (**********) ilə qeydiyyata alınmışdır. Bu göstəricilərin iddiaçının əmək təqaüdünə təsir göstərdiyini nəzərə alaraq, dəqiqləşdirilmiş hesabatın təqdim olunması məqsədilə bütün sığorta olunanların gəlirləri 2006-2010-cu illər üzrə Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən yenidən işlənib hazırlanmışdır. VÖEN-ə elektron və asan imzanı bərpa etmək mümkün olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə təkrarən məktubla müraciət edilmişdir. Cavab alınacağı təqdirdə iddiaçının təqaüdü yenidən hesablanaraq ödəniləcəkdir.” Belə olan halda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların hazırkı hüquqi maraqlarına uyğun olan hüquqi müdafiə vasitəsi ilk növbədə işəgötürən tərəfindən onlar barəsində təqdim edilmiş məlumatlara düzəliş edilməsidir. Bu tələbə cavab verməli subyekt isə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı deyil, Torpaqşünaslıq və Aqrokimya İnstitutudur, hansı ki, həmin İnstitut inzibat orqan deyil və tərəflər arasında yaranan bu mübahisə inzibati deyil, əmək münasibətlərinə aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi həmin Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə (əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və sair) bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü nəzərə alaraq izah edir ki, iddiaçılar hüquqi maraqlarına uyğun müvafiq tələblə işlədikləri müəssisəyə qarşı ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət edə və işəgötürən tərəfindən təqdim edilmiş hesabatlarda düzəliş edilməsini tələb edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar