Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4523/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil İddiaçı cavabdeh “Cavabdeh2” X25inə qarşı “qeydlərin etibarsız hesab edilməsi və elektron sistemdən çıxarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İcbari Tibbi-Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron məlumat sistemində 05.01.1836-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, mərhum həyat yoldaşım X8 COVİD 19 (Pozitiv)+ olması qeydləri etibarsız hesab edilməsi, hıəmin qeydlərin elektron sistemdən çıxarılması və İsmayıl Zeynalovun ölüm haqqında yeni tibbi Şəhadətnamənin verilməsi üçün tələb olunan, onun COVİD 19 xəstəsi olmadığı və həmin xəstəlikdən ölməməsinə dair üçüncü şəxs Bakı şəhəri 7 saylı Poliklinikasını müvafiq qaydada məlumatlandırma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, həyat yoldaşı, 05.01.1936-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, 2009-2019-cu illərdə kəskin işemik insult keçirmiş X12 17.11.2021-ci il tarixdə saat 14:47-də yaşadığı ünvan 1 ünvanda qeyd olunan xəstəlikdən vəfat etmişdir. Çağırışla evə gəlmiş Bakı şəhəri 7 №-li Təcili və X5 həkimi Xanım Rəhimova və tibb bacısı Adilə Nağıyeva X1, tərtib olunan 17.11.2021-ci il “ölüm haqqında xəbərdarlıq vərəqəsi” ilə qeydə almışlar. Həmin vərəqədə X8 ölümü səbəbi göstərilməmişdir. Lakin Bakı şəhəri 7№-li Poliklinikanın verdiyi 19.11.2021-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamədə X8 ölümünə səbəb kimi “ürəyin kəskin işemik xəstəliyin digər formaları”, ölümün baş verməsinə təsir etmiş səbəb kimi isə “COVİD 19” (pozitiv) olması qeyd olunmuşdur. Evə gəlmiş təcili tibbi yardım stansiyasının həkimi Xanım Rəhimovaya X2 görərək, meyitdən qorxduğunu bildirərək, İ.Zeynalovun meyitinə yaxın gəlməmişdir. O bizdən İ.Zeynalovun nədən əziyyət çəkdiyini soruşmuş, mən də ərimin kəskin işemik insult keçirməsini bildirərək, həkimə onun bağlı xəstəlik tarixçəsinin surəti təqdim etmişəm. Bununla belə mən həkim Xanım Rəhimovaya 14.11.2021-ci il tarixdə çağırışla gəlmiş 7 №li Poliklinikanın həkim-terapevti Raifə Həşimovanın xəstəyə baxmasını, onun göndərişinə əsasən 15.11.2021-ci il tarixdə poliklinikanın nevropotoloq həkimi Təranə Aslanovanın evə gələrək, İ.Zeynalovda işemik insultun kəskinləşməsinin qeydə alınması barədə məlumat verərək, xəstəyə yazılmış reseptin surətini həkimə təqdim edib. Mərhum əri İsmayıl Zeynalovun həyatda olarkən COVİD-19 infeksiyasına yoluxmadığını, hər iki doza peyvənd olunduğunu və evə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən vəfat etmiş İ.Zeynalovdan COVİD-19 infeksiyası üçün heç bir nümunə (yaxma və s.) götürülmədiyini bildirir. 21.11.2021-ci il tarixdə səhər saat 10 radələrində o, oğlum Şahin Zeynalov, qızlarım Aybəniz və Afət Zeynolava 7 saylı Təcili Təxirə salınmaz Tibbi yardım stansiyasında olarkən Böyük tibb bacısı Cəlalə adlı xanım bizi qəbul edib,mobil tel. vasitəsillə evimizə çağırışa gəlmiş tibb briqadasının tərkibində olmuş tibb bacısı Adilə Nağıyeva ilə danışaraq, bildirmişdir ki, həqiqətən də mrhum ərim İsmayyıl Zeynalovda “COVİD 19” müəyyən etmək üçün test nümunələri götürülməmişdir. Həmin danışıqlar oğlum şahin Zeynalov tərə İndən böyuük tibb bacısı Cəlalə xanıma məlumt verilərək mobil telefonla çəkiliş edilmişdir, (disk odd a ərizəsinə əlavə olunur. “Bakı şəhər Təcili və X13 Stansiyası" X25 tərəfindən 03.12.2021-ci il tarixli. 700 №-li məktubla cavab verilmişdir ki, 7 saylı bölmənin təcili və X13 üzrə hətimi X11 əmək müqaviləsinə 24.11.2021-ci il tarixdə xitam verilmişdir. Bakı şəhər Tocili və X13 Stansiyası” X25 tərəfindən vəkil sorğusuna 07.12.202 -ci il tarixli, 121 №-li maəktuba cavab verilmişdir ki. “17.1 1.2021-ci il tarixdə saat 14:47 radələrində İ.İsmayılov küçəsi, ev 8. mənzil 93 ünvanında yaşayan X8 adma çağırış daxil olunmuş və ona həkim Rəhimova Xanın, tibb bacısı Nağıyeva Adilədən ibarət təcili yardım briqadası göndərilmişdir. X24 həmin ünvanda X9 məxsus meyid aşkar olunmuş və bu barədə plüm barədə ölüm haqqında xəbərdarlıq vərəqəsində “ kişi cinsina aid meyi nəkimə qədər ölüm” qeyd edərək, mərhumun yaşadığı ərazinin poliklinikasına təqdim etmək üçün yaxınlarına vermişdir. Təcili yardım hakimin meyidə aid diaqnoz səlahiyyəti olmadığından xəbərdarlıq edici vər;qədə ölümə səbəb olan xəstəliyi göstərə bilməz”. Vəkilin verdiyi digər sorğusuna əsasən Bakı şəhəri 7 №-li poliklinikasının 06.12.2021ci il tarixli 814 №li məktubla cavab verilmişdir ki, ünvan 3 ünvanda qeydiyyatdı olan 05.01.1936-cı il təvəllüdlü X8 ambulator kartasına əsasən 14.11.2021-ci il tarixində sahə hıkimi xəstənin mənzilində olmuş və xəstəyə nevropatoloqun baxışını məsləhət görmüşdür. 15.11.2021-ci il tarixində nevropatoloq fəal çağırışda olmuş və xəstəyə “arterial hipertenziya İİİ dərəcə keçirilmiş işemik insultun qalıq əlamətləri BBQDKP (baş beyin qan dövranının kəskir pozulaması diaqnozları qoyulmuşdur. Həkim nevropatoloq tərəfindən xəstəyə müvafiq təyyinat verilmişdir. X12 17.11.2021-ci il tarixdə ev şəraitində vəfat etmişdir. 7 saylı TTTYS-nin arayışın əsasən həkimə qədər ölüm baş vermiş və arayışda ölüm səbəbi olaraq heç bir diaqnoz gösterilməmişdir. 19.1 1.2021-ci il tarixdə Poliklinika tərəfindən mərhuma ölüm arayışı verilmiş və ölümün səbəbi tibbi kartadakı qeydlərinə əsasən yazılmışdır. Ölümə səbəb olan xəstəliklər 124.8 (ürayin kəskin işemik xəstəliyinin digər formaları). İ 11.0 durğunluq) ürək çatışmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenzif (hipertoniya) xəstəliyi. COVİD 19 pozitiv (+) diaqnozu isə mərhumun elektron sistemindən götürülmüş cavabına əsasən qeyd olunmuşdur.” Vəkilin sorğusuna əsasən M.A.Əfəndiyev adına Tibb Mərkəzinin verilmiş 09.12.2021-ci il tarixli 376 №-li arayışdan məlum olur ki, 1936-cı il təvəllüdlü X12 11.12.2019-cu il tarixdə mərkəzi nevrclogiya şöbəsində “beyin qan X15. İşemik insult” diaqnozu ilə qəbul olunmuşdur müalicə olunmuşdur, “beyin qan X15. İşemik insult” sol tərəfli himiparez. Arterial hipertenziya İİ dərəcə. Xroniki böyrək çatışmamazlığı. Qeyd olunanlardan müəyyən olur ki, həyat yoldaşım İsmayıl Zeynalov20l9 cu ildə “beyin qan dövranının kəskin poz ılması. İşemik insult" keçirmiş, 15.11.2021 -ci il tarixində nevropatoloq fəal çağırışda olmuş və xəstəyə “arterial hipertenziya İİİ dərəcə keçirilmiş işemik insultun qalıq əlamətləri BBQDKP (baş beyin qan dövranının iəskin pozulaması diaqnozları qoyulmuşdur. Eyni zamanqa müəyyən olur ki. 14.11.2021-ci il tarixində mənzilə gəlmiş 7 nömrəli Poliklinikasının sahə həkimi, həmin həkimin təyinatına əsasən 15.11.2021-ci il tarixdə mənzilə gəlmiş həmin Poliklinikanın nevropatoloqu mərhum İsmayıl Zeynalovda COVİD 19 əlamətlərini müəyyən etməmişlər. Eyni zamanda 21.11.2021-ci il tarixdə səhər saat 10 radələrində 7 saylı Təcili X13 stansiyasında apardığı araşdırmadan da müəyyən olur ki, vasitəsilə evinə çağırışa gəlmiş tibb briqadasının tərkibində olmuş tibb bacısı Adilə Nağıyeva da həmin stansiyanın böyük tibb bacısına Cəlaləyə etdiyi etirafa görə (əlavə olunmuş videogörüntü) mərhum İsmayıl Zeynalovdan COVİD 19 testi üçün heç bir analiz (yaxma və s.) nümunələri götürülməmişdir. Bununla belə “’Bakı şəhər Təcili və X13 Stansiyası” X25in 03.12.2021-ci il tarixli, 700 №-li məktubunda 7 saylı bölmənin təcili və X13 üzrə həkimi X11 (evlərinə gəlmiş həkim briqadasının həkimi) əmək müqaviləsinə 24.11.2021-ci il tarixdə xitam verilməsi barədə məlumatın verilməsi, həmin xanımın, “COVİD 19” xəstəliyinə dair analiz götürülmədiyi faktını təsdiqləyir. Bununla belə qeyd etmək istəyir ki, mərhum həyat yoldaşım sağlığında COVİD 19 xəstəliyinə tutulmamış, sağlığında bu xəstəliyə qarşı vaksinasiya (peyvənd) olunmuşdur. Mərhum həyat yoldaşı İsmayıl Zeynalovun COVİD 19 xəstəliyinə tutulmadığı, ölümündən sonra həmin xəstəliyi onda müəyyən etmək üçün nümunələr götürülmədiyi halda cavbdehin nəzarətində olan elektron sistemə İsmayıl Zeynalovun COVİD 19 xəstəsi olması barədə aparılmış qeyd əsasssızdır, həmin qeyd elektron sistemdən çıxarılmalıdır.
3. “Tibbi ərazi bölmələrini idarəetmə biriliyi” X25 tərəfindən təqdim olunmuş iddiaya yazılı etirazda bildirilmişdir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifata əsasən TƏBİB inzibati orqan kimi nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4112/2021 nömrəli, 05.07.2021-ci il tarixli qərardadında da məhkəmə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir (https://emehkeme.qov.az/Private/ShowFile/25630712https://emehkeme.qov.az/Private/ShowFile/********). Həmin qərardad qanuni qüvvəyə minməklə preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 2015-ci il 15 iyul tarixli Qərarında da göstərildiyi kimi, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Yuxarıda qeyd olunanlarla bir qayda olaraq TƏBİB-in inzibati orqan olmadığı müəyyən edilir. İddiaçının TƏBİB-ə qarşı sözügedən tələblə çıxış etmək hüququ yoxdur. TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmışdır. Cavabdeh2 İdarə Heyəti iclasının 20 iyun 2019-cu il tarixli 16 nömrəli protokolu ilə təsdiq edilmiş Cavabdeh1n Nizamnaməsinin 2.1-ci maddəsinə əsasən TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Hazırki işdə iddianın predmeti iki hissədən ibarətdir: Yeni növ koronavirus (COVİD-19) virusuna yoluxması barədə məlumatların etibarsız hesab edilərək elektron məlumat bazasından silinməsi; yeni ölüm haqqında tibbi şəhadətnamənin tərtib edilməsi barədə məlumatlandırma. TƏBİB Nizamnamə səlahiyyətləri və vəzifələri çərçivəsində COVİD-19 testinin nəticələrinə dair vahid məlumat portalında hər hansı düzəlişedilməsi hüququna malik deyildir. Yeni növ koronavirus (COVİD-19) infeksiyasının təyin edilməsi məqsədilə keçirilmiş testlər üzrə məlumatların proqram təminatına daxil edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli, 377s nömrəli Sərəncamının tərkib hissəsi olan “Pozitiv nəticəli şəxslərə dair məlumatların daxil edilməsi üzrə” Təlimata əsasən həyata keçirilir. Belə ki, laboratoriya testinin nəticəsi pozitiv olan şəxslər haqqında məlumatlar “analiz.its.gov.az” elektron məlumat bazasına yerləşdirilir. Digər tərəfdən, qeyd edilməlidir ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi səlahiyyətinə yalnız tibb müəssisəsi - Poliklinika malikdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə” (bundan sonra - “şəhadətnamə") mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanatorkurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Qaydanın 5.3-cü maddəsi ilə müəyyən edilmişdir ki, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Hazırkı işdə ölüm haqqında tibbi şəhadətnamə Poliklinika tərəfindən verildiyi üçün iddia tələbi də birbaşa Poliklinikaya yönəlməlidir. TƏBİB onun tabeliyinə verilmiş tibb müəssisələrinin təsisçisidir və yalnız Qanunun 8.2ci maddəsində göstərilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Bir sözlə, TƏBİB tabeliyində olan tibb müəssisələrinin fəaliyyətinə dair meydana gəlmiş öhdəliklərlə bağlı birbaşa məsuliyyət daşımır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Həmçinin sözügedən Məcəllənin 52.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir. İddianın mümkünsüz hesab edilməsi barəsində qərar qəbul edilməsi xahiş edilmişdir.
4. İddiaçı tərəfindən iddia tələbi (eyni zamanda cavabdeh) X7nun COVİD 19 (Pozitiv)+ olması qeydlərinin etibarsız hesab edilməsi, həmin qeydlərin elektron sistemdən çıxarılması vəzifəsinin cavabdeh İcbari Tibbi-Sığorta Üzrə Dövlət Agentliyinin üzərinə qoyulması dəqiqləşdirilmiş, məhkəmənin 01.03.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş və cavabdeh qismində İcbari Tibbi-Sığorta Üzrə Dövlət Agentliyi nəzərə alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası İcbari Tibbi-Sığorta Üzrə Dövlət Agentliyi Cavabdeh1nin cavabdeh qismində iştirakına xitam verməklə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh2 Nizamnaməsindən: 1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. 2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əhalini icbari tibbi sığortaya cəlb etmək, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir. 3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.10. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində vahid elektron informasiya sistemi və elektron məlumat bazası yaradır, tibb müəssisələrinin və digər istifadəçilərin həmin elektron informasiya sistemindən istifadə imkanlarını təmin edir; 3.1.14-1. icbari tibbi sığorta sahəsində elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan X25lərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil edir; 3.1.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür 3.1.25. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
7. Mərhum barədə elektron sistemdən çıxarışdan görünür ki, elektron sistemdə Covid-19 qeydinə dair idarətemə İcbari Tibbi Sığorta Agentliyi tərəfindən aparılmışdır. Ona görə məhkəmə hesab edir ki, iddiaya cavab verməli olan şəxs İcbari Tibbi Sığorta Agentliyidir.
8. X12 ilə X10 arasında nikah haqqında şəhadətnamədən görünür ki, nikahdan sonra arvada “Zeynalova” soyadı verilmişdir.
9. Hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərkətlərin icra edilməsi ilə bağlıdır.
10. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. X12 barəsində tərtib edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, İ hissədə bilavasitə ölümə səbəb olmuş xəstəlik İ24.8 Ürəyin işemik xəstəliyinin digər forması olmuş (1 gün), İ11.0 (Durğunluq)Ürək çatmamazlığı ilə müşayiət olunan,əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi (15 il); İİ hissədə ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və ya patoloji halla əlaqədar olmayan başqa vacib hallar qismində “Covid19” (pozitiv) göstərilmişdir.
16. Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Cavabdeh2 “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “X25 Bakı Baş Səhiyyə Mərkəzi” X25 7 Nömrəli Şəhər Poliklinikası tərəfindən bildirilmişdir ki, Bakı şəhəri,Xətai rayonu,İnqilab İsmayılov 8,mənzil 93 ünvanında qeydiyyatda olan 05.01.1936-cı il təvəllüdlü X8 ambulator kartasına əsasən 14 11.2021-ci il tarixində sahə həkimi xəstənin mənzilində olmuş və xəstəyə nevröpätoloqun baxışını məsləhət görmüşdür. 15.11.2021-ci il tarixində nevropatoloq fəal çağırışda olmuş və xəstəyə “Arterial Hipertenziya İİİ dərəcə.Keçirilmiş işemik insultun qalıq əlamətləri.BBQDKP ?(Baş Beyin Qan X15 ?) diaqnozları qoyulmuşdur.Xəstəyə ətraflı müayinə məqsədi ilə xəstəxana müalicəsi məsləhət görülsə də, yaxın qohumları stasionar müalicədən qəti şəkildə imtina etmişdilər.Həkim nevropatoloq tərəfindən xəstəyə müvafiq təyinat verilmişdir. X12 17.11.2021-ci il tarixdə ev şəraitində vəfat etmişdir. 7 saylı TTTYS-nın arayışına əsasən həkimə qədər ölüm baş vermiş və arayışda ölüm səbəbi olaraq heç bir diaqnoz göstərilməmişdir. 19.11.2021-ci il tarixində poliklinika tərəfindən mərhuma ölüm arayışı verilmiş və ölümün səbəbi tibbi kartadakı qeydlərinə əsasən yazılmışdır. Ölümə səbəb olan xəstəliklər İ24.8 (Ürəyin kəskin işemik xəstəliyinin digər formaları). İ11.0 (Durğunluq)Ürək çatmamazlığı ilə müşayiət olunan,əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi. Covid 19 pozitiv (+) yanaşı diaqnozu isə mərhumun elektron sistemdən götürülmüş cavabına əsasən qeyd olunmuşdur.
17. Mərhum barədə elektron sistemdən çıxarışdan görünür ki, 17.11.2021-ci il tarixdə Covid 19 testi götürülmüş və 18.11.2021-ci il tarixdə cavab pozitiv (+) çıxmışdır.
18. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Bakı şəhər Təcili və X13 Stansiyası” X25i tərəfindən Tibbi Ərazilərin İdaraetmə Birliyinə ünvanlanmış 22.12.2021-ci il tarixli məktubla bildirilmişdir ki, 17.11.2021-ci il tarixdə saat 14:43-də ünvan 5 ünvanından İsmayıl Zeynalovun adına “halı pis” səbəbi ilə daxil olan çağırışı 7 saylı bölmənin təcili və X13 üzrə həkimi Xanım Rəhimova icra edərək, ünvanda İ.Zeynalova məxsus kişi cinsli meyitlə rastlaşmış və “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuşdur. COVİD-19 virus infeksiyasının aşkarlanması üçün mərhum İ.Zeynalovun adına laboratoriyaya göndərilən müayinənin nəticəsi ilə həkimin izahatı uyğun gəlmədiyinə görə məsələyə aydınlıq gətirmək üçün həkim X.Rəhimova stansiyaya dəvət olunmuşdur. Həkim laboratoriyaya təmiz probirka göndərməsinə baxmayaraq, müayinənin nəticəsinin nədən pozitiv çıxmasının izahını verə bilməmiş və işdən azad edilməsi barədə ərizə ilə müraciət etmişdir.
19. “Bakı şəhər Təcili və X13 Stansiyası” X25i üzrə verilmiş 23.11.2021-ci il tarixli əmrlə “Bakı şəhər Təcili və X13 Stansiyası” X25inin Həkim heyətinin Təcili və X13 üzrə həkimi X16 ilə bağlanmış 998 nömrəli əmək müqaviləsinə 23.11.2021-ci il tarixdən xitam verilmişdir. X16 tərəfindən verilmiş izahata əsasən müəyyən olunur ki, mərhumdan yaxma götürülməmişdir.
20. Belə olan təqdirdə, araşdırma nəticəsində mərhumdan Covid 19 testi üçün yaxma götürülmədiyi müəyyən edildiyindən mərhum barəsində Covid 19 (Pozitiv)+ qeydləri etibarsız hesab edilərək elektron sistemdən çıxarılmalıdır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X7 barəsində COVİD 19 (Pozitiv)+ qeydlərinin etibarsız hesab edilərək elektron informasiya sistemindən çıxarılması vəzifəsi Cavabdeh2n üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva