Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4527/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X3 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (hazırki Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan, yəni 28.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ermənistan, Razadan rayonunda anadan olmuşdur. 19.08.1976-cı il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. Onun hal-hazıradək 40 ildən çox ümumi və 13 ildən çox xüsusi stajı vardır. 01.07.2003-cü il tarixdən 29.09.2016-cı il tarixədək işlədiyi Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda iş icraçısı və usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştıi şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarn, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinə əsasən (b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları) güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh cavab məktubu ilə güzəştli iş stajının 12 il 06 aydan az olduğu əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtina məktubunun əsassız hesab edir və bildirir ki, onun 28.12.2020-ci il tarixədək 40 ildən çox ümumi və 13 ildən çox güzəştli iş stajı vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçının verdiyi əmək kitabçası və SOCAR tərəfindən tərtib edilmiş 15 yanvar 2021-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 01.07.2003-cü il tarixdən 29.09.2016-cı il tarixədək müxtəlif dövrlər ərzində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun Təmir Tikinti Sexinin 1 saylı sahəsində iş icraçısı, böyük iş icraçısı və usta vəzifələrində işləmişdir. Qeyd edilən arayışda göstərilmişdir ki, iddiaçının işlədiyi peşələr AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarn, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində göstərilən tikinti və quraşdırma işləi üzrə ustalar və iş icraçıları vəzifəsinə uyğundur. İşə götürən özünün də qeyd etdiyi kimi, iddiaçının işlədiyi ancaq iki peşə yəni, usta və iş icraçısı qeyd edilən qərarda göstərildiyindən həmin peşələrdə işlədiyi müddət güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilər, lakin iddiaçının işlədiyi böyük iş icraçısı peşəsi həmin qərarda olan peşələr arasında qeyd edilmədiyindən həmin peşə güzəştli peşə kimi qəbul edilə bilməz.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 08.06.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -19.08.1976-cı il tarixdə Vano Sturua adına Gəmi Təmiri Zavoduna mexaniki sexinin xarrat sahəsinə xarratın tələbəsi kimi qəbul edilmiş, 01.12.1976-cı il tarixdə 2-ci dərəcə verilmiş və 25.04.1977-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 03.05.1979-cu il tarixdən 10.05.1981-ci il tarixədək Sovet ordusunda xidmət etmiş; 10.10.1981-ci il tarixdə Abşeron Qİİ “Azneft” Şöbəsinin Neft və qaz istismar qazma quyularının 3-cü dərəcəli qazmacı köməkçi kimi qəbul edilmiş, 15.12.12.1981-ci il tarixdə ona 4-cü dərəcəli qazmacı köməkçisi kimi qəbul edilmiş və 13.09.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş;01.03.1983-cü il tarixdən 14.04.1983-cü il tarixədək X2 PNZ pansionatın yeməkxanasının tikintisi üzrə 4-cü dərəcəli malakeş vəzifəsində; 06.05.1983-cü il tarixdən 01.09.1983-cü il tarixədək X5 yükləmə və yükü böşaltma sexinə 4-cü dərəcəli materialların daşıyıcısı vəzifəsində;17.10.1983-cü il tarixdən 29.02.1984-cü il tarixədək MXİİN SSR Avadanlıqların hazırlanması üzrə Mexanika Emalatxanasında 4-cü dərəcəli təlimatçı vəzifəsində;01.03.1984-cü il tarixdə Bakı stasionar dərin dəniz bazaları üçün dəstək hissələrinin istehsalı zavodunda 4-cü dərəcəli malakeş vəzifəsində, 19.05.1984-cü il tarixdə tirtilli kran üzrə 5-ci dərəcəli maşinist vəzifəsində, 01.04.1985-ci il tarixdə tirtilli kran üzrə maşinistə 6-cı dərəcə verilmiş və 30.03.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 02.04.1990-cı il tarixdən 19.10.1993-cü il tarixədək Salyan şossesi “Şelf-layihətikinti” Tikinti və X1 tırtıllı kran üzrə 6-cı dərəcəli maşinist vəzifəsində işləmiş; 21.10.1993cü il tarixdə Çoxsahəli istehsalat firması “Aysel” sahə rəisi vəzifəsinə qəbul edilmiş, 13.02.1994-cü il tarixdə firmanın direktor vəzifəsinə keçirilmiş və 05.08.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 01.09.1994-cü il tarixdə “Şelf-layihə-tikinti” Tikinti İdarəsinə mebel sexinə iş icraçısı qəbul edilmiş, 01.03.1995-ci il tarixdə mebel sexinə köçürülmə yolu ilə iş ustası vəzifəsinə keçirilmişvə 01.02.2000-ci il tarixdə “Dülgərlik” sexinə sex rəisi vəzifəsinə keçirilmiş və 01.07.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 01.07.2003-cü il tarixdə “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu”na iş icraçısı vəzifəsinə qəbul edilmiş, 01.05.2006-cı il tarixdə həmin zavodun İxtisaslaşdırılmış tikinti sexinə iş icraçısı vəzifəsinə keçirilmiş, 01.06.2006-cı il tarixdə iş icraçısı vəzifəsi üzrə 12-ci dərəcə verilmiş, 01.03.2008-ci il tarixdə böyük iş icraçısı vəzifəsinə keçirilmiş, 26.12.2012-ci il tarixdə 10-cu dərəcəli usta vəzifəsinə keçirilmiş, 29.09.2016-cı il tarixdə 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin olunmuş, 10.06.2019-cu il tarixdə 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin edilmiş və hal-hazıradək işləyir. -SOCAR “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” tərəfindən verilmiş 15.01.2021-cu il tarixli güzəştli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 19 saylı Təmir tikinti sexinin 1 saylı sahəsində 01.07.2003-cü il tarixdən 30.04.2006-cı il tarixinədək iş icraçısı vəzifəsində (02 il 09 ay 29 gün); həmin zavodun İxtisaslaşdırılmış tikinti sexində 01.05.2006-cı il tarixdən 01.03.2008ci il tarixədək iş icraçısı vəzifəsində (01 il 10 ay); həmin zavodun İxtisaslaşdırılmış tikinti sexində 01.03.2008-ci il tarixindən 25.12.2012-ci il tarixinədək böyük iş icraçısı vəzifəsində (04 il 09 ay 24 gün); həmin zavodun 3 saylı Xidmət sahəsində 26.12.2012-ci il tarixindən 29.09.2016-cı il tarixinədək usta vəzifəsində (03 il 09 ay 03 gün) işləmişdir. Texnoloji prosesə əsasən İddiaçı oğlunun işlədiyi usta və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştıi şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarn, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 29-cu bəndinə əsasən (b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları vəzifəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən stajı: 13 il 02 ay 26 gün təşkil edir. -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05 fevral 2021-ci il tarixli, **********6 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, idarəyə təqdim olunmuş 27 avqust 1976-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının güzəştli iş staı 12 il 06 (08 il 05 ay 02 gün) aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-cı ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun güzəştli iş staının 12 il 06 aydan az təşkil etdiyi göstərilərək, müraciətindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, iddiaçının işlədiyi vəzifələrinin güzəştli pensiyaya çıxmağa əsas veribverməməsi və həmin illərin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d)Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Qüvvədə olan normativ hüquqi aktın tələbinə görə isə iddiaçının 12 il 06 aydan çox güzəştli iş stajının olub-olmamasını müəyyən edilməsi üçün güzəştli arayışın təqdim olunması zəruridir. Məhkəmə qeyd edir ki, İddiaçı ümumi iş staının 25 ildən çox olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya çıxmağına imkan verməsi işin mübahisələndirməyən hallarına aiddir. İş materiallarında olan imtina məktubuna və etiraza nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunmasının yeganə əsası odur ki, P.Q.X7 adına Bakı Dərin Özülər zavodunun Təmir Tikinti Sexinin 1 saylı sahəsində işlədiyi böyük iş icraçısı güzəşti pensiya hüququ verən siyahıda nəzərdə tutulmamışdır. Məhkəmə bu istiqamətdə araşdırma aparaq bildirir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodundan 01.07.2003-cü il tarixdən 30.04.2006-cı il tarixədək iş icraçısı, 01.05.2006-cı il tarixdən01.03.2008-ci il tarixədək iş icraçısı, 01.03.2008-ci il tarixdən 25.12.2012-ci il tarixədək böyük iş icraçısı və 26.12.12-ci il tarixdən 29.09.2016-cı il tarixədək usta vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçı 01.07.2003-cü il tarixdən 29.09.2016-cı il tarixədək iş icraçısı (böyük iş icraçısı daxil olmaqla) və usta vəzifələri üzrə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “b” bəndindən görünür ki, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçılar güzəştli pensiya hüququ verən vəzifələr sırasına daxil edilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan normativ hüquqi aktdan göründüyü kimi, iddiaçının işlədiyi usta və iş icraçısı vəzifələri güzəştli pensiya hüququ verən vəzifələr sırasına daxil olmuşdur. Böyük iş icraçısı vəzifəsinin konkret olaraq sözügedən siyahının 29-cu bölməsində göstərilməməsi həmin vəzifənin güzəştli pensiya hüququ verən vəzifəyə aid olmaması demək deyildir. Bekə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş güzəştli arayışda iddiaçının Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda 01.07.2003-cü il tarixdən 29.09.2016-cı il tarixədək əhatə olunan dövrdə iş icraçısı, böyük iş icraçısı və usta vəzifələrində işlədiyi illər ayrı-ayrılıqda göstərilmişdir. Sözügedən arayışda iddiaçının böyük iş icraçısı kimi işlədiyi vəzifənin konkret olaraq siyahıda nəzərdə tutulmuş hər hansı bir vəzifə ilə uyğunluğu qeyd olunmasa belə, müəssisə tərəfindən iddiaçının güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd verən iş stajının 13 il 02 ay 26 gün olması qənaətinə gələrkən, iddiaçının 01.03.2008-ci il tarixdən 25.12.2012-ci il tarixədək işlədiyi böyük iş icraçısı vəzifəsi güzəştli iş stajı kimi nəzərə alınmışdır. Bundan başqa Məhkəmə öz xidməti vəzifəsinə uyğun araşdırma apararaq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixi, 13-9 №-li Qərarı ilə təsdiq olunmuş Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasında iş icraçısı ilə böyük iş icrasının əmək funksiyaları eyni xarakter daşıyırlar.. Belə ki, hər iki vəzifə üzrə işləyənlərin vəzifə borcları odur ki, onlar sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edərək, obyektlərin vaxtlı-vaxtında istismara verilməsini, tikinti istehsalatının ritmik gedişini, tikinti-quraşdırma və buraxılış-sazlama iş tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edirlər. Böyük iş icraçıları ilə iş icraçıların vəzifələrində fərqlilik təşkil edən ən mühim funksiya odur ki, böyük iş icraçıları iş icraçılarına rəhbərlik edir, onlara, icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir. Beləliklər işin xarakteri haqqında arayış (güzəştli arayış), həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixi, 13-9 №-li Qərarı ilə təsdiq olunmuş Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasına daxil olmuş məlumatlar ona dəlalət edir ki, iddiaçının böyük iş icraçısı kimi işlədiyi vəzifə “İş icraçıları” vəzifənin tərkib hissəsi olmaqla yanaşı güzəştli pensiya hüququ verən vəzifəyə aiddir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 13 il 02 ay 26 gün iş stajına malik olmuşdur. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla onun 60 yaşı tamam olduğu, yəni 28.12.2020-ci il tarixədək ümumilikdə 25 ildən (41 il 02 ay 13 gün) çox ümumi stajı vardır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni 01.07.2003-cü il tarixdən 29.09.2016-cı il tarixədək usta və iş icraçıları (böyük iş icraçısı daxil olmaqla) vəzifəsində işləməsi, onun əmək kitabçasından savayi, həmçinin, SOCAR “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” tərəfindən verilmiş 15.01.2021cu il tarixli güzəştli arayışında öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışın mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 28 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 60 yaşdan, yəni pensiya hüququ yarandığı 28.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 60 yaşdan, yəni pensiya hüququ yarandığı 28.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4527/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4527/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver