Məhkəmə qərarları › İş №2-1(112)-4523/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4523/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4523/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komisiyyasına qarşı "övladına sağlamlıq imkanının məhdudluğunun təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komisiyyasına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X5 cavabdehə müraciət edildiyi xx.xx.2022-ci il tarixdən sağlamlıq imkanının məhdudluğunun təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçının oğlu X4 əlillik vəziyyətinə Bakı 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2022ci il tarixli göndərişi əsasında baxılmış və X2: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluları F70-F79 –Əqli gerilik F70 – Yüngül dərəcəli əqli gerilik; Diaqnozun mətni: davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik İQ=54 Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu Ağırlaşma F84.0 Uşaq autizmi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: göndərişin natamam doldurulması – səbəb: xəstəliyin dinamikası xəstənin anamnestik məlumatları mütəxəssislərin müayinəsi xəstəliyin ağırlaşmaları funksional çatışmazlıq dəqiqləşdirilsin;” səbəbi ilə imtina verilmişdir. Daha sonra 17 iyun 2022-ci il tarixli müayinə aktı ilə həmin göndərişə əsasən əyani müayinə həyata keçirilərək “Səbəbi: Ümumi xəstəlik; X3: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları F70-F79 – Əqli gerilik F70 – Yüngül dərəcəli əqli gerilik; Diaqnozun mətni: Davranış pozuntusunun olmamasını və y zəif dərəcədə təzahür etməsini göstərməklə. Yüngül dərəcəli əqli gerilik İQ=54 Nitq artikulyasiyasının spesifik pozğunluğu. Nitq artikulyasiyasının spesifik pozğunluğu. Uşaq autizmi; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərə çarpan pozulmaları ilə və ya davranışın patoloji forması i...” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir və əlillik altsisteminə daxil edilmişdir. Göründüyü kimi, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın məhkəmədən kənar həll olunduğundan, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cavabdeh inzibati orqanın ərizəsini nəzərdən keçirərək, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi məhkəmədən kənar həll olunduğundan inzibati iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komisiyyasına qarşı "övladına sağlamlıq imkanının məhdudluğunun təyin edilməsi" iddiasına dair inzibati iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar