Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4526/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı məcburi icra tədbirlərinin həyata keçirilməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması tələbinə dair inzibati iş materiallarına xx.xx.2020-cı il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı tələbkar olduğu icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsinə dair məcburi icra tədbirlərinin həyata keçirilməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-234/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MMCdən 216.675,11 (iki yüz on altı min altı yüz yetmiş beş manat 11 qəpik) manat pul vəsaiti (borc) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Bildirirlər ki, Binəqədi Rayon İcra və Probasiya şöbəsi tərəfindən sözügedən icra işi ilə əlaqədar tələbkarlara heç bir məlumat verilmir və icra işləri ilə tanış olmaq üçün heç cür şərait yaradılmırdı.İcra işi ilə tanış olarkən məlum olmuşdur ki, həmin icra işləri üzrə Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununda nəzərdə tutulan heç bir zəruri icra tədbirləri həyata keçirilməmişdir. İcra məmuru yalnız xx.xx.2019-cu il tarixində tələbin könüllü icrası üçün borcluya 10 gün vaxt təyin etməklə kifayətlənmişdir. İddiaçı tərəfindən DİM Baş Dövlət Yol Polis İdarəsinə, Kənd Təsərrüfatı Nazirliyinə sorğu verilərək, borclu "xxxx" MMC-nin mülkiyyətində və istifadəsində olan bütün növ avtonəqliyyat barəsində məlumat verilməsi xahiş olunmuşdur. BDYPİ Qeydiyyat-imtahan İdarəsi tərəfindən müraciətə verilən cavabda "xxxx" MMC-nin adında qeydiyyatdan keçən 412 nəqliyyat vasitəsinin mövcud olması qeyd olunmuşdur. KTN yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən isə verilən cavabda "xxxx" MMC-nin adında 119 ədəd müxtəlif növ texnikanın qeydiyyata alındığı bildirilmişdir. Belə ki, bu və ya digər halların aşkara çıxarılaraq, icra sənədinin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi icra məmurunun bilavasitə vəzifəsidir. Lakin, icra məmuru vəzifə səlahiyyətini yerinə yetirməyərək, səhlənkarlıq etmiş, faktiki olaraq icraatı dayandırmış, aparmalı olduğu heç bir icra hərəkətlərini həyata keçirmədən, müvafiq qərarlar qəbul etmədən hərəkətsizliyə yol vermiş və həmin hərəkətsizliyi davam etdirməkdədir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya 26 fevral 2021-ci il tarixdə məktub ünvanlanaraq, iddia tələbinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-234/2018 saylı 08 may 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı olması, qeyd edilən icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra şöbəsinin hərəkətlərindən müvafiq tələblə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduğu bildirilsə də, iddiaçı tərəfindən hər hansı münasibət bildirilməmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsi məhkəmə tərəfindən lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə qiymət vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin mümkünlük şərtlərinə cavab verdiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İş materiallarından görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-234/2018 saylı 08 may 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-234/2018 saylı 08 may 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı olduğundan, qeyd edilən icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra şöbəsinin hərəkətlərindən müvafiq tələblə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan "İcra haqqında" Azarbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012 -ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar va ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzəzrə alınmalıdır ki, Qanunıın həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması va ya ona xitam verilməsi məsələlərini tənzimləyəyn 21-ci maddəsinə dəyişiklik edilməmişdir. "İcra haqqında" Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra" sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır va ya ona xitam verilirdi. "İcra haqqında'" Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada verilmiş va icra sənadi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, "Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228). əlavə qətnamənin çıxarılması (maddə 229). Qətnamənin izah edilməsi (maddə 230). Qətnamənin icrasına möhlət verilməsi va ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun va qaydasının dəyişdirilməsi (maddə 231.1. 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının hayata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 26-ci maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki- Prosessual Məcəllədə olduğu kimi "İcra haqqında" Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn "İcra haqqında" Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7. 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair" 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclıı olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında va düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin "İcra haqqında" Qanunun 20-ci maddəsinda nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlarə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırki işdəki sənədlərdən görünür ki, icrası mübahisələndirilən hərəkətlər üzrə icra sənədi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-234/2018 saylı 08 may 2018-ci il tarixli qətnaməsi ilə bağlıdır. Buna görə də məhkəmə iddiaçıya izah edir ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən aidiyyəti üzrə qətnaməsinin icrası ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4526/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4526/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver