Məhkəmə qərarları › İş №2-1(112)-4522/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4522/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4522/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə “məlumat vərəqinin göndərilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: X2 Əmir oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən (Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 faiz vəsaitin) DSMF-yə bütün tələb olan (22%+3%=25%) məcburi dövlət siğorta haqqın ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinə, 149 maddəsinin Vİİ bəndinə, həmçinin, “Sosial Sığorta haqqında” Qanuna əsasən əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% alınmış məbləğin şəxsi vərəqdə göstərilməklə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DGK tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində işlədiyi illər boyu və aldığı vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə olunan 60% mavacibi məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. DGK məlumat vərəqəsini düzgün tərtib etməyərək konstitusion hüquqlarını pozmuşdur. 30 noyabr 2018-ci il 1362-VQD “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5 maddəsində dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edilmişdir. Qanun xx.xx.2019 ildə qanuni qüvvəyə mindi. Qeyd etmək istəyirəm ki, qanun qüvvəyə mindiyi günə görə qanunla tələb edilən 20 təqvim ilindən artıq iş stajım olduğu üçün, artıq mənim təqəüdə çıxmaq hüququm yaranmışdır, və qeyd edilən qanunda dəyişiklik, mənim illər boyu aldığım aylıq məvacib və əlavələr (yani 60%) və onlardan ödədiyim məcburi sosial sığorta haqqına baxmayaraq, mənim konstitusiyon və sair aidiyyəti hüquqlarım pozulmuş oldu. Daha sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir" dəyişilik edərək və həmin qərarın 2-ci hissəsinə əsasən “2023 yanvarın 1” sözləri “Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir” sözləri ilə əvəz edilmişdir. Bu dəyişikliyə əsasən əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan ona aid məlumat vərəqində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən (01 yanvar 2023-cü ilə qədər qüvvədə olan sözlər (sonrakı artımlar da nəzərə alınmaqla)) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən vəzifə maaşında yenidən hesablama apararaq məlumat vərəqəsində düzəliş edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etməsinə baxmayaraq, məsələ həllini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan ona münasibətdə “vəsaitin 60 faizi dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli olan əməkdaşların və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi” nə dair fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktı geriyə şamil etməyərək vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməyərək məlumat vərəqəsi düzgün doldurmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2024 il tarixli 3-33/2-Ə-002319/1-42/2024 saylı imtina məktubunda qeyd edilir ki, “Qeyd edilənlərə əsasən qanunvericiliyə uyğun olaraq 1 yanvar 2019-cu il tarixdən 1 iyul 2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiyaya çıxmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilməmişdir və bu səbəbdən həmin dövrü nəzərə alaraq Sizə yenidən pensiyanın hesablanması və “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqi" nin tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanunvericiliklə mümkün deyildir.” Yuxarıda sadalanan normalarda normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər ümumiyyətlə aşkar edilməmişdir. Sözügedən Qaydalarda müvafiq dəyişiklik edilmiş, ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd edilən fiziki şəxslərə münasibətdə hüquqi vəziyyəti yaxşılaşdırılan hal geriyə şamil edilməmiş, bununla da cavabdeh inzibati orqan qanunsuz və əsassız mövqe formalaşdıraraq vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməyərək onun konstitusion hüquqlarını pozur. Cavabdeh inzibati orqan müraciət məktubunda açıq şəkildə Azərbaycan Respublikası Konstitusiyanın 149 maddəsinin Vİİ bəndinə əsəslanaraq ona aid DSMF göndərilən məlumat vərəqində aylıq məvacibə illər boyu aldığı 60% vəsaiti əlavə edərək, pensiya məbləğinin yenidən hesablanması xahişinə cavab məktubu ilə əsassız mövqe formalaşdıraraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni hüquqi normativ aktın qəbulu haqqında məlumat verir və heç bir əsas verməyərək imtina edir xahişini. Bu da “Vətəndaşların müraciətləri haqqında” Qanunun 12.3.1-ci maddəsinə (12.3.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər) ziddir. Qanunda dəyişiklik zamanı 2019 ildə onun 20 ildən artıq stajı var idi və burada şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz prizmasının DGK tərəfindən göndərilən məlumat vərəqəsində aldığı 60% mavacibin göstərilməməsi ilə pozulmuşdur. Konstitusiyanın 149-cu maddəsinin birinci hissəsində isə qeyd edilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətlərə) əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149 maddəsinin 7 bəndi və bir neçə Qanunlar imkan verir ki, irəli sürdüyü iddia müsbət həl edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 149 maddəsinin İ hissəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149 maddəsinin 7-ci bəndini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi daha ətraflı şərh edərək bildirmişdir ki, “hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. ” Konstitusiya ilə qorunan dəyərlərin balansını pozan normativ aktın qəbulu, qanunun geriyə qüvvəsi, ilk növbədə, fərdin və bütövlükdə dövlət arasında yaranan münasibətlərdə tətbiq edilir və bu, fərdin maraqlarına uyğun olaraq həyata keçirilir. Konstitusiyanın bərabərlik hüququ, 25-ci maddənin birinci və üçüncü hissələri. Həmin maddənin beşinci hissəsi: “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Burada, xx.xx.2019 ilə qədər və xx.xx.2022 ildən sonra təqaüdə çıxan şəxslər və xx.xx.2019 ildən xx.xx.2022 ilə qədər çıxan şəxslər 60% məvacibdən, məcburi dövlət sığorta haqqı ödəyib lakin birinə pensiya çıxarkən hesablanır 60%, digərinə bu illərin ortasında çıxan şəxslərə isə hesablanmır 60%. Bir idarədə, bir vəzifədə, bir aylıq vəzifə maaşı alan şəxslər arasında pensiyada yaranan böyük fərq Azərbaycan Respublikası Konstitusinın 25-ci maddəsini, hüquq bərəbərliyini və insan hüquqlarını kobudcasına pozmaq deməkdir. Pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. “Sosial sığorta haqqında” Qanunun 3-cü maddəsinə əsasən sosial sığorta subyektlərinin hüquq bərabərliyi və dövlət sosial sığortasının məcburiliyi sosial sığortanın əsas prinsipləri kimi müəyyən edilmişdir, sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən edir. Nümunə olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci ilin plenar iclasının qərarı. Həmin Qərarın xüsusi rəyində hörmətli hakim İsa Nəcəfov vurğulayaraq bildirmişdir ki, sitat: “Yəni həmin şəxslər, onların əmək haqqlarından sosial sığorta tııtıılmamasına görə gələcəkdən hansısa məsuliyyət daşımamalı, konstitusion hüququndan məhrum edilməməlidir.” Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı. Bu iki qərardan açıq görünür ki, xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrdən məcburi dövlət sosial sığorta haqqları ödənilibsə, bu zaman əmək pensiyaların hesablanması zamanı gəlirlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta haqqını faktiki pensiya alanlara görə ödəyir, yəni o, işləyirə, təqəüdçü alır təqaüdünü prinsipi ilə. O, 2019 ilə qədər məcburi sosial sığorta haqqını ödəmiş, xx.xx.2019 ildə ona verilən 60 % məvacib büdcədən kənar hesab edilmiş və odan yenə də məcburi dövlət sosial sığortası tutulmuşdur. Təqdim olunan Fərdi hesabat arayışdan açıq görünür ki, illər və aylar üzrə nə qədər gəliri olub və həmin gəlirdən hesablanaraq nə qədər ödənilmiş məcburi sosial sığorta haqqı (22+3% ) var. Sual yaranır: aylıq məvacibinə aldığı əlavə 60% vəsait ona pensiya hesablananda nəzərə alınmırsa, onda hara və niyə ödəmişdir bu haqqları? Həmçinin, başqa bir sual: aylıq məvacibi ortalama olaraq əlavələr ilə birlikdə 2400-2800 AZN təşkil edirdi, ondan 400-500 manat maaşı, qalan hissəsi əlavələr idi və vurğuluyur ki, sosial sığorta haqqı hər ikisindən ödənilməklə, bu gün onun fərdi kapitalı 59 mindən yuxarıdır, amma ona pensiya hesablanır 400-500 manatdan, bu məbləğdən sosial sığorta haqqını hesablasaq fərdi kapitalı 20 mindən aşağı olmalıdır, bəs bu qalan ödədiyi məbləğ hara gedib? Ümumiyyətlə bu hal bütün “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir. xx.xx.2022 il 175 saylı Qərarın xx.xx.2023 ildə NK qərarına əsasən yanvarın 1-dək 17 il tamam olmuş hərbi gulluqçulara 25 ilə baxmayaraq 20 ildən sonra pensiyaya çıxmaq hüququ verilir. Bu da dövlətin öz vətəndaşın konstitusion hüquqlarını qorumaq deməkdir. Təssüf ki, 2019 ildə sözü gedən qərar qüvvəyə minəndə və xx.xx.2022 ildə həmin 60% qüvvəyə yenə də minəndə onun bu haqqı və konstitusion hüququ pozulmuş oldu. İddia ilə birlikdə işə əlavə edilmiş X1 və qeyrilərinin 25 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının qərardadından sitat: “Həmçinin qeyd olunmalıdır ki, hazırki mübahisəyə düzgün qiymət verilməsi nəticə etibarı ilə iş üzrə artıq məhkəmələr tərəfindən müəyyən edilmiş bir sıra faktiki halların araşdırılmasını və sübutların yenidən qiymətlədirilməsini tələb edir.” Həmin işlə bağlı verilən kassasiya şikayəti Ali Məhkəmənin 22 fevral 2022 ildə qərarından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir" dəyişilik edərək 01 iyul 2022 ildə qüvvəyə minmiş və Konstitusiya Məhkəməsi Palatası yüxarıda qeyd etdiyi qərardan sitatı yazaraq, “Konstitusiya Məhkəməsi haqqında” “Qanunun 34.3-cü maddəsini əsas gətirərək bu məsələni yenidən araşdırmaq aşağı instansiya məhkəmələrin salahiyyətində olduğunu mənasını bildirir. Nəzərə almaq lazımdır ki, xx.xx.2019-cu il tarixdə Qanun güvvəyə mindiyi anda onun artıq o zaman üçün 20 ildən artıq iş stajı olub. Bu normativ hüquqi akt, açıq olaraq “şəxsin hüquqi vəziyyətini pisləşdirən, yeni norma onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz” prizmasını pozur. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixli 1000/1290Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olması və ya belə vəzifəyə keçirilmədən imtina etməsi səbəbinə görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3 və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Filiala təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 07 dekabr tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 2-ci bəndində bu Qərarın xx.xx.2022-ci il tarixdən qüvvəyə minməsi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı 30 il 4 ay 2 gün xidmət ili ilə xx.xx.2019cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4cü bəndinə əsasən ehtiyata buraxılmış, pul təminatı 715.20 manat ( vəzifə maaşı 338.00 + rütbə maaşı GXM 150.00 + xidmət illərinə görə əlavə 40 % - 195.20 + ərzaq payı 32.00) təşkil etmişdir. Onun barəsində məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. İdarə tərəfindən ona sözügedən məlumat vərəqinə əsasən pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) xx.xx.2020-ci il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı və digər şəxslər tərəfindən cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 nömrəli, 29 fevral 2016-cı il tarixli, 810 nömrəli və 24 yanvar 2017-ci il tarixli, 1207 nömrəli Fərmanlarına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin iddiaçıların təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsində iddia ərizəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4868/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(103)-1268/2021 nömrəİi qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(112)-4868/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-139/2022 nömrəİi qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli 2-1(103)-1268/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə aktlarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçılar, o cümlədən İddiaçı barəsində məlumat vərəqəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi məhkəmə araşdırılması ilə sübuta yetirilmişdir. Hazırda İddiaçı “əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən (Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 faiz vəsaitin) DSMF-yə bütün tələb olan (22%+3%=25%) məcburi dövlət siğorta haqqın ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinə, 149 maddəsinin Vİİ bəndinə, həmçinin, “Sosial Sığorta haqqında” Qanuna əsasən əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% alınmış məbləğin şəxsi vərəqdə göstərilməklə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi”ni tələb edir. Göründüyü kimi, iddiaçı barəsində tərtib edilən məlumat vərəqəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, eyni iddia üzrə məhkəmə mübahisəsinin olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunun ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə görə “hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma - forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı öz tələbini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli Qərarı ilə əsaslandırsa da, iddiaçının onun barəsində tətbiq edilməsini tələb etdiyi norma xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir, iddiaçı barəsində isə məlumat vərəqəsi xx.xx.2019-cu il tarixdə tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndində əsasən vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası) “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 170 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1899; 2020, № 9, maddə 1207) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi aşağıdakı redaksiyada verilmişdir: “1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 170 nömrəli Qərarın 2-ci bəndinə əsasən bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir. Qərarda edilmiş dəyişikliyin əvvəlki münasibətlərə tətbiqi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi dəyişiklik 2022-ci il iyulun 1-dən qüvvəyə mindiyi üçün həmin tarixdən sonrakı münasibətdə tətbiq edilməli olduğundan və iddiaçı barəsində tərtib edilən məlumat vərəqəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, həmin dəyişiklik iddiaçıya yeni iddia ilə məhkəməyə müraciət etməsi üçün əsas vermir. Göstərilən məsələlər ilə bağlı iddiaçıya məhkəmə iclasında hüquqi yardım edilərək, məsələyə münasibəti aydınlaşdırılmış, o, isə iddaya mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5.). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6.). İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddiaərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar